Məhkəmə qərarları › İş №2-1(108)-93/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-93/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-93/2024 03.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X5 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qurbanov Yusifəli Süleyman oğlu və X2 ibarət tərkibdə, X3 məhkəmə iclas katibliyi, Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “Dizə kəndində olan üzüm bağının və ağaclarının quruması və məhv olması nəticəsində ona vurulmuş ziyana görə 90 (doxsan) min manat cavabdehdən alınıb ona verilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(122)-988/2024 nömrəli qərardadından İddiaçı tərəfi ndən verilmiş şikayətə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dizə kəndində olan üzüm bağının və ağaclarının quruması və məhv olması nəticəsində ona vurulmuş ziyana görə 90 (doxsan) min manat cavabdehdən alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 21(122)-988/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “Dizə kəndində olan üzüm bağının və ağaclarının quruması və məhv olması nəticəsində ona vurulmuş ziyana görə 90 (doxsan) min manat cavabdehdən alınıb ona verilməsi tələbi"nə dair iddiası geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə ic raata xitam verilmişdir. İddiaçı məhkəmənin qərardadından narazı qalaraq şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(122)-988/2024 nömrəli qərardadının ləğv edilməsi və işə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadını xx.xx.2024-cü il tarixdə almış, tanış olmuşdur və qərardadı tamamilə rədd edir. Məhkəmənin yeri və vaxtı barədə ona məlumat verilməyib. Ərizəsində telefon nömrəsi vardır. Məhkəmə iclas katibi ona zəng etməyib. Məhkəmə iclas katibi məhkəməni qura bilmir. İddiaçı qeyd edir ki, bu onun günahı deyil. İşə baxan haki m özbaşına məmurun vəkili kimi çıxış edir. Bu işi əvvəl də mümkünsüz sayıb. Ali Məhkəmə isə Hüseynov Elnurun qərarını rədd etdi. İndi onunla ədavət aparır. Şikayətin sonunda iddiaçı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(122)-988/2024 nömrəli qərardadının ləğv edilməsi və işə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə qarşı etiraz daxil olmamışdır. Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiy a Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 şikayətin təmin edilməməsini və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyul 2024cü il tarixli, 2-1(122)-988/2024 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarını da tətbiq etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmay araq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya şikayətin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçılarının izahatları ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Kollegiya birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından iddianın geri götürülmüş hesab edilməsi və bu əsasla da iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətdə göstərilən iddiaçının ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməməsi ilə bağlı dəlillərini müzakirə edərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, inzibati işin materiallarını şikayətin həmin dəlilləri ilə əlaqəli şəkildə araşdıran kollegiya qeyd edir ki, iddiaçıya 06 aprel 2024-cü il tarixli məhkəmə bildirişi göndərilmiş və iddiaçı 21 may 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak etmişdir. 02 iyul 2024-cü il tarixə və 22 iyul 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclaslarının bildirişləri iddiaçıya göndərilsə də, o, həmin iclaslarda iştirak etməmişdir. İddiaçı 22 iyul 2024-cü il tarixli məktubla ona göndərilmiş qərardadı apellyasiya şikayətində də göstərdiyi kimi 28 iyul 2024-cü il tarixdə almışdır. İş materiallarında iddiaçıya göndərilmiş müvafiq məhkəmə bildirişlərinin ünvana çatdırılmadan geri qaytarılması barədə heç bir məlumata rast gəlinmir, həmçinin 21 may 2024-cü il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının protokolundan iddiaçının məhkəmə iclasının növbəti tarixə (02 iyul 2024-cü il) təxirə salınması barədə məlumatlı olması da müəy yən olunur. Məhkəmə icraatı gedişində mübahisənin faktiki və hüquqi hallarının iddiaçı ilə müzakirə edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan vaxt təyin edilərək məhkəmə iclasları təxirə salınmış, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səb əbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qərardadında iddiaçıya iddianın geri götürülmüş hesab edilməsinin hüquqi nəticələrinin izahı barədə mövqeyini düzgün h esab edərək bir daha vurğulayır ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmədiyindən İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(122)988/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göst ərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya q ə r а r а а l ı r: İddiaçı cavabdeh Culfa Rayon İcra Hakimiyyətinin Dizə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “Dizə kəndində olan üzüm bağının və ağaclarının quruması və məhv olması nəticəsində ona vurulmuş ziyana görə 90 (doxsan) min manat cavabdehdən alınıb ona verilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-1(122)-988/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 21(122)-988/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərarda ddan оnun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar