Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(108)-98/2025 04.11.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X3, hakimlər Qurbanov Yusifəli Süleyman oğlu və X1 ibarət tərkibdə, Mənsimova İnnamə Zəfər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kvadrat metr sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kvadr at metr 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı vəkili-nümayəndəsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kvadrat metr sahəsinin geri qaytarılması və ya dəyəri olan hər k vadrat metri 4000 min manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə xx.xx.2024-cü il tarixli yeni iddia ərizəsi göndərərək İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kvadrat metr sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kvadratı 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 mart 2025-ci il tarixə təyin edilmiş iddianın mümkünlüyün ün yoxlanılması ilə bağlı məhkəmə iclasında protokol qərardadı ilə təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 21(122)-408/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kvadrat metr sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kvadrat metri 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 21(122)-408/2025 nömrəli qərardadından narazı qalan İddiaçı vəkili və nümayəndəsinin vasitəsilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün hesab edilərək işin birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı məlum olur ki, hazırki iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvan Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında X2 hüquqlarını da şınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və hüquqmüəyyənedici sənədlər təqdim etmişdir. Belə ki, daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək qanunvericilikdə əmlak xidmətinin əsas vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfə məhkəmə tərəfindən hüquqi yardım edilməsinə baxmayaraq, iddia tələbi iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməmişdir. Bu hal isə hazırkı tələb üzrə mümkünlük şərtlərini istisna edir. Məhkəmə belə qənaətə gəlib ki, iddiaçının əsas hüquqi marağının təmin edilməsi, yəni Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kvadrat metr sahəsinin geri qaytarılması üçün ilkin olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 sentyabr 2015-ci il tarixli, 247 nömrəli sərəncamının mübahisələndirilməsi (ləğv edilməsi və ya etibarsız sayılması) məqsədəmüvafiqdir. Qərardaddan narazı qalan İddiaçı vəkili-nümayəndəsi Vəkil vasitəsi ilə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına müraciət edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın mümkün hesab edilərək işin birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdi. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı vəkili-nümayəndəsi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binada yenidənqurma və bərpa işləri apararkən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 sentyabr 2015-ci il tarixli, 247 nömrəli sərəncamı və 887 nömrəli orderi əsasında Y. Vəliyevin mülkiyyətində olan əmlakın 12.83 kvadrat X2 adına mənzil kimi verilmiş və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı qaldırılmış iddia ərizəsi mümkün sayılmayaraq bu barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində qeyd olunur ki, 2006-cı ilin iyul ayınadək İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar, orderlər qeydə alınması nəzərdə tutulmuşdur. X7 Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət X idməti Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 sentyabr 2015-ci il tarixli sərəncamını və həmin sərəncamdan irəli gələn 887 nömrəli orderi nəzərə almaqla qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Naxçıvan Şəhər İcra hakimiyyətinin 11 sentyabr 2025-ci il tarixli, sərəncam və sərəncamdan irəli gəlmiş 887 nömrəli orderin, qanunun mənasından da aydın olur ki, daşınmaz əmlak bilməli idi ki, 2006-cı ilin iyul ayınadək olan orderlər daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alına bilər, X7 Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzərinə düşən araşdırmanı aparmadan qanuna zidd hərəkətlər etməklə 2015-ci il tarixli sərəncam və sərəncamdan irəli gələn orderi əsas götürməklə əmlakı qeydə almaqla qanunu pozmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti qeyd olunan əmlaka reyestr xidməti araşdırıb imtina verməli halda, daşınmaz əmlakın reyestr xidmətindən keçirmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti bilə-bilə qanunsuz hərəkətə yol vermişdir. Bu səbəbdən cavabdeh qismində Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti cavab verməlidir. İddiaçı vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə, Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin Nizamnaməsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci, 2 3-cü maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 4 nömrəli Plenum Qərarına istinad etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları: Məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Kollegiya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025- ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsi işin birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 şikayətini müdafiə edərək, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsi işin birinci instansiya məhkəməsinə qaytarılması barədə yeni qərardad qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 şikayəti qəbul etməyərək, Na xçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını kollegiyadan xahiş etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.... Maddə
19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədl ərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün hə lli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə
58. Sübutların araşdırılması qaydası..... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri.
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
87. Apellyasiya instansiyası məhkəməsində icraat..... 87.8. Apellyasiya instansiyası məhkəmə si qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə kollegiyası inzibati mübahisəyə dair iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş üzrə tərəflərin izahatını dinləyib işdə olan sübutlara hüquqi qiymət verərək, iddiaçı tərəfindən verilmiş şikayətin birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün qərarın qanuniliyini, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini tam yoxlayır. Kollegiya şikayət üzrə inzibati məhkəmə icraatında Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsi ilə yanaşı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəalarının da tətbiq edilməsini zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmçinin həmin Məcəllənin 81.3-cü maddəsinə görə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasın a və məzmununa dair tələblər və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Kollegiya apellyasiya şikayətinin dəlillərini inzibati mübahisəyə dair işin materialları və inzibati məhkəmə icraatı iştirakçısının izahatı ilə əhatəli şəkildə araşdırıb Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilib-edilməməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci ins tansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Kollegiya ilk olaraq qeyd edir ki, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Buna görə də məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmama sını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü inzibati prosessual qanunvericiliyə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Kollegiya iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, onun iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının əsas hüquqi marağı İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri- yaşayış obyektinin 12.83 kvadrat hissəsinin X2 adına mənzil kimi verilməsi və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınması nəticəsində pozulmuş hüquqlarının bərpa olunması öhdəliyinin qarşı tərəfin üzərinə qoyulmasından ibarətdir. İnzibati işin hallarından müəyyən olunur ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 sentyabr 2015-ci il tarixli, 247 nömrəli sərəncamı və 887 nömrəli orderi əsasında Y. Vəliyevin mülkiyyətində olan əmlakın 12.83 kvadrat hissəsi X2 adına mənzil kimi verilmişdir və həmin mənzil Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən sərəncam əsasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 64-cü maddəsinə görə, inzibati akt, ünvan landığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İddiaçının apellyasiya şikayətinin əsas dəlili, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2006-cı ilin iyul ayınadək olan orderlərin daşınmaz əmlakın reyestr xidmətində qeydiyyata alınmasını bilməli olduğu halda, sözügedən inzibati orqan üzərinə düşən araşdırmanı aparmadan qanuna zidd hərəkətlər etməklə 2015-ci il tarixli sərəncam və sərəncamdan irəli gələn orderi əsas götürməklə əmlakın qeydə alınmasının həyata keçirilməsi ilə əlaqədardır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının i ddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndır. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, id diaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatları n tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunvericiliyin sadalanan müddəalarından da göründüyü kimi iddia tələbinin iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri hesab olunur. Qeyd olunanlarla bağlı olaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsi iddiaçıya hüquqi yardım göstərmiş, lakin iddia tələbi iddiaçının hüquqi marağına uyğun dəqiqləşdirilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında olan tövsiyələr i nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Apellyasiya şikayətində göstərilən digər dəlillərə münasibətdə qeyd edilməlidir ki, irəli sürülən dəlill ər birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində qeyd edilənlərlə eyniyyət təşkil edir və ümumiyyətlə iddianın əsaslılığı ilə əlaqədar dəlillərdən ibarətdir və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd olunduğu kimi “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir”. Yəni, mümkün hesab edilməyən iddiaların əsaslılığının yoxlanılması qanunvericiliklə yolverilməzdir. İddiaçı tərəfindən qeyd edilən bu dəlillər iddianın əsaslılığı ilə əlaqədar olduğundan hazırkı baxışın predme tinə daxil deyil və buna görə də müzakirə olunaraq qiymətləndirilməsi kollegiyanın səlahiyyətləri xaricindədir. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında göstərilmiş apellyasiya instansiyası məhkəmələri tərəfindən iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməli olması tövsiyyəsinə müvafiq olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən zəruri hüquqi yardım göstərilmişdir. Kollegiya şikayətə apellyasiya qaydasında ba xılması zamanı müəyyən edilmiş hallara əsaslanmaqla qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas təşkil etmir və birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkü n sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qeyd edilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 89, 90 və 94.1-ci maddələrinin tələblərini rəhbər tutaraq kollegiya qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 5 nömrəli binanın 1-ci m ərtəbəsində olan qeyri-yaşayış obyektinin 12.83 kv.m sahəsinin geri qaytarılması və ya dəyəri olan hər kv.m 4000 manat olmaqla ümumilikdə 51320 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(122)-408/2025 nömrəli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 21(122)-408/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, onun inzibati məhkəmə icraatının iştirakçılarına təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası vasitəsilə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səadət Bəktaşi Hakimlər Yusifəli Qurbanov və Səxavət Novruzov