Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-92/2024 04.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X13 və X5 ibarət tərkibdə, X8 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiya sı təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa Rayon Şöb əsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2-1(122)-477/2023 nömrəli qərardadı ilə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə (İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən gü zəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 21(122)-49/2024 nömrəli qərarından narazı qalan İddiaçı şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarının İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiya təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin rədd edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayətində göstərmişdir ki, hazırkı işin birinci instansiya məhk əməsində icraatı zamanı "X18” MMC tərəfindən onun xüsusi iş stajıyla bağlı bir neçə arayışı məhkəməyə təqdim edilmişdir, "X18” MMC-nin onun X11 işlədiyi "depo növbətçisi” vəzifəsinin xüsusi iş stajı hesab edilməməsinə dair mövqeyi, qənaəti hər hansı maddi hüquqi əsasa dayanmamışdır. Qeyd olunmalıdır ki, güzəştli şərtlərlə pensiya hüququ verən iş və istehsalatların siyahısı iki dövrlə-xx.xx.2006-cı il tarixdən sonra qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı və həmin dövrədək qüvvədə olmuş AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahılarla əhatə edilir. “X18” MMC-nin onun X11 işlədiyi vəzifələrin xüsusi iş stajı hesab edilib-edilməməsinə dair arayış və məktublarında göstərilən məl umatlar kodlaşdırılmamış, eləcə də bir-birilə ziddiyyətli olmuşdur. İddia ərizəsində istinad etdiyi eləcə də əmək kitabçasında əmək fəaliyyətinə dair qeyd edilən məlumatlardan göründüyü kimi X11 işlədiyi müddət xx.xx.2006-cı il tarixədək müddəti əhatə edir. Belə olan halda X11 işlədiyi xüsusi iş stajı kimi istinad etdiyi vəzifələrin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin siyahısına münasibətdə uyğunluğunun yoxlanılaraq müvafiq siyahıda göstərilən peşə və vəzifələrə aidiyyətinin qiymətləndirilməsi zərurəti yaranmaqdadır. Məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsinin yeganə əsası “X18” MMC-nin onun xüsusi iş stajı ilə bağlı məhkəməyə təqdim etdiyi arayış və məktublar göst ərilmişdir ki, yuxarıda qeyd olunduğu kimi “X18” MMC tərəfindən təqdim edilmiş məlumatlar bir-birilə ziddiyyətli olmuşdur. Halbuki, onun peşəsi AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının XXVİİİ bölməsində - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində 23001000 — 21172 kodla göstərilən "hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar stansiyalar üzrə növbətçilər ” siyahısında göstərilmişdir. Həmçinin X11 depo növbətçisi vəzifəsinə keçirilərkən müvafiq əmrdə əməkhaqqına 15% əlavə olaraq hesablanması göstərilir ki, bu hal da depo növbətçisi vəzifəsinin xüsusi iş stajı olaraq qəbul edilməsinin mühüm dəlilidir. Məhkəmə tərəfindən qeyd edilən hallara qiymət verilməmişdir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının vəkili Vəkil məhkəmə iclas ında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının vəkili Vəkil iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı şikayəti ilə eyni məzmunlu izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarının “İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiya təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinin rədd edilməsi” hissəsində ləğv edi lməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X9 izahatında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəala rı tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiya sı məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşa ğıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Culfa Rayon Şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarından görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən onun qanuna əsasən tələb olunan 25 il əmək stajının olmaması əsası ilə imtina edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 229 nömrəli arxiv arayışdan görünür ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Kommunal Müəssisələr Kombinantının sənədlərinə baxdıqda İddiaçı xx.xx.1980-ci ildə 114 №-li əmrlə işə girmiş, xx.xx.1981-ci ildə 52 №-li əmrlə azad edilmişdir. 2001-2002ci illər X10 idarəsində işləmiş və aylar üzrə müvafiq qaydada əmək haqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 13/1689 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublik ası Dövlət Arxivində mühafizə olunan X18-X19nun sənədlərində İddiaçı xx.xx.1987-ci il tarixli, 87 №-li əmrlə “maşınist köməkçisi” qəbul edilməsi, xx.xx.2000-ci il tarixli, 112 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Həmçinin 1992-2000-ci illərdə aylar üzrə müvafiq qaydada əmək haqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 03 nömrəli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə 25 №-li Əmr əsasında Naxçıvan X2rxlardağ sahəsində Geoloji kəşfiyyat partiyası çöl şəraitində İİ-ci dərəcəli xəndək qazmaçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2002-ci il tarixli 16 №-li Əmrlə işdən az ad olunmuşdur. İşlədiyi iş üzrə sosial sığorta staji bir il on bir ay təşkil edir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: (azı 25 il ümumi stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışmış kişilərə yaşa görə əmək pensiyası hüququnun verilməsindən ibarət olmaqla) bir il on bir ay Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.3. yarımbəndində müəyyən edilmiş sahə və vəzifələrin xüsusiyyətləri ilə eynidir. - Naxçıvan Muxtar Respublikası X18 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda göstərilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Yük və sərnişin daşımaları idarəsində maşınist köməkçisi vəzifəsində xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 03 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri maşınist köməkçisi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü bəndinə uyğundur. - 23 aprel 1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23 aprel 1981-ci ildən 31 may 1983-cü ilədək (2 il 1 ay 8 gün) hərbi xidmət keçmişdir. - 11 iyul 1985-ci il tarixli, 974541 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1 sentyabr 1983-cü ildən 11 iyul 1985-ci ilədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X21 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil almışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə doğulmuşdur. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 mart 2023-cü il tarixli, 291 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - 29 iyun 1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, 1962-ci ildə doğulmuş İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa rayon Kommunal Müəssisələr Kombinatının abadlıq sahəsində fəhlə işləmiş (7 ay 15 gün), xx.xx.1983-cü il tarixdən xx.xx.19 85-ci il tarixədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X21 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil almış (1 il 10 ay 10 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Voronej Vilayətinin X7 maşınist köməkçisi (1 il 1 ay 25 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolları X11 ilkin olaraq maşınist köməkçisi, daha sonra maşınist (4 ay 1 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X19 üzrə növbətçi (2 il 11 ay 26 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək isə maşınist köməkçisi (9 il 11 ay 11 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X10 Ekspedisiyasında xəndək qazan (2 ay), xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin Ekspedisiyada 2-ci dərəcəli yol fəhləsi (8 ay), xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Culfa rayon Kommunal Müəssisələr Kombinatının təmizlik sahəsində sürücü (5 il 11 ay 1 gün) vəzifələrində işləmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyul 2023-cü il tarixli, 13-1-10/2-128/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 1987-1990cı illərdə dəmir yolunda işlədiyinə dair “X18" MMC-də heç bir sənəd olmadığından, o dövrlərə aid sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verildiyindən Arxiv İdarəsinə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 avqust 2023-cü il tarixli, 13-1-10/2-164/2023 nömrəli məktubundan görünür ki, Lokomotiv Deposunun növbətç isi verilən sifariş əsasında, lokomotiv briqadalarının vaxta uyğun işə çağırılmasını, eləcə də lokomotivlərin təyinatı üzrə xəttə buraxılmasını təşkil edir. Lokomotiv Deposunda növbətçi vəzifəsinin adı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid deyildir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 11 sentyabr 2023-cü il tarixli, 02/499 nömrəli məktubundan görünür ki, İddiaçı X11 depo üzrə növbətçi vəzifəsinə köçürülməsinə dair xx.xx.1987-ci il tarixli, 287 nömrəli və həmin vəzifədən “maşınist k öməkçisi” vəzifəsinə keçməsinə dair xx.xx.1990-cı il tarixli, 193 nömrəli əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 20 dekabr 2023-cü il tarixli, 02/733 nömrəli məktubundan görünür ki, İddiaçı ilə bağlı Azərbaycan Dəmir Yolları X19 üzrə xx.xx.1987-ci il tarixli, 87, xx.xx.1987-ci il tarixli, 287, xx.xx.1990-cı il tarixli, 193 və xx.xx.1990-cı il tarixli, 208 nömrəli əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2024-cü il tarixli, 13-1-10/2-53/2024 nömrəli məktubunda öncə məhkəməyə təqdim edilmiş olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavəsinə əsasən şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda səhvə yol verilməsi qeyd edilmiş və bildirilmişdir ki, sabiq maşınist köməkçisi İddiaçı 24 iyul 1987ci ildən 20 iyul 1990-cı ilədək X11 işlədiyi növbətçi vəzifəsinin adı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcüd deyildir və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Mad də
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati o rqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: -3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qe ydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə ke çirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununun”: -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmu ş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əs asən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. Azərbaycan Respublikası İn zibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya qeyd edir ki,"Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: 1.İd diaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla 60 yaşı tamam olmalı. 2.Ən azı 25 il ümumi iş stajına malik olmalı. 3.Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. Kollegiya qeyd edir ki, xx.xx.1962-cı il təvəllüdlü İddiaçı 60 yaşını 30 noyabr 2022-ci ildə tamamlamışdır, bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ilkin şərt olan yaş həddi tələbi iddiaçıya münasibətdə ödənilmişdir. İkinci tələbə münasibətdə k ollegiya qeyd edir ki, iddiaçının təhsil müddəti və hərbi xidmətdə olma müddəti və əmək kitabçasında olan iş stajına aid qeydlərə əsasən o, 1985ci ildən başlayaraq müvafiq vəzifələrdə işləmiş, nəticədə 25 il, 9 ay, 7 gün ümumi iş stajı əldə etmişdir. Bununla da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olmaq üçün qoyulmuş digər şərt də yerinə yetirilmişdir. Kollegiya qeyd edir ki, şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmasına aid olan tələb iddiaçıya münasibətdə ödənilməmişdir. Belə ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olması inzibati işin araşdırılmış halları ilə öz təsdiqini tapmır. Naxçıvan Muxtar Respublikası “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair arayışda və xx.xx.2022-ci il tarixli 13/168 p nömrəli arxiv arayışında iddiaçının xx.xx.1987-ci ildən xx.xx.2000-ci ilədək maşınist köməkçisi vəzifəsində işləməsi qeyd olunsa da, əmək kitabçasında olan məlumatlardan və İddiaçı X11 depo üzrə növbətçi vəzifəsinə köçürülməsinə dair xx.xx.1987-ci il tarixli, 287 nömrəli və həmin vəzifədən “maşınist köməkçisi” vəzifəsinə keçməsinə dair x x.xx.1990-cı il tarixli, 193 nömrəli əmrlərinin surətlərindən aydın olur ki, iddiaçı göstərilən dövr ərzində yalnız maşinist köməkçisi deyil, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X19 üzrə növbətçi (2 il 11 ay 26 gün) vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Voronej Vilayətinin X7 maşınist köməkçisi (1 il 1 ay 25 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolları X11 ilkin olaraq maşınist köməkçisi, daha sonra maşınist (4 ay 1 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək maşınist köməkçisi (9 il 11 ay 11 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2001ci il tarixədək (2 ay) X10 Ekspedisiyasında xəndək qazan, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək (8 ay) həmin Ekspedisiyada 2 -ci dərəcəli yol fəhləsi işləməsi və işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid olması nəzərə alındıqda onun ümumilikdə 12 il 3 ay 7 gün xüsusi iş stajının olması müəyyən edilir. Kollegiya apelyasiya şikayətində göstərilən iddiaçının X11 işlədiyi "depo növbətçisi” vəzifəsinin AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının XXVİİİ bölməsində - Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bölməsində 23001000 — 21172 kodla göstərilən "hərəkətin xüsusilə intensiv olduğu dəmiryollarının magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar stansiyalar üzrə növbətçilər” siyahısında göstərilməsi dəlilini müzakirə edərək həmin dəlili əsassız hesab edir. Belə ki, əmək kitabçasındakı qeydlərə, arxivdən alınmış əmrlərin surətinə və iddiaçının izahatına görə iddiaçı xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək X19 üzrə növbətçi vəzifəsində işləmişdir. “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 26 fevral 2024-cü il tarixli, 13-1-10/2-53/2024 nömrəli və 08 avqust 2023-cü il tarixli, 13-1-10/2-164/2023 nömrəli məktublarda göstərilmişdir ki, Lokomotiv Deposunun növbətçisi verilən sifariş əsasında, lokomotiv briqadalarının vaxta uyğun işə çağırılma sını, eləcə də lokomotivlərin təyinatı üzrə xəttə buraxılmasını təşkil edir. İddiaçı 24 iyul 1987-ci ildən 20 iyul 1990-cı ilədək X11 işlədiyi növbətçi vəzifəsinin adı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid deyildir. İddiaçı da məhkəmə iclasında verdiyi izahatında stansiya növbətçisi işləmədiyini, Culfa Deposunda növbətçi işlədiyi dövrdə Culfa stansiyasının 4 növbətçisinin olduğunu, onun işlədiyi depo növbətçisi vəzifəsinin qatarların qəbulu, göndərilməsi və buraxılması ilə əlaqədar olmadığını, özünün vəzi fəsinin stansiyanın növbətçisinin vəzifəsindən fərqləndiyini, onların ayrı-ayrı vəzifələr olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının 24 iyul 1987-ci ildən 20 iyul 1990-cı ilədək işlədiyi Lokomotiv deposu üzrə növbətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısında nəzərdə tutulmamışdır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasından da göründüyü kimi iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X10 Ekspedisiyasında xəndək qazan, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-c i il tarixədək həmin Ekspedisiyada 2-ci dərəcəli yol fəhləsi işləmiş, nəticədə iddiaçının X1 iş stajı ümumilikdə 10 ay təşkil etmişdir. Eyni zamanda İddiaçı da məhkəmə iclasında verdiyi izahatında orada iki dəfə olmaqla cəmi 10 ay işlədiyini təsdiq etmişdir. Belə olan halda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 03 nömrəli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda yanlışlıqla iddiaçının işlədiyi iş üzrə sosial sığorta stajının bir il on bir ay təşkil etməsi qeyd edilmişdir. Həmçinin qeyd edilən arayışda iddiaçının xx.xx.2001-ci il tarixdə 25 №-li Əmr əsasında Naxçıvan X2rxlardağ sahəsində Geoloji kəşfiyyat partiyası çöl şəraitində İİ dərəcə li xəndək qazmaçısı vəzifəsinə qəbul olunduğu göstərilsə də qeyd edilən əmrin tarixi və nömrəsi də əmək kitabçası ilə uyğunluq təşkil etmir. Ona görə də iddiaçının X10 Ekspedisiyasındakı əmək stajı əmək kitabçasındakı qeydlərə əsasən nəzərə alınmışdır. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtlərindən biri iddiaçıya münasibətdə mövcud deyildir. Ona görə də apellyasiya şikayətində göstərilən digər dəlillərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Kollegiya yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ləğv edilmiş, iddia qalan hissədə (İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəl iyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 21(122)-49/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.