Məhkəmə qərarları › İş №2-1(112)-1000/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1000/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1000/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçılar İddiaçı2, İddiaçı1 İddiaçıların vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 27 saylı evin 18 nömrəli mənzilinin hər iki otağına (tam mənzilə) sosial kirayə müqaviləsinin bağlanılmasına dair müvafiq sərəncamın verilməsi və sosial kirayə müqaviləsinin bağlanılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə iddiaçıları mənzil növbəsinin birinci sırasında qeydiyyata salınması və Bakı şəhəri Yasamal rayonu Nazim Hikmət küçəsi 27 saylı evin 18 nömrəli mənzilin hər iki otağına (tam mənzilə) sosial kirayə müqaviləsinin bağlanılmasına dair müvafiq sərəncamın verilməsi və sosial kirayə müqaviləsinin bağlanılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin üzərinə iddiaçıların mənzil növbəsinin birinci sırasından qeydiyyata salınması hissəsində mümkün sayılmamışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar 2004-cü ildən Bakı şəhəri, N.Hikmət küçəsi, 27 saylı evin 18 nömrəli mənzilində (yarızirzəmi) 11.9 kv.m sahəsi olan 1 otaqda yaşayırlar. Qeyd edilmiş mənzil İddiaçı2 xidməti mənzil qismində icra hakimiyyətinin xx.xx.2004-cü il tarixli 309 saylı sərəncamı əsasında 002852 saylı xx.xx.2004-cü il tarixli xidməti order ilə verilmişdir. Həmin mənzil 2 otaqdan ibarət olmuş, iddiaçılar illər boyu hər iki otağda yaşamaqla kommunal ödənişləri etmişlər. Lakin bir müddət öncə Yasamal rayonunun 22 saylı mənzil istismar sahəsinin rəhbəri iddiaçılardan ikinci otağı alaraq məlum olmayan kommersiya və ya şəxsi maraqları naminə istifadə edir. Beləliklə iddiaçıların həyat şəraiti çox pis vəziyyətdədir, 3 nəfərdən ibarət ailə 11.9 kv.m sahədə yaşayır. İddiaçı1 X6 iştirakçısı kimi torpaqlar uğrunda vuruşmuş, canından, sağlamlığından keçmişdir. Dövlət tərəfindən atılmış ən mühüm addımlardan biri şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsidir. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Belə olan halda 3 nəfərdən ibarət ailəyə ən azı 48 kv.m olmalıdır. Lakin iddiaçı 3 nəfər 11.9 kv.m sahədə yaşayır ki, bu da qeyd edilmiş qərarın tələbinə ziddir. Qeyd edilənlərlə əlaqədar cavabdehə müraciət edilmiş, lakin 25 fevral 2022-ci il tarixli məktubla onlara imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə hazırlıq icraatı iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçılar və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə mənzil növbəsinin birinci sırasından qeydiyyata salınması barədə iddiaçıların məhkəməyədək müraciəti olmadıgından iddianın mümkün sayılmamasını, qalan hissədə isə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçılar öz iddialarını onunla əsaslandırırlar ki, İddiaçı1 2-ci Qarabağ müharibəsi iştirakçısıdır. Zəngilanın və Cəbrayılın azad olunmasına görə müdallarla təltif olunmuşdur. X4 və İddiaçı3 2004-cü ildən ünvan 1 ünvanında yerləşən mənzildə yaşayırlar və həmin ünvanda yerləşən mənzilə pasport qeydiyyatına alınmışdırlar.Mənzil sərəncam üzrə 1 otaqlı mənzildir. Daha sonradan 1 otaq əlavə verilmiş cox illər üzrə həmin iki otaqlıda yaşamışdırlar, lakin sənədləşdirilməmişdir. ünvan 1 ünvanında yerləşən mənzilinin kirayəçisi hesab olunmasına dair sərəncam verilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin yaşayış sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədin olmaması əsası ilə imtina edilmişdir. Onunla 2 otağa dair kirayə müqaviləsi bağlamamaqla cavabdeh tərəf hərəkətsizliyə yol verdiyini, ünvan 1 ünvanında yerləşən mənzilin yaşayış sahəsi kimi mövcud olduğunu, komunal şəraitə malik olduğunu, tərəfindən torpaq vergisi və komunal ödənişlərin ödənildiyini qeyd etmişdir. Daha sonradan İddiaçıların vəkili dəqiqləşdirmə barədə ərizə təqdim edərək İddiaçı1nin Qarabağ müharibəsi iştirakçısı kimi Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinin birinci sırasında qeydiyyata salınmasını ünvan 1 ünvanında yerləşən mənzilinin hər iki otağına sosial kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsində iddia ərizəsinə verilmiş dəqiqləşdirmə qəbul edilməmişdir. Hesab edir ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Yerli İcra Hakimiyyəti haqqında əsasnaməsinə 4.9.8-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsinə dair 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki- hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanına dair iddiaçıya 1 otaqlı mənzil xidməti mənzil kimi verilmişdir. Eyni zamanda ünvan 2 ünvanına dair iddiaçı X3 mənzilin kirayəçisi hesab olunmağı barədə sərəncam verilmişdir. Həmçinin tərəfimizdən məhkəməyə təqdim edilmiş 22 saylı Mənzil İstismar Sahəsinin binasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq edilmiş sxeminə əsasən iddiaçılar tərəfindən tələb edilən 1 otaq Mənzil İstismar Sahəsinə aiddir. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçıların iddiası əsassız olduğundan təmin edilməməlidir. Şahid qismində dindirilmiş iddiaçıların qonşuları X9, X1, X7 izahatlarında iddiaçıların 2004-cü ildən Bakı şəhəri, N.Hikmət küçəsi, 27 saylı evin 18 nömrəli əvvəllər 2 otaqlı mənzilində yaşadıqlarını, sonradan mənzilin bir otağının mənzil kommunal istismar sahəsi tərəfindən alındıgını təsdiq etmişlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 309 saylı sərəncamından görünür ki, Bakı şəhəri, N.Hikmət küçəsi, 27 saylı evin yarızirzəmisində yerləşən 11.9 kv.m sahəsi olan 1 otaqlı xidməti mənzili fonduna keçirilərək 22 saylı MKİS-in liftçisi X5 2 nəfər ailə üzvü ilə birlikdə xidməti mənzil kimi verilmiş və ona xidməti order yazılmışdır. - 002852 xx.xx.2004-cü il tarixli Yasamal İcra Hakimiyyəti tərəfindən verilmiş xidməti orderdən görünür ki, Bakı şəhəri, N.Hikmət küçəsi 18 saylı evin sahəsi 11.9 kv.m sahəsi olan 1 otaqlı 27 saylı ximəti mənzili X5 ayrılmışdır. - Cavabdehin M-26-091 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Yasamal rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə verilmiş 23,9 kv.m olan mənzilin bir hissəsinin uzun illər öncə əlinizdən alınmasından sonra yenidən həmin sahənin Sizə verilməsi barədə rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Yasamal rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 309 №-li Sərəncamına əsasən 23,9 kv.m olan mənzilin 11,9 kv.m olan hissəsi Sizə verilmişdir. Bidilirik ki, əlavə sahənin verilməsi üçün müvafiq icazə sənədləri rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətinizə yenidən baxıla bilər.” - Cavabdehin M-175/2-174 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçılar 287 saylı xx.xx.2022-ci il tarixli sərəncamı əsasında Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilmişlər. Sıra nömrəsi 372-dir. Həmin siyahıya əsasən növbə üzrə mənzil əldə edəcəklər. - 22 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, iddiaçılar ünvan 4 ünvanında qeydiyyatdadırlar. - 22 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli 21 saylı məktubu ilə bildirilmişdir ki, “Yasamal rayonu, N.Hikmət küçəsi, 27 saylı evin, 18-ci mənzili Yasamal rayon İH başçısının xx.xx.2004-cü il tarixli № 309 saylı sərəncamına əsasən 11,9 kv.m olan mənzil vətəndaş İddiaçı2 verilmişdir. Mənzil 1 otaqdan ibarətdir və vətəndaş İddiaçı2 sözügedən ünvanda oğlu İddiaçı1 və İddiaçı3 olmaqla qeydiyyatdadırlar. Hal-hazırda qeyd olunan ünvanda yaşayırlar. - Cavabdehin 287 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə qərara alınmışdır ki, İddiaçı1 3 nəfər ailə tərkibi (özü, anası İddiaçı2, bacısı İddiaçı3) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülsün və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilsin. - Cavabdehin xx.xx.2023-cü il tarixli 5-21/2-45/2023 saylı məktubu ilə bildirilmişdir ki, “ünvan 5 ünvanında yerləşən 18 saylı mənzilin ikinci otağı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla dövlət mənzil fonduna aiddir.”

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıların yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 27 saylı evin 18 nömrəli mənzilinin hər iki otağına (tam mənzilə) sosial kirayə müqaviləsinin bağlanılmasına dair müvafiq sərəncamın verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərinə cavabdeh inzibati orqan baxaraq müsbət qərar qəbul etməmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) tələblərinə əsasən: Maddə 4. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Maddə 31. Mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. Maddə 33. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Maddə 51.1. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Maddə 52. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Maddə 84. İcarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Eyni zamanda, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. “Nümunəvi qaydaları”n 32-ci bəndinin tələbinə görə, “İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ildən qüvvədə olan): Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Maddə 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Maddə 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Maddə 62.1 Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 309 saylı sərəncamına əsasən Bakı şəhəri, N.Hikmət küçəsi, 27 saylı evin yarı-zirzəmisində yerləşən 11.9 kv.m sahəsi olan 1 otaqlı xidməti mənzil 22 saylı MKİS-də liftçi işləmiş iddiaçı Əmirli (hazırda Mayılova) Şahlıx Abbas qızına ayrılmışdır. Bu barədə ona 002852 saylı xx.xx.2004-cü il tarixli xidməti order verilmişdir. Məhkəmə mübahisəsi oldugu zaman cavabdehin 287 saylı xx.xx.2022-ci il tarixli sərəncamına əsasən İddiaçı1 3 nəfər ailə tərkibi (özü, anası İddiaçı2, bacısı İddiaçı3) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir. Hazırki iddia tələbində iddiaçılar əvvəldən faktiki olaraq onlara iki otaqlı mənzilin ayrılmasını iddia edərək, iki otaqlı mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi 22 saylı MKİS inzibati binasına aid olan və həmin mənzilə bitişik olan bir otağın da qeyri-rəsmi olaraq iddiaçıların istifadəsinə verildiyini (bu faktı şahidlər də təsdiq etmişlər) və sonradan MKİS-ə qaytarıldıgını, hazırda da balansında oldugunu təsdiq etsə də, bu fakt özü-özlüyündə iddiaçıların həmin otaga dair mənzil kirayə müqaviləsinin baglanmasına hüquqi əsas vermir. Belə ki, iş materiallarından olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 309 saylı sərəncamından və 002852 saylı xx.xx.2004-cü il tarixli Yasamal İcra Hakimiyyəti tərəfindən verilmiş xidməti orderdən görünür ki, iddiaçılara rəsmi olaraq 1 otaqlı mənzil ayrılmış və hazırda da onlar həmin otaqda yaşamaqla istifadə edirlər. İddiaçının təqdim etdiyi sənədlər - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2004-cü il tarixli 309 saylı sərəncamından və 002852 saylı xx.xx.2004-cü il tarixli Yasamal İcra Hakimiyyəti tərəfindən verilmiş xidməti order iddianın əsaslı olması üçün hüquqmüəyyənedici sənəd hesab edilə bilməz. Çünki iddiaçıların mənzillə baglı hüquq münasibətlərinin yarandıgı dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalş deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir (m 51.1). Göründüyü kimi həm işdə olan iddiaçıların təqdim etdiyi sənədlərin verildiyi dövrdə qüvvədə olan, həm də mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Lakin iş materiallarında, həmçinin məhkəmə araşdırılması zamanı iddiaçıların həmin dövrdə qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. Belə ki, cavabdehin 287 saylı xx.xx.2022-ci il tarixli sərəncamı ilə İddiaçı1 3 nəfər ailə tərkibi (özü, anası İddiaçı2, bacısı İddiaçı3) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülsün və Qarabağ müharibəsi iştirakçılarının güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir (Sıra nömrəsi 372). Bununla da məhkəmədə aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, mübahisəli mənzilin 2-ci otagının iddiaçıların sahibliyi və istifadəsinə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilmədiyindən cavabdehin iddiaçılarla kirayə müqaviləsinin bağlanmasına dair sərəncamın verilməsi və iddiaçılarla kirayə müqaviləsinin bağlanmasından imtinası qanuna zidd olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür; 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 cavabdeh Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi, 27 saylı evin 18 nömrəli mənzilinin hər iki otağına (tam mənzilə) sosial kirayə müqaviləsinin bağlanılmasına dair müvafiq sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar