Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-9/2022 25.01.2022 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Kuimova Vera Gennadiyevna (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(122)-183/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci i l tarixli, 21(122)-183/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı ona "müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qərarından narazı qalan İddiaçı 28 dekabr 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 28 dekabr 2020-ci il tarixli M.N Mərkəzi Arxiv İdarəsinin onun adına verdiyi arayışdan aydındır ki, İddiaçı 4 dəfə Milli Qəhrəman Allahverdi Bağırovun komandir olduğu N saylı hərbi hissəyə and içərək qəbul olunmuş, hərbi hissə komandirinin əmri ilə azad olunmuşdur. Könüllü hərbi komissarlı qda və Prokraturada onun barəsində mənfi rəyin olmaması səbəbi çox sadədir. O, 1992-ci ildə Qarabağda savaşda dastan yazmışdır. Xalqımız bu dastana öz əlavələrini edib böyütdü, şişirtdi. Tank mərmi partlayışından səhra hospitalına, oradan Papanin hospitalında müalicə, əməliyyat olunmuşdur. Bir az sağaldıqdan sonra dövlətçilik naminə təşkilatlanmış, ölkəmizdəki durumu analiz etmişlər. 1991-ci il mart – ölkəmiz SSRİ tərkibində qalmaq referendumu rədd edən tək Ulu öndər olub. Ulu öndərə xəyanət edən Ayaz Mütəllimov və yaratdığı M.N. Rəhim Qazıyev ölkəni məhv etmişlər. Yəni müstəqil dövlətimizin anayasası belə yox. Azərbaycan Vətən müharibəsi veteranları birliyi yaranmışdır. O təşkilatın sədri olmuşdur. Hərbi komissarlıq, prokratura, MBD, QKB, könüllü, vətən uğruna vuruşan hər kəs müraciət edi b və təşkilata üzv olub. Bir gün ona deyiblər ki, rəhbərlik səni çağırır. Səmimi görüşmüşlər. Naxçıvanda çoxlu müharibə təşkilatı olmağına baxmayaraq cənab sədr onunla işləməyə qərar vermişdir. Ona tövsiyə, tapşırıq və xeyir-dua vermişdir. Onlar isə sədrin hörmətli, ərköyün, sədaqətli dostu olmuşlar. O könüllü savaşçıdır. Ulu öndərin Naxçıvanda dalğalandırdığı ay-ulduzlu bayrağımız İrəvanda və Tehranda dalğalananda onun savaşı bitəcək. Ali Baş komandan Nazirlər Kabinetinin vəzifəlilərini işdən çıxararkən “xalqın qanını zəli kimi soranlar” dedi. Müdafiə Naziri 44 namus-şərəf müharibəsində ortalıqda yox idi. İndi xanım baş məsləhətçi Cəmilə Mirzəzadə niyə israrla ona veteran adının verilməməsi üçün bu qədər can-fəşanlıq edir. O Ulu öndərin 841 saylı fərmanı ilə müharibə veteranıdır. Həm də dəfələrlə. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab edir. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq belə qənaətə gəlir ki, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədə n iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəllənin 85.3-cü maddəsinə görə şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Kollegiya belə hesab edir ki, iddiaçı Səfərov X1 Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarından verdiyi şikayətində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-ci və 85-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl etməmişdir. Belə ki, iddiaçı şikayətində şikayətini əsaslandırmamış, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, onları təsdiq edən sübutları və tələbini göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbu l etməkdən imtina edir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(122)-183/2021 nömrəli qərarından verdiyi şikayətin mümkün hesab edilməsi üçün prosessual əsaslar olmadığından şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Kollegiya yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81, 85, 87.2, 87.3, 87.4, 90.1, 90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l ı r: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respu blikası İnzibati Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2-1(122)-183/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbul edilməsindən imtina edilsin. Qərardaddan, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-9/2022
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-9/2022
25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver