Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 2-1(108)-97/2025 30.04.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Qurbanov Yusifəli Süleyman oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, İddiaçı İddiaçı və cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olan Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi sahəsi 14.7 m2 olan mağazanın Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyü üçün həmin mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilməsi, ümumi dəyəri 1*0 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq kollegiya müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Şahbuz şəhəri Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi ümumi sahəsi 14.7 m2 olan mağazanın Şahbuz rayon İcra Hakimiyyəti tərəfindən söküldüyü üçün həmin mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilməsini, ümumi dəyəri 1*0 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin Şahbuz rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia qismən təmin edilərək, tələbin əvəzləşdirilməsi yolu ilə Şahbuz şəhəri, Heydər Əliyev prospektində 10501100004* və 10501*002566 kadastr nömrəli torpaq sahələrinin arasında yerləşən cavabdeh tərəfindən iddiaçıya ayrılmış ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyinin cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *- *(***)-**/**** nömrəli qərarından narazı qalan iddiaçı İddiaçı ## #### 2025-ci il tarixli şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarının ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş şikayətdə göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qərarda ilkin iddia tələbində bildirilən faktiki mülkiyyətin geri qaytarılması təmin edilmədiyindən qərar ləğv edilməli, işin müəyyən halları, xüsusilə də faktiki istifadəsindən alınmış və buna görə kompensasiya ödənilməmiş mağazanın yerləşdiyi ərazinin özünə qaytarılması əvəzinə tamamilə başqa ərazidən yer ayrılmasının səbəbləri araşdırılmaqla, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 14,7 kv.m olan mağazanın əvvəllər faktiki yerləşdiyi torpaq sahəsinin geri qaytarılması və həmin ərazidə sökülmüş mağazanın cavabdeh tərəfindən yenidən tikilməsi və ya əvəzində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Şahbuz şəhəri, H.Əliyev prospektində yerləşən, tikintialtı 17,9 kv.m torpaq sahəsində olan mağazanın onun mülkiyyətində olmasını təsdiq edən Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyinin ****** nömrəli texniki pasportu birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixli qərarında yazılı sübut kimi qiymətləndirilmişdir. Sözügedən obyektin 2007-ci ilin avqust ayında onun razılığı olmadan və qanunvericilikdə nəzərdə tutulan qaydada kompensasiya ödənilmədən söküldüyü vaxtadək faktiki istifadəsində olduğu, bu halın cavabdeh qurumun vəzifəli şəxslərinin göstərişi əsasında baş verdiyi bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh qurumun nümayəndələri tərəfindən mübahisənin obyekti olan mağazanın Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən göstəriş əsasında söküldüyü etiraf edilməsinə baxmayaraq, məhkəmə bu faktı nəzərə almamış və əksinə, ## #### 2025-ci il tarixli qərarında “iddiaçı sözügedən tikilinin onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmişdir” kimi nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmədən aparılan söküntü prosesi zamanı dövlət ehtiyacları üçün alqı-satqı və ya sənədləşmə aparılmadığından bu hal inzibati orqanın məsuliyyətini istisna etmir və onun vətəndaş kimi əleyhinə dəyərləndirilə bilməz. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən mülkiyyətindən məhrum edilmiş şəxs kimi onun hüquqlarının müdafiəsi istiqamətində təqdim etdiyi arqumentləri və tarazlıq prinsipinə əsaslanan etirazlarını nəzərə almamışdır. Ona verilmiş torpaq sahəsinin yerləşdiyi ərazi ilə faktiki mülkiyyət hüququ təsbit olunmuş və istifadədən qanunsuz olaraq alınmış torpaq sahəsinin yerləşdiyi ərazinin Şahbuz şəhəri mərkəzinə, əhalinin sıxlığına, yol kənarına yaxınlığına və digər amillərə görə strateji və ticari dəyərləri arasında ciddi fərqlər mövcuddur. Bu səbəbdən onun faktiki mülkiyyət hüququ təsbit olunmuş mağazanın yerləşdiyi 17,9 kv.m torpaq sahəsinə təklif edilən 150,29 kv.m sahənin bərabər tutulması belə əvvəlki torpaq sahəsinin daha yüksək dəyərə malik olduğunu göstərir. Eyni zamanda iddiaçı göstərmişdir ki, sözügedən torpaq sahələrinin qiymətləndirilməsi müvafiq məhkəmə ekspertizası keçirilmədən, yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis məktubu əsasında aparılmışdır ki, bu da torpaq sahələrinin faktiki bazar qiymətlərinin müəyyənləşdirilməsində qeyri-müəyyənliyə səbəb olmuşdur. Buna görə də mülkiyyət hüququndan məhrum edilmiş torpaq sahəsinin real dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunması zəruridir. Şikayətə əlavə olunmuş fotoşəkillərdən göründüyü kimi, faktiki mülkiyyət hüququ təsbit olunmuş torpaq sahəsi hazırda Şahbuz Rayon İcra Hakimiyyəti və ya digər dövlət qurumları tərəfindən başqa təyinat üzrə istifadə edilmir, hər hansı fiziki şəxsə verilməmiş və 2007-ci ildə söküldüyü vəziyyətdə qalmışdır. Bu halda, başqa torpaq sahəsinin təklif edilməsinin səbəbləri və məhkəmənin hansı əsasla “iddiaçıya rayon mərkəzində təklif olunan torpaq sahəsi ağlabatandır” qənaətinə gəldiyinin araşdırılması vacibdir. İddiaçı şikayətini hüquqi cəhətdən əsaslandırmaq məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 71-ci maddələrinə, Azərbaycan Respublikası İPM-nin *4.1-ci və 68-ci maddələrinə istinad etmişdir. Kollegiyanın ## ######## 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə Şahbuz bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Əvvəlki şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxs Şahbuz bələdiyyəsinin nümayəndəsi X* izahatında Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarına etirazı olmadığını bildirmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi sonuncu məhkəmə iclasında iştirak etməmiş və iclasa gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Kollegiya Azərbaycan Respublikası İPM-nin 62.*-cü maddəsinin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iş üzrə iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında qanuni qərar qəbul edilməsini kollegiyadan xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iş üzrə cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 izahatında kollegiyadan qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.*-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *72.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya inzibati məhkəmə icraatı iştirakçılarının izahatlarını dinləyib apellyasiya şikayətinin dəlillərini, inzibati mübahisəyə dair işin materiallarını ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *72.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayaraq işdə olan sübutlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən Şahbuz şəhər sakini İddiaçı ünvanlanmış ## #### 202*-cü il tarixli, *-**-*-/*-**/**** nömrəli məktubla bildirilmişdir ki, iddia edilən mağazanın 2006-cı il ## ### tarixində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin ****** nömrəli texniki pasportu ilə onun mülkiyyətinə verildiyi, lakin texniki pasportda torpaq sahəsinin ayrılmasına dair qrafada heç bir qeydiyyatın aparılmadığı, eləcə də Şahbuz Rayon İcra Hakimiyyətində həmin mağazanın sökülməsi və ya sökülməsinə dair kompensasiyanın ödənilməsinə dair rəsmi sənəd və ya göstəriş olmamışdır. - ## ### 2006-cı il tarixli texniki pasportun surətində göstərilmişdir ki, Şahbuz rayonu, Şahbuz qəsəbəsi, H.Əliyev xiyabanında yerləşən mağazanın mülkiyyətçisi İddiaçıdur. - ## ### 2006-cı il tarixli, * reyestr nömrəli, *** qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətində göstərilmişdir ki, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağaza binası İddiaçı xüsusi mülkiyyətindədir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin ## ###### 202*-cü il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, qeyd olunan qeyri-yaşayış obyekti (mağaza) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından Xidmətin informasiya bazasında həmin əmlakla bağlı məlumat mövcud deyil. - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ## #### 2024-cü il tarixli məlumatdan görünür ki, Şahbuz şəhər sakini İddiaçı Şahbuz Rayon İcra Hakimiyyətinə müraciət edərək onun mülkiyyətində olmuş Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14,7 kv.m olan mağazasının 2007-ci ildə söküldüyünü bildirərək ona dəymiş ziyana görə kompensasiya verilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən araşdırılmış, İddiaçı bir neçə dəfə rayon icra hakimiyyəti başçısının qəbulunda olmuş, ona müvafiq izahlar verilmişdir. Dəfələrlə rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən ona rayonun müxtəlif ərazilərində, eyni zamanda 28 May küçəsi və Heydər Əliyev prospektindən torpaq sahəsinin ayrılması təklif edilmiş, İddiaçı razılaşmayıb ona dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Komissiya tərəfindən vətəndaşın müraciətinə baxılarkən məlum olmuşdur ki, 2007-ci ildə ona məxsus mağazanın sökülməsinə dair Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilməmişdir. Təklif olunan torpaq sahələrinin fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. -Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən birinci instansiya məhkəməsinin ## ######## 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərardadının icrası ilə bağlı göndərdiyi ## ###### 2024-cü il tarixli, **/**** nömrəli məktubunda göstərilmişdir ki, qərardadda qeyd olunan - İddiaçı məxsus olmuş, Şahbuz şəhərində ümumi sahəsi 14,7 m2 olmuş mağazanın hazırkı bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Şahbuz şəhəri üzrə uyğun qeyri-yaşayış binalarına və sahələrinə dair 2024-cü ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 202*-cü ildə bazar qiymətlərinə dair Şahbuz şəhərində uyğun qeyri-yaşayış binalarının alqı-satqısına dair notariat ofislərində bağlanılmış müqavilələrə əsasən qeyri-yaşayış binalarının 1 m2-nin bazar qiymətinin 620- 6*0 manat arasında olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən qərardadda göstərilən pərakəndə ticarət mağazasının 202*-cü ildə bazar qiymətinin yuvarlaq olaraq 9100 (doqquz min yüz)-9*00 (doqquz min üç yüz) manat aralığında olması müəyyənləşdirilmişdir. - Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı ## ######## 2024-cü il tarixli, *-**-*/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, 2007-ci ildə Şahbuz şəhəri ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri zamanı sizin abadlıq ərazisində olan obyektiniz sökülmüşdür. Həmin dövrdə söküntülərin hansı əsasda həyata keçirilməsi barədə Şahbuz Rayon İcra Hakimiyyətində, eləcə də hansı qurum tərəfindən sökülməsi ilə bağlı heç bir rəsmi göstəriş və ya əsas yoxdur. 2022-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edildikdən sonra bütün mülkiyyət hüququ pozulmuş vətəndaşların hüquqlarının bərpasına köməklik göstərilməsi tapşırılmışdır. Muxtar respublikanın digər rayonlarında olduğu kimi Şahbuz rayonunda da mülkiyyət hüququ pozulan *0-a yaxın vətəndaşa köməklik göstərilmişdir. Həmin vətəndaşlara müvafiq yerlərdən torpaq sahələri ayrılmış, həyata keçirmək istədikləri layihələrin icrasına lazımi dəstək göstərilmişdir. Mülkiyyət hüququ pozulmuş vətəndaş kimi müraciətiniz Şahbuz Rayon İcra Hakimiyyətində qeydiyyata alındıqdan sonra siz Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən bir neçə dəfə qəbul edilmiş, Sizin qaldırdığınız iddianın müqabilində Şahbuz şəhərinin 28 May küçəsində *00 kv.metr və Heydər Əliyev prospektində 150 kv.metr torpaq sahəsinin ayrılması təklif edilmişdir. Siz 17.9 kv.metr sahəsi olan mağazanızın əvəzində Şahbuz şəhərindəki ** nömrəli yeni yaşayış binasından 2 ədəd 2 otaqlı mənzilin verilməsini tələb etmisiniz. Sizə mülkiyyət hüququ pozulan vətəndaş kimi Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən köməklik göstərilməsi imkanları təklif edilsə də siz bu təkliflərlə razılaşmırsınız. - Şahbuz Rayon İcra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli, *-**/*-**/**** nömrəli məktubuna qoşma kimi əlavə edilən Şahbuz şəhər sakini İddiaçı iddiasına dair məlumatda göstərilmişdir ki, Şahbuz rayonunun Şahbuz şəhər sakini İddiaçı Şahbuz Rayon İcra Hakimiyyətinə etdiyi mülkiyyətində olmuş Şahbuz şəhər Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 17.9 m² olan mağazasının sökülməsi ilə bağlı müraciəti rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən araşdırılmışdır. İddiaçı bir neçə dəfə rayon icra hakimiyyəti başçısı tərəfindən dəvət olunaraq ona müvafiq izahatlar verilmişdir. Rayon icra hakimiyyətinin müvafiq komissiyası tərəfindən ona rayonun müxtəlif ərazilərindən, eyni zamanda 28 May küçəsi və Heydər Əliyev prospektindən torpaq sahəsinin ayrılması təklif edilmiş, lakin İddiaçı razılaşmayıb ona dəymiş ziyana görə kompensasiya ödənilməsini tələb etmişdir. Eyni zamanda İddiaçı 17.9 m² sahəsi olan mağazanın əvəzində Şahbuz şəhərindəki ** nömrəli yeni yaşayış binasından 2 ədəd 2 otaqlı mənzilin verilməsini tələb etmiş və bu tələb əsassız hesab edilmişdir. Əvvəllər mağazanın mövcud olduğu torpaq sahəsinin alınması üçün başqa bir vətəndaş müraciət etmiş və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin sahə yolun mühafizə zolağına düşdüyündən, səki və gülkarlıq olduğundan torpaq sahəsinin ayrılması mümkün sayılmamışdır. Komissiya tərəfindən vətəndaşın müraciətinə baxılarkən məlum olmuşdur ki, 2007-ci ildə ona məxsus mağazanın sökülməsinə dair Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı qərar və ya sərəncam qəbul edilməmişdir. İddiaçıla əlaqə saxlanılmış və o, əvvəlki iddiasının üzərində dayandığını bildirmişdir. -Şahbuz şəhəri, Heydər Əliyev prospektində ayrılması nəzərdə tutulan torpaq sahəsinin planında göstərilmişdir ki, eni 11.* metr, uzunluğu 1*.* metr, ümumi sahəsi 150.29 kvadratmetr olan torpaq sahəsi 10501100004* və 10501*002566 kadastr nömrəli torpaq sahələrinin arasında, həmçinin yol kənarında yerləşir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-NDA/*-*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası X6 Rayon İcra Hakimiyyətinin 2007-ci ilə dair sənədləri mühafizə olunmadığından Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17,9 m² ümumi sahəsi 14,7 m² olan mağazanın dövlət ehtiyacları üçün sökülməsi ilə bağlı məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ## ### 2025-ci il tarixli, **/*** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı təklif olunan, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən, sahəsi 150,29 m2 olan torpaq sahəsinin 2025-ci ilə dair bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında uyğun ərazidə torpaq sahələrinin 2025-ci ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 2024-cü ildə notariat ofislərində bağlanılmış alqı-satqı müqavilələrinə əsasən Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən uyğun torpaq sahələrinin 1 m2 -nin bazar qiyməti *0-*1 manat arasında dəyişmişdir. Qeyd edilənlərə əsasən İddiaçı təklif olunan, sahəsi 150,29 m2 olan torpaq sahəsinin 2024-cü ilə dair bazar qiyməti yuvarlaq olaraq 4700 (dörd min yeddi yüz) manat aralığında müəyyənləşdirilə bilər. Alqı-satqı müqavilələrinin surətləri iş materiallarına əlavə edilmişdir. - Şahbuz Rayon İcra Hakimiyyəti Şahbuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş ## ##### 202*-cü il tarixli, */*** nömrəli arayışdan məlum olur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ## ###### 1975-ci il tarixdə Şahbuz şəhəri, Şahbuz qəsəbəsində doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin ## ###### 2025-ci il tarixli, *-**-*/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, Şahbuz rayon Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 kv.m, ümumi sahəsi 14.7 kv.m olan mağaza binasının nə vaxt və hansı əsaslarla (sərəncam, qərar, əmr, göstəriş), hansı təşkilat tərəfindən sökülməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. -Şahbuz Rayon İcra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı sökülmüş mağazasının yeri Şahbuz şəhərinin mərkəzi hissəsində yerləşir, həmin ərazidə hər hansı bir tikili mövcud deyil, abadlıq işləri aparılaraq gülkarlıq və əhalinin gediş-gəlişi üçün səki salınmışdıır. Ərazinin magistiral və şəhərdaxili yola olan məsafəsi yolun mühafizə zonasına düşdüyündən kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi mümkün deyildir. Şahbuz rayon Dövlət Arxivinin ## ###### 2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli mətubunda Şahbuz Rayon İcra Hakimiyyətinin 2005-2015-ci illərə aid sənədlərində İddiaçı Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən mağaza binasının hansı əsasla (sərəncam, qərar, əmr, göstəriş) sökülməsi ilə bağlı heç bir məlumatın olmadığı bildirmişdir və həmin mağaza binasının sökülməsində iştirak edən şəxslər barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyası: İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Hazırkı mübahsiə üzrə iddiaçının hüquqi marağı Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla ümumi dəyəri 1*0 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsindən ibarətdir. Birinci insatansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, tələbin əvəzləşdirilməsi yolu ilə Şahbuz şəhəri, Heydər Əliyev prospektində, 10501100004* və 10501*002566 kadastr nömrəli torpaq sahələrinin arasında yerləşən cavabdeh tərəfindən iddiaçıya ayrılmış ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan, yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və prosedurlara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. İş materiallarında olan ## ### 2006-cı il tarixli, * reyestr nömrəli, *** qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən məlum olur ki, Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağaza binası İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Belə olan halda Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 14.7 m2 olan mağaza binasının iddiaçıya məxsus olması iş materialları ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır. Kollegiya mağaza binasının sökülməsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan tikilinin sökülməsi barədə cavabdeh Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən inzibati aktın qəbul edilməsi və ya torpaqların dövlət ehtiyacları üçün geri alınması hallarının mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir) Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və *) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Hazırkı iddia tələbi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən tikinti altı torpaq sahəsi 17.9 m2 ümumi sahəsi 14.7 m2 olan mağazanın bərpa olunaraq həmin ərazidə tikilməsi və indiyə qədər əldən çıxmış bütün pay daxil olmaqla qiymətləndirilərək ümumi dəyəri 1*0 (yüz otuz min) manat kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Kollegiya qeyd edir ki, Şahbuz Rayon İcra Hakimiyyətinin ## ###### 2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məxsus sökülmüş mağazanın yeri Şahbuz şəhərinin mərkəzi hissəsində yerləşir, həmin ərazidə hər hansı bir tikili mövcud deyil, abadlıq işləri aparılaraq gülkarlıq və əhalinin gediş-gəlişi üçün səki salınmışdıır. Ərazinin magistiral və şəhərdaxili yola olan məsafəsi yolun mühafizə zonasına düşdüyündən kiminsə mülkiyyətinə və ya istifadəsinə verilməsi mümkün deyildir Göstərilənlərdən aydın olur ki, həmin torpaq sahəsi artıq faktiki olaraq ictimai məqsədlərlə istifadə edilir və bu ərazinin əvvəlki vəziyyətinə qaytarılması, yəni ümumi sahəsi 14.7 m2 olan mağaza binasının tikilib iddiaçıya təhvil verilməsi texniki və hüquqi baxımdan mümkün hesab olunmur. Kollegiya birinci instansiya məhkəməsinin tələbin əvəzləşdirilməsi yolu ilə Şahbuz şəhəri, Heydər Əliyev prospektində, 10501100004* və 10501*002566 kadastr nömrəli torpaq sahələrinin arasında yerləşən cavabdeh tərəfindən iddiaçıya ayrılmış ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsinin iddiaçıya verilməsi barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, rayon icra hakimiyyətinin idarəçiliyində olan ərazilərdə şəhərsalma məqsədləri baxımından abadlaşdırma işlərinin aparılması və şəhərsalma fəaliyyəti ilə bağlı digər tədbirlərin, o cümlədən həmin fəaliyyət çərçivəsində müəyyən söküntü işlərinin həyata keçirilməsi və bunun rəsmiləşdirilməsi rayon icra hakimiyyətlərinin məsuliyyət sferasına aiddir. Bu baxımdan cavabdehin rayonda keçirilən hər hansı tədbirdə, o cümlədən konkret mübahisəyə münasibətdə hər-hansı obyektin sökülməsi ilə bağlı işlərdə iştirak etməsi və söküntü prosesini etiraz etmədən müşayiət etməsi həmin söküntünün icra hakimiyyəti orqanının razılığı ilə və onun tərəfindən həyata keçirildiyi anlamında qəbul edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən inzibati orqanlar qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2026cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, iddia tələbinin sökülmüş tikilinin bərpası və bu tələbin mümkünsüzlüyü ilə bağlı nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və sair) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyula bilər (MM 1115-ci maddə). Göründüyü kimi, iddiaçının sökülmüş əmlakının əvvəlki vəziyyətdə bərpa edilməsini tələb etməyə subyektiv hüququ olsa da, məhkəmə işin hallarını nəzərə alaraq zərərin naturada bərpa yolu ilə aradan qaldırılmasının mümkünlüyünü araşdırmalıdır. Bu zaman məhkəmələr tərəfindən iddia edilən əmlakın əvvəlki vəziyyətinə qaytarılmasının mümkünsüzlüyü barədə nəticəyə gəldikdə isə həmin əmlaka əvəz olaraq adekvat əmlak müəyyən edilə bilər. Kollegiya apellyasiya şikayətində göstərilən “ona başqa torpaq sahəsinin təklif edilməsinin əsassızlığı”dəlilinə münasibətdə bildirir ki, hazırkı iş üzrə qanunsuz sökülmüş mağaza binasının əvəzinə həmin ərazidə yeni binanın tikilib iddiaçıya təhvil verilməsinin mümkünsüz olması müəyyən edildiyindən və tələbin əvəzləşdirilməsi mütənasiblik prinsipinə zidd olmadığından əvəzləşdirmə ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi də əsaslı hesab edilməlidir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1115-ci maddəsi zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəməyə seçim imkanı verir. Buna görə, məhkəmə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə qoya bilər. Buna görə də kollegiya belə nəticəyə gəlir ki, maddi zərərin ödənilməsi tələbinə münasibətdə sökülmüş qeyri-yaşayış sahəsinin dəyəri nəzərə alınmaqla tələbin əvəzləşməsi yolu ilə cavabdeh tərəfindən təklif edilən torpaq sahəsinin iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması işin hallarına uyğundur. Beləlikə kollegiya apellyasiya şikayətinin dəlillərini işin halları ilə əlaqəli formada araşdıraraq qeyd edir ki, cavabdeh tərəfindən təklif olunan Şahbuz şəhəri, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 150.29 m2 olan torpaq sahəsinin iddiaçıya məxsus olmaqla sökülmüş tikinti altı torpaq sahəsi 17.9 m2, ümumi sahəsi 14.7 m2 olan mağazanın əvəzinə ona verilməsi halı, yəni kompensasiya tədbiri kimi maddi zərərin torpaq sahəsi verilməsi formasında əvəzləşdirilməsi mütənasiblik prinsipinə zidd hesab edilmir. Hazırki işdə də birinci instansiya məhkəməsi məhz bu qaydada davranmışdır və belə davranış işin halları nəzərə alındıqda mütənasib və ağlabatan olmaqla fərdi və ümumi maraqlar nəzərə alındıqda iddiaçının üzərinə həddən artıq yük qoyulması vəziyyətini yaratmır. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, şikayətin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Naхçıvan Muхtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2-1(122)- *7/2025 nömrəli qərarı dəyişdirilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənləri və Azərbaycan Respublikası İPM-in 87.1, 87.5, 87.6, 87.8, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərara alır: Naxçıvan MR İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərarından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, 2- 1(122)-*7/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun inzibati məhkəmə icraatının iştirakçılarına tam formada təqdim olunduğu gündən 1 ay müddətində Naхçıvan Muхtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(108)-97/2025
Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №2-1(108)-97/2025
30.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver