Məhkəmə qərarları › İş №2-1(112)-10006/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10006/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10006/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının sosial vəziyyəti, sağlamlığını, yaşını, İİ qrup müddətsiz Çernobıl əlili kimi imtiyazlı şəxs olmağı nəzərə alınaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiаçı İddiaçı Cavabdehnə qarşı “iddiaçının sosial vəziyyəti, sağlamlığını, yaşını, İİ qrup müddətsiz Çernobıl əlili kimi imtiyazlı şəxs olmağı nəzərə alınaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı xx xxxxxx 1959-cu ildə Bərdə rayonunda anadan olmuşdur. 1986-cı ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən, X3 stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün hərbi toplanışa çağırılmış və faciə zonasına ezam olunmuşdur. Qəzanın nəticələrinin aradan qaldırılması zamanı aldığı şüalanma normadan artıq olduğuna görə 1991-ci ildən müddətsiz olaraq, AR ƏƏSMN-nin 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 2-ci qrup əlillik təyin edilmişdir. Şüalanmanın sağlamlığına vurduğu ziyanın nəticəsi olaraq, 2015-ci il tarixində Akademik Topçubaşov adına X2 ürəyindən açıq əməliyyat olmuşdur. Diaqnoz: Toksiki ensefalopatiya, tez-tez veqetativ damar krizləri, Astenonevrotik sindirom, Toksiki zob İV dərəcə”Ürəyin işemik xəstəliyi, Gərginlik steno-kardiyası İİİ-İV, Aortokoronar şuntlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2015) Qan dövranı çatışmazlığı İİ FS” Bu müddət ərzində imtiyazlı şəxs kimi evlə təmin olunması barədə dəfələrlə Bərdə rayon İcra Hakimiyyətinə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmişdir.Eyni zamanda, "xxxx" KB ASC ilə aralarında bağlanılmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin şərtlərini yerinə yetirə bilmədiyinə görə, Bərdə şəhər Məhkəməsinin 2(021)-664/2012 saylı, 10 may 2012-ci il tarixli qətnaməsi ilə, ünvan 1 ünvanında yerləşən mülkiyyəti açıq hərrac yolu ilə satılaraq, kredit borcunun ödənilməsinə yönəldilmişdir. Əmlakı əlindən alınandan sonra 10 il 6 ay həmin ünvanda qeydiyyatda olmuş və sonda həmin ünvandan qeydiyyatdan çıxarıldıqdan sonra 29 noyabr 2022-ci il tarixində Bakı şəhər, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20-yə qeydiyyata düşmüşdür. 16 yanvar 2023-cü il tarixdə Cavabdehnə müraciət edərək 2 dərəcəli Çernobıl əlili kimi yaşayış yeri üzrə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edilmişdir. İmtinanın səbəbi kimi, son 5 il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığı göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair münasibətini təqdim edərək bildirmişdir ki, İddiaçı son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından Çernobıl əlili kimi güzəştli mənzil uçotuna götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. Əlavə olaraq, İddiaçı Çernobıl əlili kimi güzəştli mənzil uçotuna götürülməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin

- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır.

6. Məhkəmə iclasında iştirak iddiaçı iddia ərizəsinin məzmununa uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini tələb etmişdir.

7. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiaçının iddiа tələbi əsassızdır. İİİ. Tədqiq edilmiş sənədlər

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı yaşayış sahəsi ilə təmin olunması üçün Cavabdehnə müraciət etmişdir. Bakı Şəhəri Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən son beş il ərizində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Bakı şəhəri Yasamal Bələdiyyəsinin 507 nömrəli, 01 may 2023-cü il tarixli Arayışına əsasən bildirilmişdir ki, İddiaçı həqiqətən Yasamal Bələdiyyəsindən torpaq sahəsi almamışdır. “Yasaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışına əsasən, İddiaçı 29 noyabr 2022-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının Forma №TSEK-2, SER TSE-01 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” arayışa əsasən, İddiaçı CAES-də qəza ilə əlaqədar H/xidmət vəzifələrinin icrası ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlillik müəyyən edilib. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 324 nömrəli, xx.xx.2010-cu il tarixli Qərarına əsasən, Bərdə RHK tərəfindən 1986-cı ildə hərbi toplanışa çağırılmış, vətəndaş İddiaçı 1986-cı ildə Çernobıl faciəsinin nəticələrinin aradan qaldırılması üzrə iş dövründə aldığı, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqələndirilə bilən və xx.xx.1991-ci ildə Xəstəliklərin və Əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert şurası tərəfindən təyin edilmiş xəstəlik – diaqnoz: “Toksiki ensefalopatiya, tez-tez veqetativ damar krizləri, Astenonevrotik sindirom, Toksiki zob İİ dərəcə”(Bərdə RHK-nın xx.xx.2010-cu il tarixli 4/10 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/10 nömrəli arayışı, Xəstəliklərin və Əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublikası İdarələrarası Ekspert şurası tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli ekspert rəyi, hərbi biletdən çıxarışlar ilə təsdiq edilmişdir). Xəstəlikdir, çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestrindən” Arayışa əsasən bildirilmişdir ki, İddiaçı oğlnun adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2023-cü tarixli ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı məhkəməyə əlavə olaraq xx.xx.2015-ci il tarixli epikrizin surətini, Bərdə rayon Məhkəməsinin 2(021)664/2012 saylı, 10 may 2012-ci il tarixli Qətnaməsinin surətini, Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətini, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında” Y-163 nömrəli protokolun surətini təqdim etmişdir.

İV. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir:

9. Azərbaycan Respublikası Konstitusiyasının

- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. -28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun

- 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 11.1-ci maddəsinə əasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

11. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamının 1.1-ci bəndinə əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən eilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur.

12. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun “Şüa xəstəliyinə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslərə, əlilliyi olan şəxslərə, kompensasiyalar və güzəştlərə” dair 6-cı maddəsinin 5-ci bəndinə əsasən həmin şəxslər əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq hüququna malikdirlər.

13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun

- 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin

- 51.1-ci maddəsinə əsasən, mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.1-ci maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. - 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. - 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə;həmin məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır.

15. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir: “53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər”. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci ilə qədər Bərdə rayonunda qeydiyyatda olmuş, lakin sonradan ünvan 4 ünvanına qeydiyyata düşməklə yaşamağa başlamış, xx.xx.2023-cü ildə isə cavabdehə müraciət edərək yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçının yaşadığı Bərdə rayonundan Bakı şəhərinə köçməsinin səbəbi, məqsədi və ya hansı zərurətdən irəli gəlməsinə dair hər hansı bir dəlil göstərilməmişdir. İddiaçı tərəfindən daimi yaşadığı ünvanı tərk edərək hal-hazırda özgəsinin (200 nəfər şəxs qeydiyyatda olduğu) evinə qeydiyyata düşməsi, lakin orada faktiki yaşamaması mənzil şəraitini süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Bərdə rayon məhkəməsinin qətnaməsi əsasında iddiaçıya məxsus olmuş ünvan 5 ünvanında yerləşən evin açıq hərrac satış yolu ilə realizə olunaraq, kredit borcun ödənilməsinə yönəldilməsindən sonra, iddiaçı 10 ildən artıq müddətdə Bərdə rayonunda yaşasa da yaşayış sahəsinə ehtiyacı olan Çernobıl əlili kimi mənzil uçota alınması üçün Bərdə rayon İcra Hakimiyyətinə müraciət etməmişdir. Cavabdeh, iddiaçının 5 il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığını, beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsinin mümkün olması səbəbi ilə imtina vermişdir.

17. İşin faktiki hallarına və yuxarıda sadalanan normalara əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının müraciətini təmin etməkdən cavabdehin imtinası qanunauyğun olmuşdur.

18. Beləliklə, məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları öz təsdiqini tapmamışdır.

19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin

- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “iddiaçının sosial vəziyyəti, sağlamlığını, yaşını, İİ qrup müddətsiz Çernobıl əlili kimi imtiyazlı şəxs olmağı nəzərə alınaraq yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.

21. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

22. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar