Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-9/2025 23.01.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X10 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1152/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçının cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli, **********077000 n ömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, işdən azad edilməsi haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrin ləğv olunması və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və digər ödəmələrin, o cümlədən də 10000 manat mənəvi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İ nzibati Məhkəməsinin (hakim Elnur Hüseynov) 06 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1152/2024 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2019-cü il tarixdən Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Culfa rayon X9 vergi və sosial sığorta haqqlarının yığılmasına nəzarət bölməsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinə əsasən ona 3-cü dərəcəli müfəttişlik xüsusi rütbəsi verilmişdir. X1 Culfa şəhərində mağazası var və orada ticarət fəaliyyəti ilə məşğul olur. X8 vaxtında vergiləri ödəmədiyi üçün bu barədə ona xəbərdarlıq edilmədən xx.xx.2 024-cü il tarixdə, saat təxminən 11-12 radələrində Zeynalov Roman, Səfərov Elxan və Abdullayev Şaiq adlı üç nəfər vergi işçisi onun ərzaq mağazasına daxil olaraq ona hədə-qorxu gəlib, qanunsuz olaraq videoçəkiliş aparmışlar. Sonra həmin gün xx.xx.2024-cü il tarixdə vergi borclarının alınmasına nəzarət bölməsinin rəisi Elxan Səfərov onunla telefon əlaqəsi yaradaraq guya X1 vergi ödənişlərinin ona verildiyini bildirmişdir. Halbuki, bu haqda onun heç bir məlumatı yox idi. Onlar mağazadan çıxaraq vergilər idarəsinə getmiş və nahardan sonra onu Naxçıvan Şəhər 4 saylı Vergi Xidmət Mərkəzinə dəvət etmişlər. Daha sonra qardaşının mağazasında çəkilən həmin videoları ona göstərmiş və əllərində heç bir sübut olmadan ona məcburi qaydada öz istədikləri kimi izahat yazdırmışlar. X4 rəisi Rəşad Əliyev ona demişdir ki, “ya öz təşəbbüsünlə işdən çıx, ya da öz xoşunla işdən çıxmasan səni maddə ilə, qüsurla işdən məcburi qaydada çıxardacağam”. O da məcbur qalıb öz təşəbbüsü ilə ərizə verib işdən çıxmışdır. Ona aid olmayan, hazırda X6 məxsus olan idman zalının ona aid olması və qardaşının şəxsi məsələləri və problemlərinin onun təqsiri nəticəsində baş verməsi ilə bağlı ona məcburi şəkildə izahat yazdırmışlar. 07.06 2024-cü il tarixdə, **********077000 nömrəli əmrlə onu işdən azad etmişlər. xx.xx.2024-cü il tarixli ərizənin etibarsız sayılması, xx.xx.2024-cu il tarixli, **********077000 nömrəli əmrin ləğv edilməsi və işə yenidən bərpa olunması ilə bağlı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası “Vətəndaşların müraciəti haqqında” qanununun tələblərinə əsasən Naxçıvan MR İqtisadiyyat Naz irliyinə, Naxçıvan MR Əmək müfəttişliyinə və Naxçıvan MR X7 komitəsinə rəsmi olaraq teleqramla və məktubla müraciət etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1152/2024 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sözügedən qərarı qəbul edərkən iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, məhkəmə zamanı verdiyi izahatlarda və çıxışında bildirdiklərinə, o cümlədən məhkəməyə təqdim etdiyi sübutlara əhəmiyyət vermədən qanunsuz qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, vəzifədə olduğu müddətdə rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Vəzifədən azad edilməsi barədə ərizəni imzalamağa onu işdən ləkələyib çıxarmaqla hədə-qorxu gəlməklə inzibati orqanda məcbur etmişlər. Ərizəni imzaladıqdan 14 gün sonra ərizənin ləğv edilməsi ilə əlaqədar Naxçıvan MR İqtisadiyyat Nazirliyinə müraciət etmiş, lakin nəzərə alınmamışdır. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, İddiaçı 02 fevral 2019-cu il tarixdən 07 may 2024-cü il tarixədək vergi orqanlarında xidmət etmiş, xidmət etdiyi dövr ərzində yol verdiyi nöqsanlara görə barəsində iki dəfə (xx.xx.2019 tarixli **********292800 nömrəli əmrlə “töhmət”, xx.xx.2021 tarixli **********253700 nömr əli əmrlə “sonuncu xəbərdarlıqla şiddətli töhmət”) intizam tənbeh tədbirləri tətbiq edilmişdir. Daxil olmuş məlumatlar əsasında 05 may 2024-cü il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Daxili Təhlükəsizlik şöbəsi tərəfindən xidməti araşdırma aparılmış və yol verdiyi kobud nöqsanlara görə İddiaçı də bu araşdırmaya cəlb edilmişdir. Lakin araşdırma yekunlaşmadan iddiaçı ərizə yazaraq 07 may 2024-cü il tarixdən tutduğu xüsusi dövlət qulluğu vəzifəsindən öz təşəbbüsü ilə azad edilməsini xahiş etmişdir. O, ərizəni öz iradəsi ilə yazıb, heç kim ona hədə-qorxu gəlməyib. Qanunvericiliyə uyğun olaraq iddiaçının ərizəsi nəzərə alınaraq öz təşəbbüsü ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı ərizəsində 07 may 2024-cü il tarixdən işdən azad olunmasını xahiş etdiy i üçün ərizənin geri götürülməsi ilə bağlı 1 aylıq müddət ona şamil oluna bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasit ələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən Culfa Rayon X9 vergi və sosial sığorta haqlarının yığılmasına nəzarət bölməsinin dövlət vergi müfəttişi İddiaçı tərəfindən yol verilmiş nöqsanlarla bağlı araşdırmanın nəticəsindən görünür ki, İddiaçı 15 avqust 2019-cu il tarixdə növbəti əmək məzuniyyətinə çıxdıqdan sonra Culfa şəhəri, Xətai küçəsində yerləşən Məişət evinin ikinci mərtəbəsində idmantrenajor zalının açılması üçün həmin yerə müəyyən avadanlıqlar yerləşdirdiyi və 17 avqust 2019-cu il tarixdən onun rəhbərliyi ilə idman-trenajor zalının fəaliyyətə başladığı, həmçinin fəaliyyət göstərdiyi müddətdə həmin obyektin vergi orqanında uçota alınmadığı müəyyən olunmuş, yol verilmiş nöqsanlara görə İddi açı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən töhmət verilmişdir. İşdə olan Naxçıvan MR Dövlət Vergi Xidmətinin 29 oktyabr 2021-ci il tarixli “intizam tənbehi tədbirinin görülməsi barədə” əmrindən görünür ki, Culfa Rayon X9 vergi və sosial sığorta haqlarının yığılmasına nəzarət bölməsinin dövlət vergi müfəttişi İddiaçı vergi orqanı əməkdaşının etik davranış qaydalarının tələblərini kobud şəkildə pozaraq, vergi orqanlarının nüfuzuna xələl gətirərək, nümayişkaranə şəkildə spirtli içki qəbul etməsinin videoçəkilişini sosial şəbəkədə yerləşdirmiş, həmçinin subordinasiya qaydalarını pozaraq Türkiyə Cümhuriyyətinə getməsi barədə birbaşa rəhbərliyinə lazımi qaydada məlumat vermə mişdir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət Vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan İddiaçı 07 may 2024-cü il tarixli izahatından görünür ki, o, qardaşının öz vergi borcunun ödənilməsi ilə bağlı ona 200 manat məbləğində pul verdiyini, həmin məbləğin 100 manatını büdcəyə ödədiyini, 100 manatını isə ödəmədiyini, Culfa şəhərində yerləşən idman zalına 2019-cu ilin aprel ayından rəhbərlik etdiyini, mütəmadi olaraq zala nəzarət etdiyini bildirmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin Sahə təhkimçıliyi şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, müddət gözləmədən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmağı barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İşdə olan işdən azad edilmə haqqında 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər idarəsinin Sahə təhkimçiliyi şöbəsinin dövlət vergi müfəttişi, 1-ci dərəcəli müfəttiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 07 may 2024-cü il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş, Naxçıvan MR iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmrlə tanış edilməsini, son haqq-hesabın (vəzifə maaşına əlavə cari ayda işlədiyi günlərə mütənasib olaraq hesablanmaqla) və təhvil-təslim işlərinin aparılmasını təmin etməsi, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları şöbəsinə qanunvericiliklə müəyyən edilmiş müddətdə İddiaçı əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin etməsi tapşırılmışdır. İşdə olan İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, ünvan darəsində işlədiyi 5 il ərzində töhmət almadığını, əsassız olaraq şöbənin rəhbərliyi tərəfindən işdən azad olunması barədə ərizə yazmağa məcbur edildiyini, işdən çıxmaq üçün yazdığı ərizədən imtina etdiyini bildirmiş, ərizənin geri götürülərək işə bərpa olunmasını xahiş etmişdir. İşdə olan İddiaçı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə öz təşəbbüsü ilə işdən azad olunduğunu, 1 ay ərzində ərizəsini geri götürmək və onu etibarsız etmək hüququna malik olduğunu bildirmiş, ailə və maddi vəziyyətinin, anasının 1-ci qrup əlil olmasının nəzərə alınaraq ərizənin geri götürülərək işə bərpa olunmasını xahiş etmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış müraciətin cavablandırılması haqq ında məktubundan görünür ki, işdən azad olunma haqqında ərizədə müdət gözlənilmədən dəqiq tarix (xx.xx.2024) göstərildiyindən həmin ərizənin etibarsız hesab edilməsi qanuna müvafiq hesab edilməmişdir. İşdə olan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, sabiq vergi orqanı əməkdaşı İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş məlumat əsasında müvafiq xidməti araşdırma aparılmışdır. Aparılmış xidməti araşdırma zamanı bir neçə vergi orqanı əməkdaşının, o cümlədən İddiaçı nöqsa nlara yol verdikləri müəyyən olunmuş, araşdırma dövründə İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək müddət gözləmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmiş, həmin tarixli əmrlə onun vergi orqanlarında qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Aparılan xidməti araşdırmanın nəticəsi xx.xx.2024-cü il tarixdə yekunlaşdırılmış, İddiaçı tutduğu vəzifədən azad olunduğu üçün onun intizam məsuliyyəti məsələsinə baxılması mümkün olmamış, digər 2 (iki) nəfər vergi orqanı əməkdaşı barədə intizam tənbehi tədbiri görülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbi t edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci və 33.1.1ci maddələrinə əsasən dövlət qulluğuna dövlət qulluqçusunun öz arzusu ilə xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işçi yaşa, əlil liyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunma qla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin maddənin 5-ci hissəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin maddənin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. “Dövlət vergi orqanlarında xidmət haqqında əsasnamə”nin 75-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsinin xidmətinə öz təşəbbüsü ilə xitam verilə bilər. Həmin əsasnamənin 77-ci maddəsinə əsasən Əmək Məcəl ləsində başqa hal müəyyən edilməmişdirsə, vergi orqanlarında xidmətə vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, 1 ay qabaqcadan birbaşa tabe olduğu rəisini bu barədə yazılı surətdə xəbərdar etməlidir. İşin faktiki hallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixdə daxil olmuş məlumat əsasında müvafiq xidməti araşdırma aparılmışdır. Aparılmış xidməti araşdırma zamanı bir neçə vergi orqanı əməkdaşının, o cümlədən İddiaçı nöqsanlara yol verdikləri müəyyən olunmuşdur. Araşdırma aparılan zaman İddiaçı 07 may 2024-cü il tarixdə ərizə ilə müraciət edərək müddət gözləmədən tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg i Xidmətinin 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmri ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər idarəsinin Sahə təhkimçiliyi şöbəsinin dövlət vergi müfəttişi İddiaçı öz arzusu ilə onunla bağlanmış əmək müqaviləsinə 07 may 2024-cü il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 07 may 2024-cü il tarixli, **********077000 nömrəli əmrinin ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən olunmur. Belə ki, iddiaçı ər izə ilə cavabdehə müraciət edərək 07 may 2024-cü il tarixdə tutduğu xüsusi dövlət qulluğu vəzifəsindən azad edilməsini xahiş etmişdir. Cavabdehin sözügedən əmri ilə iddiaçının öz arzusu ilə ərizəsində göstərdiyi tarixdən onun xüsusi dövlət qulluğuna xitam verilmişdir. İddiaçının ərizəsinin etibarsız hesab edilməsi barədə cavabdehə müraciət etməsinə baxmayaraq müraciətinin nəzərə alınmaması dəlilinə münasibətdə qeyd edilməlidir ki, əmək qanunvericiliyinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Lakin işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstəribsə, belə olan halda qanunvericilikdə xəbərdarlıq müddəti nəzərdə tutulmamışdır. Əmək müqaviləsi müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətinin hüquqi qüvvəsi yoxdur. İddiaçı ərizəsində 07 may 2024-cü il tarixdə tutduğu vəzifəsindən azad edilməsini xahiş etmiş, həmin tarixdən də onun xüsusi dövlət qulluğuna xitam verilmişdir. İddiaçının işdən azad olunması barədə ərizəni təzyiq altında yazdığı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Lakin iddiaçı cavabdeh tərəfindən onun iradəsinin əleyhi nə işdən azad olunması barədə ərizəni yazmağa məcbur edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə iş materiallarından göründüyü kimi, iddiaçı əvvəlki fəaliyyəti dövründə də yol verdiyi nöqsanları etiraf edərək iki dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. İddiaçı ilk dəfə intizam məsuliyyətinə cəlb edilmir. O, uzun müddət dövlət qulluqçusu olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı 07 may 2024-cü il tarixli izahatında qeyd etdiyi etiraflarının, yəni qardaşının öz vergi borcunun ödənilməsi ilə bağlı ona 200 manat məbləğində pul verməsi, həmin məbləğin 100 manatını büdcəyə ödəməsi, 100 manatını isə ödəməməsi, Xidməti əsasnaməyə zidd olduğunu bildiyi halda Culfa şəhərində yerləşən idman zalına 2019-cu ilin aprel ayından rəhbərlik etməsi, mütəmadi olar aq zala nəzarət etməsi kimi halların təzyiq altında bildirilməsi, habelə işdən azad olunması barədə 07 may 2024-cü il tarixli ərizəni imzalamağa məcbur edilməsi kimi dəlillərini ağlabatan və əsaslı hesab etmir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasi ya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 2-1(122)-1152/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(108)-9/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-9/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver