Məhkəmə qərarları › İş №2-1(108)-87/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-87/2024

26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-87/2024 26.08.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X3 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(122)-706/2024 nömrəli qərardadından İddiaçı tərəfindən ver ilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 21(122)-706/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi i lə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, 21(122)-706/2024 nömrəli qərardadından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(108)87/2024 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak et məmişdirlər. İddiaçı 26 avqust 2024-cü il tarixdə poçt vasitəsilə məhkəmənin ünvanına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 26 avqust 2024-cü il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək apellyasiya şikayətinin geri götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə teleqramı nəzərdən keçirərək hesab edir ki, müraciəti təmin edilməli, apellyasiya şikayətindən imtina qəbul edilməli, şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzi bati Prosessual Məcəlləsinin 88.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 89-cu maddəsinə görə şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Həmin Məcəllənin 88.3-cü mаddəsinə görə, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessuа l Məcəlləsinin 397.3-cü maddəsinə əsasən, şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 398.0.4-cü maddəsinə əsasən, qərardaddan verilmiş şikayətdən imtina olunduqda apellyasiya icraatına xitam verilir. İnzibati Prosessual Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə İddiaçı b irinci instansiya məhkəməsinin qərardadından vermiş olduğu apellyasiya şikayətini geri götürməsi barədə müraciəti qəbul edilməli və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 88,89-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan Şəhər İcra Hakimiyyətinin İH/130-xx.xx.1996 saylı sərəncamı ilə verilmiş torpaq sahəsi üzərində tikilmiş mağazanın sökülməsi ilə əlaqədar ona vurulmuş maddi ziyan qismində 25000 manatın, əlavə faiz qismində 5000 manatın və mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 08 iyul 2024-cü il tarixli, 2-1(122)706/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətdən imtinası qəbul edilsin və İddiaçı münasibətdə apellyasiya icraatına хitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar