Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-95/2024 18.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X20, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və X10 ibarət tərkibdə, İbrahimova Səlimə Bayram qızının katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Nümayəndə Cavabdeh nümayəndəsi X6 və üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinın nümayəndəsi X21 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək övladı X11 Şəhid, ailə üzvlərinə isə Şəhid ailəsi statusunun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum övladı N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü olmuş əsgər X16 29 iyun 2022-ci il tarixdə saat 09:45 radələrində dö yüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. O, bununla bağlı 25 noyabr tarixində Naxçıvan Muxtar Respublikasının İnzibati məhkəməsində iddia qaldırmış və iddiası qeyri-mümkün hesab olunmuşdur. O, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə xx.xx.2023. tarixində etdiyi müraciətə xx.xx.2023 tarixində imtina cavabı verilmiş və imtina belə əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin verdiyi xx.xx.2022 tarixli arayışa görə həlak olma səbəbi xidməti vəzifələrin icrası ilə əlaqədardır əsgər X12 Şəhid və ailəsinə Şəhid ailəsi statusu verilməsi qanunvericiliyə uyğun olaraq mümkün deyil. İddiaçı göstərilənlərə əsasən övladı X11 Şəhid, ailə üzvlərinə isə Şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, e2-1(122)-691/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “Şəhid”, ailə üzvlərinə isə “Şəhid ailəsi” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində inzibati işə baxılarkən iddiaçı N iyun 2024-cü il tarixli iddianın dəqiqləşdirilm əsi barədə ərizə ilə müraciət edib, müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi tərəfindən iddiaçının vəsatəti təmin edilmiş, məhkəmənin N iyun 2024-cü il tarixli protokol qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi çərçivəsində icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 21(122)-95/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “ Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir (hakim: E.Hüseynov). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”da şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icras ı zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Belə olan halda, məhkəmənin istinad etdiyi normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 21(122)-95/2024 nömrəli qərarından narazı qalan İddiaçı 06 avqust 2024-cü il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına müraciət edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası daxil olmuş apellyasiya şikayətinə baxılması ilə əlaqədar iş materiallarını müşavirə otağında müzakirə edə rkən belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2023-cü il tarixli, 2086 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi yaradılmışdır. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 06 sentyabr 2023-cü il tarixli, 199-Vİ FR nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 aprel tarixli, 2086 nömrəli Fərmanına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 20 fevral tarixli, 48-İV FR nömrəli Fərmanı ləğv edilmişdir. Həmin fərmana əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hər bi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin adı dəyişərək Cavabdeh olmuşdur. Göstərilənləri nəzərə alaraq hazırki inzibati iş üzrə Cavabdeh olmağı nəzərə alınmalıdır. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hesab edir ki, məhkəmənin qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən olundu ki, minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü mərhum əsgər X17 29 iyun 2022-ci tarixdə ona verilmiş tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin maşınlar parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalması nəticəsində həlak olmuşdur. Qeyd olunan cinayət əməli polkovnik-leytenant X23 və gizir X14 yüklərin yerdəyişmə əməliyyatları, ümumi təhlükəsizlik tələblərinin pozması və qulluğa səhlənkar yanaşmaları nəticəsində törədilmişdir. Cinayət qanununun tələblərinə uyğun olaraq Naxçıvan MR Hərbi Məhkəməsinin 25 noyabr 2022ciil tarixli, 1-1(092)-30/202N nömrəli hökmünə əsasən X23 və X24 təqsirli bilinərək məhkum edilmişlər. Bu hissədə məhkəmə belə təəsürat yaratmağa çalışır ki, hadisə yuxarıda qeyd olunan iki hərbi qulluqçunun qulluğa səhlənkar yanaşması nəticəsində baş verib. Amma əslində isə belə deyil. Bu hal məhkəmə baxışı zamanı üçüncü şəxsin etirazına münasibət bildirilərkən araşdırılmışdır. Cinayət işindəki hökmdən göründüyü kimi məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində X26 X19 Təminat üzrə müavini vəzifəsində xidmət etdiyini, hadisədən iki gün qabaq yəni 27 iyun 2022-ci il tarixdə N saylı hərbi hissəni MTT bölüyünə məxsus kunqun texniki təhlükəsizlik qaydalarına əməl etməklə aparılıb N saylı hərbi hissənin nəzdində olan parka, "zavod" deyilən yerə qoyulması barədə N saylı hərbi hissənin komandiri əvəzi Orxan Quliyevə şifahi göstəriş verdiyini, göstərişin də əməl olunduğu barədə ona məlumat verildiyini, lakin necə icra olunması barədə ona heç nə deyilmədiyini, özünün də maraqlanmadığını, çünki buna vaxtının da olmadığını, verilən göstərişin düzgün və qanunauyğun icra olunmasına şəxsən hərbi hissə komandiri əvəzi Orxan Quliyevin cavabdeh olduğunu, özünün N saylı hərbi hissənin nəzdində olan bütün hərbi hissələrin texniki təminatına birbaşa c avabdeh olduğundan verdiyi əmr və göstərişlərin də düzgün icra olunmasına onların, yəni hərbi hissə komandirlərinin cavabdehlik daşıdıqlarını və ona məruzə etməli olduqlarını, həmin kunqun təyinatının səhra vəziyyətində şəxsi heyətin çay içməsi və digər bu kimi funksiyaları yerinə yetirməkdən ibarət olduğunu qeyd etmişdir. 28 iyun 2022-ci il tarixdə axşam saatlarında, daha həmin kunga ehtiyac olmadığından Orxan Quliyevə təhlükəsizlik qaydalarına düzgün əməl etməklə aparıb yerinə qoyulması barədə şifahi göstəriş verdiyini, sonra işinin çoxluğundan göstərişin icrası ilə bağlı maraqlanmadığını, hadisə olan gün səhər saatlarında N №-li hərbi hissəyə məxsus zavodun həyətində olduğunu, saat 10-a qalmış N saylı hərbi hissə komandiri vəzifəsini icra edən Orxan Quliyevin ona təcili zəng edərək hərb i hissənin bir əsgərinin kung deyilən qoşqunun altında qalaraq faciəli surətdə öldüyünü dediyini, dərhal parka gəldiyini, orada olan əsgərlərin dediyinə görə MTT bölüyünün kunqunu əsgərlər tərəfindən əlləri ilə itələyib boksa apararkən 120 minaatan batareyasının əsgəri Fazil Məmmədlinin kunqun altına yıxılıb, kunqun təkəri isə onun başının üstündən keçərək xəsarət aldığını və aldığı xəsarətdən öldüyünü dediklərini bildirmişdir. X1 ifadəsindən görünür ki, verilmiş əmr qanuni və əsaslı olmuş yalnız icra üsulu qeyd olunan hərbi qulluqçular tərəfindən kunqun yerdəyişməsi texniki təhlükəsizlik qaydalarına əməl etməməklə olmuşdur. X2 ifadəsində həmin kunqun təyinatının səhra vəziyyətində şəxsi heyətin çay içməsi və digər bu kimi funksiyaları yerinə yetirməkdən ibarət olduğunu bildirmişdir. Bunun la da hərbi hissənin təlimlərdə olduğunu və ya iki hərbi hissə arasında hər hansı bir taktiki təlim fəaliyyətlərinin icra olunduğunu təsdiq etmişdir. Bir halda ki, kunqun təyinatı səhra vəziyyətində istifadə olunmaq üçündür deməli hər iki hərbi hissə taktiki təlim hərəkətlərini icra edir. Üçüncü şəxsin etirazında qeyd etdiyi Azərbaycan Respublikasi Müdafiə Nazirinin 22 iyul 2023-cü il tarixli 243 nömrəli "Şəhid və şəhid ailəsi statusunun verilməsi zamanı nəzərə alınması zəruri olan "döyüş tapşırığı" və "döyüş təminatı ilə bağlı tapşırıqlar" anlayışlarının müəyyən edilməsi haqqında" əmrinin Əlavəsinin 2-ci bəndində "Döyüş Təminatının döyüş xidmət dəstəyi tapşırıqları"nın anlayışı verilmiş və nədən ibarət olması göstərilmişdir. Hesab edirəm icra olunan hərəkətlər qeyd olunan əmrin əlavəsinin 2.2 bəndində göstərilən döyüş təminatının döyüş xidmət dəstəyi tapşırıqları kateqoriyasına aid edilməlidir. 2.2.döyüştəminatının döyüş xidmət dəstəyi tapşırıqları- döyüş və döyüş dəstək bölmələrinin gündəlik (o cümlədən döyüş hazırlığı) və taktiki fəaliyyətlərinin təminatı və təchizatı, müxtəlif xidmətlərin göstərilməsi üzrə tədbirlərdir. Döyüş xidmət dəstəyinə daxildir: maddi-texniki təminat, hərbi daşımalar, hərbi tikinti, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı, mənəvi-psixoloji təminat, orkestr, hərbi-inzibati dəstək (şəxsi heyətin uçotu (səfərbərlik sifarişləri, kadr işi), hüquq, maliyyə, daxili təhlükəsizlik) fəaliyyətləri.
2. Məhkəmə qeyd edir ki, istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, "Şəhid a dının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı i lə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”da şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna m ünasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Hesab edirəm ki, məhkəmənin bu yanaşması da əsasız və ədalətsizdir. Belə ki, Konstitusiya Məhkəməsi bütün qanunvericilik aktlarını təhlil edərək aşağıdakı qənaətə gəlmişdir. Azərbaycan Respublikası Konstitus iya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarın qeyd olunan qərarında qeyd edir ki, müraciətlə bağlı Azərbaycan Respublikasının Konstitusiyasını (bundan sonra – «Konstitusiya») və hərbi qulluqçulara aid bəzi qanunvericilik müddəalarını nəzərə almaqla, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi). «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının 09 oktyabr 1991-ci il tarix li Qanununun 1-ci maddəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan Dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasını n Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş n övbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsind Azərbaycan Respub likasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Bu baxımdan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsin qanunda müəyyən olunmuş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilməli və əlçatan olmalıdır. Qaydaların 1.2.6-cı bəndinin sonradan əlavə olunmuş hissəsində isə şəhid adının verilməsi üçün həlak olmanın sadəcə iki halının göstərilməsi təcrübədə bu yüksək adın verilməsində anlaşılmazlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb olur. Həmçinin, müqayisə üçün qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 73 saylı 02 iyun 2003-cü il tarixli Qərarı ilə Qaydalara aşağıdakı redaksiyada 1.2.7-ci bənd əlavə olunmuşdur: «Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.». Göründüyü kimi Qaydalara əlavə olunmuş 1.2.7-ci bənddə Nazirlər Kabineti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçulara şəhid statusunun verilməli olduğunu təsbit edərkən, həlak olma halları ilə bağlı hər hansı fərq müəyyən etməmişdir.
3. Məhkəmənin mö vqeyinə görə Məhkəmə yuxarıda qeyd edilən normativ hüquqi aktlara istinad edərək bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaların”da şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydalara əsasən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş şəxslər şəhid hesab olunurlar. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişdir. Lakin iddiaçının oğlu həmin kateqoriya şəxslərin statusuna malik olmamışdır. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Odur ki, qeyd olunan normalara görə, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11“Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir Amma əslində isə cinayə t işi materiallarını eləcədə məhkəmə baxışı zaman tədqiq olunan faktlar onu deməyə əsas verir ki, N saylı hərbi hissədə icra olunan hərəkətlər qeyd olunan Azərbaycan Respublikasi Müdafiə Nazirinin 22 iyul 2023-cü il tarixli 243 nömrəli "Şəhid və şəhid ailəsi statusunun verilməsi zamanı nəzərə alınması zəruri olan "döyüş tapşırığı" və "döyüş təminatı ilə bağlı tapşırıqlar" anlayışlarının müəyyən edilməsi haqqında" əmrinin Əlavəsinin 2.2-ci bəndində göstərilən döyüş təminatının döyüş xidmət dəstəyi tapşırıqları kateqoriyasına aid edilməlidir və nəticədə aydın olur ki əsgər X17 döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin qərarında isə qeyd edilir ki, “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbay can Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər” Yuxarıdakı maddədən göründüyü kimi qanunverici döyüş şərait və ya döyüş təminatı məhfumlarını şərtləndirir. Yuxarıda qeyd etdiyim kimi, N saylı hərbi hissədə icra olunan hərəkətlətləri döyüş təminatı ilə bağlı olmuşdur. İddiaçı apellyasiya şikayəti ni hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddəsinin İ hissəsinə və 76-cı maddəsinin İ hissəsinə, Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında 3 sentyabr 1993-cü il №697 Azərbaycan Respublikasının Qanun 1-ci maddəsinə- Şəhid və şəhid ailəsi anlayışı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında 15 yanvar 1994-cü il №10 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1-ci maddəsinə- Şəhid anlayışı maddələrinə istinad etmişdir. Cavabdeh apellyasiya şikayətinə etirazında göstərilmişdir ki, İddiaçı iddia ərizəsi təmin olmadığı üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kollegiyasına apellyasiya şikayəti edərək cavabdeh əvvəlki adı ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə qarşı mərhum oğlu əsgər X8 xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini icra edən zaman həlak olduğu üçün, ailəsinə şəhid statusunun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə qarşı “X8 xx.xx.2022-ci il tarixdə xidməti vəzifəsini icra edən zaman həlak olduğu üçün, ailəsinə şəhid statusunu n verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarı yəni ” İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinə qarşı “X12 “Şəhid “ statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin” qərarı qəbul edilmişdir. Əlavə məlumat üçün bildirilir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarının 1.2.6-cı bəndinə əsasən Şəhid Azərbaycan Respublikasının a zadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir və 4.1-ci bəndinə əsasən şəxsin şəhid hesab edilməsi hərbi hissənin arayışı əsasında təsdiq olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qaro vul Xidmətləri Nizamnaməsində dəyişikliklər edilməsi haqqında 14 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.2-ci bəndinə əsasən həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli arayışına əsasən hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü mərhum əsgər X17 29 iyun 2022-ci il tarixdə saat 09:45 radələrində verilmiş xidməti tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin döyüş maşınları parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalmış, “baş- beyin ödemi, beyin toxumasında qan sızma və əzilmə, açıq kəllə beyin travması” xəsarəti alması nəticəsində həlak olmuşdur. Həlak olmasının səbəbi xidməti vəzifələrinin icrası ilə əlaqədardır. Belə olan halda, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırki iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəy yən edilmədiyinə görə, iddiaçının oğluna “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994- cü il 15 yanvar tarixli 10 saylı qərarının 1.2.6-cı və 4.1-ci bəndinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsində dəyişikliklər edilməsi haqqında 14 yanvar 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun 1.4.2-ci bəndinə müvafiq olaraq, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli arayışına əsasən X12 “Şəhid” ailəsinə “şəhid ailəsi” statusu verilməsi, qanunvericiliyə uyğun olmadığı üçün qeyd olunanları nəzərə alınaraq, iddia ərizəs inin təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh apellyasiya şikayətinə etirazına N nömrəli hərbi hissənin arayışının kserosürəti və bildirişin kserosürətini əlavə etmişdir. Tərəflərin izahatları: Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iş üzrə İddiaçı vəkili-nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X15 apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinın nümayəndəsi X27 apellyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2 024 nömrəli qərarının qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təş əbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələ rində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə
2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrin ə edilən güzəştlərin tətbiqi qaydaları” 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər:... 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X5 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;... 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlə r Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X3 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X3 Xidməti, X5 Dövlət Agentli yi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından i rəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası iş üzrə inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82- ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan - Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli,11(092)-30/202N nömrəli hökmünün surətindən görünür ki, X23 və X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 (iki) il 6 (altı) ay müddətdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinin məhkəməyə göndərdiyi N nömrəli hərbi hissənin arayışının sürətindən görünür ki, hərbi hissənin mü ddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci taqımının 4-cü manqasının sürücüsü mərhum əsgər X17 29 iyun 2022-ci il tarixdə saat 09:45 radələrində verilmiş xidməti tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin döyüş maşınları parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalmış, “Baş-beyin ödemi, beyin toxumasında qan sızma və əzilmə, açıq kəllə beyin travması” xəsarəti alması nəticəsində həlak olmuşdur. Həlak olmasının səbəbi xidməti vəzifələrinin icrası ilə əlaqədardır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 21 sentyabr 2023-cü il tarixli, 149N nömrəli məkt ubundan görünür ki, hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu minaatan batareyasının 1-ci tağımının 4-cü manqasının sürücüsü mərhum əsgər X17 29 iyun 2022-ci tarixdə saat 09:45 radələrində verilmiş tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin maşınlar parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalmış, “baş-beyin ödemi, beyin toxumasında qan sızma və əzilmə, açıq kəllə beyin travması” xəsarəti alması nəticəsində həlak olmuşdur. Mərhum əsgər X8 vəfat etdiyi tarixdə N nömrəli hərbi hissə təlim ərəfəsində olmamış və yaxud təlimə hazırlanmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəmənin sorğusuna cavab o laraq göndərdiyi 02 oktyabr 2023-cü il tarixli, 4250 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissə hesab edilir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun 2024-cü il tarixli, 423 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 18 dekabr 2020-ci il tarixli “Azərbaycan Ordusunun döyüş şəraitində və cəbhəboyu zonada müdafiə zolağında yerləşən hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında” əmrinə əsasən 2021-ci ilin yanvar ayının 1-dən etibarən N nömrəli hərbi hissə döyüş şəraitində yerləşən hərbi hissə hesab olunmur. N nömr əli hərbi hissə cəbhəboyu zonada müdafiə zolağında yerləşən hərbi hissədir. - Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N iyun 2024-cü il tarixli etirazında qeyd edilmişdir ki, polkovnik-leytenant X23 N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edərkən 29 iyun 2022-ci il tarixdə saat 08 radələrində yuxarı komandanlığın göstərişinə əsasən həmin hərbi hissənin maddi texniki təminat bölüyünə məxsus “2 P-8” markalı, “PES- 100” tipli, “AO-0367" hərbi qeydiyyat nömrə nişanlı qoşqunun yığılaraq N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin N nömrəli avtomobil saxlancına aparılması tapşırılmış, sonuncu da öz növbəsində tapşırığın icra edilməsini MTT bölüyünün təmir taqım komandiri gizir X18 həvalə etmişdir. Sözügedən qoşqunun aparılması dartıcı nəqliyyat vasitəsi ilə (maşın mexanizm) təmin edilməli olduğu halda, təmin edilməmiş və həmin qoşqunun aparılması gizir Orxan Cəfərovun rəhbərliyi altında mərhum Fazil Məmmədlinin də aralarında olduğu ümumilikdə 15 nəfər hərbi qulluqçuya tapşırılmışdır. Həmin gün saat 09:35-09:40 radələrində qoşqu hərbi qulluqçular tərəfindən qeyd edilən təyinat nöqtəsinə aparılan zaman mərhum Fazil Məmmədlinin ayağının sürüşməsi nəticəsində qoşqunun altına yıxılmış, çevrilib çıxmaq istəyərkən sonuncunun başı hərəkətdə olan qoşqunun sağ ön təkərinin altında qalması nəticəsində ağır zərərvurmaya aid olan xəsarətlər alaraq həlak olmuşdur. Azərbaycan Respublikasi Müdafiə Nazirinin 22 iyul 2023-cü il tarixli, 243 nömrəli “Şəhid və şəhid ailəsi statusunun verilməsi zamanı nəzərə alınması zəruri olan “döyüş tapşırığı” və “döyüş təminatı ilə bağlı tapşırıqlar” anlayışlarının müəyyən edilməsi haqqında” əmrinin Əlavəsinin 1-ci bəndində “Döyüş tapşırığı”nın anlayışı verilmiş və nədən ibarət olması göstərilmişdir:
1. Döyüş tapşırığı hərbi əməliyyatda (döyüşdə) təyin edilmiş məqsədə (hədəfə) çatmaq üçün bir və ya bir neçə hərbi qulluqçunun, bir bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) və qoşunların (qüvvələrin) qarşısında komandir (rəis, komandan və s.) tərəfindən qoyulmuş tapşırıqdır. Döyüş tapşırığının mahiyyəti döyüşün (əməliyyatın) məqsədindən, növündən, bölmənin (manqanın, qrupun, taqımın, bölüyün, taborun, dəstənin, hissənin, birləşmənin, birliyin, eskadrilyanın, bazanın) tərkibindən, qoşunların (qüvvələrin) quruluşundan və silahlanmasından, do st qüvvələrinin və düşmənin döyüş imkan və qabiliyyətlərindən, ərazi və nava şərtlərindən asılıdır. Həmin Əlavənin 2-ci maddəsində isə “Döyüş təminatı ilə bağlı tapşırıqlar”ın anlayışı verilmiş və nədən ibarət olması göstərilmişdir:
2. Döyüş təminatı ilə bağlı tapşırıqlar - döyüş dəstəyi və döyüş xidmət dəstəyi tapşırıqlarından ibarətdir. 2.1. Döyüş təminatının döyüş dəstəyi tapşırığı - döyüş bölmələrinin döyüşə (əməliyyata) hazırlıq dövründə və onun gedişində taktiki fəaliyyətlərin bilavasitə dəstəklənməsi, mühafizəsi və qorunması tədbirləridir. Döyüş təminatının döyüş dəstəyinə daxildir: artilleriya, hava və dəniz dəstəyi, hava hücumundan müdafiə, qoşun kəşfiyyatı, radioelektron mübarizə (radiokəşfiyyat), istehkam, rabitə, kimya, topogeodeziya, naviqasiya və kartoqrafiya təminatı, hidroq rafiya və hidrometeoroloji təminat, şturman xidməti, maskalanma, axtarış-xilasetmə və mühafizə fəaliyyətləri. Döyüş təminatının döyüş dəstəyi tapşırıqları müvafiq sərəncamlar əsasında döyüş və döyüş dəstəyi bölmələri tərəfindən yerinə yetirilir. Döyüş dəstəyi bölmələrinə aiddir: raket, artilleriya, zenit, kəşfiyyat (radiokəşfiyyat), PUA, mühəndis-istehkam, rabitə, kimya, topogeodeziya, naviqasiya və kartoqrafiya təminatı, şturman xidməti, hidroqrafiya və hidrometeoroloji təminat, komendant və hərbi polis bölmələri. 2.2. Döyüş təminatının döyüş xidmət dəstəyi tapşırıqları - döyüş və döyüş dəstək bölmələrinin gündəlik (o cümlədən döyüş hazırlığı) və taktiki fəaliyyətlərinin təminatı və təchizatı, müxtəlif xidmətlərin göstərilməsi üzrə tədbirlərdir. Döyüş xidmət dəstəyinə daxildir: maddi-texn iki təminat, hərbi daşımalar, hərbi tikinti, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı, mənəvi-psixoloji təminat, orkestr, hərbi-inzibati dəstək (şəxsi heyətin uçotu (səfərbərlik sifarişləri, kadr işi), hüquq, maliyyə, daxili təhlükəsizlik) fəaliyyətləri. Döyüş xidmət dəstəyi bölmələrinə (müəssisələrinə, təşkilatlarına) aiddir: maddi-texniki təminat, hərbi daşımalar, mənzil istismar, yanğınsöndürmə, tibb təminatı bölmə, müəssisə və təşkilatları, orkestr bölmələri, mənəvi-psixoloji təminat, hərbi-inzibati dəstək fəaliyyətlərini icra edən idarəetmə orqanları və təşkilatlar. 2.2.1. Maddi-texniki təminat – qoşunların və qüvvələrin təyinatı üzrə döyüş fəaliyyətində tapşırıqları yerinə yetirmək üçün daim hazır vəziyyətdə saxlanması məqsədilə həyata keçirilən kompleks tədbirlərdir. Maddi-tex niki təminatın əsas tapşırıqları: Silah-sursat və texnika təminatı: hissə və bölmələrin ştat-tabel silahları, raketlər, onların döyüş hissələri, döyüş sursatları və hərbitexniki əmlaklarla təmin edilməsi; silahların, raketlərin, onların döyüş hissələrinin və döyüş sursatlarının döyüş şəraitində düşmən tərəfindən birbaşa ələ keçirilmə təhlükəsi olduqda, onların təxliyyəsi və məhv edilməsi, raketlərdə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması; zədələnmiş maşınların toplama məntəqəsinin açılması və ya yığılmasının təşkili; zədələnmiş, nasaz silahların, döyüş, avtomobil və digər texnikaların təmiri, təxliyyəsi və daşınmasının təşkili; qoşunların ehtiyac olan döyüş və digər texnikaların ehtiyat hissə və avadanlıqları ilə təminedilməsi; döyüş əməliyyatlarında silahlara, döyüş, avtomob il və digər texnikalara texniki qulluğun təşkili; silahların, hərbi texnikanın və materialların istismarının və təmirinin təşkili; təmir və təxliyyə vasitələrinin, anbarlarının yerləşdirilməsinin, yerdəyişməsinin, mühafizəsinin, müdafiəsinin, qorunmasının təşkili. Qeyd olunanlardan da görünür ki, mərhum əsgər Fazil Məmmədov 22 iyun 2022-ci il tarixdə “döyüş şəraitində yerləşməyən” N nömrəli hərbi hissənin ərazisində komandirləri tərəfindən qanunsuz olaraq verilmiş tapşırığın icrası zamanı həlak olmuşdur. Həmin vaxt onun yerinə yetirdiyi vəzifənin döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlara aidiyyəti olmamışdır. - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin göndərdiyi 23 avqust 2024-cü il tarixli, Q30/1 21 nömrəli məktubundan görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1-1(092)30/202N nömrəli hökm, 16 dekabr 2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Göründüyü kimi iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da aydın olduğu kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərə “Şəhid” statusu verilir. İş materiallarından da müəyyən olunduğu kimi mərhum X16 qanunvericilikdə nəzərdə tutulmuş qaydada döyüş tapşırığını yerinə yetirərkən deyil, 29 iyun 2022-ci tarixdə ona verilmiş tapşırığın yerinə yetirilməsi ilə əlaqədar hərbi hissənin maşınlar parkında avtomobil qoşqusunun yerdəyişməsi məqsədi ilə itələnərək daşınması zamanı xidməti vəzifəsini icra edərkən yıxılaraq baş nahiyəsi qoşqunun təkərinin altında qalması nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mərhum X9 həlak olduğu şəraiti təsdiq edən sənədlər onun şəhid sayılmasına əsas vermədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olan düzgün nəticəyə gəlmişdir, İddiaçı apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)95/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənl ərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon Şöbəsinə qarşı “övladı X11 “Şəhid” statusunun verilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2-1(122)-95/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 21(122)-95/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1(bir) ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.