Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10/2021 12.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Həsənova Arzu Mahmud qızının katibliyi Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “X3 CEELİ İnc” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinə qarşı “bildirişin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə Y Y Ə N E T D İ : 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli, 2-1(81)- 551/2016 saylı qərardadı ilə həmin məhkəmənin icraatında olmuş iddiaçı “X3 CEELİ İnc” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinə qarşı cavabdeh vergi orqanının ona 400.236,49 manat vergi və bu məbləğin ödənilməsinin gecikməsinə görə faiz hesablanmasının qanunsuz hesab edilməsi və cavabdehin, ümumilikdə, 412.655,76 manat pulun dövlət büdcəsinə ödənilməsi tələbinə dair xx.xx.2015-ci il tarixli, **********7 nömrəli bildirişinin ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraatın Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində aparılan cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-860/16 saylı, 31 mart 2016-cı il tarixli qərardadı ilə “X3 CEELİ İnc” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə 10 fevral 2016-cı il tarixli, 2-1(81)-551/2016 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Məhkəmənin 11 yanvar 2021-ci il tarixli sorğusuna cavab olaraq məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Baş Prokurorluğunun 03/142006023/249 saylı 04 fevral 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “X1” (ABA CELLİ) təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəzifəli şəxslərinin barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 17 fevral 2021-cı il tarixli 2-1(112)-10/2021 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi yazılı vəsatət verərək iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarına əsasən ********* saylı cinayət işinə “X1” (ABA CELLİ) təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəzifəli şəxslərinə aid hissədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Bununla əlaqədar vergi ödəyicisinin şəxsi hesab vərəqəsində işlənmiş məbləglər vergi orqanı tərəfindən azaldılmışdır. İş materiallarında Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işinə “X1” (ABA CELLİ) təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin vəzifəli şəxslərinə aid hissədə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən görünür ki, işlənmiş məbləglər vergi orqanı tərəfindən azaldılmışdır. Məhkəmə, proses iştirakçısını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mövcud mübahisə artıq olmadığı üçün işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: “X3 CEELİ İnc” təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinə qarşı “bildirişin ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-10/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10/2021
12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver