Məhkəmə qərarları › İş №2-1(108)-83/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-83/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-83/2024 22.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X6 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində müvafiq veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası"nın xx.xx.2023-cü il tarixli, 2/2-10313 saylı imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(122)-583/2024 nömrəl i qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində müvafiq veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası"nın xx.xx.2023-cü il tarixli, 2/2-10313 saylı imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 21(122)-583/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 21(122)-583/2024 nömrəli qərardadından narazı qalan İddiaçı şikayət verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(122)-583/2024 nömrəli qərardadının ləğv edilərək ona “müharibə veteranı adının və vəsiqəsinin” verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(108)-83/2024 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyin in aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası”nın xx.xx.2023-cü il tarixli, 2/2-10313 saylı imtina məktubunun əsassız hesab edilməsi, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-583/2024 saylı qərardadı ilə iddia tələbi mümkünsüz hesab edilərək təmin edilməmişdir. Məhkəmə iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad çıxararkən cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaya dair məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-25-4/2280/2024 saylı məktuba əsaslanaraq “müharibə veteranı” adı və vəsiqəsini vermək səlahiyyəti ol an dövlət orqanlarının siyahısında Müdafiə Nazirliyindən savayı, digər qurumların da göstərildiyini, onun könüllü döyüşçü olaraq sərhəd zastavasında döyüşlərdə fəal iştirak etdiyini, şahidlərin “müharibə veteranı” vəsiqələrinin müxtəlif dövlət orqanları tərəfindən verilməsini əsas gətirərək Azərbaycan Respublikası müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin mümkünsüz sayılması barədə qərar qəbul etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-583/2024 saylı qərardadı ilə razı deyil və aşağıdakı göstərilənlərə görə qərardadı əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, məhkəmə baxışı iclasları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin işti rakı olmadan keçirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbilə əlaqədar məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 25-4/2-280/2024 saylı məktuba əsasən və onun göstərdiyi dəlillər hər tərəfli və tam araşdırılmadan cavabdeh orqanın mənafeyinə uyğun qərardad qəbul etmişdir. Bildirir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğranda Ermənistanla həmsərhəd olan Şərur rayon Yaycı və Cağazir kəndlərində erməni millətçi dəstələrinə qarşı gedən döyüşlərdə Şərur regional qərargahının tabeliyində olan Şərur rayon (Kəngərli rayon) Qıvraq qəsəbəsində yerləşən və döyüş əməliyyatları aparan Qıvraq Polkunun tərkibində döyüşüb. İddiaçı qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adları nın verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il, 216 saylı Qərarının 1-ci bəndinin 8-ci abzasında göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudar lı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünü müdafiə dəştələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənəd lərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İddiaçı qeyd edir ki, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Şərur regional qərargahının tabeliyində olan Şərur rayon (Kəngərli rayon ) Qıvraq qəsəbəsində yerləşən və döyüş əməliyyatları aparan Qıvraq Polkunun tərkibində Şərur rayon ərazisində Ermənistanla həmsərhəd ərazilərdə Şərur rayon Yaycı və Cağazir kəndlərində erməni millətçi dəstələrinə qarşı gedən döyüşlərdə fəal iştirak etməsi barədə ******* №-li hərbi biletinin 6-cı və 7-ci səhifələrində müvafiq qeydlər aparılmış, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Müharibə X5 tərəfindən 50770 №-li müharibə veteranı vəsiqəsi v erilmiş, xx.xx.2023-cü il tarixdə isə Azərbaycan Respublikası Müharibə X5 tərəfindən “müharibə veteranı medalı ilə təltif olunub. Ona görə də hesab edir ki, ona “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi cavabdeh orqan olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Yekunda isə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən məhkəmədən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)-583/2024 saylı qərardadının ləğv edilməsi və ona “müharibə veteranı adının və vəsiqəsinin” verilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyindən kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında verdiyi şikayəti müdafiə edərək, qanuni qərarın qəbul edilməsini kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü b ənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Kollegiya qeyd edir ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 8-ci abzasına əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 1 2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübu t edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin əsasnamənin 2-ci hissəsinin ikinci abzasında qeyd edilir ki, bu əsasnamənin 1-ci hissəsinin ikinci-səkkizinci abzaslarında qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yara tdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya göndərilmiş 18 aprel 2024-cü il tarixli yardım məktubundan aydın olur ki, iddiaçıya hazırki iddia tələbi üzrə cavabdehin düzgün müəyyənləşdirilmədiyi bildirilmiş, cavabdeh inzibati orqanın və iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. X7 Respublikasının İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının protokolunun məzmunundan da aydın olur ki, iddiaçıya cavabdeh inzibati orqanın dəqiqləşdirilməsi təklif olunsa da, o, cavabdeh inzibati orqanın dəqiqləşdirilməsindən imtina etmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus səlahiyyətdir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh qismind ə göstərilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Beləliklə inzibati işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının irəli sürdüyü tələb üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlik daşımır. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı iddiası mümkünlük şərtinə cavab vermədiyindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya cavab verməli olan inzibati orqan olmadığından birinci instansiya məhkəməsi tərəfindən iddia düzgün olaraq mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı verdiyi şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(122)-583/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində müvafiq veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyası"nın xx.xx.2023-cü il tarixli, 2/2-10313 saylı imtina məktubunun əsassız hesab edilməsi və ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(122)-583/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 21(122)-583/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına k

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar