Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-9/2023 10.02.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Əli Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndələri Nümayəndə, X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarından İddiaçı və onun nümayəndələri Nümayəndə, X7 tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması ilə bağlı məsələyə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)147/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyriyaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. İşin halları: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı 12 iyul 2021-ci il tarixdə iddia ərizə si ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məxsus Naxçıvan şəhər, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi, 1998 və 2018-ci illərdə mülkiyyətin dəyəri 100 faizi dövlətə ödənildiyindən bugünki bazar qiyməti ilə mülkün ödənilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 07 sentyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi Əsədov X5 Məsumə Akif qızına məxsus Naxçıvan şəhər, Atatürk küçəsi 8də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyin in 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi, 1998 və 2018-ci illərdə mülkiyyətin dəyəri 100 faizi dövlətə ödənildiyindən bugünki bazar qiyməti ilə mülkün ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbin “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi” olduğunu bildirib, məhkəmədən həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2-1(122)147/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Naxçıvan Mux tar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)147/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyriyaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Məhkəmənin qərarından narazı qalan İddiaçı və onun nümayəndələri Nümayəndə, X7 apellyasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarından apellyasiya şikayəti verə bilmədiyini, belə ki, onun və ailə üzvlərinin hamısının koronovirus pandemiyasına yoluxduğundan Naxçıvan şəhər Sanepidemiologiya məntəqəsi tərəfindən karantinə alındıqlarını, sonradan xəstəliyi ağır keçirdiyinə görə uzun müddət müalicələr almaq məcburiyyətində olduğunu, hal hazırda 3-cü qrup əlil və bir körpə uşaq anası olduğunu qeyd edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarından apel lyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçı şikayətin mümkünlüyünün yoxlanılması ilə bağlı məsələyə baxılması ilə əlaqədar şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasına gəlməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan şikayətin mümkünlüyünün yoxlanılmasına baxılmasını və qərar qəbul edilməsini mümkün hesab edir. Kollegiyadakı izahatlarında İddiaçı nümayəndələri Nümayəndə və X7 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəni müdafiə edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarından apellyasiya şikayəti verə bilmələri üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməklə apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses işt irakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tələbinə əsasən isə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədləri məhkəməyə qaytar ılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarına əlavə edilmiş (iş vərəqə 150) poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən 02 noyabr 2021-ci il tarixdə İddiaçı göndərilmiş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarı 05 noyabr 2021-ci il tarixdə müvafiq xəbərnaməyə imza edilməklə qəbul edilmiş, bununla da məhkəmə sənədinin rəsmi qaydada idd iaçıya verilməsi təsdiq edilmişdir. Kollegiya İddiaçı buraxılmış prosessual müddətin bərpasına dair ərizəsində göstərdiyi Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)147/2021 nömrəli qərarından apellyasiya şikayəti verə bilməməsi, belə ki, onun və ailə üzvlərinin hamısının koronovirusa yoluxduğundan Naxçıvan Şəhər Sanepidemiologiya məntəqəsi tərəfindən karantinə alınması, sonradan xəstəliyi ağır keçirdiyinə görə uzun müddət müalicələr almaq məcburiyyətində olması, hal-hazırda 3-cü qrup əlil və bir körpə uşaq anası olması ilə əlaqədar dəlillərini iş materialları ilə əhatəli şəkildə yoxlayaraq aşağıdakı nəticəyə gəlir: Belə ki, iddiaçı prosessual müddətin bərpasına dair ərizəsində qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətlərdə xəstəliklə əlaqədar heç bir məhdudlaşdırıcı və apellyasiya şikayətinin verilməsini çətinləşdirən hallar mövcud olmamış, onun səhhətində hər hansı problemin olmasına dair sübutlar təqdim olunmamışdır. Kollegiya qeyd edir ki, prosessual müddətin bərpası üçün müraciət etmiş şəxs müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməyə borcludur. Belə ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu prosessual hərəkətləri vaxtında etməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə hə min şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İşin araşdırılmış hallarından göründüyü kimi hazırkı işdə qanunun yuxarıda sadalanan normasında müəy yən edilmiş təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar ümumiyyətlə mövcud olmamışdır, iddiaçının müddətin bərpasına dair 25 yanvar 2023-cü il tarixli ərizəsində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir və 1 il 2 ay 19 gün keçdikdən sonra heç bir üzrlü səbəb olmadan verilmiş həmin ərizə buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən d əf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Kollegiya qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarından da göründüyü kimi qanunla nəzərdə tutulmuş prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə məhkəmə aktı qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ da keçmiş olur. “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, şikayətin məhkəməyə ver ilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Buna görə, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət e tmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir. Avropa Məhkəməsi xatırlatmışdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət mə hdudiyyətlərini tənzimləyən qaydalar, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə, mübahisə üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının ərizəsində göstərdiyi dəlilləri buraxılmış prosessual müddətin bərpası üçün əsas ola bilməz və ona görə də buraxılmış prosessual müddətin bərpa olunması barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)147/2021 nömrəli qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından iddiaçıya münasibətdə imtina edilməli və bununla əlaqədar Naxçıva n Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərarından İddiaçı və onun nümayəndələri Nümayəndə, X7 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən isə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.2, 87.3, 89, 90.1 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 21(122)-147/2021 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə 25 yanvar 2023-cü il tarixli ərizəsi təmin edilməsin və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunsun. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1( 122)-147/2021 nömrəli qərarından İddiaçı, onun nümayəndələri Nümayəndə və X7 tərəfindən verilmiş şikayət mümkün sayılmasın və şikayətin qəbul edilməsindən imtina edilsin. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-9/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-9/2023
10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver