Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-83/2025 14.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "20 mart 1992-ci ildə Naxçıvan şəhəri, Azadlıq prospekti 3 №-li 5 mərtəbəli bina ilə 5 mərtəbəli binanın arxasında yerləşən zərgərlik məmulatları sexi üçün tikilmiş binanın söküntüsü ilə bağlı ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(122)-564/2025 nömrəli qərar dadından iddiaçı tərəfindən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan şəhəri, Azadlıq prospekti 3 №-li 5 mərtəbəli yaşayış binası ilə 5 mərtəbəli binanın arasındakı sahənin ona geri qaytarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 13 yanvar 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək məhkəmədən 20 mart 1992-ci ildə Naxçıvan şəhəri, Azadlıq prospekti 3 №-li 5 mərtəbəli bina ilə 5 mərtəbəli binanın arxasında yerləşən zərgərlik məmulatları sexi üçün tikilmiş binanın söküntüsü ilə bağlı ona kompensasiya ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakim iyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 2-1(122)-564/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş 13 yanvar 2025-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(122)-564/2025 nömrəli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan iddiaçı şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 13 iyun 2025ci il tarixli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Naxçıxan Muxtar Respublikası İnzibati Məhkəməsinə iddiaçı qismində müraciət etmiş,xx.xx.2025-ci il tarixində işə baxılması üçün məhkəmə təyin olunmuş, təəssüf ki, xx.xx.2025-ci il tarixində səhhətiylə əlaqədar məhkəmədə iştirak edə bilmədiyi üçün yanlışlıqla göndərilən məktub zamanında doğru ünvana çatmamış, bunun üçün məhkəmə qərar qəbul etmiş və onun işinə xitam vermiş, xx.xx.2025-ci il tarixində verilən qərar onun ünvanına (17 gün sonra) xx.xx.2025-ci il tarixində gətirilmiş, evdə olmadığı üçün onunla telefonla əlaqə saxlanılmış, məktub gətirildiyi bildirilmiş, xx.xx.2025-ci ildə telefonunda şəxsi kabinet açıb qərarla tanış olmuş, nəticədə ona apellyasiya və ya etiraz üçün bir zaman qalmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı şikayəti ni müdafiə edərək şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək Naxçıvan MR İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qa yda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhk əməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya iddiaçının izahatını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 3 0 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Kollegiya qeyd edir ki, qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddi adan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmə tərəfindən iddiaçıya həmin xəbərdarlıq barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin İddiaçı məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqın da lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konst itusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır.İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarla ra cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır... Beləliklə, İPM-in 55.3-cü maddəsi Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi qaydada düzgün və dürüst tətbiq olunduqda, Konstitusiyanın 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnu pozmur”. İş materiallarından görünür ki, iş üzrə məhkəmə iclası xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixlərə təyin edilmiş, işə baxan hakim tərəfindən məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvanına «Poçt haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sifarişli poçt göndərişi vasitəsilə məhkəmə bildirişləri göndərilməklə iddiaçı qismində həm in məhkəmə iclaslarında iştirak etməsi üçün çağırılması,onda olan bütün sübutların məhkəməyə təqdim olunması, məhkəməyə gəlməməyinin səbəbləri barədə iclasın təyin olunduğu vaxtadək məhkəməyə məlumatın verilməli olması, İPM-nin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmiş, eyni zamanda iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrələrə sms bildiriş göndərilmiş, həmin sms bildirişləri çatsa da, iddiaçı heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı kollegiyadakı izahatında təyin edilmiş məhkəmə icaslarına səhhəti ilə əlaqədar gələ bilmədiyini və bu barədə vaxtında məhkəməyə məlumat ve rə bilmədiyini,məhkəməyə göndərdiyi məktubların kiminsə laqeydliyi üzündən düzgün zamanda çatdırılmadığını göstərmişdir. İş materiallarında olan iddiaçı tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, o, 13 iyun 2025-ci il tarixdə saat 14:30-da keçirilən məhkəmə iclasında iştirak etməli olmuş, lakin həmin ərəfədə ağır xəstələndiyi (insult səbəbindən ayaqlarının tutulması və hərəkət edə bilməməsi) üçün əvvəlcədən NMR-ə gəlmək və qayıtmaq üçün aldığı aviabiletləri qaytarmaq məcburiyyətində qalmış, lakin sonradan ona məlum olmuşdur ki, bu səbəbə görə göndərdiyi məktublar kiminsə laqeydliyi üzündən düzgün zamanda çatdırılmamışdır. Kollegiya qeyd edir ki, iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi eyni cavabdehə qarşı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından birinci instansiya məhkəməsi iddianın geri götürülmüş sayılması və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsinə dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l ı r: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "20 mart 1992-ci ildə Naxçıvan şəhəri, Azadlıq prospekti 3 №-li 5 mərtəbəli bina ilə 5 mərt əbəli binanın arxasında yerləşən zərgərlik məmulatları sexi üçün tikilmiş binanın söküntüsü ilə bağlı ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2-1(122)-564/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 21(122)-564/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-83/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-83/2025
14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver