Məhkəmə qərarları › İş №2-1(108)-98/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2-1(108)-98/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-98/2024 15.11.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri X3 və X4 iştirakı ilə, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 21(122)-733/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil, Bəyann amələrə və Büdcə Proqnozunun İcrasına Nəzarət İdarəsinin 06 oktyabr 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********743400 nömrəli qərarının ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın İqtisadi Təhlil, Bəyannamələrə və Büdcə Proqnozunun İcrasına Nəzarət İdarəsinin 06 oktyabr 2023-cü il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********743400 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamand a ərizə ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət edərək, həmin qərardan məhkəməyə müraciət edilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin (hakim Hicran Muradov) 07 avqust 2024-cü il tarixli, 2-1(122)-733/2024 nömrəli qərardadı ilə İddiaçı 21 may 2024-cü il tarixli prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən iddiaçı barəsində əsassız vergi borcunun hesablanması iddiaçıya xx.xx.2023-cü il tarixdə məlum olmuş, o da bununla bağlı xx.xx.2023-cü il tarixdə elektron sənəd dövriyyəsi vasitəsilə ərizə ilə Naxçıvan MR Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Lakin edilmiş müraciətə heç bir cavab verilməmişdir. Belə olan halda iddiaçı məcbur qalıb 26 yanvar 2024-cü il tarixdə “qanunsuz hesablanmış vergi borcunun silinməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin iş üçün əhəmiyyətli olan halları səhv müəyyən etmiş birinci instansiya məhkəməsi əsassız olaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Pr osessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri X3 və X8 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) d a nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxıl malı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddia ya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddət ində qaldırıla bilər. Birinci instansiya məhkəməsi qərardadında qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddiaçının mübahisələndirdiyi inzibati akt 06 oktyabr 2023-cü il tarixdə qəbul edilmişdir. İddiaçı mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən 3 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş prosessual müddətin bərpası barədə ərizədə qeyd edilən xüsusatlara hüquqi qiymət verərək hesab edir ki, qeyd edilmiş hallar müddətin buraxılması üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, iddiaçı mübahisələndirdiyi qərardan 30 dekabr 2023-cü il tarixdə xəbərdar olduğunu iddia etsə də, iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş müvafiq sənədlərlə bu hal öz təsdiqini tapmır. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1. Texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2. Bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3. İdentikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; 21.1.4. Texniki və proqram vasitələrinin köməyi ilə əyani qavranılan (vizual) şəkildə təqdim olunmalıdır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən, Elektron sənədin identikləşdirilməsi, həqiqiliyinin müəyyənləşdirilməsi üçün zəruri olan rekvizitlərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən, tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alan qəbul etdiyi elektron sənədin həqiqiliyinin təsdiqlənməsi nəticəsində onu Göndərənin yolladığına əmin olur və istənilən, o cümlədən avtomatik vasitələrlə alınmanı birmənalı təsdiq edən qaydada Göndərəni məlumatlandırır. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən, alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Həmin Qanunun 2 7.4-cü maddəsinə əsasən, tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Təsdiqləmədə elektron sənədin tərəflər arasında razılaşdırılmış texniki tələblərə uyğun olması qeyd edilməlidir. Cavabdeh vergi orqanı mübahisə predmeti olan qərarın elektron sənəd kimi elektron qaydada iddiaçıya təqdim edildiyini əsas gətirməklə iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilməsi üçün iddia müddətinin ötürüldüyünü bildirir. Halbuki vergi orqanının qərarının yuxarıda sadalanan qanunvericiliyin tələbinə uyğun qaydada tərtib edilməsi iş materialları ilə təsdiq olunmur. Apellyasiya baxışında iştirak etmiş cavabdehin nümayəndələri mübahisələndirilən qərarı imzalamış vəzifəli şəxsin buna səlahiyyətinin olm asını və qərarın gücləndirilmiş elektron imza vasitəsilə imzalanmasını təsdiq edən sübutlar təqdim edə bilməmiş, məhkəmə baxışı zamanı sədrlik edənin suallarına cavab olaraq qeyd edilən halların mövcud olmadığını bildirmişlər. Göründüyü kimi, qərar həmin qərarı imzalamaq səlahiyyəti olan vəzifəli şəxsə məxsus gücləndirilmiş elektron imza vasitəsilə imzalanmamaqla, başqa sözlə, elektron sənəd kimi tərtib edilməmişdir. Sözügedən qərar elektron üsulla iddiaçıya çatdırılmış olsa da, qərar gücləndirilmiş imza elektron imza vasitələrindən istifadə edilməklə imzalanmadığından, həmçinin kriptoqrafik kod olmadığından, elektron üsulla iddiaçıya çatdırılmış qərarın həqiqiliyinin müəyyən edilməsi mümkün olmamışdır. Vergi orqanının mübahisələndirilən qərarının kağız daşıyıcıda tərtib edilmiş formasının iddiaçıya çatdırılması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı bununla bağlı sübutlar təqdim etməmiş, qərarın elektron üsulla çatdırılmasına istinad edərək, bu barədə ümumiyyətlə mübahisə açmamışdır. Beləliklə də, iş materiallarına əsasən, vergi orqanının mübahisələndirilən qərarının iddiaçıya təqdim edilməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 15(102)-108/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqe ifadə edilmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həy ata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı tam və hərtərəfli araşdırma aparmadan iddianın mümkünsüz olması qənaətinə gəlmiş, məhkəmənin bu qənaətə gəlməsi üçün yetərli əsas olmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, 21(122)-733/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qayta

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar