Məhkəmə qərarları › İş №2-1(108)-91/2025

Ali Məhkəmə Qərar — İş №2-1(108)-91/2025

16.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-91/2025 16.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(122)-461/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Bağırov X9 MR İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsini n verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 22 noyabr 2024-cü il tarixdə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə 17 dekabr 2024-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-1442/2024 saylı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müda fiə Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsinə etiraz etmədiyini bildirmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(122)-1442/2024 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(122)461/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair idd iası təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(122)-461/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, o, təcavüzkar erməni dəstələri 1988-cı ildən Sədərək rayonu ərazisinə bütövlükdə hücum etdikləri zamandan könüllü olaraq Sədərək rayonu ərazisində yerləşən “Qaratəpə”, “Mil təpə”, “Qırmızılar”, “Ucu miz” postlarında xidmət aparmışdır. 1992-ci ilə qədər öz şəxsi imkanları hesabına dövlət sərhədlərinin mühafizəsində iştirak etmişdir. 1992-ci il tarixdə erməni silahl ı dəstələri daha intensiv şəkildə Sədərək rayonu istiqamətində hücumlara başlamış,həmin tarixdə Sədərək kənd sakini polis serjantı X8 şəhid olmuş, 18 may 1992-ci il tarixdə səhər saatlarında təxminən 05:22 də qəflətən erməni təcavüzkarları ağır artilleriya ilə hücuma keçmiş, baş vermiş döyüşlərdə “Qaratəpə”, “Mil təpə”, “Ucu miz” postları alınmış, həmin döyüşlərdə 16 şəhid vermişlər. Həmin günkü döyüşlərdə şəxsən iştirak etmişdir. O, silahı Sədərək rayon polis şöbəsində işləmiş kapitan X2 təhvil alıb, təhvil vermişdir. X15 Şərur rayon Kərimbəyli kəndində yaşayır. Hakim iddianı rədd edərkən döyüşlərdə silahın təhkim olunmamasını əsas gətirmişdir. Əlavə olaraq döyüşlərdə iştirak etməyi barədə Sədərək rayon İcra hakimiyyətinin arayışı da məhkəməyə təqdim olunmuşdur. Müharibədə iştirakını bütü n sübutlarla təqdim etsə də məhkəmə bunların heç birini əsas götürməmişdir. Döyüşlər zamanı “Vətən səsi” qəzetinin müxbiri Milli Qəhrəman Çingiz Mustafayevi müşayiət edərək postlara qaldırmışdır. Lakin məhkəmə həmin arayışı da əsas saymamışdır. Məhkəmə həmin sübutlara heç bir hüquqi qiymət verməyərək nəticədə əsassız qərar qəbul etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaya qarşı birinci instansiya məhkəməsinə təqdim etdiyi 21 yanvar 2025-ci il tarixli etirazda göstərmişdir ki, Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyəti ümumiyyətlə “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahılan”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi ona Sədərək Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş arayışa istinad edir. Adıçəkilən sənədlər hər hansı sənədə istinadən yazılmamış və bu səbəbdən mötəbər sübutlar hesab edilə bilməz və hüquqi əsasları yoxdur. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. İş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibə tdə ödənilməmişdir. İddiaçı XN cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran” adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.202N-cü il tarixli 2-1(102)-61/202N nömrəli qərarının N2-ci bəndində qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi siyahı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. İddiaçı özünümüdafiə dəstələ rinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti nümayəndəsininin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.N-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(122) -461/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.N-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N72.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildi rilməlidir. Kollegiya iddiaçının izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materialları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N72.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hə rəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli, B/4165 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə edilmiş sorğuya cavab məktubu alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyin daxil olan xx.xx.2022-ci il tarixli, N657 nömrəli məktubda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı məlumatın olmadığı bildirilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. - НЛ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 7-ci səhifəsində İddiaçı Sədərək rayonu ərazisində gedən döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur. - Sədərək Ray on İcra Hakimiyyəti tərəfindən verilmiş 28 sentyabr 2002-ci il tarixli, 17 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-ci ildən 1992-ci ilə kimi könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı döyüşlərdə fəal iştirak etməsi qeyd edilmişdir. - Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli, 1006 nömrəli arayışdan görünür ki, Bağırov X10 rayonu, Sədərək kəndində yaşayır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 06 fevral 2025-ci il tarixli, N-4N-90/2-1N-144/N8/25 nömrəli məktubdan aydın olur ki, Xidmətin Aparatına əvvəlki müraciətlə əlaqədar təqdim etdiyi sənədlərlə bağlı döyüşlərdə iştirakını sübut edən sənədlərin əldə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə sorğu edilmişdir. Sorğuya daxil olan xx.xx.2022-ci il tarixli, N657 nömrəli məktubda onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı məlumatın olmadığı bildirilmişdir. Bununla bağlı ona xx.xx.2022-ci il tarixli, B4165 nömrəli cavab məktubu göndərilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr ta rixli, 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut e dən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına dair təsdiqedici hüquqi sənədlər olmadığından, mövcud qanunvericiliyin tələblərinə əsasən ona “müharibə veteranı’’ adı və vəsiqəsinin verilməsi məsələsinə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılması mümkün olmamışdır. Bununla belə, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məs ələsinə baxıla bilər. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, N-25-210/2747/2025 nömrəli məktubdan görünür ki, X12 Komitəsinin Arxivdə saxlanılan 1991-1992-ci illərin "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı haqqında məlumat yoxdur. - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 mart 2025-ci il tarixli, 5-26/2-109/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xi dmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 mart 2025-ci il tarixli, N-4N-75/2-270/2025 nömrəli məktubdan aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsində qeydiyyatda olan, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddia ərizəsi və apellyasiya şikayətindən aydın olur ki, iddiaçı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, hə rbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Lakin bu hüquq yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar və hərbi biletdə yazılan qeydlər səxsin döyüşlərdə iştirakını sübut edən digər müvafiq sənədlərlə (nizami hüssə üzrə əmrlərdən çıxarışlarla) birgə təqdim edildiyi hallarda müharibə veteranı adının verilməsi üçün əsas hesab oluna bilər. İddiaçının Sədərək döyüşlərində iştirakı barədə Sədərək Rayon İcra Hakimiyyətinin özünümüdafiə dəstələrinin siyahısında olması faktı öz təsdiqini tapmamışdır. İddiaçı döyüşlərdə yaralanmamış, travma və xəsarət almamış, heç bir orden və medallarla təltif edilməmişdir. Beləliklə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də qeyd olunur ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş (hərbi xidmətə qəbul və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmış) olmalıdır. Hazırkı iş materiallarında olan sənədlərdə iddiaçının könüllü dəstənin tərkibində vuruşması barədə verilmiş arayış olsa da, özünümüdafiə dəstələrinin tərkibində (siyahılarda) olması və döyüş bölgəsində iştirak etməsini təsdiq edən sübutlar olmadığından qanunvericiliyin tələbi baxımından İddiaçı “müharibə veteranı” adı və vəsiqənin verilməsi mümkün deyil. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: N-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin N-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alm ış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdik ləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd

1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsa sən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun N7-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: N7.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: N7.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; N7.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; N7.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. N7.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun h əqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.N-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. N4.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, İddiaçı yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahılarda adının olması, döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı da həmin sübutları əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 mart 2025-ci il tarixli, 5-26/2109/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. İddiaçının döyüşlərdə iştirakının sübutu kimi təqdim etdiyi ona məxsus НЛ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 7-ci səhifəsində “Sədərək rayon ərazisində gedən bütün döyüşlərdə iştirak etmişdir” barədə Sədərək rayo n hərbi komissarı Musayev tərəfindən aparılması göstərilən və latın qrafikalı möhürlə təsdiq edilmiş qeyd olsa da kollegiya qeyd edir ki,yuxarıda adıçəkilən Əsasnamənin tələbinə əsasən hərbi bilet şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas ola bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, N-25-210/2747/2025 nömrəli nömrəli məktubdan aydın olur ki, X12 Komitəsinin Arxivdə saxlanılan 1991-1992-ci illərin "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı haqqında məlumat yoxdur. 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Az ərbaycan Respublikasının Qanunun N-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.İddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları aşkar edilməmişdir. İddiaçının təqdim etdiy i Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 sentyabr 2002-ci il tarixli, 17 nömrəli arayışa (arayışın verilməsinə əsas kimi Sədərək rayon hərbi komissarlığının xx.xx.2002-ci il tarixli 89 saylı arayışı və hərbi bilet göstərilmişdir) münasibətdə kollegiya qeyd edir ki, həmin arayışda İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-ci ildən 1992-ci ilə kimi könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı döyüşlərdə fəal iştirak etməsi qeyd edilmişdir. Həmçinin iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində də 1988-ci ildən 1992-ci ilin sentyabr ayınadək Sədərək rayonu ərazisində gedən döyüşlərdə özünümüdafiə dəstəsinin tərkibində iştirak etməsini göstərmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatından, ona məxsus hərbi biletin N-cü səhifəsində aparılmış qeydlərdən, eyni zamanda sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin 12 mart 2025-ci il tarixli, N-4N-75/2-270/2025 nömrəli məktubundan aydın olur ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Belə olan halda, iddiaçının 1988-ci ildən 1992-ci ilə kimi Sədərək rayonu ərazisində könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı döyüşlərdə fəal iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 sentyabr 2002-ci il tarixli, 17 nömrəli arayışda göstərilən məlumatların həqiqiliyi şübhə doğurur və bu baxımdan həmin arayış mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı iddiaçının təqdim etdiyi könüllü dəstənin tərkibində döyüşlərdə iştirak etməsi barədə verilmiş xx.xx.199N-cü il tarixli,20/4 nömrəli arayışın da hüquqi əsası olmadığından sübut kimi qəbul edilməsi mümkün deyil. İddiaçı apelyasiya şikayətində döyüşlərdə iştirakı ilə əlaqədar silahı Sədərək rayon polis şöbəsinin əməkdaşından təhvil alıb, təhvil verdiyini göstərsə də iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 06 fevral 2025-ci il tarixli, N-4N-90/2-1N144/N8/25 nömrəli məktubdan aydın olur ki, onun əvvəlki müraciəti ilə əlaqədar təqdim etdiyi sənədlərlə bağlı döyüşlərdə iştirakını sübut edən sənədlərin əldə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə sorğu edilmiş, sorğu ilə əlaqədar gö ndərilmiş xx.xx.2022-ci il tarixli, N657 nömrəli məktubda onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı məlumatın olmadığı bildirilmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçının döyüşlərdə iştirakının təsdiqi kimi təqdim etdiyi fotoşəkillərin nə vaxt və hansı şəraitdə əldə olunması müəyyən edilmədiyindən sübut əhəmiyyəti daşımır. Sübutların mümkünlüyünü müəyyən edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələbinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən döyüş əməliyyatlarında özünümüdafi ə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Hazırki mübahisəyə münasibətdə iddiaçıya müharibə veteranı adının verilməsi üçün zəruri olan və istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı hər bir halda, cavabdehin onun q arşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 7N-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Göstərilənlərə əsasən cavabdehin imtinası qanuni olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellya siya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(122)-461/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(122)-461/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilm əsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 21(122)-461/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar