Məhkəmə qərarları › İş №2-1(108)-96/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-96/2025

17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(108)-96/2025 17.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X21 və X16 ibarət tərkibdə, X17 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6, üçüncü şəxs və üçüncü şəxslər X11, X18 nümayəndəsi X12, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X23 adına tam mülkiyyə t hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərarından üçüncü şəxs X4 vəkil və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhəri, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin X23 adına özəlləşdirilməsinin və buna dair X27 verilmiş MH seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(122)-661 /2023 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş 03 iyul 2023-cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 m2 fərdi yaşayış evinin X23 adına qeydiyyata alınması etibarsız hesab edilməklə, buna dair X27 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması” kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(122)-661/2023 nömrəli qərardadı ilə X34 və X13 üçüncü şəxs qismində inzibati işə cəlb edilmişlər. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/ 2024 nömrəli qərardadı ilə inzibati iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti əsl cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(122)-85/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxsin vəkili və nümayədəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2-1(108)-75/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Naxçıvan Mux tar Respublikası İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 21(122)-85/2024 nömrəli qərarı ləğv edilmiş, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Naxçıvan MR İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş 06 mart 2025-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, iddia tələbinə “Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X23 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tari xli, 2-1(122)-30/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 21(122)-30/2025 nömrəli qərarından narazı qalan üçüncü şəxs X4 vəkil və nümayəndəsi Vəkil2 28 iyul 2025-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X4 vəkil və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətdə göstərilmişdr ki, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayon Qabıllı kəndində yerləşən 0,2642 ha tor paq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin cavabdeh X23 adına özəlləşdirilməsinin və buna dair X27 verilmiş MH seriyalı, ******* №-li çıxarışın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, daha sonra məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlək və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan MR Kəngərli rayonu Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinin X23 adına qeydiyyata alınmasının etibarsız hesab edilməklə, buna dair X27 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv olunması” kimi baxıb nəticə verilməsini xahiş etmişdir. “İddia tələbinin dəqiqləşdirilməsi” proseduru adından da göründüyü kimi dəqiqləşdirmə hərəkətini sirf iddiaya münasibətdə nəzərdə tutur, ən başlıcası isə iddia tələbi “aydın olmayan” olduqda birinci instansiya məhkəməsi iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə 04 iyul 2023-cü il tarixli ərizəsini “iddianın dəyişdirilməsi” kimi qəbul etməli olduğu halda bunu etməmiş və nəticədə bu “dəqiqləşdirmə” iddianın dəyişilməsinə səbəb olmuşdur. Buna görə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində fərqli prosessual hərəkətlər kimi qeyd edilən bu hallar yanlış şərh edilmiş və nəticədə Qərar qəbul edilərkən prosessual pozuntuya yol verilmişdir. Hazırkı işdə iddiaçının tələbi əsasında tərəflər arasında mövcud hüquqi münasibətlərin dəyişdirilməsi birtərəfli iradə ifadəsi olaraq əslində “iddianın predmeti”ni təşkil edir ki, belə olan təqdirdə bu “dəqiqləşdirmə” deyil, “iddianın də yişdirilməsi” hesab edilməli idi. Belə ki, iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil etdiyini nəzərə alsaq, “dəqiqləşdirmə”dən əvvəlki iddiada X34 cavabdeh olaraq müəyyən öhdəlik daşıdığı halda “dəqiqləşdirmə”dən sonra o, üçüncü şəxs kimi qarşımıza çıxır. İddiaçı tərəf əsl mübahisə obyekti olan daşınmaz əmlakla bağlı son sənədin (X4 adına olan “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 06 may 2020-ci il tarix Çıxarış) deyil, digər bir sənədin (X27 verilmiş Çıxarışın) ləğv edilməsini tələb edib. Ən əsası işə baxan birinci instansiya məhkəməsi həmin çıxarışın hansı sənədlər əsasında verildiyini araşdırmağa və qəbul etdiyi Qərarın hansı h üquqi nəticələr doğuracağına belə əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı ilk növbədə hazırda üçüncü şəxs statusu daşıyan apellyatorun da cavabdeh olduğu “Fərdi yaşayış evinə dair verilmiş çıxarışın, onun əsasında bağlanmış bağışlama müqaviləsinin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə Kəngərli rayon məhkəməsində iddia qaldırmış və həmin tələb məhkəmənin 26 may 2023-cü il tarixli, e-2(111)-184/2023 nömrəli Qərardadı ilə geri qaytarılmışdır. Bu, bir daha təsdiq edir ki, indiki mübahisənin əsasını, onun təməlini Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,242 ha torpaq sahəsi və onun üzərində tikilmiş sahəsi 112,29 kv.m olan daşınmaz əmlak təşkil edir, nəinki mübahisə edilən çıxarış. Əgər ev ata-anadan qalmadırsa, deməli miras əmlakı n kütləsinə daxildir. O zaman isə İddiaçı digər vərəsələrin dairəsi müəyyənləşdirilmədən, onların mövqeyi nəzərə alınmadan indiki iddiasının da bir hissəsini əhatə edən evlə bağlı subyektiv hüquqlara malik deyil. Beləliklə də, birinci instansiya məhkəməsi vərəsəlik hüquq münasibətlərini diqqətdən yayındırmış, eyni anda həm inzibati-hüquqi, həm də mülki-hüquqi məsələlərə bir arada qiymət verməyə çalışmış və nəticədə üçüncü şəxsin, eləcə də digər vərəsələrin hüquqlarını ciddi şəkildə pozmuşdur. Yaşayış evi ilə bağlı bir məqam da diqqətə çatdırılmalıdır ki, həmin ev təməldən üçüncü şəxs tərəfindən inşa edilib,reallıqda “mübahisə predmeti” olan evlə nəinki iddiaçı və cavabdehin, ümumiyyətlə heç kimin (etimal edilən digər vərəsələrin belə) bağlılığı yoxdur. Məhkəmənin qərarında üçüncü şəxs X2 t orpaq sahəsi üzərində yerləşən tikilini sıfırdan aparması və uzun illər ailəsi ilə birlikdə orada yaşamasına hüquqi mövqe bildirilməmiş,məhkəmə müxtəlif xarakterli iddiaların, hətta mülki və ya inzibati, eyni tələbdə birləşdirilməsinə göz yummuşdur. Aqrar-islahat komissiyasının “verdiyi torpaq”, miras əmlak və tamamən üçüncü şəxs tərəfindən inşa edilmiş ev.Məhkəmə qərarında göstərildiyi kimi Şərur rayon Aqrar İslahak komissiyasının 07 mart 199-cu il tarixli qərarı ilə şəhadətnamədə göstərilən şəxslərə 0,26 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış, həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının dolayısı ilə tələb etdiyi torpaq sahəsi ola bilməz. Başqa bir məqam, aqrar-islahat komissiyasının nə qərarı, nə də onun əsasında verilmiş şəhadətnamənin əsli nə Naxçıvan Muxtar Respublikasının İqtisadiyya Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur rayon Şöbəsində, nə də Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və Şərur Rayon Dövlə Arxivində yoxdur. Bununla da mübahisə edilən hüquqmüəyyənedici sənədlərin həqiqətən mövcudluğu belə şübhə altındadır. Həmçinin, cavabdeh və üçüncü şəxs arasında bağlanan 20 mart 2020-ci il tarixli 40-31 №-li “bağışlama müqaviləsi” yalnız 112,29 kv.m. yaşayış sahəsini əhatə edir. Bütövlükdə, birinci instansiya mübahisə üzrə işin faktiki hallarını əhəmiyyətli şəkildə, detallıca araşdırmamış, mübahisənin məhkəmə aidiyyatı pozulmuş,nümayəndəsi olduğu üçüncü şəxsin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə “Aqrar-islahat komissiyasının qərarı”na istinad etdiyini qeyd etdiyi halda, iş materiallarında belə bir qərar olmamışdır. Üçüncü şəxsin vəkil nümayəndəsi şikayətini hüquqi cəhətdən əsaslandırmaq məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 71-ci maddələrinə, Azərbaycan Respublikası İPMnin 34.1-ci və 68-ci maddələrinə istinad etmişdir. Naxçıvan MR Ali məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, 2-1(108)-96/2025 nömrəli qərardadı ilə X24, X25, X28 və X14 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxs X4 vəkil və nümayəndəsi Vəkil2, üçüncü şəxslər X25, X28 və X14 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Kollegiya Azər baycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən işə üçüncü şəxs X4 vəkil və nümayəndəsi Vəkil2, üçüncü şəxslər X11, X18 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxs X13 şikayətin təmin edilməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə İddiaçı və onun vəkil-nümayəndəsi Nümayəndə izahatlarında şikayətin təmin edilməməsini, Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Naxçıvan M uxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X19 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə üçüncü şəxs və üçüncü şəxslər X11, X18 nümayəndəsi X24 qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə ic raatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməs i mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-10301, qeydiyyat tarixi: xx.xx.2020) çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0.2642 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112.29 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 512 nömrəli vərəqində qeydiyyata alınmışdır -JN-173A nömrəli,(kod; ********) 11 iyul 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadə tnamənin təsdiq edilmiş surətindən görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə 0.26 hektar həyətyanı torpaq sahəsi X23, İddiaçı, X12, X10, X18 və X5 mülkiyyətinə verilmişdir. -Naxçıvan MR Kəngərli rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli, e2(111)184/2023 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı cavabdehlər X27, X7, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Notariat Ofisinə qarşı “fərdi yaşayış evinə dair verilmiş çıxarışın, onun əsasında bağlanmış bağışlama müqaviləsinin və verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış,iddiaçıya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********71-10301, qeydiyyat tarixi: xx.xx.2020) çıxarışın surətindən görünür ki, Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində 0.2642 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112.29 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 24/3 nömrəli reyestr kitabının 512 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kəngərli rayon Notariat ofisinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 iyul 2023-cü il tarixli, 36 nömrəli məktuba qoşma edilmiş Kəngərli rayon dövlət notariat ofisində 20 mart 2 020-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-31 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən məlum olur ki, X3 Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ona verilmiş **********7110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 112.29 kv/m olan 3 otaqlı fərdi yaşayış evini,0,2642 ha torpaq sahəsi daxil olmaqla X7 bağışlamışdır. -Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 avqust 2023-cü il tarixli, 04/536 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Kəngərli rayonu, Qabıllı kəndində 0,2642 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 112,29 m2 olan fərdi yaşayış evi 18 fevral 2020-ci il tarixdə “Torpağın mülkiyyətə verilməsinə dair “11 iyul 2000-ci il tarixli JN173A nömrəli şəhadətnamə əsasında X23 adına qeydiyyata alınmışdır. -Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 18 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-182/2025 nömrəli məktubdan məlum olur ki, X31 Rayon Qabıllı kəndinin 1960-1970-ci illərə dair təsərrüfat başına kitabları mühafizə olunmadığından mərhum X35 torpaq sahəsi ayrılması barədə məlumat mövcud deyil. - Kəngərli Rayon Dövlət Arxivinin 13 fevral 2025-ci il tarixli, 09 nömrəli arxiv arayışından məlum olur ki, mərhum X40 ailə başçısı olmaqla adına 1960-cı ilə 021 HA, 1961-ci ilə 016 HA, 1962-1964-cü illərə 017 НА, 1965-ci ilə 015 НА, 1966-1971-ci illərə 017 НА torpaq sahəsi qeyd edilmişdir. -Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-291/2025 nömrəli məktubdan məlum olur ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və Şərur Rayon Dövlət Arxivində mühafizə olunmadığından Şərur Rayon Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 05 nömrəli qərarı ilə Kəngərli Rayon Qabıllı kəndində torpaq sahəsi ayrılmış subyektlərin siyahısı barədə məlumat mövcud deyil. -Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 fevral 2025 -ci il tarixli, 3-48-NDA/1-2-292/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində, Kəngərli Rayon Dövlət Arxivində və Şərur Rayon Dövlət Arxivində Şərur Rayon Aqrar İslahat Komissiyasının sənədləri mühafizə olunmadığından X27, İddiaçı, X20, X15, X22 və X8 0,26 hektar torpaq sahəsi ayrılması haqqında məlumat, həmçinin torpaq sahəsinə olan paylarından imtina etmələri barədə ərizələri mövcud deyil. -Naxçıvan Muxtar Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 mart 2025ci il tarixli, 04/361 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində Kəngərli rayonu, Qabıllı kəndində 0,2642 ha torpaq sahəsində yerləşən, ümumi sa həsi 112,29 m² olan fərdi yaşayış evi 8 fevral 2020-ci il tarixdə "Torpağın mülkiyyətə verilməsinə dair" 11 iyul 2000-ci il tarixli JN-173A nömrəli Şəhadətnamə əsasında X23 adına qeydiyyata alınmışdır. Kəngərli rayon dövlət notariat ofisinin 20 mart 2020-ci il tarixli 40-31 nömrəli bağışlama müqaviləsi əsasında həmin fərdi yaşayış evi X4 mülkiyyətinə verilmiş və ona hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 06 may 2020-ci il tarixli çıxarış təqdim edilmişdir. Xidmətin arxivində saxlanılan sənədlər arasında müraciətdə qeyd edilən şəxslərin torpaq sahəsində olan paylarından imtina etmələri barədə ərizələri mövcud deyildir. -AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1971-ci ildə doğulmuşdur. İş üzrə İddiaçı əsas hüquqi mar ağı və məqsədi Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X23 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv edilməsindən ibarətdir. İddiaçı göstərmişdir ki, Şərur Rayon Aqrar islahat Komissiyasının 07 mart 1999-cu il tarixli 06 nömrəli qərarı ilə Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndində JN-173A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında ona 5 nəfər ailə üzvü ilə birlikdə 0,26 hektar torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində onun anasından və atasından qalan fərdi yaşayış evi olmuş, həmin fərdi yaşayış evi və torpaq sahəsi onun xəbəri olmadan qardaşı X23 adına sənədləşdirilmiş, daha sonra isə qardaşı tərəfin dən bağışlanma müqaviləsi əsasında bacısı oğlu X4 adına sənədləşdirilmiş.sənədləşdirmə işlərindən məlumatı olmamış, onun hər hansı formada razılığı alınmamışdır. İnzibati iş birinci instansiya məhkəməsinə göndərildikdən sonra iddiaçının vəkilnümayəndəsi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə eyni tələblə müraciət edilmiş, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müraciətə cavab olaraq bildirmişdir ki, Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evi Şərur Rayon Aqrar islahat Komissiyasının 07 mart 1999-cu il tarixli 06 nömrəli qərarı ilə verilmiş JN-173A nömrəli “Torpa ğın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X23 adına qeydiyyata alınmışdır. X9 yanaşı ailə üzvlərinin adı qeyd olunsa da, qeydiyyat ailə başçısı kimi X23 adına aparılmışdır. xx.xx.2020-ci ildə Kəngərli rayon notariat ofisində qeydiyyata alınan 4Ə-31 nömrəli bağışlama müqaviləsi əsasında Qürbət Hüseynov fərdi yaşayış evini özgəninkiləşdirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəliş lər məhkəmənin qərarı əsasında aparılır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, cavabdeh mübahisə predmeti olan əmlakın tam mülkiyyət hüququ ilə X23 adına qeydə alarkən daşınmaz əmlak barədə məlumatların düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıdığı halda, üçüncü şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı həmin əşyaya dair sərəncamın bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğunu nəzərə almamışdır. Belə olan halda, həmin ümumi birgə mülkiyyətdə olan əmlakın tam olaraq üçüncü şəxsin adına mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inziba ti aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonr a qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. JN-173A nömrəli,(kod; ********) 11 iyul 2000-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şərur rayonu Aqrar İslahat Komissiyasının 07 mart 1999-cu il tarixli, 06 nömrəli qərarı ilə 0.26 hektar həyətyanı torpaq sahəsi X23, İddiaçı, X12, X10, X18 və X5 ümumi birgə mülkiyyətinə veri lmişdir. Lakin qanunun tələblərinə zidd olaraq cavabdeh tərəfindən Naxçıvan MR, Kəngərli rayonu, Qabıllı kəndindəki 0.2642 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 112.29 kv.m olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət resyestrində ********** qeydiyyat nömrəsi, **********71-10301 reyestr nömrəsi ilə tam mülkiyyət hüququ ilə X23 adına qeydiyyata alınmışdır. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti həmin qeydiyyatın “Torpağın mülkiyyətə verilməsinə dair” 11 iyul 2000ci il tarixli JN173A nömrəli şəhadətnamə əsasında aparıldığını təsdiqləmişdir. Halbuki həmin şəhadətnamədə birgə mülkiyyət hüququ olan digər şəxslərin adları da göstərilmişdir. Daha sonra X1 0.2642 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 112.29 kv.m olan fərdi yaşayış evini 20 mart 2020-ci il tarixli bağışlama müqaviləsi əsasında bacısı oğlu X7 (üçüncü şəxsə) bağışlamış və həmin müqavilə əsasında daşınmaz əmlak üçüncü şəxs X4 adına dövlət reyestrində qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəl ləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15-ci maddəsinə əsasən... hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;... daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;... hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər: 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri b u qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. -149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. - 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. - 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi P lenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair “28 mart 2017-ci il tarixli qərarında göstərilmişdir ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vac ibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Kollegiya birinci insta nsiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən mübahisə predmeti olan əmlakın tam mülkiyyət hüququ ilə X23 adına qeydə alarkən daşınmaz əmlak barədə məlumatların düzgünlüyünə və dəqiqliyinə görə məsuliyyət daşıdığı halda, üçüncü şəxsin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zamanı həmin əşyaya dair sərəncamın bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli olduğunu nəzərə almamışdır. Belə olan halda, həmin ümumi birgə mülkiyyətdə olan əmlakın tam olaraq üçüncü şəxs X23 adına mülkiyyət hüququ ilə qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Cavabdeh orqanın nümayəndəsi izahatında qeyd edilən halı “texnik i səhv” kimi qiymətləndirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən maddi hüquq normalarının tələblərinə,həmçinin Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları”na əməl edilməmişdir. Həmin qaydaların tələblərinə əsasən;

29. Ümumi paylı mülkiyyət hüququ barədə məlumatların daxil edilməsi 29.1. Əgər daşınmaz əmlak obyekti ümumi paylı mülkiyyətdə olarsa, bu barədə məlumat İİ-1 yarımfəslinin "Pay" qrafasına daxil edilir. 29.2. Hər bir mülkiyyətçinin payı barədə məlumatlar ayrıca vərəqdə ayrıca qeyd şəklində daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludur lar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Apellyasiya şikayətində göstərilən torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılan torpaq sahəsi olduğundan həmin torpağın nümayəndəsi olduğu üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə eyni olmaması barədə dəlili əsassız hesab edən Kollegiya qeyd edir ki, torpağın mülkiyyətə verilməsinə dair yuxarıda qeyd o lunan şəhadətnamədə torpağın kənd təsərrüfatı məhsullarının istehsalı üçün ümumi mülkiyyətə verilməsi göstərilməmiş, şəhadətnamədəki həyətyanı sahənin qaiməsində (sertifikat) göstərilən məlumatlardan aydın olur ki, ümumi mülkiyyətə verilmiş həmin torpaq sahəsi həyətyanı torpaq sahəsi kateqoriyasına aiddir. Birinci instansiya məhkəməsinin qərarında səhvən həmin torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılması göstərilmişdir. Kollegiya aqrar-islahat komissiyasının qərarı əsasında verilmiş şəhadətnamənin əslinin olmaması barədə apellyasiya şikayətində göstərilmiş digər dəlili əsassız hesab etməklə qeyd edir ki, cavabdeh tərəfindən həmin şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmçinin evlə bağlı iddiaçının subyektiv hüquqlara malik olmaması bar ədə apellyasiya şikayətində göstərilən dəlili də əsassız hesab edən kollegiya qeyd edir ki, sorğuya cavab olaraq Naxçıvan MR Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 06 oktyabr 2025-ci il tarixli, 153 nömrəli məktubla kollegiyaya təqdim edilmiş 1991-1995-ci illərə aid 11 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Qabıllı kəndi üzrə təsərrüfatbaşına kitabda 990 nömrəli şəxsi hesab üzrə Hüseynova Gülsabah M.Vəli qızının vəfat etməsi qeyd edilmiş, təsərrüfat üzvləri kimi X34, İddiaçı, X24, X25 və X28 göstərilməklə təsərrüfata aid 0.17 ha torpaq sahəsi və 42 kv.m yaşayış evinin olması qeyd edilmişdir. Həmçinin 1996-2000-ci illərə aid 14 nömrəli təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Qabıllı kəndi üzrə təsərrüfatbaşına kitabda 1111 nömrəli şəxsi hesab üzrə təsər rüfat üzvləri kimi X34, İddiaçı, X24, X25, X28 və X14 göstərilməklə təsərrüfata aid 0.17 ha torpaq sahəsi və 42 kv.m yaşayış evinin olması qeyd edilmişdir. Apellyasiya şikayətində qeyd olunan “birinci instansiya məhkəməsi iddiaçının vəkilnümayəndəsi Nümayəndə 04 iyul 2023-cü il tarixli ərizəsini ‘iddianın dəyişdirilməsi’ kimi qəbul etməli olduğu halda bunu etməmiş və nəticədə bu ‘dəqiqləşdirmə’ iddianın dəyişilməsinə səbəb olmuşdur” dəlili də kollegiya tərəfindən əsassız hesab edilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğv olunması öhdəliyinin qoyulmasını tələb etmiş, sonradan məhkəməyə əlavə ərizə təqdim edərək Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 hektar torpaq sahəsində inşa edilmiş 112,29 m² sahəli fərdi yaşayış evinin X23 adına qeydiyyata alınmasının etibarsız hesab edilməsini və buna dair X27 verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmiş, sonradan Naxçıvan MR İnzibati Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş 06 mart 2025-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə təmin edilmiş, iddia tələbi “Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X23 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qey diyyatın ləğv edilməsi” kimi icraata qəbul edilmişdir. Beləliklə, iddia tələbinin əsası, predmeti və həcmi dəyişdirilməmiş, dəqiqləşdirmə xarakterli düzəliş edilmişdir. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hər hansı prosessual pozuntuya yol verilməmiş, inzibati mübahisə üzrə İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsinə dair qərardad qəbul edilmişdir. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında göstərilən tövsiyəyə uyğun aidiyyat qaydalarına əməl edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətində v ərəsəliklə bağlı göstərilən dəlillər iddianın predmetinə aid olmadığından onlara hüquqi qiymət verilə bilməz. Beləliklə kollegiya apellyasiya şikayətində göstərilən dəlilləri iş materialları ilə birgə araşdıraraq belə qənaətə gəlir ki, hazırkı mübahisəyə münasibətdə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından daşınmaz əmlakın dövlət reyestrində sözügedən torpaq sahəsi və fərdi yaşayış evinə dair üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək iddianı təmin etmiş, “Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X23 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, üçüncü şəxs X4 vəkil və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxç ıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qəraraalır: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Naxçıvan MR Kəngərli rayonu, Qabıllı kəndində yerləşən 0,2642 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 112,29 kv.m fərdi yaşayış evinə dair X23 adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi tələbi"nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(122)-30/2025 nömrəli qərarından üçüncü şəxs X4 vəkil və nüm ayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 21(122)-30/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar