Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10005/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqsadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı İdarəsinin xx.xx.2022-ci il tarixli **********155815 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında" Qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddianın mümkün sayılmamasını xahiş etmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı “Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********155815 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında" Qərarının ləğv edilməsi”ni tələb edir. İş materiallarından görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********176853 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, qeyd edilən səyyar vergi yoxlaması aktı nəticəsində xx.xx.2019-cu il tarixli **********194539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli **********194539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(112)-525/2021 nömrəli qərarı ilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********194539 nömrəli qərar qismən, Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş bina ilə bağlı hesablanmış dövlət büdcəsinə ödənilməli olan 363.705,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsi istisna olmaqla, qalan hissədə - Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2561-ci məhəllə ünvanında inşa edilmiş 5 girişli, 13 mərtəbəli yaşayış binası ilə bağlı 2014-cü ilin noyabr, 2015-ci ilin yanvar ayları üzrə hesablanmış ƏDV hissəsində ləğv edilmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin qərarından həm iddiaçı, həm də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)- 1843/2021 nömrəli qərarı ilə təmin edilməmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən şikayət verilməmiş, qərar iddianın təmin edilməyən hissəsində qüvvəyə minmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (103)-1843/2021 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1 (102)-2277/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı qismən - cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin təmin edilməmiş hissəsindən kassasiya şikayəti verilmədiyindən mübahisələndirilən məsuliyyət qərarı Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu 93 ünvanında inşa edilmiş bina ilə bağlı hesablanmış 363.705,55 manat ƏDV və 171.766,3 manat maliyyə sanksiyasının tutulması hissəsində qüvvədə qalmışdır. Həmçinin, MMC-də keçirilmiş səyyar vergi yoxlaması nəticəsində aşkarlanmış külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanılmış ********* nömrəli cinayət işinə müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə xitam verilmişdir. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarda İddiaçı MMC-yə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında inşa edilmiş binaya görə hesablanmış 1.761.080,95 manat məbləğində ƏDV əsassız hesab edilmiş, ƏDV-nin, o cümlədən tətbiq edilmiş maliyyə sanksiyasının MMCnin şəxsi hesab vərəqəsindən azaldılması qərara alınmışdır. Eyni zamanda Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “cinayət işi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2021-ci il tarixli qərar əsasında iddia predmeti olan xx.xx.2019-cu il tarixli **********194539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara dəyişiklik edilərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2561-ci məhəllə ünvanında inşa edilmiş binaya görə MMCyə hesablanmış ƏDV, eləcə də həmin vergilər üzrə tətbiq edilmiş maliyyə sanksiyası ləğv edilmiş və bu barədə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. Beləliklə, hazırkı mübahisə predmetini təşkil edən xx.xx.2019-cu il tarixli **********194539 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarın Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilən hissədə ləğv edildiyini və bununla da mübahisə predmetinin aradan qalxdığını nəzərə alaraq, 2-1 (103)-1048/2022 saylı iş üzrə icraata xitam verilməsi barədə cavabdeh tərəfindən vəsatət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1 (103)-1048/2022 nömrəli qərarı ilə vəsatət təmin edilərək mübahisə predmeti ilə bağlı iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, həm xx.xx.2019-cu il tarixli **********194539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar, həm də həmin qərarda düzəliş edilməsinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********155815 nömrəli qərar eyni, yəni xx.xx.2022-ci il tarixli **********176853 nömrəli səyyar vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi xx.xx.2019-cu il tarixli **********194539 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı mövcuddur. xx.xx.2022-ci il tarixli **********155815 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” qərar isə redaktə xarakterli olub Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq yalnız xx.xx.2019-cu il tarixli qərara düzəlişin edilməsi, yəni hesablanmış 1.761.080,95 manat məbləğində ƏDV və tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi məqsədi ilə qəbul edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində mübahisələndirdiyi hesablamaya dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı eyni məhkəmədə eyni tərəfə qarşı, eyni iddia ilə əvvəl də iddia qaldırmış və yekun məhkəmə aktı qəbul edilmişdir. Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə və eyni əsaslarla yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-10005/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10005/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver