Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-85/2024 17.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi ilə İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müda fiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-1011/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsi nin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 21(122)-1011/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləği nin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dərəcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-1011/2024 nömrəli qərardadının ləğv edilməsi və iddianın icraata qəbul edilərək mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(108)-85/2024 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. 17 sentyabr 2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X4 mübahisənin həlli məqsədilə Daxili İşlər Nazirliyinə müvafiq sorğu məktubu ünvanlandığını, Nazirliyin xx.xx.2024-cü il tarixli, 3-13-43/2-13378/2024 nömrəli məktubu ilə iddiaçıya ikinci, birinci və usta məharət dərəcələrinin verilməsinin aşkar olunduğunu və həmin dərəcələrin verilməsi ilə bağlı əmrlərin surətlərinin təqdim edildiyini və bununla bağlı müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə təqdim ediləcəyini bildirdi. İddiaçı cavabdeh orqa n tərəfindən müvafiq sorğular verilməklə ona məharət dərəcələrinin verilməsi barədə sənədlərin əldə edildiyini qeyd edərək, cavabdeh orqanın nümayəndəsi tərəfindən mübahisənin məhkəmədənkənar həll olunacağı bildirildiyindən 17 sentyabr 2024-cü il tarixli ərizəni kollegiyaya təqdim edərək apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli, apellyasiya şikayətindən imtina qəbul edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, şikayət apellyasiya instan siyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 397.3-cü maddəsinə əsasən, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən, qərardaddan verilmiş şikayətdən imtina olunduqda apellyasiya icraatına xitam verilir. İnzibati Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə İddiaçı birinci instansiya məhkəməsinin qərardadından vermiş olduğu apellyasiya şikayətini geri götürməsi b arədə müraciəti qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88, 89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2003-cü il tarixli müvafiq əmri ilə ona verilmiş "Usta" məharət dərəcəsinin qüvvədə saxlanılması, "Usta" məharət dərəcəsinin bərpa edilərək pensiya təminatına daxil edilməsi və pensiya məbləğinin yenidən hesablanması üçün müvafiq məlumat vərəqəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə təqdim edilməsi, 2006-2010-cu illər ərzində aldığı əmək haqqının məharət dər əcəsinə görə yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-1011/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına хitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(108)-85/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-85/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver