Məhkəmə qərarları › İş №2-1(108)-91/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-91/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-91/2024 01.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X23 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X11 ibarət tərkibdə, X12 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin nümayəndələri X15 və X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məh kəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv idarəsinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)59/2024 nömrəli qərardadı ilə İddiaçı prosessual müddətin bərpa olunması barədə 30 yanvar 2024-cü il tarixli ərizəsi təmin edilməmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi və Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi t ələbinə dair iddiası "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun imzaladığı xx.xx.2023-cü il tarixli, 03/16 saylı əmrinin ləğv edilməsi, barəsində elan olunmuş töhmət intizam tənbehinin götürülməsi tələbi”nə dair hissədə mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 21(122)-59/2024 nömrəli qərardadından narazı qalan İddiaçı 21 fevral 2024-cü il tarixdə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-59/2024 saylı qərardadının ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi məqsədilə işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini kolleg iyadan xahiş etmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının 29 mart 2024-cü il tarixli, 2-1(108)32/2024 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Naxçıvan MR İnzibati Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2-1(122)59/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan MR İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(122)59/2024 nömrəli qərarından narazı qalan İddiaçı apelyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərar əsassızdır və maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması şəraitində qəbul edildiyindən aşağıdakı səbəblərə görə ləğv edilməlidir: İşə hazırlıq mərhələsində baxılan zaman faktiki hallar üzə çıxmış və xx.xx.2023-cü il tarixli, 30/30 saylı əmrin və qarşı tərəfin yazılı etirazında göstərdiyi digər inzibati aktların qanunsuz olmas ı ifadələrlə də təsdiqlənmişdir və məhkəmə bu halları nəzərə almamışdır. İşin hallarının araşdırılması prinsipi pozulmuşdur. Məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmamış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməmiş, qərarda şahid ifadələri qeyd edilməmiş, X45 şahid ifadələrini tədqiq etməmiş və məhkəmənin əsaslandırması yanlışdır. İddiaçı bildirir ki, X45 işə biganə yanaşmışdır. Belə ki, xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə prosesində Şahanə İmanovanın şahid kimi iştirak etməsinə baxmayaq, xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə prosesində həmin şəxs etibarnamə təqdim edərək cavabdehin nümayəndəsi kimi işdə iştirak etmişdir. Qanuna zidd olmasına baxmayaraq X45 heç bir etiraz bi ldirməmişdir. İddiaçı əlavə olaraq qeyd edir ki, cavabdeh orqanın xx.xx.2019-cu ildə imzaladığı əmrlə (Əmr № 53K) o, xx.xx.2019-cu il tarixdən hamiləliyə və doğuşa görə məzuniyyətə buraxılıb. Naxçıvan MR Dövlət Arxiv İdarəsinin xx.xx.2019-cu il tarixli (Əmr № 54K) əmrilə haqqında intizam tənbehi-töhmət verilmişdir. Dövlət qulluqçularına intizam tənbehi X37 Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. İntizam tənbehinin verilməsi barədə əmrin qeyd hissəsində İddiaçı izahat verməkdən imtina etdiyi yazılmışdır. Bu isə tamamilə yalandı r. Həmin gün analıq məzuniyyətində olduğu üçün həmin intizam tənbehinin verilməsindən xəbəri olmadığı kimi həmin əmri ilk dəfə xx.xx.2023-cü il tarixdə şəxsi işindəki materiallarla tanış olması ilə bağlı kadrlara ərizə ilə müraciət etdikdən sonra görüb. Hamiləliyə və doğuşa görə məzuniyyətə buraxılma əmrini (Əmr № 53K) həm arxiv idarəsində işləyərkən həm də məhkəmə prosesi zamanı cavabdeh tərəfdən dəfələrlə tələb etməsinə baxmayaraq, mövcud əmr nə iddiaçıya, nə də məhkəməyə təqdim olmunmamış, bilərəkdən gizlədilmişdir. Çünki həmin əmr iddiaçı analıq məzuniyyətində olarkən verilmişdir. Həmin əmrin məhkəməyə təqdim olunmasını işə baxan X45 da hansısa məqsədə görə tələb etməmişdir. Sözügedən əmri məhkəmə prosesi bitib qərar qəbul edildikdən sonra o, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət edərək əldə etmişdir. Qanuna zidd qəbul edildiyinə görə məhkəmə bu əmri sübut kimi qəbul edə bilməz. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli 1 №-li Aktda qeyd olunur ki, iddiaçı ümummilli lider Heydər Əliyevin barəsində məqalə hazırlanması barədə verilmiş göstərişin nəticələri barədə 01 mart 2023-cü il tarixdə İdarə rəisinin qəbulunda olarkən ümummilli lider haqqında xoşagəlməz ifadələr işlədib. Onun danışığı rəis tərəfindən tənqid edilmiş və ona iradlar bildirmişdir. (Hansı ki bunlar tənqid və irad yox təhqir idi). Bu aktı tərtib edən şəxslərin təqdim etdikləri məlumat və təqdimatda ifadə etdikləri fikirlər xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə prosesində şahid qismində dindirilərkən verdikləri izahatla eynilik təşkil etmir. M.Cəfərov, C.Məmmədhəsənov və Z.İsmayılovanın verdikləri təqdimat və məlumatlarda iddiaçının guya X35nı pozduğunu, ümummilli lider Heydər Əliyev barəsində xoşagəlməz söz ifadə etdiyini bildirsələr də, hakim qarşısında iddiaçının həmin hərəkətləri etmədiyini və həmin sözləri eşitmədiklərini bildirmişdirlər. Məlumat və təqdimatı vermək üçün hansı araşdırma aparıldığı soruşulduqda cavab verə bilməmiş, bunu onlara M.Məmmədovun dediyini ifadə etmişdirlər. İddiaçı bildirir ki, X35 haqqında Qanunun 23.3-cü maddəsinə əsasən intizam icraatına o halda başlanılır ki, X35nın pozulması haqqında hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumat verilsin, mediada dövlət qulluqçusunun Qanunun müddəalarını pozması barədə m əlumat dərc edilsin və ya bu pozuntu X36 tərəfindən müəyyən edilsin. Bu halların heç birinin mövcud olmadığı halda bu 3 şəxs məlumat və təqdimatlarında iddiaçını X35nı pozmaqla ittiham edib nəticədə ona intizam tənbehi töhmət elan olunmuş və o işdən azad olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin tərtib etdiyi 2 №li Aktda göstərilir ki, iddiaçı xx.xx.2023-cü il tarixində saat 08:50 radələrində idarəyə daxil olmuşdur. İdarəyə daxil olarkən xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədov tərəfindən böhtan əməllərlə üzləşdiyi üçün səhhətində yaranan problemlərlə bağlı davamiyyət jurnalını gec imzaladığını, idarəyə daxil olduğu vaxtın idarədəki təhlükəsizlik kameraları vasitəsilə dəqiqləşdirilməsini xahiş etdiyi barədə izahat olduğu halda, 2 №-li Akt tərtib olunaraq qərəzli şəkildə iddiaçının işdən azad olunması üçün münbit zəmin formalaşdırılmışdır. Elə həmin gün iş çıxışına yaxın bu barədə tələsik izahat yazmağı tələb olunduğu üçün “8 X30 Günü” ilə bağlı tədbirdə iştirak etməmişdir. Bununla bağlı 03 №-li aktın tərtib olunduğunu isə məhkəmə prosesi tamamilə bitdikdən sonra cavabdeh tərəfin məhkəməyə təqdim etdikləri sənədləri əldə etmək üçün müraciət etdikdən sonra bilmişdir. 8 X30 Günü ərəfəsində qadın əməkdaşa qarşı belə bir aktın tərtib olunması qərəzli mövqeyi bir daha göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi rəisinin imzaladığı “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qayda sı”-na 2 nömrəli əlavə dövlət orqanının qurumunun struktur bölməsi (struktur vahidi) üzrə dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə dair hesabatda dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət iddiaçı üçün 4 (yaxşı) göstərilmişdir. Bu da onu sübut edir ki, işçi vəzifələrini yerinə yetirmək üçün kifayət qədər nəzəri bilik və vərdişlərə (praktiki biliklərə) malikdir, öyrənməyə həvəslidir, bilik və bacarıqlarını işində tətbiq edir. Tutduğu vəzifənin tələblərinə uyğun olaraq inzibati icraata və kargüzarlıq sahəsində normativ hüquqi aktlara dair bilikləri vardır. Həmin hesabatda Dövlət qulluqçusunun qiymətləndirilməsinə dair narazılıq sütununda isə “yoxdur” yazılmışdır. Bu da Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixdə tərtib etdiyi 5 №-li Aktın qərəzli olaraq, həqiqətlərə əsaslanmadan qəbul olunduğunu və həmin aktı imzalayan şəxslərin şəxsi iradələri ilə imzalanmadığını sübut edir. Ardı-arda barəsində qəbul edilən heç bir hüquqi əsası olmayan əmr və aktlardan sonra xx.xx.2023-cü il tarixdə idarə daxilində yenidən iclas təşkil olundu və M.Məmmədov İdarədə informasiya təhlükəsizliyinin pozulduğunu və başqa işçilərlə yanaşı iddiaçıdan da idarədə kimin səs yazma ilə məşğul olduğunu soruşdu və bir il əvvəl baş vermiş işçilər arası hadisə ilə əlaqədar bu barədə ondan izahat yazmağını tələb edib. İddiaçı mövzunun nə olduğunu başa düşüb və izah etməyə çalışıb ki, 1 il əvvəl, yəni, 12 aprel 2022-ci il tarixində onun xəbəri olmadan, telefonu o çay saatında mətbəxdə olarkən kompüter otağında qaldığı zaman otaqda olan işçilər Həmidə Fərzəliyeva və Bahar Orucəliyeva və sonradan otağa gələn Aygün Mirzəyeva tərəfindən yoxlanılmış, səs yazısı proqramı aktivləşdirilərək telefonunun səs yazdığına dair video çəkiləndən sonra səs yazısı telefonunun yaddaşında saxlanılmadan silinmişdir. Çünki çaydan qalxandan sonra telefonu götürəndə və daha sonra o, nə səs yazısı nə də səs yazan proqram görməmişdir. Telefonun səs yazdığını Bahar iddiaçıya saat 6-nın yarısı radələrində ortaq istifadə etdikləri otağa gələndən sonra deyib. Bildirib ki, Ali Məclisdən yoxlama gəldiyinə görə biz (yəni onlar ) otağı səliqəyə salırdıq əlim dəydi telefon açıldı (?!) gördüm ki, səs yazır. (Əl dəyməklə telefonun kilidi açılarmı???) iddiaçı da bildirib ki, onun telefonunda o cür proqram yoxdur və onların səsini yazmaq onun nəyi nə lazımdır?! Əl dəyməklə telefon açılmaz. onun şəxsi mülkünə niyə toxunublar? Bu haqqı onlara kim verir? Biraz mübahisədən sonra səsə Mürsəl Cəfərov və Cəfər Məmmədhəsənov gəlib. İş saatının bitdiyi ərəfə olduğuna görə işdən çıxıblar. İşçilərə problem olmasın deyə iddiaçı bu barədə M.Məmmədova məlumat verməyib, bu cür hərəkətə yol verməyə cəsarət edəcəklərini güman etməmişdir. Məhkəməyə bu barədə video material verərək iddiaçının telefonundan onun xəbəri olmadan hansı formada səs yazıldığını və sonradan necə pozulduğunu dəlil kimi təqdim etsə də bu məsələdə hakimin qarşı tərəfin təqdim etdiyi video materiala hansi səbəblə inanması bilinmir. Onu heç bir mötəbər sübutlara söykənmədən həqiqət kimi qəbul etməsi, verilən qərarda iddiaçının səs yazdığını bildirməsi bir daha X39 məsələyə bigan ə yanaşmasının nəticəsidir. Bununla yanaşı bu hadisə ilə bağlı xx.xx.2024-cü il məhkəmə prosesində şahid qismində dindirilən H.Fərzəli, B.Orucəliyeva və xx.xx.2024-cü il prosesində şahid qismində dindirilən A.Həmzəyeva arxiv idarəsində yazdıqları izahatlarla təzad təşkil edən fikirlər bildirmişdirlər. Belə ki, H.Fərzəlidən izahatında qeyd etdiyi kimi müdiriyyətə təqdim etmək üçün çəkdiyiniz "videonu niyə 1 il ərzində müdiriyyətə təqdim etmədiniz?” deyə soruşanda iddiaçıya "hər şeyin öz vaxtı var” deyə cavab verib. A.Həmzəyevadan isə “video çəkiliş zamanı siz otaqda idinizmi?” deyə sorusanda “Xeyr, video çəkiliş zamanı mən otaqda deyildim” deyə cavab vermişdir. Lakin H.Fərzəlinin izahatını oxuyarkən aydın olur ki, Aygün xanım da otaqda imiş. Bu təzadlı ifadələrdən belə nəticəyə gəlmək olur ki, səs yazısı məhz onların özləri tərəfindən quraşdırılıb, videoqeydə alınandan sonra silinib və mövcud video heç kimə göstərilmədən məqsədli şəkildə 1 il saxlanılıb. İddiaçı bu faktları sözügedən məhkəmə proseslərinin video çəkilişinə baxaraq dəqiqləşdirməsini və müvafiq nəticəyə gəlinməsini xahiş edir. Hadisədən bir il sonra bu əhəmiyyətsiz mövzunu yeniləyərək, qərəzli davranaraq və bəhanə gətirərək iddiaçını işdən çıxarmaq üçün əsassız sənədlər toplamaqla məşğul olan M.Məmmədov xx.xx.2023-cü il tarixdə nahar fasiləsindən sonra iddiaçını otağına çağıraraq “Rəisini məhkəməyə verən işçi ilə heç kim işləməz bu gündən səni işdən çıxardıram. Ya 5 dəqiqə ərzində ərizəni yaz, ya da maddə ilə səni işdən çıxaracağam” deyib və Şəhanə İmanovaya və Rəvan Zeynalova bununla bağlı lazımi göstərişlərin i verib. İddiaçı isə ərizə yazmayıb. X43 iddiaçı barəsində müvafiq əmr imzalayaraq onu işdən azad edib. Həmin ərəfədə iddiaçı M.Məmmədovun şəxsini ona böhtan atdığı üçün məhkəməyə vermiş, iddiaçı işdən azad olunduqdan sonra İnzibati Məhkəməyə müraciət etdiyi və iki məhkəmənin də predmeti eyni olduğuna görə Naxçıvan Şəhər Məhkəməsindəki prosesə xitam verilməyini istəmişdir. Barəsində qəbul edilmiş əmrlər hüquqi cəhətdən əsassız hazırlanmaqla yanaşı heç bir mötəbər sübutlara söykənmir və onun töhmət alması və dövlət qulluğuna xitam verilməsi üçün qanuni hesab edilə bilməz. Həmin şəxslərin təqdim etdikləri məlumatlarda ifadə etdikləri fikirləri məhkəmədə verdikləri izahatla eynilik təşkil etmir. Bu qədər əsaslı faktların olmasına baxmayaraq X39 iş materialları ilə tədqiq olunan sənədləri lazı mınca araşdırmadığı müəyyən edilir və şahid ifadələrini düzgün araşdırmadan iddianı əsassız saymışdır. Bu əsaslarla da müəyyən olunur ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin müddətlə bağlı mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Hazırda mübahisələndirdiyi əmrə əsasən iddiaçının barəsində dövlət qulluğuna xitam verilməsi halı heç bir müddəa ilə uzlaşmır. Əmr verən rəhbər vəzifəli şəxs əmrdə Qanunun 25.6-cı maddəsinə istinad edib. Hazırkı vəziyyətdə iddiaçının əməlində vəzifələrin icrası zamanı hansı kobud və ya mütəmadi pozuntulara yol verildiyi göstərilmir. xx.xx.2023-cü il tarixdə barəsində töhmət elan olunurdusa, bəs bir neçə gün sonra hansı əsasla təkrar məsuliyyət məsələsinə baxılırdı? bilinmir. Bir il əvvəl baş vermiş hansısa anlaşılmaz hadisənin əsas götürülməsi nə dərəcədə yolveriləndir !? Ona görə də, həmin əmrlər ləğv edilməli və öz vəzifəsinə bərpa olunmaqla məcburi iş buraxmaya görə pul vəsaitinin ödənilməsi barədə öhdəliyin Naxçıvan MR Dövlət Arxiv İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, X37 Azərbaycan Respublikası Qanunun müvafiq maddələrinə istinad edərək Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarının ləğv edilməsi Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, "informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsi nə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı 02 sentyabr 2024-cü il tarixdə etiraz daxil olmuşdur. Cavabdeh orqanın etirazının qısa xülasəsi: Cavabdeh orqan hesab edir ki, iddiaçının iddiası əsassızdır. İddiaçı apelyasiya şikayətində İdarənin yazılı etirazında göstərdiyi digər inzibati aktların qanunsuz olduğunun ifadələrlə təsdiqləndiyini bildirmişdir. Etiraz olaraq bildirilir ki, qarşı tərəfin tələbi ilə inzibati aktın qəbul edilməsi ərəfəsində izahatı alınmış məhkəmədə şahid qismində iştirakı İdarə tərəfindən təmin edilmiş işçilərin tam olaraq hansı ifadələrinin İdarənin qəbul etdiyi inzibati akların qanunsuz olduğunu təsdiq etdiyi şikayət ərizəsində əsaslandırılmamış və əsassız ifadələrlə məhkəmənin qəbul etdiyi Qərarı qaralama niyyəti ilə işlədilmiş ifadələrdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə prosesində Ş.İmanovanın şahid kimi iştirak etməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmədə etibarnamə təqdim edərək cavabdehin nümayəndəsi kimi iştirak etdiyini və hakimin buna etiraz etmədiyini bildirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmədə nümayəndə kimi C.Məmmədhəsənov iştirak etmiş, Ş.İmanova isə kadr işləri ilə bağlı bəzi məsələlərə öncəki məhkəmədə iddiaçının məhkəməyə verdiyi yalan bəyanatları təsdiq edəcək sənədləri təqdim etmək və məsələni izah etmək üçün gəlsə də məhkəmə hakimi Ş.İmanovaya söz verməmiş və təqdim edilmiş etibarnaməni ləğv etmişdir. İddiaçının İdarənin onun barəsində verdiyi intizam t ənbehi əmrinin analıq məzuniyyəti müddətində verildiyi və onunla tanış edilmədiyi və gizlədildiyi barədə bəyanlarına cavab olaraq bildirirlər ki, İddiaçı işlədiyi dövrdə çalışdığı vəzifənin vəzifə təlimatlarına uyğun işləri yerinə yetirə bilmədiyindən və həmin dövrdə də Dövlət Arxivinin informasiya axtarış şöbəsinə təhkim olunmuş kitabxananın işləri şöbədə işçi çatışmazlığı olduğundan Dövlət Arxivinin kitabxanasında mövcud olan kitabların siyahısının çıxarılması işi İdarə rəisi tərəfindən şifahi olaraq İddiaçı tapşırılmışdır. İddiaçı bir neçə ay sonra analıq məzuniyyətinə gedəcəyini bildiyindən işinə məsuliyyətsiz yanaşmış və siyahıları çıxarmadığı halda İdarə rəisinə yalnış məlumat verərək siyahıların hazır olduğunu bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən kitabla rın siyahısı baxılması üçün tələb olunduqda İddiaçı dəfələrlə idarəyə dəvət olunsa da, xəstəxanaya yoxlanış üçün getdiyini və işə gəlməyəcəyini bildirmiş və zəngləri açmayaraq İdarə rəisini çıxılmaz vəziyyətdə qoymuşdur. Etirazda qeyd edilir ki, idarəyə çağırıldığı dövrdə İddiaçı analıq məzuniyyətinə buraxılmamışdır. İdarə rəisi vəziyyətdən çıxmaq üçün İddiaçı həyat yoldaşının çalışdığı təşkilatın rəhbər şəxsindən mobil nömrəsini almış və zəng edərək vəziyyəti bildirdikdən sonra İddiaçı idarəyə gəlmişdir. Eyni zamanda Ordubadi adına Naxçıvan Şəhər Mərkəzi Kitabxanasının işçiləri də dəvət olunaraq kitabxanaya baxış keçirmiş və işlərin düzgün yerinə yetirilmədiyini, işlərin tamamilə qaydasında olmadığı və siyahıları çıxarmadığı aydın olmuşdur. İddiaçı verilən tapşırıqları nə üçün yerinə yeti rmədiyi barədə İdarə rəisinin izahat tələbinə etiraz etmiş və ona Dövlət Arxivinin direktoru M.Cəfərovun təqdimatına əsasən intizam tənbehi-töhmət elan edilmişdir. Kadr işləri üzrə baş məsləhətçi Ş.İmanova ona töhmət verildiyi barədə məlumat versə də “mən verilən töhməti qəbul etmirəm” deyə bildirmişdir. Qeyd edilir ki, İddiaçı töhmət əmri verildiyi gündən 15 gün müddətinə dövlət qulluqçularının reyestrinə əlavə edilməsi üçün Naxçıvan MR X25 üzrə Komissiyaya təqdim edilmiş və reyestrə əlavə edilmişdir. İddiaçı sosial məzuniyyətdə olsa da, dövlət qulluqçusunun şəxsi kabinetinə daxil olduğu zaman ona intizam tənbehi verilməsi barədə məlumatı istədiyi zaman görmək imkanına sahib idi. Həmin töhmətin ona nəyə görə verildiyi barədə iddia ərizəsində açıqlama verməmişdir. Bu məsələ İnzibati Məhkəm ənin xx.xx.2023-cü il tarixdə keçirdiyi məhkəmə prosesində müzakirə edilmiş və iddiaçının nümayəndəsi məhkəməyə bilərəkdən yalan bəyanat verərək İddiaçı onunla birlikdə idarəyə çağırıldığı vaxt səhhəti ilə bağlı Bakı şəhərində olduğu, telefonlarının da bağlı olduğunu və ümumiyyətdə İdarəyə gəlmədiklərini bildirmişdir. Lakin xx.xx.2019-cu il tarixdə kitabxanada olan İdarənin əməkdaşları Məsmə İsmayılova, Sevinc Qurbanlı, Günel Hüseynova, Mərkəzi kitabxananın əməkdaşları və digər əməkdaşlar İddiaçı İdarəyə gələrək, İdarə rəhbəri ilə etik olmayan tərzdə danışığına şahid olmuşlar. Eyni zamanda F.X1 analıq məzuniyyətinə buraxılması üçün verilən sənədin tarixi xx.xx.2019-cu il tarixə aiddir, Bakıda ola-ola xəstəxana ona necə sənəd verə bilər? Məkhəməyə nəyə görə yalan məlumat verdiklərini özləri ndən soruşmaq lazımdır. Bildirilir ki, İnzibati icraat haqqında Qanunun 48.2-ci maddəsinə görə Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Sosial məzuniyyət əmrinin tarixi xx.xx.2019-cu il tarixdədirsə onun məzuniyyət müddətinin axımı xx.xx.2024-cü il tarixdən başlamış hesab edilə bilər. Bu da eyni tarixdə töhmət verilməsinə mane olmur. Digər tərəfdən İddiaçı 2019-cu ildə aldığı töhmət 2023-cü ildə işdən azad edilməsi üçün heç bir əsas təşkil etmədiyindən bu məsələ məhkəmənin predmeti ola bilməz. Şikayət ərizəsində M.Cəfərov, C.Məmmədhəsənov və Z.İsmayılovanın verdikləri təqdimat və məlumatlarda yazdıqları ilə, xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmədə şahid qismində dindirilərk ən ifadələrinin eynilik təşkil etmədiyini onların guya izahatlarında Ümumimilli lider Heydər Əliyev haqqında xoşagəlməz söz ifadə etdiyini bildirsələr də məhkəmədə həmin sözləri eşitmədiklərini bildirdiklərini iddia edir. Etirazda göstərilir ki, C.Məmmədhəsənov məhkəmədə nümayəndə kimi iştirak etdiyindən şahid kimi iştirak etməmişdir. M.Cəfərov və Zülfiyə İsmayılova da yazdıqları təqdimatlarda İddiaçı Ümumimilli lider haqqında nalayiq ifadələr işlətdiyini eşitdikləri barədə hər hansı məlumat mövcud deyil. 03 mart 2023-cü il tarixdə keçirilən komissiyanın iclas protokolundan da aydın olduğu kimi İddiaçı xx.xx.2024-cü il tarixdə İdarə rəisinin qəbulunda olarkən aralarında olan söhbəti nə izahatlarda, nə də məhkəmədə heç bir əməkdaş eşitdiyini ifadə etməmişdir. Lakin qəbuldan sonrakı proseslə rdə İddiaçı İdarə rəhbərinə qarşı etdiyi hörmətsizliklər və onun işgüzar nüfuzuna hörmət etməyərək yuxarı dövlət orqanlarında həqiqəti əks etdirməyən ittihamlarını davam etdirməsi, İdarənin nüfuzlu işçilərinin qarşısında idarə rəisinə qarşı hörmətsizlik edərək “gəl sübut et ki mən demişəm, siz mənə şər atırsınız, bizim aramızda belə söhbət olmayıb” deyə bildirmiş sonra isə iclas iştrakçılarının yanında bunu özünün demədiyini, müxalifət qəzetlərinin yazdığını bildirmişdir. İddiaçı olmuş söhbəti danaraq idarə rəisinə ona şər-böhtan atmaqda günahlandıraraq (qeyd edək ki bu kimi ifadələr İddiaçı izahatlarında da öz əksini tapmış, eyni zamanda YAP iclasında da bütün idarə əməkdaşlarının qarşısında da “lap da ki, demişəm gəl sübut elə” ifadəsini işlətdiyinə bütün əməkdaşlar şahidlik edə bilər) o nun işçilər qarşısında şərəf və ləyaqətini alçaltmış və nüfuzunu aşağı salmağa çalışmışdır. Komissiya üzvləri də bu aralarında keçən söhbətin əslində olduğunu və İddiaçı idarə rəisinə qarşı qeyri-etik tərzdə danışaraq ona hörmətsizlik etdiyini, mədəni davranış qaydalarını pozaraq öz rəhbərini çıxılmaz vəziyyətə saldığının şahidi olduqlarından, iclasın sonunda akt hazırlanmış və komissiyanın üzvləri təqdimatlar hazırlamış, bunlar əsas götürülərək 6 mart 2023-cü il tarixdə “X37 Azərbaycan Respublikası Qanunu”nun 25-ci maddəsinin 25.2, 25.2.1 -ci bəndlərini, 18.0.12-ci və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 28 iyul tarixli 35-V FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi haqqında Əsasnamə”nin 14.6- cı bəndi rəhbər tutularaq, komissiya üzvlərinin təqdimatları əsas götürülərək İddiaçı X35na əməl etmədiyindən barəsində intizam tənbehi - töhmət elan edilmişdir. Qeyd edək ki, “X35” haqqında Qanunun 23.3-cü maddəsinə əsasən X35nın pozulması haqqında hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi intizam icraatına başlanması üçün əsasdır. M.Cəfərov və Z.İsmayılovanın da imzaladıqları İddiaçı X35nı pozması barədə sənədlər məlumat xarakterli sənəd olduğundan həmin sənədlər əsas alınaraq intizam tənbehinin verilməsi qanunauyğundur. X37 Azərbaycan Respublikası Qanununun 25.8-ci maddəsinə əsasən intizam tənbehi tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına müraciət etmək olar. Lakin, bununla bağlı heç bir icra haki miyyəti orqanından İddiaçı müraciət etməsi ilə bağlı bildiriş və ya məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə daxil olmamışdır. İddiaçı heç bir müvafiq icra hakimiyyəti orqanına müraciət etməməsi ona verilən intizam tənbehi ilə razılaşdığını və intizam tənbehinin verilməsi üçün əsas götürülmüş sənədlərin doğruluğunu təsdiq edir. İddiaçı intizamsızlıqlarına davam etmədiyi halda xx.xx.2023-cü il tarixdə aldığı töhmət 6 ay müddətində bəlkə də daha tez üzərindən götürüləcəkdi. Yəni, onun işdən azad olunmasına səbəb şikayət ərizəsində bildirdiyi kimi M.Cəfərov, Z.İsmayılova və C.Məmmədhəsənovun təqdimatları deyil, özünün intizam tənbehi aldıqdan sonrakı mərhələdə davam etdirdiyi intizamsızlıqlarıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə barəsində tərtib olunan 02 və 03 nömrəli akt lar barədə bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə M.Məmmədov tərəfindən böhtan əməlləri ilə üzləşdiyi üçün səhhətində yaranan problemlərlə bağlı davamiyyət kitabını gec imzaladığını və “Qadınlar günü” ilə bağlı keçirilən tədbirdə izahat yazdığı üçün iştirak etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə yazdığı izahatında da guya bədən əsməsi, ürək döyüntülərinin artması, halsızlıq kimi problemlərlə üzləşdiyindən saat 12:30 radələrində davamiyyət kitabını imzaladığını bildirib. Etiraz olaraq bildirilir ki, İddiaçı mart ayının 04, 05, 06, tarixlərində davamiyyət kitabını vaxtında imzalamış, həmin günlər səhhəti yaxşı olmuş, nədənsə 07 mart tarixdə səhhəti pisləşmişdir? Bu tarixdə də İdarənin kameralarından da görünür ki, gümrah şəkildə idarəyə daxil olur və hətta saat 11:00-da çay s aatını belə keçirmədən mətbəxdə olur. Qeyd edək ki, həmin gün Ş.İmanovanın iş otağında şəxsi işi ilə tanış olmaq üçün orada olarkən, “vəkilinin ona heç bir yerə ondan icazəsiz imza çəkməyi qadağan etdiyini” bildirmişdir. Həmin gün səhhətinin pisləşdiyinə dair idarənin heç bir vəzifəli şəxsinə müraciəti də olmamışdır. Saat 12:30-da davamiyyət kitabına nəzarət edən əməkdaş İddiaçı imza çəkməsi üçün dəvət etdikdən sonra dəfələrlə telefon danışığı apardıqdan və məsləhətlər aldıqdan sonra təşrif buyurub davamiyyət kitabını imzalamışdır. Barəsində hazırlanmış aktlarla tanış olsa da, imza etməkdən imtina edərək idarə rəhbərinə qarşı qəsdən, bilərəkdən acıq vermək məqsədi ilə bu hərəkətlərini davam etdirmişdir. Belə ki, ondan sonrakı günlərdə də davamiyyət kitabını imzalamadan işi tərk etmişdir. B ununla bağlı da izahatı alınmışdır. Aldığı töhmətdən sonra vəziyyəti düzəltmək, insanlıq halıdır güzəştə gedilməsini xahiş etmək yerinə, mövzusundan asılı olmayaraq bütün izahatlarında idarə rəisini ona böhtan atmaqda ittiham etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən “Qadınlar günü” ilə bağlı tədbirə də qəsdən, hörmətsizlik etmək, idarə rəhbərini saymadığını idarə əməkdaşlarına sübut etmək üçün iştirak etməmişdir. Ondan 12:30-da izahat yazması tələb olunmuşdur, tədbir isə 17:00-da keçirilmişdir. Direktorun dəfələrlə dəvətini saymayaraq “mən gəlmirəm, gedin özünüzə yaraşan tədbirinizi keçirin” deyə şəxsən özünə bildirmişdir. Direktora izahat yazdığını bildirməmişdir. Tədbirdən sonra iştirak etməsə də HİK sədri ona hədiyyəsini təqdim etdikdə “mənə sizin hədiyyəniz lazım deyil, kimə verirs iniz aparın verin” deyə bildirmişdir. Bununla bağlı da akt tərtib edilmişdir və İddiaçı həmin aktla tanış olsa da imza etməkdən imtina etmişdir. İddiaçı şikayət ərizəsində “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrinə dair hesabatda onun yekun qiymətinin “yaxşı” olduğunu və bununla da onun kifayət qədər nəzəri bilikləri olduğunun isbatı olduğunu bildirmişdir. Etiraz olaraq bildirirlər ki, dövlət qulluqçusunun qiymətləndirilməsi forması bilavasitə rəhbər tərəfindən hər il yanvar ayının 1-dən 30-dək olan müddətdə, dövlət qulluqçusunun qiymətləndirilmə dövrü ərzində yerinə yetirməli olduğu tapşırıqlar tərtib edilir və görülmüş işlər ilin sonunda qiymətləndirilir. Eyni zamanda təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 (altı) aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilmir. İddiaçı 2015-ci ildən dövlət qulluğunda çalışmasına baxmayaraq 2022-ci ilədək 6 ay ardıcıl olaraq həmin vəzifəni icra etmədiyindən (burada hansı peşəkarlıqdan söhbət gedə bilər?) ilk dəfə 2022-ci ildə qiymətləndirilmə aparılmış və Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Formasında yerinə yetirməsi üçün nəzərdə tutulmuş tapşırıqlardan birini belə yerinə yetirməmişdir. Bu İdarənin həmin ildə görülən işlərin yekun hesabatlarından da aydın olur. İddiaçı verilən tapşırıqların hər hansı birini yerinə yetirdiyi barədə sübutu varsa Məhkəməyə təqdim etməlidir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının müvafiq norm alarına uyğun olaraq İddiaçı ilə Dövlət Arxivinin direktoru M.Cəfərov, kadr işləri üzrə baş məsləhətçi Ş.İmanova və İdarənin rəisi M.Məmmədovun iştirakı ilə müsahibə keçirilmiş və müsahibə zamanı verilmiş bütün tapşırıqlar sadalanaraq İddiaçı tapşırığı yerinə yetirib-yetirmədiyi soruşulduqda heç birini yerinə yetirmədiyini bildirmişdir. Hətta Milli Arxiv İdarəsinin rəisinin kim olduğundan da xəbərinin olmadığı məlum olmuşdur. Buna baxmayaraq M.Məmmədov ona güzəşt edərək ilk dəfə qiymətləndirilməsini və işçini ruhdan salmamaq üçün ona yaxşı qiymət verdiyini, işində məsuliyyətli olarsa ixtisas dərəcəsini də verəcəyini bildirmişdir. Onu da qeyd edək ki, İddiaçı sosial məzuniyyətdən qayıtdıqdan sonra öz əmək funksiyalarını yerinə yetirə bilməsə də, İdarə rəhbəri ona buna görə nə intizam tənbeh i vermiş nə də işdən azad etmişdir. İllik qiymətləndirilmədə yaxşı qiymət almış heç bir dövlət qulluqçusuna da əmək intizamını pozmağa heç bir qanun haqq qazandırmır. İddiaçı vəzifə təlimatını yerinə yetirmədiyinə görə deyil, əmək intizamını (əmək intizamı - dövlət qulluğunda qulluq keçmə ilə bağlı müəyyən edilmiş davranış qaydalarının, o cümlədən nizam-intizam, qulluq reqlamenti və X35nın məcmusu) pozduğuna görə işdən azad edilmişdir. Qeyd edək ki, X37 Qanunun 18.0.12-ci bəndinə görə dövlət qulluqçusunun əsas vəzifələrindən biri də X35na əməl etməkdir. İddiaçı şikayət ərizəsində İdarədə xx.xx.2023-cü il tarixdə informasiya təhlükəsizliyinin pozulması ilə bağlı keçirilən iclasda İdarə rəisinin kimin səs yazma ilə məşğul olduğunu və ondan izahat istənildiyində məsələnin nə olduğunu başa d üşdüyünü bildirir. Lakin xx.xx.2023-cü il tarixli izahatında məsələnin nə olduğunu başa düşmədiyini, yenə də M.Məmmədovu ona böhtan atması ilə ittiham edərək, eyni zamanda onu yuxarı dövlət orqanları ilə təhdid edərək, tarixi və yeri dəqiq yazılmasını və hansı dəlillərlə bu nəticəyə gəldiyi barədə onu məlumatlandıraraq sualın başa düşülən şəkildə ona verilməsini tələb edərək, İdarə rəisinə kobud surətdə “göstəriş” vermişdir. Yenə də sübut olmadığını düşünərək məsələnin necə olduğunu anlatmaq, ona güzəştə gedilməsini xahiş etmək yerinə, olmuş hadisələri heç nə olmamış kimi göstərərək ona şər-böhtan atıldığını təkidlə bildirərək öz rəhbərinə və iş yoldaşlarına qarşı hörmətsizliklərinə davam etmişdir. Lakin, Naxçıvan MR İnzibati Məhkəməsinə və Naxçıvan MR Ali Məhkəməsinə də verdiyi iddia əriz ələrində hadisələri təfsilatı ilə xatırlamışdır. Sübut olduğunu öyrəndikdən sonra isə birinci instansiya Məhkəməsinə verdiyi iddia ərizəsində onun telefonuna səs qeydedici proqramının ümumiyyətlə olmadığını, bunu iş yoldaşlarınının telefonunun şifrəsini qıraraq telefonuna daxil olmaqla, proqramı yükləyərək səs qeydedicini işə saldıqlarını, 30 dəq səs qeyd etdikdən sonra yazılmış səsi və proqramı da sildiklərini iddia edərək, iş yoldaşlarını da töhmət altında qoymuşdur. İşçilər nə məqsədlə səs yazıb sonra da siliblər? Əgər siliblərsə yəqin başqa telefona köçürüldükdən sonra bunu ediblər anlamına gəlir. Ancaq həmin səs yazısı ortada yoxdur. Deməli bunlar hamısı iftiradır. xx.xx.2023-cü il cü il tarixdə keçirilən məhkəmədə telefonun şifrədə ola-ola necə səs yazılacağını sübut edəcəyəni bildir miş, iddia ərizəsindəki iddialarını unudaraq telefonunda səs qeydedici proqramın əslində əvvəlcədən olduğunu, iş yoldaşlarının onun telefonundakı şifrəni qıraraq səs yazdıqlarını və videoya çəkdiklərini bildirdi.(videonu görmədiyindən telefonun üz tanıma şifrəsinin olduğunun videoda anlaşılan olduğunu bilmədiyindən yalan ifadələrə və saxta sübutlara baş vuraraq məhkəməni yanıltmaq istəyib) İşçilərin izahatlarına baxıldıqda aydın olar ki, həmin ərəfədə İddiaçı səs yazılma barədə ondan soruşulduqda fərqli bəhanələr uydurmuş, iş yoldaşlarını isə onun şəxsi əşyasına toxunduqları üçün şikayət etməklə təhdid etdiyindən səsi yazılan əməkdaşlar M.Cəfərovun və C.Məmmədhəsənovun məlumatları olduğunu düşünərək İdarə rəisinə onların məlumat verməsini lazımsız bilmişlər. Lakin, İddiaçı təhdidlərinə və təhqirlərinə davam etdiyindən Naxçıvan MR Dövlət Arxivinin sabiq aparıcı mütəxəssisi X46 rəisinə birbaşa ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etmişdir. Dövlət Qulluqçularının X35 haqqında Azərbaycan Respublikası Qanununun 7, 8, 9, 23.3.1, 23.1, 21.2.9-cu maddələri ilə İddiaçı barəsində yeni intizam icraatına başlanılması üçün əsaslar yaranmışdır. İddiaçı şikayət ərizəsində məhkəmədə şahid qismində dindirilən əməkdaşların ifadələri ilə izahatlarda təzad olduğunu bildirmişdir. Etiraz olaraq bildirilir ki, hadisənin üzərindən 2 il keçdiyindən və məhkəmə zamanı həyəcandan fərqli cümlələr ifadə edilmiş ola bilər. A.Həmzəyevanın orada olub olmamasının heç bir əhəmiyyəti də yoxdur. H.Fərzəli isə hazırda Dövlət Arxivində çalışmır və İdarədən heç bir asılılığı yoxdur. İstənilən vaxt F.Həmidə və digər əməkdaşlar yenidən şahid qismində dindirilə bilər. İddiaçı barəsində qəbul edilmiş əmrlər hüquqi cəhətdən əsaslıdır“ və qüvvədə saxlanılmalıdır. Cavabdeh orqan etirazının hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsi, Məlumat azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə istinad edərək İddiaçı İdarə rəhbərinə və işçilərə qarşı qərəzli münasibətdə olduğundan, arxiv sənədlərinin mühafizəsinin təmin edilməsini də nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(122)-59/2024 saylı Qərarı və Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən İddiaçı barəsində verilmiş işdən azad edilməsi barədə 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrin qüvvədə saxlanılması barədə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasından xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh orqanın nümayəndəsi X15 izahat verərək “X37” qanuna əsasən Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə dönmədən əməl edəcəy inə and içdiyi halda iddiaçının konstitusiyanın tələblərini pozduğunu, işçilərin səsini yazdığını, ekspertiza olunacağı təqdirdə telefonda səs qeydinin olduğu və sonradan səs yazısının silindiyinin aşkar olunacağını, Fəridədən səsyazma barədə soruşduqda dik-dik ona səs yazmadığını, “get sübut et ki, səs yazmışam” dediyini, iddiaçıya telefonunun səs yazdığına dair çəkilmiş videonu göstərəndə onun susaraq cavab verə bilmədiyini, iddiaçının ulu öndər ilə bağlı işlətdiyi xoşagəlməz sözlərlə bağlı ona xəbərdarlıq etməsinə görə mühabisələr yarandığını, izahat yazmağını tələb edəndə yazmadığını, rəisin əvvəlki iş yoldaşından iddiaçının işlətdiyi sözlərə görə yaranmış mübahisəni ört-basdır etməyini xahiş etdiyini, iddiaçının xarici dil biliyinin olmadığını, vəzifə təlimatına baxılsa heç vəzifəsinə uyğun olmadığını, arxiv üçün məlumatların toplanılması məqsədilə onu dil biliyi olmadığı üçün xaricə göndərə bilmədiyini, zərurət yarandığı üçün işə çağırıldığı halda işə gəlmədiyini, ona dəfələrlə tapşırıq verdiyini, lakin iddiaçının bu tapşırıqları icra etmədiyini və ya yarımçıq şəkildə, mübahisələr yaradaraq icra etdiyini bildirdi. Həmçinin iddiaçının rəisinin məlumatı olmadan DTX, Ali Məclis, Səlahiyyətli nümayəndəlik, YAP, X26, Miqrasiya, Gömrük Komitəsində səsyazma və digər məsələlərlə bağlı idarənin adını hallandırdığını, ümumilli liderlə bağlı işlətdiyi xoşagəlməz ifadələrə görə izahat yazmasını tapşırsa da iddiaçının məsələni böyüdərək yuxarı qurumlara müraciət etdiyini, növbəti ixtisas dərəcəsi verilmədiyi üçün yuxarı qurumların hüquqşünaslarına müraciət edərək rəisin heç nədən xəbəri olmadığı fikrini formalaşdırdığını, işlədiyi bir il ərzində gah işçilərin səsini yazdığını, gah xadiməylə mübahisə etdiyini, gah işçiləri təhqir etdiyini, barəsində müsbət bir söz deyilmədiyini, işlədiyi yeri dəyişib arayışlara baxması tapşırıldığı halda rəisin acığına ancaq mobil telefonu ilə məşğul olduğunu, idarədə keçirilən ictimai tədbirdə iştirak etməkdən, təqdim edilən hədiyyəni qəbul etməkdən imtina etdiyini, işçilərin yanında rəisi saymadığını bildirməklə, işə gəldiyi halda qəsdən davamiyyət kitabını imzalamadığını, öz vəzifələrini icra etmədiyini, harada işləməsindən asılı olmayaraq bir problem yaratdığını, verilən sual və tapşırıqlara kobudluqla cavab verdiyini qeyd edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)-59/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh orqanın nümayəndəsi X2 Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(122)-59/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şahid qismində ifadə verən X13 ifadəsində iddiaçının vaxtında işə gəlsə də davamiyyət kitabına qol çəkmədiyini, Ali Məclisin tədbiri ilə bağlı işə çağırılsa da həyat yoldaşı icazə vermədiyi üçün gəlməyəcəyini bildirdiyini, rəisin otağında nalayiq sözlər işlətdiyini, tapşırılan işləri vaxtlı-vaxtında yerinə yetirmədiyini, 8 Mart tədbirinə çağırıldıqda gəlmədiyini, rəisin dövlət qulluğu ilə bağlı qanunları bilmədiyini ifadə etdiyini, vəzifəsini icra etmək əvəzinə mobil telefonu ilə məşğul olduğunu, rəhbərliyə hər zaman kobud cavab qaytardığını, X35nı pozmasına dair hərəkətlərini dəfələrlə təkrarladığını bildirdi. Şahid qismində ifadə verən X5 ifadəsində iddiaçının ümummilli liderlə bağlı işlətdiyi xoşagəlməz sözləri özünün demədiyini müxalifət qəzetlərində yazıldığını bildirdiyini, Mehman müəllimin qəbulunda olanda direktorun ona yola gəlməsini, barışığa gəlməyini təklif etsə də onun razılığa gəlmədiyini, X35nı kobud surətdə pozduğunu, işçilərin səsini yazdığını bildirdi. Şahid qismində ifadə verən X18 ifadəsində iddiaçının işdən azad olunmasının tək bir məsələ ilə bağlı olmadığını, ona dəfələrlə şifahi xəbərdarlıqlar olunduğunu, izahatının alındığını, intizam tənbehi tədbirinin tətbiq olunduğunu, idarə rəhbərinin qəbulunda olark ən iddiaçının ümumilli liderlə bağlı işlətdiyi xoşagəlməz sözlərə görə izahat yazmağı tələb olunanda izahat yazmayacağını, rəisə 3 qəzet adı sayaraq dediyi sözlərin həmin müxalifət qəzetlərində də yazıldığını, bu sözləri dedikdən sonra Mehman müəllimin onu otaqdan qovduğunu, izahat yazmağı tələb olunanda dediyi sözləri dandığını, iddiaçını hansısa sənədi imzalamağa çağıranda bir səhv axtararaq problem yaratmağa çalışdığını, 8 Mart günü ilə bağlı keçirilən tədbirə dəvət edilsə də iştirak etmədiyini, tədbirə çağıran Mürsəl müəllim barəsində “Mürsəl müəllim qələt edir məni tədbirə çağırır” dediyini, işçilərə qarşı “Bu gic bura niyə gəldi, bunlar aşağı səviyyəli işçilərdir”, “işverən” ifadələrini işlətdiyini, töhmət verilməsinə baxmayaraq heç bir orqana müraciət etmədiyini, səhvi olduğunu qə bul etdiyini, işdən azad olunması ilə bağlı isə yuxarı dövlət orqanlarına, həmçinin X7 müraciət etdiyini, şikayət ərizəsində idarədən şikayət etdiyini, idarə və idarənin rəhbəri haqqında digər yerlərdə mülahizələr etdiyini, idarənin nüfuzunu aşağı saldığını, iddiaçının barəsində tədbir görülməzsə daha da pis halların baş verə biləcəyini, idarə rəhbərini məhkəməyə verdiyini, davamiyyət kitabını acığa düşdüyü üçün qəsdən imzalamadığını, hər dəfə rəis başqa-başqa mövzularda izahat tələb etdikcə rəhbərini ona şər-böhtan atmaqda ittiham etdiyini, rəisi yuxarı dövlət orqanları ilə təhdid etdiyini, xadimə ilə də mübahisə edərək ona alçaldıcı sözlər dediyini, məzuniyyət müddəti başa çatdıqdan sonra rəhbərə məlumat vermədən 5 gün işə gəlmədiyini, işçilərin səsini yazdığını, onlarla kobud rəftar etd iyini, ixtisas dərəcəsinin verilməsi məsələsində rəisin qanunlardan xəbərinin olmadığını bildirdiyini, smartfon telefon istifadəsi qadağan olunan otaqda telefondan istifadə etdiyini, barəsində verilmiş töhmət intizam tənbeh tədbirindən nəticə çıxarmadığını bildirdi. Şahid qismində ifadə verən X19 ifadəsində iddiaçıya rəhbər tərəfindən bütün işçilər kimi qayğı göstərildiyini, mübahisələrin səsyazma hadisəsi üstündə başladığını, iddiaçının telefonunu kompüterlə printerin arasında asanlıqla görülə bilinməyən yerdə qoyaraq iş yoldaşlarının səsini yazdığını, səsyazma məsələsi aşkar olunanda iddiaçının işçilər barəsində qışqıraraq “boşanmışlar belədir də, fahişədirlər, bizi özləri kimi bilirlər, çantaya girəndirlər, oğrudurlar” kimi təhqirlər, nalayiq ifadələr işlətdiyini, qəzet otağında işləyən zaman hay-küylə daxil olaraq işçiləri təhdid etdiyini, işçiləri dəfələrlə təhqir edərək “sənin başına oyun açaram, siz bilmirsiniz mən kiməm” dediyini, dəhlizdə, mətbəxdə olarkən, anbarda işlədikləri zaman yekəxana hərəkətlər sərgilədiyini, YAP-ın iclası keçirilən zaman ümumilli lider barəsində işlətdiyi sözləri izah edərkən “niyə düz demirəm “Müsavat” qəzeti də belə yazır da, H.Əliyev o vaxtları əsgərlikdən boyun qaçırmaq üçün saxta sənəd düzəldib Azərbaycanı tərk edib” ifadələrini işlətdiyini, iclasın yekununda “Siz sübut edə bilərsiniz mən o sözləri demişəm?” dediyini, iddiaçının bu məsələdə haqlı olduğu təqdirdə idarəni alt-üst etmə potensialına sahib olduğunu bildirdi. Şahid qismində ifadə verən X16 ifadəsində iddiaçının telefonu gizli yerdə yerləşdirib onların səsini yazdığını, məsə lə aşkar olunduqdan sonra onun səs-küy saldığını, böyük mübahisə yaratdığını, səs-küyünün dəhlizə yayıldığını, keçirilən iclaslarda ümummilli lider barəsində işlətdiyi sözlərə görə rəhbərdən üzr istəmədiyini, barışığa gəlmək tərəfdarı olmadığını bildirdi. Şahid qismində ifadə verən X27 ifadəsində iddiaçının YAP iclasında ümumilli lider haqqında dediyi sözlərin müxalifət qəzetlərində yazdığını dediyini, YAP iclasında E.Axundovanın kitabının adını çəkmədiyini bildirdi. Şahid qismində ifadə verən X28 ifadəsində iddiaçının H.Əliyev barəsində oçerkin hazırlanması zamanı səhvliyə yol verdiyini, onun dikbaş olduğunu, sərt şəkildə sözünü dediyini, işçilərin səsini yazdığını, səsyazma məsələsini araşdırmaq istədikdə səs-küy, qışqırıq saldığını, təhqirlərə yol verdiyini, səbəbsiz yerə intriqa yaratd ığını, qarşısındakı insanı alçaltdığını, yanından keçəndə nalayiq bir söz işlətdiyini, anbarın qarşısında oturan zaman “ən aşağı işçidir, anbarın qarşısında oturur” ifadəsini işlətdiyini, danışıq tərzinin kobud olduğunu, onun və digər ailəsindən boşanmış işçilər barəsində “hamı sizdən danışır, hamı sizdən deyir, utanmırsız elaləmlə birsiniz”, “Siz kimsiniz, ortadasınız. Sizin tərbiyəsiz olduğunuzu hamı bilir, Bahar haqqında bütün idarə danışır, hamı sizin kim olduğunuzu bilir” ifadələrini işlətdiyini, səs yazdığını, işçilərin şəxsi həyatı haqqında müzakirələr açdığını, boşanmış işçilər haqqında “Küçələrdə qalmışlar, ortada qalmışlar”, “sən kimsən, Allah eləməsin mən sənə oxşayım” ifadələrini işlətdiyini, özünün səs yazısı aparılan vaxt şəxsi həyatı barədə danışdığını və səs yazısının nə va xtsa yayılacağı üçün narahat olduğunu bildirdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsind ə icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsasla ra istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını və iddiaçının izahatını əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dai r iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlid ir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. İş materiallarında olan; - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 22 aprel 2019-cu il tarixli, 54/k nömrəli əmrinin surətindən görünür ki, informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı bir il müddətində İdarə rəisi tərəfindən həvalə olunmuş vəzifələri lazımi şəkildə yerinə yetirmədiyinən barəsində intizam tənbehi-töhmət elan edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 03 mart 2023-cü il tarixli, 01 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı İdarədə işlədiyi vaxtdan idarə rəisinə qarşı dəfələrlə hörmətsizlik etdiyindən, verilən tapşırıqları tam yerinə yetirə bilmədiyindən töhmət verilmiş, şifahi xəbərdarlıq edilmişdir. Lakin bunlardan nəticə çıxarmamış, iş çilərin yanında idarə rəisini ona şər atmaqla günahlandıraraq onun nüfuzunu aşağı sala biləcək sözlər sərf etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 06 mart 2023-cü il tarixli, 01 nömrəli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəisi M.Məmmədovun əmri ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Dövlət Arxivində mövcud olan sənədlər əsasında Ümummilli Lider Heydər Əliyev barəsində məqalə hazırlanması barədə verilmiş göstərişin icrasının nəticələri barədə 01 mart 2023-cü il tarixdə İddiaçı idarə rəisinin qəbulundan olarkən Ümummilli lider haqqında xoşagəlməz ifadələr işlətmişdir. Onun bu danışığı idarə rəisi tərəfindən tənqid edilmiş və ona iradlar bildirilmişdir. Bunun qarşılığında İddiaçı dövlət qulluqçusuna yaraşmayan, X35nı pozan hərəkətlər nümayiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 mart 2023-cü il tarixli, 02 nömrəli aktının surətindən görünür ki, 07 mart 2023-cü il tarixdə İddiaçı idarənin qəbul otağındakı davamiyyət kitabına vaxtında qol çəkməmiş, qəbul otağında oturan böyük inspektor X6 zəng edərək nə üçün qol çəkmədiyini soruşduqdan sonra işin başlanma vaxtı 9:00 olduğunu bildiyi halda idarənin daxili nizam-intizam qaydalarını pozaraq kitaba saat 12:30-da qol çəkmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 mart 2023-cü il tarixli, 03 nömrəli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı 07 mart 2023-cü il tarixdə idarə rəhbərliyi tərəfindən “8 Mart - X33” münasibəti ilə təşkil olunmuş tədbirdə dəvət olunduğu halda iştirak etməkdən və idarənin qadın əməkdaşları üçün alınmış hədiyyədən imtina etmiş, hədiyyəni istəmədiyini bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 13 mart 2023-cü il tarixli, 05 nömrəli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı 27 yanvar 2023-cü il tarixli ərizə ilə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi alması üçün idarənin rəisi Mehman Məmmədova müaciət etmişdir. İdarə rəisi "X37” Azərbaycan Respublkası Qanununun 17.3-cü maddəsini nəzərə alaraq işçinin peşəkarlığının və idarəçilik tə crübəsinin qənaətbəxş olmadığını bidirərək dərəcə verilməsini məsləhət bilməmişdir. İddiaçı idarə rəisinin qəbulunda olarkən idarə rəhbərinin göstərişi ilə razılaşmayaraq yuxarı instansiya orqanlarına və hüquqşünaslara müraciət etdiyini bildirərək, idarə rəhbərinə irad kimi düzgün olmayan intonasiya ilə “yəqin sənin rəhbərin bilmir qanuna görə dərəcə vaxtın çatıbsa verilməlidir” deyə bildirmişdir. İdarə rəhbəri ona şifahi xəbərdarlıq etmiş və bir daha işində və davranışlarında dönüş etməzsə barəsində daha ciddi tədbirlər görəcəyini bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 17 mart 2023-cü il tarixli, 06 nömrəli aktının surətindən görünür ki, 16 mart 2023-cü il tarixdə İddiaçı saat 18:00-da işdən çıxarkən idarənin qəbul otağında olan davamiyyət kitabına qol çəkməd ən çıxıb. Qəbul otağında oturan böyük inspektor X14 15 dəqiqə onun qol çəkməsini gözləmiş, qol çəkməyə gəlmədiyini gördükdə isə idarə rəisinə məlumat verib. Səhəri günü 17 mart 2023-cü il tarixdə nə üçün qol çəkmədiyini soruşduqda “yadımdan çıxıb, yadıma salmamısınız” demişdir. Daha sonra idarə rəisi idarədaxili nizam-intizam qaydalarını pozduğu üçün ondan bu barədə izahat tələb etmişdir. - Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının 06 mart 2023-cü il tarixdə keçirilən yığıncağının 01 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı partiyanın nüfuzunu aşağı salacaq hərəkətlərə yol verilməsi ilə bağlı partiya üzvlərinin çıxışları nəzərə alınaraq, İddiaçı intizam tənbeh tədbirlərinin tətbiq edilməsi Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin rəhbərliyi qarşısında qaldırılması qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 06 mart 2023-cü il tarixli, 03/16 nömrəli əmrinin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində işləyən İddiaçı X35na əməl etmədiyindən barəsində intizam tənbehi- töhmət elan edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 11 aprel 2023-cü il tarixli, 03/30 nömrəli əmrinin surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində informasiya axtarış və beynəlxalq əlaqələr üzrə baş məsləhətçi vəzifəsində çalışan İddiaçı dəfələrlə edilmiş şifahi xəbərdarlıqdan, 06 mart 2023-cü il t arixdə barəsində verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq, mütəmadi olaraq kobud şəkildə pozuntulara yol verdiyindən, X35nı pozduğundan və idarədaxili nizam-intizam qaydalarına əməl etmədiyindən 11 aprel 2023cü il tarixdən dövlət qulluğuna xitam verilmiş və onunla bağlanılan əmək müqaviləsi ləğv edilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, X29 “X37” Azərbaycan Respublikasının Qanununun 33.1.6, 25.2.6 və 18-ci maddələrinə əsasən dəfələrlə edilmiş şifahi xəbərdarlıqdan, barəsində verilmiş töhmətdən nəticə çıxarmayaraq, mütəmadi olaraq kobud pozuntulara yol verdiyindən, X35nı, idarədaxili nizam-intizam qaydalarını pozduğundan 11 aprel 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - AA******* nömrəli şəxsiyyət vəs iqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1992-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, 621 nömrəli arayışdan görünür ki, Məmişova X20 şəhəri, A.Cəlilov 17, mənzil 40 ünvanında qeydiyyatdadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyy ətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləm əyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “X37” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 926İQ nömrəli Qanununun 33-cü maddəsi dövlət qulluğuna xitam verilməsi əsaslarını təsbit etməkdədir ki, həmin maddənin 33.1.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun: 25.1-ci maddəsinə əsasən, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur; 25.2-ci maddəsinə görə, dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədə k vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Cavabdehin orqanın əmrindən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vəzifədən azad edilməsi zamanı Qanunun 18-ci, 25.6-cı, 25.2.6-cı və 33.1.6-cı maddələrinə istinad olunmuşdur. Məhz dövlət qulluğundan azad edilmə qismində intizam tənbeh tədbiri tətbiq olunması əsası ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Qanunun 25.7-ci maddəsinin tələbinə görə bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanın ın rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması ilə şərtləndirmişdir. “X37” Qanunun 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. X35na əməl etməlidir. Dövlət qulluqçusunun işgüzar və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi və bu qiymətləndirmə nəticə sində tətbiq olunan tədbirlər inzibati orqanın (hazırkı halda - cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olubolmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların “X37” Azərbaycan Respublikasinin Qanununun müddəaları baxımından mövcud olub-olmadığı ara şdırılmalıdır. İş materialları üzrə tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan görünür ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, X35nı pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin tələblərini pozması barəsində qəbul olunmuş əmrdə və həmin əmrin verilməsinə əsas olmuş sənədlərdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. Həmçinin iddiaçının iş fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxar madığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı davamiyyət jurnalını imzalamaqdan imtina etmiş, ondan izahat və arayış verməsi tələb olunduğunda izahat yazmaqdan boyun qaçırmış, özünə məxsus mobil telefonla digər işçilərin səs yazılarını qeyd etmiş, X35nı pozan ifadələr işlətmişdir. Bununla da təsbit olunan məlumatlardan, həmçinin məhkəməyə verilmiş şahid ifadələrindən təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və X35na uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının pozuntularını təşkil edir. Tərəflərin izahatları və şahid ifadələrindən müəyyən olunur ki, iddiaçı işlədiyi qısa zaman çərçiv əsində çoxsaylı X35nın pozuntularına yol versə də, həmin halların hər hansı əsas ilə sübuta yetirilə bilməyəcəyindən əmin olduğu üçün həmin hərəkətlərə yol verdiyini inkar etmişdir. “Dövlət qulluqçusunun X35 haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. Şahid ifadələrini tədqiq edən kollegiya belə nəticəyə gəlir ki, İddiaçı nəinki birgə işlədiyi əməkdaşlara hətta rəisinə qarşı mədəni davranış qaydalarını pozmuş, həmin qanunun 7-ci maddəsinin tələblərini pozaraq dövlət orqanının və dövlət qulluğunun nüfuzunu aşağı salmış, 10-cu maddəsinin tələblərini pozaraq rəhbərinin verdiyi tapşırıqları icra etməmişdi r. İddiaçı dövlət qulluqçusunun məsuliyyətini dərk etmədən, idarə rəhbərinə məlumat vermədən üzrlü səbəb göstərmədən 5 gün iş yerinə gəlməməsi halı onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu göstərir. “Dövlət qulluqçusunun X35 haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. X3 ifadəsindən aydın olur ki, İddiaçı rəhbəri barədə kifayət qədər mənfi fikir formalaşdırmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, dövlət qulluğuna və əmək müqaviləsinə xitam əmrinin əsası hesab olunmasa da onun kobud pozuntulara yol verməyinin başlanğıcı kimi ümumilli lider H.Əliyev barəsində oçerk yazmaq barədə tapşırıq alan iddiaçının ümumilli lider barəsində xoşagəlməz ifadələri sərf etməsi halı olduğu aydın olur. İddiaçı həmin ifadələrin İdarə rəisinin qəbulunda olarkən işləndiyini, otaqda ikisindən (M.Məmmədov və İddiaçı) başqa heç kimin olmadığını bildiyindən, bu halın sübuta yetirilməsinin çətin olduğunu dərk etdiyindən həmin ifadələri işlətdiyini inkar etmişdir. Məhkəməyə verdiyi izahatında bu məsələnin araşdırılması məqsədilə keçirilən YAP iclasında onun əslində E.Axundovanın kitabının adını çəkdiyini, həmin kitaba istinad etdiyini bildirsə də, həmin iclasda iştirak etmiş şahid ifadələrindən aydın olur ki, İddiaçı iclasda nəinki sözügedən kitabın adını çəkməyib, hətta sərf etdiyi ifadələrin müxalifət qəzetlərində də açıq-aşkar yazıldığını qeyd edib. İş materiallarından aydın olur ki, mübahisələrin başlanğıc nöqtəsi kimi istinad edilən yuxarıda sözügedən oçerkin yazılması zamanı yol verdiyi nöqsana (istifadə etdiyi xoşagəlməz ifadələrə) görə İddiaçı rəhbərinin iradlarından nəticə çıxarmayaraq idarədaxili nizam-intizam, X35nı pozmaqda davam etmiş və nəticədə onun dövlət qulluğuna xitam verilmişdir. Belə ki, iddiaçı idarəyə vaxtı-vaxtında gəlməsinə baxmayaraq işə davamiyyət kitabını qəsdən gec imzalamış və işdən çıxıb gedərək ümumiyyətlə imzalamamışdır. İddiaçı izahatlarında keçirdiyi narahatlıqla bağlı səhhətinin pis olması və unutduğu üçün işə davamiyyət kitabını imzalamadığını qeyd etsə də X3 ifadəsi ilə bu hal təkzib olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin müddəalarına əsasən hər kəsin şəxsi toxunulmazlıq, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. İddiaçı iş yoldaşlarının səsini yazmaqla qanunvericiliyin müvafiq müddəala rının tələblərini pozmuşdur. İddiaçı məhkəməyə verdiyi izahatlarında iş yoldaşlarının qərəzli şəkildə ona məxsus telefonun səs yazısı aparmasına dair video çəkildiyini bildirsə də, şahid ifadələri ilə müəyyən olunan iddiaçının bir neçə əməkdaşın səsini yazması halı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş videoyazı ilə də öz təsdiqini tapmışdır. İş materiallarından müəyyən olunur ki, idarənin sabiq əməkdaşı X28 xx.xx.2023-cü il tarixli ərizə ilə idarənin rəisi M.Məmmədova müraciət etmiş İddiaçı tərəfindən səs yazısının aparıldığını, idarənin direktoru M.Cəfərovun məsələ barədə məlumatlı olmasına baxmayaraq İddiaçı heç bir cəza verilmədiyini, bundan cəsarətlənərək aqressiv və qeyri-etik davranışlara yol verdiyini, bu hadisənin onu narahat etdiyini, onun barəsində əldə etdiyi şəxsi məlumatları nə üçün və hansı məqsədlə istifadə etdiyini bilmək istədiyini, İddiaçı səs yazısı aparması ilə bağlı videoyazı olduğunu, məsələ ilə bağlı tədbir görülməsini xahiş etdiyini qeyd etmişdir. İddiaçının iş yoldaşlarının səsini yazması halı sübuta yetirilsə də, iddiaçı ortada səs yazısı olmadığını bildirərək, iş yoldaşlarını onun şəxsi mülkünə (telefonuna) toxunmaqda günahlandıraraq yol verdiyi ciddi hüquq pozuntusunu pərdələməyə və məsuliyyətdən yayınmağa çalışmışdır. Fərqli əməkdaşlara müxtəlif səbəblər göstərərək (gah telefonunun xarab olduğunu, səsyazma proqramının öz-özünə işə düşdüyünü, gah da övladının yüklədiyi oyunlar ilə bağlı olduğunu bildirir) səsyazma hadisəsini əsaslandırmağa çalışmış, nəhayət “Samsung” markalı telefonların kilidini açmadan necə səs yaza biləcəyini süb ut edə biləcəyini bildirərək iş yoldaşlarının həmin şəkildə onun telefonundan istifadə edərək səs yazısı apardıqlarını, bu halı videoqeydə aldıqlarını, daha sonra həmin səs qeydini sildiklərini bildirir. İddiaçının nümayəndəsi isə izahatında iddiaçıya məxsus şəklin hər hansı telefona ekran şəkli kimi qoyularaq səs yazısı aparılıb videoqeydə alınıb iddiaçıya böhtan atıldığını qeyd edir. Kollegiya qeyd edir ki, məsuliyyətdən yayınmaq məqsədilə saysız ehtimalların ortaya atılmasına baxmayaraq iddiaçı tərəfindən belə bir pozuntuya yol verilməsi halı mübahisəsizdir. İddiaçı özünə məxsus smartfonu idarə daxilində istifadə olunması qadağan olunan kompüter otağında istifadə etməklə idarə daxili müəyyən edilmiş nizam-intizam qaydalarını da pozmuşdur. Cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilm iş fotoşəkillərdən də aydın olur ki, iddiaçı xidməti vəzifələrini icra edərkən smartfondan istifadəyə davam etmişdir. Kollegiya qeyd edir ki, şahid ifadələrinin tədqiqi zamanı aşkar edilən digər bir hal isə iddiaçının hər hansı mübahisə halının içində olub-olmamasından asılı olmayaraq əməkdaşlara qarşı qeyri-etik davranışlar nümayiş etdirməsi olmuşdur. İdarə rəhbəri keçirilən iclaslarda İddiaçı yol verdiyi nöqsanlara görə səhvini başa düşüb üzr istəməsi halında onu bağışlamağa hazır olduğunu bildirərək barışığa dəvət etsə də, iddiaçı nəinki yol verdiyi nöqsanlara görə üzr istəməmiş, hər hansı nöqsana yol verdiyini belə düşünməmişdir. İddiaçının yol verdiyi kobud pozuntular iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə də öz təsdiqini tapmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan göstərilən normanın məzmununa uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının barəsində Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 30/30 saylı əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, məcburetmə, öhdəliyin icrası və müəəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, q anuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Cavabdeh in mübahisəli əmri maddihüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən "X37” Azərbaycan Respublikasının Qanununun 18-ci, 25.6-cı, 25.2.6-cı və 33.1.6-cı maddələrinin tələblərinə müvafiq olmuş, yuxarıda şərh olunan normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Kollegiya apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının araşdırm ası ilə sübut olunur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM14.1). Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1). Əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsi). İPM-in 87.6-c ı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edil məməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə qarşı "Naxçıvan MR Dövlət Arxiv İdarəsinin 03/30 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, “informasiya axtarış və beynəlxalq əlaqələr” üzrə baş məsləhətçi vəzifəsinə işə bərpa olunmağı və məcburi iş buraxmaya görə pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(122)-59/2024 nömrəli qərarından İddiaçı tərəf indən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2-1(122)59/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar