Məhkəmə qərarları › İş №2-1(108)-86/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-86/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-86/2024 26.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 və mütəxəssis X5 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublika sı İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)-287/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı N axçıvan MR İnzibati Məhkəməsinə 03 noyabr 2023-cü il tarixli iddia ərizəsi təqdim edərək 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)-287/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə İddiaçı ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliy i cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 21(122)-287/2024 nömrəli qərarından narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)- 287/2024 saylı qərarının ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Həmin Əsasnamənin 30-cu bəndinə əsasən müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondunda n verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. İddiaçıya hesablanmalı olan hamiləliyə və doğuma görə müavinətin məbləği sosial sığorta hadisəsinin baş verdiyi təqvim ayınadək son 12 ay ərzində əldə etdiyi vəzifə maaşından və sosial sığorta hadisəsinin baş verdiyi təqvim ilindən əvvəlki təqvim ilində əldə etdiyi əlavə və mükafatlardan hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli Qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətim müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndirilib. Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçini əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilib. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınır. Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər cazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq. Beləliklə, 2021-2022-ci illər üzrə iddiaçının vəzifə maaşı son 12 ay üzrə-4800,0 manat, qulluq stajına görə son 12 ayı üzrə - 240, manat, ixtisas dərəcəsinə görə son 12 ayı üzrə - 480,0 manat, son 3 ayı üzrə mükafatı - 1440,0 manat, 2021-2022-ci illər üzrə məzuniyyət pulu 1327,50 manat olmaqla, cəmi qazançı 8287,50 manat məbləğində olmuşdur. İddiaçının bir iş gününə düşən orta gündəlik qazancın məbləği 34,39 manat təşkil edir. İddiaçı verilmiş 30 iyun 2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 30 iyun 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək (126 təqvim günü) 88 iş günü təşkil edir. İddiaçı 2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ödənilməli olan müavinətin məbləği 3026,32 manat olduğu halda, ona 3513,3 manat məbləğində ödəniş aparılmışdır. Bu da 486,74 manat artıq ödənilmiş pul vəsaiti deməkdir. İddiaçı verilmiş 03 noyabr 2022-ci il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmam ası vərəqəsinə əsasən 30 iyun 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək (14 təqvim günü) 8 iş günü təşkil edir. İddiaçı 2022-ci il tarixində analıq məzuniyyətinə çıxdığı dövr üzrə ödənilməli olan müavinətin məbləği 275,12 manat olduğu halda ona 1,84 manat kəsir, yəni 273,28 manat məbləğində ödəniş aparılmışdır. İddiaçıya 30 iyun 2022-ci il tarixdən 126 gün müddətinə, 08 sentyabr 2022-ci il tarixdən 14 gün müddətinə analıq məzuniyyəti təyin edilmişdir. Belə ki, iddiaçının 2021-2022-ci illər üzrə cəmi qazançı 7107,00 manat məbləğində, bir iş gününə düşən orta gündəlik qazancın məbləği 50,81 manat təşkil edir. İddiaçı 126 günlük hamiləliyə və doğuşa görə məzuniyyəti 30 iyun 2022ci il tarixdən verildiyindən müavinət hesablanarkən köhnə qanunvericiliyin tələblərinə uyğun olaraq aldığı əməkhaqqının 1.1 misli nəzərə alınmamalıdır. Cavabdeh apellyasiya şikayətinin hüquqi cəhətdən əsaslandırılması üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci, 81.1-ci, 81.2-ci, 87.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinə, 129-cu maddəsinin 3-cü hissəsinə, 149-cu maddəsinə istinad etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)287/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 izahatında iddiaçıya kəsir ödənilmiş 138 manat nəzərə alınmaqla apellyasiya şikayətinin qismən təmin olunmasını, Naxçıvan MR İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)-287/2024 nömrəli qərarının qismən ləğv olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə n əzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli, 3-17-9-1/2-C-163/2023 nömrəli məktubdan aydın olur ki, sığortaolunanlara hamiləlik və doğuma görə müavinətin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin 3-cü abzasına əsasən işçinin əmək qabiliyy ətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsasnamənin 28-ci hissəsinin birinci abzasının 2-ci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 30-cu hissəsinin ikinci abzasında qeyd olunur: “Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əməkhaqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar”. Yəni müavinət hesablanarkən son 12 ayda alınan mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə (o, 02 iyul 2022-ci il tarixdə hamiləlik və doğuşa görə məzuniyyətə çıxdığından bu zaman keçən il dedikdə 2021-ci il nəzərdə tutulur) hesablanmış ümumi məbləğinin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınır. Ona dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsait isə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əməkhaqqına əlavə kimi hesablanaraq ödənilib. Yəni, 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsait, müavinətin hesablanması zamanı əməkhaqqına əlavənin orta aylıq miqdarının müəyyən edilməsi qaydasına əsasən 2021-ci ildə ödənilmədiyindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnam ənin 28-ci hissəsinin birinci abzasının 2-ci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır”. Əsasnamənin dəyişiklik edilənədək qüvvədə olan 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi və 30-cu hissəsi 2022-ci ilin 19 avqustundan qüvvədən düşdüyündən bu tarixdən sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxan xanımlara şamil edilmir. Yəni bu tarixdən sonra müavinət hesablanarkən onların aldıqları 1.1 mislində əməkhaqqına əlavə son 12 tam təqvim ayındakı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan qazancın tərkib hissəsi kimi nəzərə alınır. Hamiləlik və doğuşa gorə məzuniyyət hüququ isə 02 iyul 2022-ci il tarixdə yarandığından həmin bu dəyişiklik ona şamil olunmamış, yəni müavinət hesablanarkən qüvvədə olmuş köhnə qaydalara əsasən aldığı əməkhaqqının 1.1 misli həcmində əlavə nəzərə alınmamışdır. - Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən Kəngərli Rayon Təhsil Şöbəsinə ünvanlanmış 14 iyul 2023-cü il tarixli, 5-24/2-544/2023 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixli, SN 00007 № ******* nömrəli xəstəlik vərəqəsinə əsasən sənədləri 2022-ci ilin iyul ayında təqdim edilmişdir. Vətəndaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 sentyabr tarixli, 189 nömrəli qərarının 65-ci maddəsinə əsasən hamiləlik və doğuma görə müavinət hesablanmışdır. Vətəndaşın əmək qabiliyyətini itirdiyi aydan etibarən əvvəlki so n 12 təqvim ayındakı qazancın məbləği isə 189 nömrəli qərarın 28-ci maddəsinə əsasən müəyyənləşdirilmişdir. Vətəndaşın mükafat və əməkhaqqına əlavələrin hesablanması isə 189 nömrəli qərarın 30cu maddəsinə əsasən nəzərə alınmış, həmin maddənin 2-ci abzasında keçən ildəki mükafat və əməkhaqqına əlavələr nəzərdə tutulduğu üçün cari ildəki əməkhaqqına 1.1 misli əlavə nəzərə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 320 nömrəli qərarı ilə qanunvericilikdə dəyişiklik olunmuş və 30-cu maddə ləğv olunmuşdur. İddiaçı müavinət hesablanması dəyişiklikdən əvvəlki dövrü əhatə etdiyindən vətəndaşa qanunvericiliyin tələblərinə uyğun olaraq müavinət hesablanıb və ödənilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Püsyan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 197 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonunun Püsyan kəndində yaşayır və qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxx 1997-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Kəngərli Rayon Təhsil Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 08 yanvar 2024-cü il tarixli, 3/2 nömrəli məktubla İddiaçı analıq məzuniyyətinə buraxılması barədə əmrin, məzuniyyətə buraxılmasına əsas olmuş sənədlərin və məzuniyyətə buraxılma ilə bağlı mühasibatlıq sənədlərinin surətləri məhkəməyə göndərilmişdir. - Kəngərli Rayon Təhsil Şöbəsinin 30 iyun 2022-ci il tarixli, 63 nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddə sinə uyğun olaraq Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu İddiaçı 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək 126 təqvim günü müddətinə sosial məzuniyyətə (hamiləlik və doğuşa görə məzuniyyət) buraxılmışdır. - Kəngərli Rayon Təhsil Şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, 77 nömrəli əmrindən aydın olur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125.1-ci maddəsinə uyğun olaraq hamiləlik və doğuşa görə məzuniyyətdə olan Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu İddiaçı sosial məzuniyyət müddətinə 14 gün əlavə edilmişdir. - Kəngərli Rayon İcra Hakimiyyəti tərəfindən verilən 21 iyul 2022-ci il tarixli, 19 nömrəli və 12 oktyabr 2022-ci il tarixli, 26 nömrəli arayışlarda İddiaçı Kəngərli Rayon Təhsil şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işlədiyi və ona son bir ildə (11 iyul 2021ci il tarixdən 01 iyul 2022-ci il tarixədək) ödənilən əmək haqqı məbləğlərini əks etdirən cədvəllər göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 aprel 2024-cü il tarixli məktubdan görünür ki, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancın dan hesablanır. Əməyin vaxtamuzd və işə muzd ödənilməsi sistemində qazanc dedikdə, (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Həmin Əsasnamənin 30-cu hissəsinə əsasən müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əmək haqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondundan verilən müka fatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə həmin Əsasnaməyə müvafiq dəyişikliklər edilərək bu Əsasnamənin 28-ci hissəsinin birinci abzasının ikinci cümləsi çıxarılmış və 30-cu hissəsi ləğv edilmişdir. Həmin dəyişiklikdən sonra 28-ci hissənin birinci abzası aşağıdakı qaydada verilmişdir: “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Göründüyü kimi, Əsasnaməyə edilən dəyişikliklə işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi halda son 12 ay üzrə hesablanan gəlirlərin əhatə dairəsi genişləndir ilib. Dəyişikliyə əsasən, Əsasnamənin 28-ci hissəsində “işçinin əməkhaqqı gəlirləri üzrə qazanc” məfhumu “məcburi dövlət sosial sığorta haqqı hesablanan qazanc” ifadəsinə dəyişdirilmişdir. Yəni dəyişikliyə qədər işçiyə müavinət hesablandıqda yalnız onun əməkhaqqı əsas götürülürdüsə, dəyişiklikdən sonra işçinin məcburi dövlət sosial sığorta haqqı hesablanan bütün gəlirləri nəzərə alınır. Bundan sonra işçi əmək qabiliyyətini müvəqqəti itirdiyi halda, məcburi dövlət sosial sığorta haqqı hesablanan digər qazanclarının nəzərə alınması nəticəsində işçiyə ödəniləcək məbləğ də artacaq. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin Qeyri-büdcə təşkilatları üzrə nəzarət tədbirlərinin aparılması sektorunun baş məsləhətçimüfəttişi X9 tərəfindən məhkəməyə xx.xx.20 24-cü il tarixli rəy təqdim edilmiş, həmçinin rəyə qoşma olaraq İddiaçı sosial məzuniyyətə çıxdığı aydan etibarən əvvəlki 12 tam təqvim ayında aldığı əməkhaqqı, mükafat və maddi yardım cədvəli, 2021-ci ilin iyun ayından 2022-ci ilin may ayına qədər olan əməkhaqqı-hesablama ödəmə cədvəlləri əlavə edilmişdir. Sonradan mütəxəssis tərəfindən əvvəlki rəyində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə 19 avqust 2022-ci il tarixli, 320 nömrəli Qərarı ilə edimiş dəyişikliyi nəzərə almadığını, dəyişiklik nəticəsində siğortaedənin öz isçisinə ödədiyi maddi yardımın məcburi dövlət sosial sığorta haqqının hesablanmasına cəlb olunduğunu və qazanca daxil olduğunu, iddiaçının 126 gün sosial məzuniyyətə 2022-ci ilin iyun ayının 30-u çıxdığı üçün müvafiq qanunvericilikdə nəzərdə tutulan normanın həmin tarixə nəzərə alına bilmədiyini, amma 2022-ci ilin sentyabr ayında məzuniyyətə çıxdığı 14 günlük dövr üçün nəzərə alınıb ödənilməli olduğunu bildirib, tərtib etdiyi yeni rəyi kollegiyaya təqdim edib, əvvəl təqdim etdiyi rəyin nəzərə alınmamasını xahiş etdi. Kollegiyaya təqdim edilmiş yeni rəydə göstərilmişdir ki, İddiaçı ona hamiləliyə və doğuma görə ödənilmiş müavinətin az hesablanması iddiası ilə əlaqədar məhkəmə işinin materialları ilə tanış olunmuşdur, məhkəmə materiallarından göründüyü kimi iddiaçı Cəfərli X6 rayon Təhsil şöbəsinin aparatında aparıcı məsləhətçi vəzifəsində işləyir, o, 30 iyun 2022-ci il tarixli SN 00007 seriyalı ******* nömrəli və 08 sentyabr 2022-ci il tarixli SN 00007 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixinədək 126 günlük, 03 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixədək 14 günlük sosial məzuniyyətə (hamiləliyə və doğuma görə) çıxmışdır, təqdim olunmuş mühasibatlıq sənədlərindən görünür ki, İddiaçı 126 günlük sosial məzuniyyətə (hamiləliyə və doğuma görə) görə 3 006 manat 00 qəpik, 14 günlüyə görə isə 273 manat 28 qəpik olmaqla ümumilikdə 3 279 manat 36 qəpik müavinət pulu hesablanıb ödənilmişdir. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi, hamiləliyə və doğuma görə müavinətin ödənilməsi A zərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiqlənmiş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnaməyə əsasən həyata keçirilir. Əsasnamənin 2-ci bölməsinin 28-ci bəndində deyilir ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığorta olunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından hesablanır. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müv əqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayma bölməklə tapılır. Əsasnamənin 2-ci bölməsinin 30-cu bəndində qeyd olunur ki, müavinət hesablanarkən nəzərə alınan bütün növ qazanclar, o cümlədən həmin ayda əməkhaqqı ilə verilən mükafatlar qazanca onların hesaba alındığı vaxt üzrə daxil edilir. Əməyin ödənilməsi fondundan verilən mükafatlar, əməkhaqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınır. Məhkəmə materialları ilə tanış olduğu zaman iddiaçının illik qazancının yığıldığı məzuniyyət hesablaması cədvəlindən 2 nüsxə olduğu və hər nüsxədə məbləğlərin fərqli olduğu aşkar oldu. Qanunvericiliyin tələblərinə uyğun hesablamanın aparılması üçün sığort aedən təşkilatdan İddiaçı illik qazancını əks etdirən mühasibatlıq sənədlərinin surəti alınmış və onların əsasında cədvəl tərtib edilmişdir. Əvvəlki cədvəllərdən və hesablamadan görünür ki, iddiaçının hesablama dövrünə aid qazanca daxil olan bəzi ödənişləri nəzərə alınmayıb. Onlara aiddir: 2021-ci ilin iyul ayında aldığı 480,00 manat maddi yardım 19 avqust 2022-ci il tarixli 320 nömrəli qərarı ilə dəyişiklikdən sonra “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də 28-ci hissənin birinci abzasının birinci cümləsinə “işçinin” sözündən sonra “məcburi dövlət sosial sığorta haqqı hesablanan” sözləri, “qazancından” sözündən sonra “(bundan sonra - qa zanc)” sözləri əlavə edilmişdir və həmin abzasın ikinci cümləsi çıxarılmışdır. 14 günlük hesablamaya mədaxil olunmayıb. Halbuki, Sosial sığorta haqqında Azərbaycan Respublikası qanununun 15-ci maddəsinin (Məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növləri) 1-ci hissəsinin (məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır.) 11-ci abzasında qeyd olunur ki, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə, maddi yardım (sığortaedənin öz işç isinə ödədiyi maddi yardım istisna olmaqla) və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) sığortaedənin öz işçisinə ödədiyi maddi yardım məcburi dövlət sosial sığorta haqqının hesablanmasına cəlb olunur və qazanca daxildir. Azərbaycan Respublikası prezidentinin 2022-ci ilin fevral ayında dövlət orqanlarında işləyən dövlət qulluqçularının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə vəzifə maaşlarına 1.1 misli əlavənin tətbiqinə dair sərəncamından sonra mart, aprel, may ayları üzrə alınmış 1 041 manat 88 qəpik əməkhaqqının tərkib hissəsi olsada aylıq qazanca daxil edilməyib. Sosial məzuniyyətə çıxdığı iyun ayı əməkhaqqı ilə bərabər alınmış rüblük mükaf atın əvvəlki may və aprel aylarına düşən hissəsi (480/3=160*2=320) hesablamada öz əksini tapmayıb. Yuxarıda sadalanan nöqsanları və qanunvericiliyin tələbinə uyğun aparılmış yenidən hesablamanın nəticəsinə uyğun olaraq bildirilir ki, İddiaçı az hesablanmış 395 manat 12 qəpik sosial müavinət ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişd irilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim o lunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. (...) Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Kollegiya apellyasiya şikayətinin mahiyyətcə imtinada göstərilən əsaslarla eyni olan dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları; könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr; əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə birdəfəlik müavinət; qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi. Qanunvericiliyə görə əməyin ödənişi fonduna məcburi dövlət sosial sığorta haqqının hesablanmasından azad olunan sığortaedənlərdə işləyən şəxslərin hesablanmış sosial sığorta ödəmələrini (əmək pensiyaları istisna olmaqla) he sablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır. Azərbaycan Respulikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması yə ödənilməsi haqqında Əsasnamə”nin: 1-ci bəndinə əsasən bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 2-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdəndir. 3-cü bəndinin 3-cü abzasına əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hər iki halda müavinətin aylıq maksimal həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. 19 avqust 2022-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan həmin Qərarın 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın məcburi dövlət sosial sığorta haqqı hesablanan qazancından (bundan sonra – qazanc) hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əməkhaqqı əvəzinə sığortaolunana verilən malların (işlərin və xidmətlərin) dəyəri həmin malların bu sığortaolunanın qazancı kimi nəzərə alındığı tarixdə bazar (sərbəst) qiymətləri ilə ifadə olunan dəyərinə, verilən malların dəyəri dövlət tərəfindən tənzimləndiyi halda isə dövlət tərəfindən tənzimlənən qiymətlərlə ifadə olunan dəyərinə bərabər götürülür. Müavinətin məbləği sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayındakı qazancı n məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. 65-ci bəndinə əsasən hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. 70-ci bəndinə əsasən hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əmək haqqı saxlanılmadan) dövr ünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinət verilir. 72-ci bəndinə əsasən hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır. İnzibati işin hallarından görünür ki, Kəngərli Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, İİİ dərəcəli dövlət qulluqçusu Cəfərli X6 Rayon Təhsil Şöbəsinin 30 iyun 2022-ci il tarixli, 63 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci m addəsinə uyğun olaraq 30 iyun 2022-ci il tarixdən 03 noyabr 2022-ci il tarixədək 126 təqvim günü müddətinə sosial məzuniyyətə (hamiləlik və doğuşa görə məzuniyyət) buraxılmış, sonradan Kəngərli Rayon Təhsil Şöbəsinin 26 sentyabr 2022-ci il tarixli, 77 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125.1-ci maddəsinə uyğun olaraq İddiaçı sosial məzuniyyət müddətinə 14 gün əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş sənədlər əsasında müvafiq hesablama aparılaraq İddiaçı Kapital Bank hesabına xx.xx.2022-ci il tarixində 3006.08 manat pul köçürülmüş, 14 günlük müavinətin ödənilməsi üçün isə yenidən müvafiq sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş və yenidən hesablama aparılaraq İddiaçı Kapital Bank h esabına xx.xx.2022-ci il tarixində 273.28 manat pul köçürülmüşdür. Beləliklə, İddiaçı 2022-ci üzrə hamiləliyə və doğuma görə ümumilikdə 3 279.36 manat (üç min iki yüz yetmiş doqquz manat otuz altı qəpik) müavinət ödənilmişdir. İddiaçı ona müavinət hesablanarkən 2022-ci ilin fevral-iyun aylarında aldığı aylıq əməkhaqqının 1.1 mislində vəsaitin nəzərə alınmaması əsası ilə “2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi” tələbi çərçivəsində birinci instansiya məhkəməsinə müraciət etmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)-287/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh orqan apellyasiya şikayəti vermiş, şikayətind ə İddiaçı 126 günlük hamiləliyə və doğuşa görə məzuniyyəti 30 iyun 2022-ci il tarixdən verildiyindən müavinət hesablanarkən köhnə qanunvericiliyin tələblərinə uyğun olaraq aldığı əməkhaqqının 1.1 misli nəzərə alınmamalı olduğunu əsas gətirmişdir. Kollegiya cavabdeh orqan tərəfindən verilmiş apelyasiya şikayətindəki dəlilləri araşdırıb onları əsassız hesab edir və aşağıdakıları qeyd edir. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin üçüncü abzasına əsasən müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Əsa snamənin 2022ci ilin 19 avqust tarixinədək qüvvədə olan 28-ci hissəsinin ikinci cümləsində isə bildirilir ki, əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əməkhaqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Əsasnamənin 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan 30-cu hissəsinin ikinci abzasında qeyd olunur ki, əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarında, onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə nəzərə alınırlar. Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində, habelə 1- 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularına (bu Fərmanın 1.1-1.4-cü bəndlərində nəzərdə tutulan inzibati vəzifələr istisna olmaqla) aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, yuxarıda qeyd edilmiş “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanına uyğun olaraq qəbul edilmiş Naxçıvan Muxtar Respublikası X14 “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 05 mart 2022-ci il tarixli Fərmanının 1.1-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının 1-5-ci kateqoriya dövlət orqanlarında inzib ati vəzifə tutan dövlət qulluqçularına aylıq vəzifə maaşının 1.1 misli həcmində əlavə müəyyən edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd edilmişdir ki, bu Fərman 2022-ci ilin fevralın 1-dən tətbiq edilir. Qanunvericliyə görə əməkhaqqı dedikdə aylıq vəzifə maaşı, əlavələr və mükafatlar nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2022-ci il 1 mart tarixli 1610 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən 2022-ci ilin mart, aprel, may aylarında ödənilmiş məbləğ onun hamiləliyə və doğuma görə məzuniyyətə çıxdığı 30 iyun 2022-ci il tarixdən əvvəlki 12 aya daxildir. İddiaçı hamiləliyə və doğuşa görə sosial məzuniyyət üçün müavinət hesablanarkən 2022-ci ilin 19 avqust tarixinədək qüvvədə olan Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci hissəsinin tələbləri nəzərə alınmaqla son 12 ayda iddiaçının aldığı mükafat və ya əməkhaqqına əlavələrin orta aylıq miqdarı, onların (mükafat və əlavələrin) keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə hesablanmaqla nəzərə alınmalı idi. Həmçinin məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində də qeyd edilən hallar bir daha təsdiq edilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin fevral ayında dövlət orqanlarında işləyən dövlət qulluqçularının həyat şəraitinin yaxşılaşdırılması məqsədilə vəzifə maaşlarına 1.1 misli əlavənin tətbiqinə dair sərəncamından sonra mart, aprel, may ayları üzrə alınmış 1 041 manat 88 qəpik əməkhaqqının tərkib hissəsi olsa da aylıq qazanca daxil edilməyib. Əlavə olaraq qeyd edilmişdir ki, müavinət hesablanərkən sosial məzuniyyətə çıxdığı iyun ayı əməkhaqqı ilə bərabər alınmış rüblük mükafatın əvvəlki may və aprel aylarına düşən hissəsi hesablamada öz əksini tapmamamışdır. İddiaçıya ödənilməli olan müavinətlə ödənilmiş müavinət arasında 395 manat 12 qəpik fərq aşkar olunmuşdur. Cavabdeh inzibati orqanın nümayəndəsinin izahatına görə iddiaçıya 138 manat kəsir qalmış müavinət məbləği ödənilməlidir. Kollegiya inzibati iş materiallarını, mütəxəssis tərəfindən kollegiyaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəyi, ona əlavə edilmiş İddiaçı sosial məzuniyyətə çıxdığı aydan etibarən əvvəlki 12 tam təqvim ayında aldığı əməkhaqqı, mükaf at və maddi yardım cədvəli və digər sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı 2022-ci ildə hamiləliyə və doğuşa görə məzuniyyətinə çıxdığı dövr üzrə ödənilmiş müavinət az hesablanmışdır, buna görə də kəsir qalmış 395 manat 12 qəpik pul cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 125.1-ci maddəsinə əsasən hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. - 131.4-cü ma ddəsinin a) yarımbəndinə əsasən qadınların hamiləliyə və doğuşa görə - sosial məzuniyyətdən bilavasitə əvvəl, yaxud sonra əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır. - 140.1-ci maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. - 140.2-ci maddəsinə əsasən 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. - 140.3-cü maddəsinə əsasən məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. - 140.5-ci maddəsinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir - 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 154.2-c i maddəsinə əsasən bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Göründüyü kimi iddiaçının müraciəti ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi qərarında iddiaçıya dövlət qulluqçusu kimi aylıq əmək haqqının 1.1 misli həcmində ödənilən vəsaitin Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 01 fevral 2022-ci il tarixdən etibarən əmək haqqına əlavə kimi ödənildiyini, müavinətin hesa blanması qaydalarına əsasən iddiaçıya müavinət ödənilərkən məzuniyyətə çıxdığı vaxtdan əvvəlki 12 ay aldığı əmək haqqına 1.1 misli miqdarında əlavə də daxil edilərək hesablanmalı olduğunu, cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 2022-ci il tarixli, 320 nömrəli qərarı ilə müvafiq Əsasnaməyə müvafiq dəyişikliklər edilməsi barədə arqumentinin əsassız olduğunu əsas götürərək iddianı təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. H əmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan nəticəyə gəlinmişdir. Ona görə də cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdaf iəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)-287/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "2022-ci ildə analıq məzuniyyətinə çıxdığı dövr üzrə ona ödənilməli olan müavinətin yenidən hesablanaraq ödənilməmiş kəsir qalan hissəsinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 2-1(122)-28 7/2024 nömrəli qərarından cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 21(122)-287/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar