Məhkəmə qərarları › İş №2-1(108)-9/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-9/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-9/2024 14.02.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X5 ibarət tərkibdə, X7 məhkəmə iclas katibliyi İddiaçı1 və cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən 17 iyun 2010-cu il tarixdə X9 adına verilmiş Naxçıvan MR Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsi barədə reyestr nömrəsi **********63, ********** nömrəli qeydiyyat olmaqla daşınmaz əmlakın dövlət reyestrində 19 /3 nömrəli reyestr kitabının 465 nömrəli qeydiyyatın ləğv olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-472/2023 nömrəli qərardadından İddiaçı1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı vəkil və nümayəndələri Vəkil vasitəsilə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 17 iyun 2010-cu il tarixdə X9 adına verilmiş Naxçıvan MR Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha tor paq sahəsi barədə reyestr nömrəsi **********63, ********** nömrəli qeydiyyat olmaqla daşınmaz əmlakın dövlət reyestrində 19/3 nömrəli reyestr kitabının 465 nömrəli qeydiyyatın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)-472/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)-472/2023 nömrəli qərardadından narazı qalan iddiaçıların vəkili və nümayəndəsi Vəkil şikayət verərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-472/2023 nömrəli qərardadının ləğv edilərək iddia tələbinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respu blikası Ali Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2023cü il tarixli, 2-1(108)-73/2023 nömrəli qərardadı ilə şikayət İddiaçı1 münasibətdə mümkün hesab edilmiş, digər İddiaçı2 münasibətdə isə Vəkil onun nümayəndəsi kimi şikayət verməkdə səlahiyyəti olmadığından mümkün sayılmamışdır. İddiaçı1 vəkil və nümayəndəsi Vəkil şikayətində göstərmışdır ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X9 adına xx.xx.2010-cu il tarixdə Şərur Rayon Aqrar islahat Komissiyasının xx.xx.1999-cu il tarixli 05 nömrəli və Dərəkənd bələdiyyəsinin xx.xx.2010-cu il tarixli 01 nömrəli qərarları əsasında Dərəkənddə 8537,0 m2 həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Şərur rayonu Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli 5 nömrəli protokolunda və torpaq islahatının apa rılması ilə əlaqədar icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında Mikayıl və dörd nəfər ailə üzvlərinin adı qeydə alınmışdır. Buna baxmayaraq Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ailəyə ayrılmış torpaq sahəsini və birgə nikah dövründə əldə olunmuş torpaq sahəsini, yəni 0.8537 ha torpaq sahəsini 17 iyun 2010-cu il tarixdə X9 adına qeydiyyata almışdır. xx.xx.2010-cu il tarixdə Sədərək Rayon DNK-da qeydiyyata alınan 4-ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında Mikayıl Əliyev torpaq sahəsini X2. Torpaq sahəsi xx.xx.2010-cu il tarixdə həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Muraz Məmmədzadənin adına qeydiyyata alınmışdır. Halbuki, həmin sahənin sat ılmasından xəbərləri olmamış, torpaq sahəsinin satılmasına razılıq verilməmiş, iddiaçı həmin vaxt cəzaçəkmə müəssisəsində cəza çəkmiş, torpağın satılmasına razılıq barədə ərizələr və imzalar iddiaçı və ailə üzvlərinə məxsus olmamışdır. Onun və ailə üzvlərinin adları Daşınmaz Əmlakın Dövlət Reyestrində X9 adına qeydiyyata alınan zaman nəzərə alınmadığından alqı-satqını mübahisələndirə bilməmişlər, torpaq sahəsinin yarısının birgə nikah dövründə qazanılmasına, digər hissəsinin isə ailə üzvlərinin mülkiyyətinə verilməsinə baxmayaraq Daşınmaz Əmlak torpaq sahəsini bütünlüklə X9 mülkiyyətinə vermişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, müddətin tətbiq olunmaqla tələbinə baxılmaması qanunsuz və əsassızdır. Şikayətin hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini n 2-ci və 34-cü maddələrinə istinad edilmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. İddiaçı1 vəkil və nümayəndəsi Vəkil məhkəmə iclaının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iştirak etmədiyindən kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı1 izahatında nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayəti müdafiə edərək, qanuni qərarın qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X8 izahatında şikayəti qəbul etməyərək qanuni qərarın qəbul edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümləd ən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən bir inci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayıb, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İnzibati işin materiallarına əlavə edilmiş; 0016947 nömrəli, xx.xx.2010-cu il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Naxçıvan MR, Şərur rayon, Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ X9 adına 19/3 nömrəli reyestr kitabının 465 nömrəli vərəqində qeydiyyata alınmışdır. Sədərək rayon DNK-da 4-Ə-99 nömrəli reyestrdə qeydiyyata alınan xx.xx.2010-cu il tarixli alqı-satqı müqaviləsinin surətindən aydın olur ki, X10 məxsus olan və Şərur rayon, Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsi X9 verdiyi etibarnamə əsasında X1. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 04/656 nömrəli məktubunda göstərilmişdir ki, Şərur rayonu Dərəkənddə yerləşən 0.8537 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində X9 adına xx.xx.2010-cu ildə qeydiyyata alınmış və sonradan Sədərək Rayon Notariat Kontorunun 4ə-99 nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə Muraz Məmmədzadənin adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə Şərur Rayon Notariat Ofisinin 4ə-08 nömrəli alqı-satqı müqaviləsi əsasında X3, lakin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Kollegiyanın sorğusuna cavab olaraq göndərilmiş Şərur Rayon Məhkəməsinin 2(110)-359/2022 nömrəli, 16 sentyabr 2022-c i il tarixli qərardadının surətindən aydın olur ki, iddiaçılar İddiaçı2 və X9 cavabdehlər X10, X4, Sədərək rayon Notariat ofisinə və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğvi, torpaq sahəsinin geri qaytarılması tələbi” barədə mülki iş üzrə iddia ərizəsi İddiaçı2, onun vəkil və nümayəndəsi Vəkil ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Kollegiya qeyd edir ki, inz ibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və eht imal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin "İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olma lıdır. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bun unla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət dairəsinə aiddir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Hazırkı iş üzrə iddia tələbi cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan MR Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsi üzərində X9 mülkiyyət hüququnun qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış 17 iyun 2010cu il tarixli, 465 nömrəli qeydiy yatın ləğvinə yönəlmişdir. İddiaçının mübahisələndirdiyi inzibati orqanın hərəkətinin edildiyi vaxtda qüvvədə olan, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti həmin vaxt qüvvədə olmuş MPM-nin 298-ci maddəsi ilə tənzimlənmişdi. İnzibati Prosessual Məcəllənin qüvvəyə mindiyi 01 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti həmin Məcəllənin 38.1-ci maddəsi ilə tənzimlənir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixinədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 01 yanvar tarixinədək artıq ötürülmüşdürsə, onlar yeni q anuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-m üəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar əd alət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin Avropa Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı iş üzrə” 23 iyul 2015ci il tarixli Qərarında iddianın müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini göstərmişdır. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması nəticəsinə gələrkən iddia müddətinin keçməsi ilə yanaşı, iddiaçının iddia qaldırmaqda subyektiv hüquqa malik olmadığını göstərmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı atası X9 adın a aparılmış qeydiyyatın ləğvinin əsası kimi Şərur Rayon Aqrar islahat komissiyasının xx.xx.1999-cu il tarixli, 5 nömrəli protokolunda və torpaq islahatının aparılması ilə əlaqədar icra nümayəndəliyinin yerli aqrar islahat komissiyasına təqdim etdiyi torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında atası ilə birlikdə özünün də adının olmasına istinad etmişdir. İş materiallarına əlavə edilmiş torpaq almaq hüququ olan subyektlərin adlı siyahısında 88-ci sırada İddiaçı1 adının olması müəyyən edildiyindən onun iddia qadırmaqda subyektiv hüququ olmuş, lakin həmin vaxt qüvvədə olmuş yuxarıda qeyd olunan prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etməmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi səhv olaraq iddiaçının subyektiv hüququn un olmamasına istinad etmiş, lakin iddiaçının mübahisələndirdiyi qeydiyyatın ləğvi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi əsası ilə iddianı mümkün saymamaqda haqlı olmuşdur. İnzibati işin materiallarından aydın olur ki, iddiaçı tərəfindən iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunla müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə əməl edilməmişdir. Kollegiya şikayətdə qeyd olunan iddiaçının cəza çəkdiyinə görə mübahisəli torpaq sahəsinin qeydiyyatı ilə bağlı məlumatının olmamasını inandırıcı hesab etmir və qeyd edir ki, iddiaçının torpaq sahəsi satılarkən razılığının olubolmamasına hüquqi qiymətin verilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci ma ddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Kollegiya göstərilənlərə hüquqi qiymət verərək belə hesab edir ki, İddiaçı1 iddiası mümkünlük şərtinə cavab vermədiyindən birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-472/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “cavabdeh tərəfindən 17 iyun 2010-cu il tarixdə X9 adına v erilmiş Naxçıvan MR Şərur rayonu, Dərəkənd kəndində yerləşən 0.8537 ha torpaq sahəsi barədə reyestr nömrəsi **********63, ********** nömrəli qeydiyyat olmaqla daşınmaz əmlakın dövlət reyestrində 19/3 nömrəli reyestr kitabının 465 nömrəli qeydiyyatın ləğv olunması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-472/2023 nömrəli qərardadından İddiaçı1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 21(122)-472/2023 nömrəli qərardadı İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiya sı vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar