Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-96/2024 15.10.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X9 Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qarayev Sənan Məmməd oğlu və X3 ibarət tərkibdə, X4 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)-1004/2024 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə müraciət edərək "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dör d yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)1004/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 6 71 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)1004/2024 nömrəli qərarından narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsilə şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət etmişdir. Naxçıvan MR Ali Məhkəməsi İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(108)96/2024 nömrəli qərardadı ilə şikayət mümkün hesab edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən iddiaçının mülkiyyətə sahib olmaq, mülkiyyət üzərində sərəncam vermək hüququ vardır. Naxçıvan MR İnzibati Məhkəməsi qərar çıxararkən Ali qanun olan Azərbaycan Respublikasının Konstitusiyasının tələblərini, həmçinin hakim andını pozmuşdur. Məhkəmə iddiaçının Konstitusiya ilə təminat altına alınan və qorunan mülkiyyət hüququnu müdafiə etməmişdir. Ordubad rayonu Yuxarı Əylis kəndindəki mağazanın İddiaçı satılması barədə qərar çıxarılan zaman qüvvədə olmuş “Kooperasiya haqqında” Qanunun 5-ci maddəsinə əsasən, kooperativin müstəqil surətdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlaka sərəncam vermək hüququ vardır. Həmin Qanu nun 21-ci maddəsinə görə kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətidir. İddiaçı mübahisə predmeti olan mağazaya 1999-cu ildən qanuni əsaslarla, Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ Qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ Qərarı əsasında sahiblik edib. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarı). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Məhkəmələr tərəflərin təqdimatlarını, arqumentlərini, sübutlarını diqqətlə araşdırmalıdırlar (Avropa Məhkəməsinin X10rşı iş üzrə 1994-cü il 9 dekabr və Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərarları). Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tədqiq etməmişdir. Belə ki, məhkəmə iş materiallarında olan “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq iş lərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2013-cü il tarixli aktında qeyd edilən Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubuna əsaslanaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən iddiaçıya məxsus mağazanı sökərək yerində Yeni xidmət Mərkəzi tikintisini sifariş etdiyinə qanuni don geyindirməyə çalışmışdır. Halbuki nə cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Naxçıvan MR NK-nin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubunu məhkəməyə təqdim etməmişdir, nə də ki, məhkəmə öz təşəbbüsü ilə həmin məktubu Naxçıvan MR Nazirlər Kabinetindən tələb etməmişdir. Bununla belə Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci ildə yazmış oldu ğu məktubun 11 ya 12 ildən sonraya, nə aidiyyəti olduğunu məhkəmə araşdırmamışdır. Çünki, adı çəkilən məktub mövcud olmadığına görə, onun məzmununun da nədən ibarət olduğunu müəyyən etmək mümkün deyildir. Belə olduğu təqdirdə özü olmayan və məzmununun nədən ibarət olduğu bilinməyən məktuba əsaslanıb, cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz hərəkətinə, yəni mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan mağazanı sökməsinə və nəticəsində iddiaçıya maddi ziyan vurmasına qanuni don geyindirmək qanunçuluq prinsipinə və ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Naxçıvan MR İnzibati Məhkəməsi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsini də cavabdehdən tələb etməmiş, həmçinin Komitənin sifarişi əs asında iddiaçıya məxsus mağazanı söküb yerində yeni xidmət mərkəzi inşa edən "xxxx" MMC-ni üçüncü şəxs qismində cəlb etməmiş və qeyd olunan podrat müqaviləsini həmin MMC-dən tələb etməmişdir. Bunun əvəzinə məhkəmə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə sorğu vermiş sorğuya verilmiş 07 may 2024-cü il tarixli, 02/397 nömrəli cavab məktubunda, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və "xxxx" MMC-nin 2012-2013-cü illərə aid sənədlərində Ordubad rayonu, Yuxarı Əylis kəndində yeni Xidmət Mərkəzi binasının yerində olmuş köhnə mağaza binasının sökülməsi və yeni Xidmət Mərkəzi binasının tikilməsi ilə əlaqədar bağlanmış podrat müqaviləsinə aid məlumata rast gəlinmədiyi bildirilmişdir. Halbuk i, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-2795/2023 nömrəli qərardadında qeyd edilmişdir ki, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin iddia tələbinin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlmədiyi barədə mövqeyi ilə bağlı qeyd edir ki, həmin hissədə işin halları tam araşdırılmamışdır. Belə ki, qərarın bu məsələyə aid hissəsinin mənasından o nəticə hasil o lur ki, məhkəmə Komitənin Əsasnaməsində tikilinin sökülməsi və yenidən inşa olunması kimi səlahiyyətə malik olmamasına istinad etmişdir. X6 binanın sökülməsi və yenidən inşa olunması səlahiyyətlərinin müəyyən olunmaması, özlüyündə iddianın mümkün sayılmaması üçün əsas deyildir. Məhkəmə bu zaman nəzərə almamışdır ki, iddiaçının mümayəndəsi Nümayəndə ərizəsinə cavab olaraq ünvan 3iyyəti xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, Naxçıvan MR rəhbərliyinin tapşırığı əsasında Ordubad rayonunun Yuxarı Əylis kəndində aparılan yenidənqurma və abadlıq işləri zamanı Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən abadlıq və tikinti işləri aparılmışdır. Hazırda mövcud olan Xidmət mərkəzinin binası həmin dövrdə tikilmişdir. Həmçinin iş materiallarında olan “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001ci il tarixli, 3/716 saylı məktubuna əsas olaraq Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 7 saylı sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət mərkəzinin tikintisinin sifarişçisi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. İşin bu halları ona dəlalət edir ki, Komitənin iddiaçıya məxsus mağazanın sökülməsində təqsirini araşdırmaq üçün kifayət qədər ilkin əsaslar vardı. Yuxarıda qeyd olunan istismara qəbul haqqında 10 yanvar 2013-cü il tarixli aktda aydın şəkildə göstərilmişdir ki, mağazanın tikintisi üçün podrat işlərinin təsdiq olun muş layihə-smeta sənədləri olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi Komitənin iddiaya cavab verməli olan inzibati orqan olub-olmamasını müəyyən etmək məqsədi ilə yuxarıda qeyd edilmiş aktda göstərilən işlərin görülməsi üçün "xxxx" MMC ilə bağlanmış podrat müqaviləsini, həmin müqavilə əsasında təsdiq edilmiş smeta layihəsini tələb etməli, həmin sənədləri təhlil etməklə mağazanın cavabdeh tərəfindən sökülüb-sökülmədiyini müəyyən etməli idi. Bundan başqa, iddiaçının qeyd etdiyi hallardan belə anlaşılır ki, mağaza yenidən tikildikdən sonra oranı işlətməkdə davam etmiş, 2019-cu ilin sentyabr ayının 19-da Naxçıvan MR İqtisadiyyat Nazirliyinin nümayəndələri mağazaya gələrək, binanın İqtisadiyyat Nazirliyinin balansına verildiyini bildi rib, mağazaya dair icarə müqaviləsi bağlanmasını tələb etmiş, lakin mağaza onun mülkiyyətinə verilmiş əmlak olduğuna görə müqavilə bağlamaqdan imtina etmişdir. Buna görə də Naxçıvan MR İqtisadiyyat Nazirliyi iddiaçının qardaşı Nümayəndə (iddiaçının sərəncamına uyğun mağazanı faktik istifadə edən şəxsə) qarşı obyektdən çıxarılması barədə iddia vermişdir. İşin bu halı iddianın həllinə birbaşa təsir edən haldır və məhkəmə tərəfindən araşdırılmalı idi. Çünki iddiaçının təsvir etdiyi işin hallarından görünür ki, tikili sökülüb yenidən tikiləndən sonra yenə də 2019-cu ilədək onun sahibliyində olmuşdur. Bu halda məhkəmə araşdırması ilə əgər mağazanın Komitə tərəfindən sökülməsi və sonradan tikilib iddiaçıya təhvil verilməsi, habelə mağazanın Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına keçməsi ndə təqsiri müəyyən edilməzsə, iddiaçının irəli sürdüyü işin faktik halları üzrə iddianın təmin edilməsi mümkün olmayacaqdır. Bu halda iddiaçı əmlakın geri qaytarılması haqqında iddiadan istifadə edə bilər. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara düzgün qiymət verməlidir. Naxçıvan MR İnzibati Məhkəməsi iş üzrə hərtərəfli, tam araşdırma aparmamış, iddiaçının göstərişlərini tam yerinə yetirməmiş, cavabdeh orqanın iddiaçıya məxsus mağazanı sökməsində təqsiri olduğu halda, iddiaçı mənbəyi olmayan məktuba istinad etməklə cavabdehin hərəkətini qanuni adlandırmışdır. Halbuki, iş materiallarında olan Naxçıvan MR Arxitektura və Şəhərsalma Komitəsinin nümayəndəsi X11 MR Ali Məhkəməsinin hakimi Yusifəli Qurbanova yazdığı xx.xx.2024-cü il tarixli ərizəsində bildirilmişdir ki, “iddiaçının mülkiyyətinə aid olduğu bildirilən mağazadan istifadəyə məhdudiyyət, qadağa qoyulması və ya mülkiyyətinin Komitəyə aid olması haqqında Komitə tərəfindən heç bir iddia irəli sürülmür. Eyni zamanda Komitənin mülkiyyət hüququnun dəyişdirməsi, ona aid olduğu bildirilən binanın mülkiyyət sənədlərinin ləğv edilməsi, özgəninkiləşdirilməsi kimi bir hüquqi aktı da yoxdur, çünki Komitənin belə bir səlahiyyəti, hüququ, vəzifəsi müəyyən edilmir. Əgər Komitə tərəfindən belə bir hüquqsuz qərar qəbul edilsə belə qanunver iciliyə əsasən hüquqi normalar müəyyən edilmədiyi üçün digər dövlət qurumları tərəfindən qanuni əsas ola bilmədiyi üçün hüquqi sənəd kimi qəbul edilə bilməz”. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsinin ərizəsindən görünür ki, Komitənin hansısa bir əmlakı, xidmət mərkəzini Naxçıvan MR Kooperativlər Cəmiyyəti İttifaqına təhvil vermək kimi bir səlahiyyəti olmamışdır və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tərəfindən qəbul edilən 9 yanvar 2013-cü il tarixli 07 saylı sərəncam qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Belə olduğu təqdirdə cavabdeh inzibati orqanın iddiaçıya məxsus mağazanı sökməsi və yerində yeni xidmət mərkəzi tikməsi tam qanunsuz olmuşdur və Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddiaya cavab verməli olan birba şa təqsiri olan orqandır. Naxçıvan MR İnzibati Məhkəməsi iş üçün əhəmiyyəti olan sübutları əldə etmədən, işin faktiki hallarını araşdırmadan və işdə olan sübutlara hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qərarında göstərilən nəticə işin faktiki halları ilə uyğunluq təşkil etmir və məhkəmənin gətirdiyi dəlillər, işdə olan sübutlarla və cavabdehin nümayəndəsinin ərizədə yazdıqları ilə ziddiyyət təşkil edir. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin, Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə isti nad edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(122)1004/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh orqan 29 avqust 2024-cü il tarixdə şikayətə qarşı etiraz göndərərək bildirmişdir ki, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil (bundan sonra-iddiaçı) tərəfindən cavabdeh qismində göstərilən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra-cavabdeh, Komitə) qarşı iddia tələbi dəyişdirilərək, lakin predmeti və mahiyyəti eyni olan iddia tələblərinə bu günə kimi müxtəlif məhkəmə instansiyalarında baxılaraq, hüquqa və haqq-ədalətə əsaslanaraq haqlı olaraq Komitənin qanunla qorunan hüquq və maraqları müdafiə olunmuşd ur. Belə ki, iddiaçı tərəfindən hüquqlarının pozulmasına səbəb kimi göstərilən Komitənin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamı və həmin sərəncamın əsasında tərtib edilmiş Komissiyanın 10 yanvar 2013-cü il tarixli aktı hər hansı hüquqməhdudlaşdırıcı funksiyaya malik deyildir. Başqa sözlə qəbul edilmiş sərəncam və tərtib edilmiş akt tikililərin vəziyyətinin təhlilinə yönəlməklə iddiaçının hüquqlarını (istifadə, sahiblik, sərəncam) məhdudlaşdırmamışdır. Cavabdeh inzibati orqanın hərəkətlərinin iddiaçının hansı hüquqlarının pozulmasına səbəb olmasını müəyyən etmək mümkün olmadığından iddiaçının həmin halın mübahisələndirilməsinə dair subyektiv hüququ mövcud olmamışdır. İddia tələbində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı fo rmada pozulduğu (inzibati aktın qəbul edilməsi, və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün deyil, çünki qeyd olunan hallar mövcud deyildir, eyni zamanda cavabdehin səlahiyyətlərinə aid olmayan məsələnin həllini (maddi ziyanın ödənilməsini) cavabdehdən tələb etməsi də mümkün hesab edilə bilməz. Cavabdeh qismində göstərilən Komitənin 2012-2013-cü illərdə adı çəkilən obyektdə tikinti işlərinin aparılması və bu barədə qəbul etdiyi aktlar həmin dövrdə mülkiyyətin aid olduğu Naxçıvan Muxtar Respublikası Kooperativlər İttifaqı arasında olan hüquqi sənədlərlə, o cümlədən aparılan tikinti işləri, abadlıq, əsaslı təmir işlərinin istismara təhvil-təslim verilməsi haqqında 10 yanvar 2013-cü il tarixli akt da həmin zama n qeyd olunan obyektin mülkiyyət hüququnun Naxçıvan Muxtar Respublikası Kooperativlər İttifaqına məxsus olduğunu sübut edir. Qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəldiyi halda bu hüququn yaranmasını sübut edən və ya əmələ gətirən hüquq normaları müəyyən edilmir. Mülki qanunvericiliyə əsasən dövlət hakimiyyəti orqanının aktının etibarsız sayılması o halda mümkün hesab edilir ki, həmin aktın qəbul edilməsi fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozmuş olsun. Hazırki vəziyyətdə isə belə bir hal mövcud deyildir. İddiaçı tərəfindən həmin mağazanın onun mü lkiyyətində olmasını təsdiq edən sənədlərin bu günə kimi məhkəməyə təqdim edilməməsi, eyni zamanda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin iddiaçıdan əmlakdan istifadə (mağazadan) edilməsi üçün icarə haqqının tələb edilməsi faktı da mülkiyyətin həmin vaxt Kooperativə, sonra isə qanunvericiliyə uyğun olaraq varislik hüququ əsasında Nazirliyə keçdiyi açıq-aşkar məlum olur. Diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələb oluna bilər. İddiaçı tərəfindən mülkiyyətin rəsmləşdirilməsi ilə bağlı həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçiril məsinin nəticələrinin cavabdeh kimi göstərilən orqanın, Komitənin üzərinə qoyulmasının heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlar əsasında məlum olur ki, 2012-ci ildə təmir edilən bina iddiaçının mülkiyyətində yox, dövlət mülkiyyətində olmuş və hazırda isə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansındadır. Həmin Nazirlik tərəfindən iddiaçının həmin mağazadan istifadə etdiyinə görə icarə haqqının ödəmədiyi əsasla məhkəməyə müraciət etməsi də dediklərimizin əsası və sübutlarıdır. Cavabdeh inzibati orqan etirazında 2012-ci ildən bu günə kimi və hazırkı vəziyyətdə iddiaçının ona məxsus olduğunu iddia etdiyi mağazadan istifadə və digər hüquqlarının məhdudlaşdırılmasına hər hansı maneə, məhdudiyyət qoymadıqlarını və iddiaçının da qeyd edilənləri səmimi etiraf edə biləcəyini g östərərək, İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli 2-1(122)-1004/2024 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak etməmişdirlər. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə İddiaçı 08 oktyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində sağlamlığından olduğunu, i ş qabiliyyətini itirdiyini nəzərə alaraq sağlamlığına vurulmuş zərərin əlavə olaraq dəyərləndirilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını kollegiyadan xahiş etmişdir. 15 oktyabr 2024-cü il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında məhkəmə kollegiyası iş üzrə İddiaçı müvafiq ərizəsini baxılmamış saxlamışdır. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahatlar verərək apellyasiya şikayətinin təmin edilməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)-1004/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi etiraz ilə eyni məzmunlu izahatlar verərək apellyasiya şikayətinin təmin edilməməsini, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)-1004/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair i şlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmə iddiaçının maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçü n əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya inzibati işin materiallarını araşdırıb inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq, şikayətin dəlillərinə məcmu halda qiymət verərək aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Naxçıvan MR X7 rayon Vergi Müfəttişliyinin vergi lövhəsinin surətindən məlum olur ki, İddiaçı 1999-cu il tarixdən pərakəndə ticarət üzrə fəaliyyətə başlamış və ona ********* nömrəli VÖEN verilmişdir. - Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında Komissiyanın 10 yanvar 2013-cü il tarixli aktının surətindən görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubuna əsas olar aq, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət Mərkəzi Naxçıvan MR Kooperativlər İttifaqına təhvil verilmişdir. - 22 may 2018-ci il tarixli, BA seriyalı, 180103 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin və 31 may 2019-cu il tarixli, BA seriyalı, 210065 nömrəli Daşınmaz Əmlakın İcbari Siğortası Şəhadətnaməsinin surətlərindən məlum olur ki, İmanov X8 rayon Əylis kəndində yerləşən ərzaq mağazasını sığorta etdirmişdir. - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s nömrəli sərəncamının surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 29 mart 2023-cü il tarixli, 09 nömrəli məktubdan məlum olur ki, İmanova (Naibova) Pakizə Əli qızına məxsus Yuxarı Əylis kəndində mağaza binasının 2012-ci ildə sökülməsi və yerində yeni mağaza tikilməsi barədə ünvan 3iyyəti tərəfindən hər hansı bir qərarın verilməsi aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 02 may 2024-cü il tarixli, Q 30/04 nömrəli məktuba qoşma edilmiş Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, e-2- 2(123)47/2022 nömrəli qətnaməsinin surətindən məlum olur ki, Naxç ıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin cavabdeh Nümayəndə qarşı “Daşınmaz dövlət əmlakının qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddiası əsaslı olduğundan təmin edilmiş, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin mülkiyyətində (balansında; olan Ordubad rayonu Yuxarı Əylis kəndində yerləşən xidmət mərkəzinin ərzaq və təsərrüfat mallarının satışı həyata keçirilən 66.0 m2 olan sahəsinin cavabdeh Nümayəndə qanunsuz sahibliyindən alınaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə geri qaytarılması və cavabdehin həmin tikilidən çıxarılması qət edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 07 may 2024-cü il tarixli, 02/397 nömrəli məktubundan məlum olur ki, Naxçıvan Muxtar Re spublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və "xxxx" MMC-nin 2012-2013-cü illərə aid sənədlərində Ordubad rayonu, Yuxarı Əylis kəndində yeni Xidmət Mərkəzi binasının yerində olmuş köhnə mağaza binasının sökülməsi və yeni Xidmət Mərkəzi binasının tikilməsi ilə əlaqədar bağlanmış podrat müqaviləsinə aid məlumata rast gəlinməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət Mərkəzinin tikinti işlərinin smetası həmin məktuba qoşma edilərək məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 08 may 2024-cü il tarixli, 04/341 nömrəli məktubundan məlum olur ki, Ordubad Rayon Kooperativlər Cəmiyyətinin Yuxarı Əylis kəndində yerləşmiş gündəlik tələbat və sənaye malları mağazasının binası Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Xidmətin informasiya bazasında qeyd olunan əmlaka dair hüquqi və texniki sənədlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 36.1.1-ci bəndinə əsasən inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqanlar inzibati icraatın iştirakçıları sayılırlar. - 89.1-ci bəndinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçiril məlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci iltarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuli yyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Kollegiya işin hallarını hərtərəfli araşdıraraq iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqsirinin müəyyən edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə, "xxxx" MMC-yə (əvvəlki adı "xxxx" MMC), Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Ordubad Rayon Dövlət Arxivinə, ünvan 3iyyətinə müvafi q sorğu məktubları ünvanlamışdır. Yuxarıda adı çəkilən qurumlara ünvanlanmış sorğu məktublarına cavab olaraq göndərilmiş NMR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 16 sentyabr 2024-cü il tarixli, 5/1233 nömrəli, Ordubad Rayon Dövlət Arxivinin 17 sentyabr 2024-cü il tarixli, 37 nömrəli, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 18 sentyabr 2024-cü il tarixli, 02/889 nömrəli, ünvan 3iyyətinin 18 sentyabr 2024-cü il tarixli, 5-25/2-563/2024 nömrəli, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 20 sentyabr 2024-cü il tarixli, 1539/2024 nömrəli, "xxxx" MMC-nin 07 oktyabr 2024-cü il tarixli, 188/2024 nömrəli məktublarından sözügedən mağaza binasının sökülməsi və onun yerində Xidmət Mərkəzinin tikilməsi ilə əlaqədar cavabdeh inzibati orqan ilə "xxxx" MMC (əvvəlki adı "xxxx" MMC) arasında işlərin görülməsinə dair bağlanılmış podrat müqaviləsi, həmçinin iddiaçıya ziyan vurulmasında iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqsirinin müəyyən olunmasına imkan verən hər hansı məlumat əldə edilə bilməmişdir. Kollegiya işin araşdırılmış hallarına və tərəflərin izahatlarına istinad edərək qeyd edir ki, cavabdehin hərəkəti onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə uyğun olmuşdur. Belə ki, iş materiallarında olan “Başa çatmış tikinti, yenidənqurma, əsaslı təmir və abadlıq işlərinin istismara verilməsi haqqında” Komissiyanın 10 yanvar 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 26 oktyabr 2001-ci il tarixli, 3/716 saylı məktubuna əsas olaraq Naxçıvan MR Dövlət Şəh ərsalma və Arxitektura Komitəsinin xx.xx.2013-cü il tarixli 7 saylı sərəncamına əsasən Ordubad rayon Yuxarı Əylis kəndində Xidmət mərkəzinin tikintisinin sifarişçisi Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-ci il tarixli, saylı sərəncamına uyğun olaraq Xidmət Mərkəzi binasında yerləşən mağaza yenidən tikilərək iddiaçıya təhvil verilmiş, iddiaçı həmin mağazanı faktiki istifadə etməkdə davam etmişdir. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 03 avqust 2019-cu il tarixli, 70s saylı Sərəncamı ilə həmin xidmət Mərkəzinin Naxçıvan MR İqtisadiyyat Nazirliyinin balansına verildiyi iddiaçıya məlum olmuşdur. Göründüyü kimi qeyd olunan mağaza binasının Naxçıvan MR İqtisadiyyat Nazirliyinin b alansına keçməsi və ya iddiaçıya hər hansı ziyanın vurulması cavabdehin təqsirli hərəkəti ilə əlaqəli olmamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Naibova (İmanova) Pakizə Əli qızının cavabdeh Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-1657/2024 nömrəli qərarında göstərilmişdir ki “.......Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09 yanvar 2013-cü il tarixli, 07 saylı sərəncamı və həmin sərəncam əsasında tərtib edilmiş Komissiyanın 10 yanvar 2013-cü il tarixli aktı hər hansı hüquq məhdudlaşdırıcı funksiyaya malik deyildir. Başqa sözlə qəbul edilmiş sərəncam və tərtib edilmiş akt tikililərinin vəziyyətinin təhlilinə yönəlməklə iddiaçının hüquqlarını (istifadə, sahibl ik, sərəncam) məhdudlaşdırmamışdır.” Kollegiya 24 sentyabr 2024-cü il tarixdə ünvan 3iyyətinə məktub ünvanlayaraq dövlət orqanları, o cümlədən ünvan 3iyyəti tərəfindən iddiaçıya münasibətdə mağaza binasının sökülməsi ilə əlaqədar əvəzləşdirmə qaydasında hər hansı kompensasiya təklif edilibedilmədiyini araşdırmış, ünvan 3iyyəti tərəfindən məhkəməyə ünvanlanmış 07 oktyabr 2024-cü il tarixli, 5-25/2-613/2024 nömrəli məktubdan aydın olmuşdur ki, 20 sentyabr və 28 sentyabr 2024-cü il tarixlərdə iddiaçının nümayəndəsi Nümayəndə ilə görüşülərək pozulmuş mülkiyyət hüququnun bərpası istiqamətində ona Yuxarı Əylis kəndində söküldüyünü iddia etdiyi mağazanın qarşılığında ünvan 3iyyəti tərəfindən mülkiyyət hüququ pozulmuş şəxslərə ayrılması məqsədilə kompakt ərazi olaraq X5 “Əylis düzü” adlanan ərazid ə alınması nəzərdə tutulan 3 ha torpaq sahəsində 1000 kv.m sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılması təklif olunmuş, iddiaçının nümayəndəsi Nümayəndə onun mülkiyyətində yetəri qədər torpaq sahəsi olduğunu bildirərək edilən təklifi qəbul etməmiş, görüş zamanı tərtib edilən akta qol çəkməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Kollegiya tərəfindən iddiaçı və onun nümayəndəsinin ünvanına hüquqi yardım məktubları ünvanlanaraq, həmçinin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilərək cavabdehə münasibətdə iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi cavabdeh orqanı dəyişdirmək istəməmiş, mağaza binasının sökülməsi ilə ona dəyən ziyanda Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqsirli olduğunu bildirmişdir. Kollegiya hesab edir ki, iddiaçının mülkiyyətindən istifadə etmək hüququna cavabdeh tərəfindən həyata keçirilən müdaxilə qanunilik, qanuni məqsədlərlə həyata keçirilmə və mütənasiblik prinsiplərinin tələblərinə cavab verdiyindən həmin müdaxilənin qanunsuz hesab edilməsi üçün əsasların mövcudluğu müəyyən edi lmir. Buna görə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edi lməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)-1004/2024 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı "Ordubad rayon Kooperativ Cəmiyyəti İdarə Heyətinin xx.xx.1999-cu il tarixli /Protokol-4, maddə 1/ qərarı və X1 xx.xx.1999-cu il tarixli /protokol 27, maddə 1/ qərarına əsasən, 5 671 478 (beş milyon altı yüz yetmiş bir min dörd yüz yetmiş səkkiz) manata satılmış, satış pulunu ödədiyi, istifadəsində və sahibliyində olan, Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 2012-ci ildə sökülmüş Ordubad rayon Yuxarı Əylis kəndində yerləşən mağazanın əvəzi olaraq 580.000.00 (beş yüz səksən min) manat maddi zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)-1004/2024 nömrəli qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(122)1004/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının işti rakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-96/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-96/2024
15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver