Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-92/2025 05.09.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, Quliyev Vüqar Kərim oğlu və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə2, Qanuni nümayəndə1 və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə2, Qanuni nümayəndə1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öh dəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(122)-757/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş şikayətə açıq şifahi məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə2 və Mədətova X9 MR İnzibati Məhkəməsinə birgə iddia ərizəsi ilə müraciət edərək Naxçıvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnz ibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(122)-757/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli Qərarı ləğv edilərək, Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti həmin qərardan şikayətlə Naxçıvan MR Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(122)-757/2025 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, Qanuni nümayəndə1 və Mədətov X2 Şəhər İcra Hakimiyyətinə ünvanladığı 16 yanvar 2025-ci il tarixli, 5-5/1-M-5/2- 6/2025 №-li müraciətdə övladları, xx xxxxxxx 2020-ci il təvəllüdlü X7 adının dəyişdirilərək ''Eray" adı kimi yazılmasına köməklik göstərilməsini xahiş etmişlər. Müraciət Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının icraatına daxil olduqdan sonra uşağın adının dəyişdirilməsi ilə bağlı uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi, 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması, valideynlər tərəfindən uşağa qoyulacaq "Eray" adının "Elmir" adı ilə müqayisədə əhəmiyyətli fərqlilik təşkil etməməsi, həmçinin "Elmir" adının cinsinə uyğun gəlməyən va ya gülünc ad olaraq səslənməməsi və uşağın maraqlarına zidd olan digər h ər hansı əsasların aşkar olunmaması nəzərə alınaraq 21 yanvar 2025-ci il tarixli, 01 nömrəli qərarla adın dəyişdirilməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(122)-757/2025 qərarından apelliyasiya şikayəti verilməsinin əsas səbəbi ondan ibarətdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq va Himayə Komissiyasının adın dəyişdirilməsindən imtina etmə səbəbləri, Azərbaycan Milli Elmlər X1 13 mart 2025-cı il tarixli, 8-1-23/2-44/2025 nömrəli məktubu və digər hüquqi əsaslar nəzərə alınmamışdır. Azərbaycan Milli Elmlər X6 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 mart 2025-cı il tarixli, 8-1-23/2-44/2025 nömrəli məktubda göstərilmişdir ki, ‘'Eray" şəxs adı dilimizdəki "ər" kökündən yarandığı, həmin kökün "er” variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması "Əray" şəklində olduğu göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 aprel 2025-ci il tarixli, 3-16-33-4/2-605/2025 nömrəli məktubda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 48 uşağa "Eray’ adı verildiyi göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya nəzər saldıqda 600 uşağa "Elmir” adı verildiyi, bu statistikaya əsasən "Eray" adının "Elmir” adı ilə müqayisədə kifayət qədər az lıq təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin uşağın “Eray” adını mənimsəməsi və o adla çağırılması ilə bağlı heç bir sübut aşkar edilməmiş və 19 iyun 2025-cı il tarixli, 2-1 (122)-757/2025 qərar uşağın hüquqlarının qorunmasından daha çox valideynlərin istəklərinə uyğun qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə almadan Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025- ci il tarixli, 01 nömrəli qərarını ədalətsiz şəkildə ləğv edərək adın dəyişdirilməsinə dair qərar qəbul etmişdir. Şifahi məhkəmə baxışı iclasında qanuni nümayəndələr Qanuni nümayəndə2 və Qanuni nümayəndə1 izahatlarında Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 21(122)-757/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş e tdilər. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini müdafiə edərək Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(122)-757/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dai r işin materialları və tərəflərin izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının,siyasi partiyaların,hüquqi şəxslərin,bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsa sən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağl ı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. İş materiallarında olan; - Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən ərizəçilərin fikirləri, uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi və 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması, habelə cinsinə uyğun gəlməyən və ya gülünc ad olmaması və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların olmaması nəzərə alınaraq, xx xxxxxxx 2020-ci il təvəllüdlü X7 adının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmədiyindən onun adı dəyişdirilmədən saxlanılmışdır - Azərbaycan Milli Elmlər X6 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 mart 2025-ci il tarixli, 8-1-23/2-44/2025 nömrəli məktubdan məlum olur ki, “Eray” şəxs adı dilimizdəki “ər” kökündən yaranıb. Həmin kökün “er” variantı dilimizdə mövcud olmadığı üçün bu adın onomastik adlar sistemində Azərbaycan ədəbi dilinin normalarına uyğun yazılış forması “Əray” şəklindədir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 aprel 2025-ci il tarixli, 3-16-33-4/2-605/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statistikaya əsasən son beş il ərzində 48 uşağa “Eray” adı verilmişdir. - AZ-İV seriyalı, 625589 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 2020-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ili n 01 ayının 05 günündə 09 nömrə ilə qeyd edilmişdir. Atası Qanuni nümayəndə2, anası Qanuni nümayəndə1dır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 179 nömrəli arayışdan məlum olur ki, Mədətov X3 şəhəri, 59-cu məhəllə, ev 34 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 180 nömrəli arayışdan məlum olur ki, Mədətova X9 şəhəri, 59-cu məhəllə, ev 6A ünvanında qeydiyyatdadır, hazırda ünvan 3 Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 181 nömrəli arayışdan məlum olur ki, Mədət X10 şəhəri, 59-cu məhəllə, ev 34 ünvanında qeydiyyatdadır. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə doğulmuşdur. İddia ərizəsinin məzmunundan aydın olur ki, xx xxxxxxx 2020-ci il tarixdə doğulmuş İddiaçı valideynləri Qanuni nümayəndə1 və Mədətov X3 MR İnzibati Məhkəməsinə birgə müraciət edərək oğullarının anadan olduğu vaxtdan adının Eray olması üçün aidiyyatı orqanlara müraciət etsələr də nəticəsinin olmadığını, onu anadan olduğu vaxtdan Eray adı ilə çağırdıqlarını və uşaq bu ada alışaraq böyüdüyünü, onun adının dəyişdirilərək Eray olmasını istədiklərini, bu səbəbdən Naxçıvan şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini, lakin Naxçıvan şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarix li qərarı ilə yetkinlik yaşına çatmayan xx xxxxxxx 2020-ci il təvəllüdlü X7 adının dəyişdirilmədən saxlanılmasının qərara alındığını göstərib Naxçıvan şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğulları İddiaçı adının Elmirdən “Eray” adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona istinad etmişdir ki, dəyişdirilməsi xahiş edilən “Eray” adı uşağın mənafeyinə xələl gətirə biləcək, onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Naxçıvan MR Ədliyyə Nazirliyinin arayışından müəyyən edilir ki, son beş il ərzində 48 uşağa “E ray” adı verilmişdir. Belə olan halda həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə nəzərdə tutulan məhdudiyyətlər hazırkı işdə mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Məhkəmə hesab etmişdir ki, cavabdehin məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmaqla, iddiaçıların hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. - 26.3-cü maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. - 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafi q dəyişikliklər aparılmasını tələb etsin. 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. - 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. - 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. -54.1. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, v alideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 297 nömrəli Fərmanının 2.9-cu bəndinfə müəyyən edilmişdir ki, Ailə Məcəlləsinin 53.4, 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər; Kollegiya ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla hər kəs adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki,”Azərbaycan Respublikasının qanunvericiliyində ad hüququ birbaşa olaraq bir sıra qanunlarda təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 26.1-ci maddəsində müəyyən olunur ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi uşağın ad almaq hüququnun həyata keçirilməsi qaydasını tənzimləyir. Uşağın ad almaq hüququ, həmçinin bilavasitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda ifadə olunmuşdur. Belə ki, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 24-cü maddəsinə əsasən, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinə müvafiq olaraq, uşaq doğulduqdan son ra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə mümkün olduğu dərəcədə öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir. Ad hüququnun Konstitusiyanın mətnində birbaşa təsbit edilməməsinə baxmayaraq, bu hüquq Əsas Qanunun müddəalarının məzmunundan irəli gəlir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinin ikinci cümləsinə uyğun olaraq, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Həmin konstitusion müddəa valideynlər və uşaqlar arasındakı münasibətlərin tənzimlənməsinə yönələrək valideynlərin öz uşaqlarına qayğı göstərmək və onları tərbiyə etmək hüququnu təmin edir. Göstərilən konstitusion hüquq, ilk növbədə, uşağın rifahına xidmət etməlidir. Valideynlərin övladına qayğı göstər mək hüququnun məzmununa valideynlərin övladına ad qoymaq (vermək) hüququ da daxildir... Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatı hüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hü quq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Eyni zamanda ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər... Qeyd etmək lazımdır ki, ad təkcə şəxsin fərdiləş dirilməsi və eyniləşdirilməsi məqsədlərinə xidmət etmir, eyni zamanda onun sosiallaşmasına, yəni cəmiyyətə inteqrasiya olunmasına istiqamətlənmişdir. Nəzərə almaq lazımdır ki, müvafiq şəxsi addan təkcə onun sahibi tərəfindən deyil, həm də yaşadığı ictimai mühitdə digərləri tərəfindən geniş istifadə olunur. Buna görə də, şəxs adları ilə bağlı məsələlər, cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarının müdafiəsi baxımından da nizamlanmalıdır... Baxılan məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsi də çox əhəmiyyətlidir. Belə ki, Konstitusiyanın həm də məhkəmələrə yönələn 12-ci maddəsinin İİ hissəsində təsbit olunmuş tələbə əsasən, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsi baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X11rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X5rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-c i maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Məhkəmənin qənaətinə görə, milli dövlət orqanlarına Konvensiyada təsbit olunmuş hüququn həyata keçirilməsinə müdaxiləyə gətirib çıxaracaq mülahizə sərbəstliyi verilibsə, o zaman şəxsin malik olduğu prosessual təminatlar cavabdeh dövlətin mülahizə hədlərini aşıbaşmadığını müəyyən etməkdə xüsusilə əhəmiyyətli olacaqlar. Xüsusilə artıq formalaşmış presedent təcrübəyə əsasən, 8-ci maddə birbaşa prosedur tələblər nəzərdə tutmasa belə, nəticəsində müdaxilə tədbirləri nəzərdə tutan qərarın qəbul edilməsi prosesi ədalətli olmalı və bu şəxsin 8-ci maddə ilə mühafizə olunan maraqlarına lazımi hörməti təmin etməlidir (X8rşı iş üzrə 1996-cı il 25 sentyabr tarixli Qərar, §76). Məhkəmə hesab etmişdir ki, bunun üçün milli məhkəmələrin çəkişən maraqların mütənasibliyini qiymətləndirməsi və 8-ci maddə ilə təminat verilən müvafiq hüquqları nəzərə alması olduqca əhəmiyyətlidir (Libşer Avstriyaya qarşı iş üzrə 2021-ci il 6 iyul tarixli Qərar, §64-69). Avropa Məhkəməsi baxdığı işlərin birində milli hakimiyyət orqanlarının iki şəxsin familiyalarını dəyişmələrinə imtina etmələrini (icazə verməmələrini) 8-ci maddənin pozuntusu kimi qiymətləndirmişdir, çünki məhkəmələr ərizəçilərin dəlillərini nəzərə almadan və ya çəkişən ictimai maraqları və ərizəçilərin maraqlarını tarazlaşdırmadan qanunvericiliyin və normativ aktların s ırf formal olaraq tətbiqini həyata keçirmişlər (Aktaş və Aslaniskender Türkiyəyə qarşı iş üzrə 2019-cu il 25 iyun tarixli Qərar, § 47). Digər bir işdə isə ölkənin dövlət orqanları yazılışı fin ad vermə təcrübəsinə müvafiq olmadığından “Aksl Mik” adının qeydiyyatından imtina etmişlər. Avropa Məhkəməsi etiraf etmişdir ki, uşağın ən yaxşı maraqlarının nəzərə alınması vacibdir, həmçinin adların verilməsi üzrə milli təcrübənin qorunması da ictimai maraqlara cavab verir. Lakin “Aksl” adı Finlandiyada digər hallarda rəsmi olaraq qeydiyyata alınmışdır və bu səbəbdən uşaq üçün uyğun olmayan ad kimi qəbul edilə bilməz. Belə ki, bu ad Finlandiyada artıq qoyulub və adın dövlətin milli və dil özəlliklərinə hər hansı mənfi təsir göstərdiyi bildirilməmişdir. Avropa Məhkəməsi belə qənaətə gəlmişdir ki, ictimai maraq anlayışı uşağın seçilmiş ad ilə qeydiyyata alınması marağını üstələmədiyindən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş vermişdir (Johansson Finlandiyaya qarşı iş üzrə 2007-ci il 6 sentyabr tarixli Qərar, § 38-39)...İddiaçının övladına seçdiyi “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3 və 2019cu ildə 4, 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Lakin məhkəmələr ərizəçinin bu dəlilinə heç bir hüquqi qiymət verməmişlər.” Kollegiya qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması məsələsinə hüquqi qiymət verilərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adı n, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinin müddəaları əsas götürülməlidir. Həmin Qaydaların tələbinə əsasən, uşağa (1) uşağın mənafeyinə xələl gətirə biləcək, (2) uşağın cinsinə uyğun gəlməyən, və (3) gülünc səslənən adların verilməsinə yol verilmir. Naxçıvan MR Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli,3-16-33-4/2-605/2025 nömrəli arayışından müəyyən edilir ki, Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin rəsmi elektron səhifəsində olan adlar üzrə statiskaya əsasən son beş il ərzində 48, o cümlədən 2021-ci ildə 11, 2022-ci ildə 12, 2023-cü ildə 12, 2024-cü ildə 13 uşağa “Eray” adı verilmişdir. Əlavə olaraq, Kollegiya tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi elektron informasiya ehtiyatından əldə olunaraq iş materiallarına ə lavə edilmiş çıxarışdan aydın olur ki, 2025-ci ildə də 4 uşağa "Eray" adı verilmişdir. Belə olan halda Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə nəzərdə tutulan məhdudiyyətlər hazırkı işdə mövcud deyil. Cavabdeh orqan tərəfindən iddiaçıların övladının “Elmir” adının "Eray" adına dəyişdirilməsinə razılıq verilməsindən imtina edilərkən həmin adın uşağın mənafeyinə xələl gətirdiyinə, uşağın cinsinə uyğun gəlmədiyinə və ya dəyişdirilməsi xahiş edilən adın gülünc səslənməsinə dair hər hansı əsaslı səbəblər göstərilməmişdir. Beləliklə, Kollegiya yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə və Konstitusiya Məhk əməsi Plenumunun hüquqi mövqeyinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya belə nəticəyə gəlir ki, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(122)-757/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Az ərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı qanuni nümayəndələri Qanuni nümayəndə2, Qanuni nümayəndə1 cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və Himayə Komissiyasının 21 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək xx.xx.2020-ci il təvəllüdlü oğlu İddiaçı adının Elmirdən Eray adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(122)-757/2025 nömrəli qərarından cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan MR İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(12 2)-757/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-92/2025
Ali Məhkəmə Qərar — İş №2-1(108)-92/2025
05.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver