Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10007/2021 17.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi X7, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X10 X3 nümayəndəsi X6, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral X1rşı “dağ-mədən ayırması aktının verilməsi və həmin akt verilənədək faydalı qazıntıların çıxarılmasına görə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən “AZSTONE" MMC-nə növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi və həmin akt verilənədək, Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən faydalı qazıntıların çıxarılmasına görə “AZSTONE" MMC-yə qoyulmuş qadağanın ləğvinin aradan qaldırılması vəzifəsinin cavabdeh X10 X3 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, “AZSTONE" MMC (VÖEN: **********) Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. İddiaçı MMC-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 26.07.2021-ci il tarixdə lisenziya da (müddətsiz) verilmişdir. Bu lisenziyanın mövcud olmasına baxmayaraq, faydalı qazıntıların çıxarılması üçün X10 X5 növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktı tələb edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndində qeyd olunur ki, "Dağ-mədən ayırması”nm müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığn müddəti uzadıldıqda “Dağ-mədən ayırması”nın da müddəti ona müvafiq uzadılaraq, sənədlərdə dəyişikliklər aparılır. Qanunvericiliyin bu tələbinin olmasına baxmayaraq, İddiaçı MMC-nə növbəti müddət üçün “Dağ-mədən ayırması” aktı verilmir. Həmin aktın verilməsi üçün dəfələrlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X10 Agentliyinin rəhbərliyinə "AZSTONE” MMC tərəfindən dəfələrlə müraciət edilsə də, İddiaçı MMC-nə növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktı verilməmiş, müraciətlərinə başdansovdu cavab göndərilmişdir. Qeyd edir ki, X10 X3 əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin-Operativ Nəzarət idarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) 10.12.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlamanın keçirilməsi ilə bağlı 000068 nömrəli akt tərtib etmişlər. Lakin 08 iyul 2021-ci il tarixdə müəyyən edib ki, 10.12.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmayıb. Bu barədə 08.07.2021-ci il tarixdə Ədliyyə Nazirliyinə müraciət edib, 12.07.2021-ci il tarixdə rəsmi cavab da alıb. 10.12.2020-ci il tarixdə MMC-nin və hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı tərtib edilmiş aktı əsas tutaraq, X10 X5 Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi təqdim edərək, İddiaçı MMC-dən 151.200 manat pul tələb edib. Məhkəmənin gedişatında Agentlik Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edərək, İddiaçı MMC-yə Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında 10 ha torpaq sahəsindən “Dağ-mədən ayırması” Aktı olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-(29113)-3242/2021 saylı qərardadı ilə ərizə təmin edilməsə də, iddiaçının verdiyi apellyasiya şikayəti 30.08.2021-ci il tarixdə, 2-2(103)- 1044/2021 saylı qərarla Bakı Apellyasiya Məhkəməsində təmin edilmişdir. Hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 30.08.2021-ci il tarixli, 2- 2(103)- 1044/2021 saylı qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinə ziddir. Hazırda İddiaçı MMC-nin ərazisində daş sexi də (aqlay) fəaliyyət göstərir və yerin təkindən istifadə edilmir. 2019-cu il tarixdə “Şahqaya” yatağından istehsal olunmuş və rəsmi hesabatı verilmiş tir-bloklar hazırda daş sexində istifadə olunur. Bildirilir ki, iddiaçı hüquqi şəxsin rəhbərinin atası X13 döyüşlərinin iştirakçsı olub, əmisi Rəhman Əliyev 1992-ci il tarixdə Qarabağ torpaqlarında gedən döyüşlərdə döyüşlərdə şəhid olub. İş materialında olan 08.07.2008-ci il tarixli, DEİ 936 nömrəli icazə sənədindən görünür ki, bu məktub “Yerin təkindən istifadə hüququna icazə verilməsi Qaydaları”nın təsdiqinə qədərki müddətdə “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "xxxx" MMC-yə “Qaradağ” əhəngdaşı yatağının (İİ geoloji sahə) dağ- mədən istehsalı tullantılarından istifadəyə hüquq verir.
3. Bakı şəhəri Qaradağ rayon icra hakimiyyəti Başçısının yerin təkinin istismarına razılıq verilməsi haqqında 17.12.2008-ci il tarixli 624a nömrəli sərəncamına əsasən, fiziki şəxs E.Əliyevin 10.12.2008-ci il tarixli ərizəsi nəzərə alınaraq Qaradağ rayonunun inzibati ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında tam istismar olunmamış ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədilə istifadəsində olan 1,4 ha torpaq sahəsinin istismarına davam etdirilməsinə razılıq verilmişdir.
4. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 06.05.2015-ci il tarixdə 00905№li Dağ-mədən ayırması aktına əsasən, Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində tir-blok istehsalı məqsədilə İddiaçı MMC-yə 10 ha torpaq sahəsinin istifadəsinə 5 (beş) il müddətinə icazə verilmişdir.
5. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 26.07.2017-ci ildə İddiaçı MMC-yə lisenziya verilmişdir. Həmin lisenziyaya əlavəyə əsasən, 26.07.2017-ci il tarixində verilmiş lisenziya əsasında İddiaçı MMC-yə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Şahqaya” (cənub sahə) əhəngdaşı yatağı ünvanında dağ-mədən işlərinin həyata keçirilməsinə icazə verilir.
6. İddiaçı MMC-yə növbəti müddət üçün Dağ-Mədən ayırması Aktının verilməsinə dair 11.06.2021-ci il tarixli müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən 01.07.2021-ci il tarixlə bildirilmişdir ki, Agentliyin əməkdaşları tərəfindən Qaradağ rayonu “Şahqaya” (cənub sahə) əhəngdaşı yatağına baxış keçirilən zaman müvafiq icazə sənədi ilə sizə ayrılmaya ərazidə qanunsuz olaraq faydalı qazıntı hasil edildiyi aşkar edilmişdir. Məlumat üçün bildirilmişdir ki, 06.05.2015-ci il tarixli 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti 06.05.2020-ci il tarixdə bitmiş və icazə sənədinin uzadılması ilə bağlı nəzarət orqanına müraciət edilməmişdir. İstifadə hüququ bitdikdən sonra da yer təki sahəsindən faydalı qazıntı hasil etməyə davam edilib. "Şahqaya” yatağına vergi xidmətinin işçiləri ilə birgə aparılmış monitorinq zamanı ərazidə ümumilikdə 2 ayrı hissədə olmaqla, 1-ci sahə 2,1 hektar orta istismar dərinliyi 3,6 metr olmaqla 75600 m3, 2-ci sahə 1,66 hektar orta istismar dərinliyi 3,3 metr olmaqla 54780 m3 həcmində faydalı qazıntı hasilatı aparıldığı müəyyən olunmuşdur. Baxış zamanı 3 ədəd daşkəsən kombayn, 1 ədəd kon 50, yükləyici, 1 ədəd qaldırıcı kran və 1 ədəd traktor müşahidə edilmişdir. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon məhkəməsinin qərarı ilə 5000 (beş min) manat məbləğdə inzibati cərimə tətbiq edilib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Müvafiq icazə sənədi olmadan yerin təkindən faydalı qazıntı çıxarılması nəticəsində dövlətə vurulmuş maddi ziyanla bağlı Bakı Kommersiya Məhkəməsində mülki iddia qaldırılıb E2-2 (113)-3442/2021 nömrəli mülki iş üzrə baxış 27 iyul 2021-ci il tarixə təyin olunub. İddia ərizəsində göstərilən həcmlər (iddia qiyməti) daşkəsən avadanlığın gücünə və sayına uyğı hesablanmışdır (şərti olaraq 1 daşkəsən kombayn bir il ərzində orta hesabla 7200 m3 faydalı qazıntı hasil edir). Yekun məhkəmə aktı qəbul edilənə qədər qaldırılmış mülki iddianın məbləği aparılan qanunsuz hasilatın həcmlərinə uyğun olaraq dəqiqləşdiriləcək.
7. İddiaçının növbəti 05.07.2021-ci il tarixli müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən 26.07.201-ci il tarixli məktubla bildirilmişdir ki, ona verilmiş 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti 06.05.2020-ci il tarixdə bitmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.5-ci maddəsinə əsasən, icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Müraciətlərində qaldırdığı məsələ ilə bağlı bildirilmişdir ki, icazə verən orqanı müəyyən etməkdə çətinlik çəkdikdə, icazənin müddətinin uzadılması məqsədilə ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birbaşa müraciət edə bilərdi. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Müsabiqə və hərracların birbaşa daşınışıqlar ilə əvəz edilməsi qanunla qadağan edilmişdir. Əvvəllər istismar edilmiş yer təki sahələrinin yenidən istifadəyə verildikdə sahənin qalıq ehtiyyatı yenidən qiymətləndirilməli və bu məqsədlə dövlət geoloji ekspertizası keçirilməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsəilə digər karxana sahələrinin əldə edilməsi üçün Agentlik tərəfindən keçirilən açıq hərracda (və ya müsabiqələrdə) iştirak etmək hüququ iddiaçıya izah edilərək hərrac və müsabiqələr barədə elanların www.eco.gov.az, www.media.gov.az, www.auksion.gov.az və digər saytlarda yerləşdirildiyi bildirilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-1044/2021 nömrəli iş üzrə 30.08.2021-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X10 X5 publik hüquqi şəxsin iddianı təmin tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı MMC-yə Bakı şəhəri Qaradağ rayonu “Şahqaya əhəngdaşı yatağında istifadəsinə verilmiş 10 ha torpaq sahəsindən Dağ-mədən ayırması aktı olmadan faydalı qazıntı çıxarılması qadağan edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Şahqaya” əhəngdaşı yatağında faydalı qazıntı çıxarılmasına qoyulmuş qadağa Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2-(113)-3242/2021 nömrəli iş üzrə iddianın təmin tədbiri qismində Bakı Apellyasiya Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərardadı ilə qoyulmuşdur. Həmin qadağanın götürülməsi vəzifəsi Agentliyin üzərinə qoyula bilməz. Bildirilmişdir ki, 06.05.2015-ci il tarixli 00905 nömrəli “Dağmədən ayııması” Aktı ilə Qaradağ rayonu “Şahqaya" əhəngdaşı yatağından 5 il müddətinə “Azstone" MMC-nin istifadəsinə 10 ha yer təki sahəsi ayrılmışdır. 00905 nömrəli “Dağ-mədən ayırması” Aktının müddəti 06.05.2020-ci il tarixdə bitmişdir. “Lisenziyar və icazələr” haqqında Qanunun 22.1-ci maddəsinə əsasən müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. İcazə sənədinin müddətinin bitdiyinə görə sahədə hasilat işlərinin aparılması qadağan edilir, icazə sənədi olmadan aparılan hasilat işləri qanunsuz hesab olunur. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər"ə uyğun olaraq hesablanır. Qanunvericiliklə nəzərdə tutulmuş “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” üçün verilən lisenziya sahibkara sözügedən fəaliyyətlə məşğul olmaq hüququ verirdi, “Dağ-mədən ayırması” Aktı isə istismarçıya ayrılan yer təki sahəsinin hüdudlarını və həmin hüdudlarda faydalı qazıntı hasil etmək hüququ (yer təkindən istifadə hüququ) verir. Başqa sözlə, faydalı qazıntı hasilatı ilə məşğul olmaq istəyən şəxslər qanunvericiliyə uyğun olaraq əvvəl Agentlikdən “Dağ-mədən ayırması" Aktı əldə etməli, sonra isə İqtisadiyyat Nazirliyindən Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün lisenziya. Eyni zamanda qeyd edilməlidir ki, “Dağmədən ayırması” Aktının müddəti qanunvericiliklə 25 ildən çox ola bilməz. “Yerin təki haqqında” qanunda, Nazirlər Kabinetinin 9 yanvar 1999-cu il tarixli 1 nömrəli qərarında və digər aktlarda qeyd edilən anlayışı ləğv edilmişdir. Hüquqi anlayış olaraq “xüsusi razılıq” sözlərinə 1998-ci ildə qəbul olunmuş bir sıra aktlarda rast gəlmək olardı. Lakin sonradan həmin qanunlara bir neçə dəfə dəyişikliklər edilmiş, həmin anlayış artıq istifadə edilmir. Belə ki, “Yerin təki haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 22 oktyabr 2019-cu il tarixli Qanunun 1-ci maddəsinə əsasən, yerin təkindən istifadə üçün “xüsusi razılığın” verilməsi ləğv edilmiş, yerin təkindən istifadə hüququ icazə sənədi olan "Dağ-mədən ayırması” aktı ilə verilir. Ən son Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında", “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında", “Energetika haqqında ‘Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 27 may 2021-ci il tarixli 337-VİQD nömrəli Qanunun 8-ci maddəsinə əsasən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsi ləğv edilmiş, 11-ci maddə Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması üçün verilən lisenziyanı nəzərdə tutmuşdur. Beləliklə, faydalı qazıntı hasilatının həyata keçirilməsinə üçün qanunvericiliklə icazə sənədi qismində yalnız “Dağ-mədən ayırması" Aktı tələb olunur. İddiaçı 6 may 2020-ci ildən icazə sənədi olmadan fəaliyyət göstərmişdir. Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əmə olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Qeyd olunan səlahiyyətlər daxilində Agentlik tərəfindən 2020-ci il 10 dekabr tarixdə Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya" əhəngdaşı yataqlarına monitorinq keçirilmiş və bu nəzarət tədbiri aşağıda göstərilən əsaslara görə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycar, Ptespublikası Qanununun müddəalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, monitorinq Keçirilən dövrdə İddiaçı MMC-nin şirkətinin faydalı qazıntı yataqlarına dair qüvvədə olan “Dag-mədən ayırması” aktı icazə sənədi olmamışdır. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibatı xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon məhkəməsinin qərarı ilə "Azstone” MMC İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək və 5000 (beş min) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Eyni zamanda bildiririk ki, “Azstone" MMC təkrar apelyasiya şikayəti vermiş, lakin şikayət rədd edilmişdir (12 avqust 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata qəbul etməkdən imtina etmişdir). Nəticə etibarilə, baxış keçirilən zaman şirkətin qeyd olunan faydalı qazıntı yataqlarına münasibətdə istifadə hüququ olmadığına görə, İddiaçı MMC həmin ərazidə yer təki sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirə bilməzdir. Bu səbəbdən hesab edirik ki, Agentlik tərəfindən həyata keçirilən monitorinq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yer təki sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququ olmayan bir hüququ şəxsin fəaliyyətinin yoxlanılması kimi qəbul edilə bilməz. Şəxs inzibati xəta törətmiş, inzibati qaydada cərimələnmişdir və yenədə yoxlamanın nəticəsindən şikayət etməkdə davam edir. Əlavə olaraq bildirilmişdir ki, yer təkinin istifadəsinə və yerin təkindən özbaşına ısliiadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, gcruıən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Həmin tədbirin keçirildiyi dövrdə İddiaçı MMC-yə məlumat verilmiş, şirkətin nümayəndəsi monitorinqi müşahidə etmiş, lakin baxışda iştirak etməkdən, aktı qəbul etməkdən imtina etmişdir. X16 xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir Sonradan həmin aktla bağlı şirkətin direktoru Emin Əliyev izahat verilməsi və protokol tərtib edilməsi məqsədi ilə Agentliyə dəvət edilmişdir. E. Əliyevin öz xətti ilə yazdığı izahatınüa T ağmədən ayırması” aktının müddətinin bitdikdən sonrada fəaliyyət göstərdiyini Dildırmişdir. Hesab edilir ki, İddiaçı MMC-nin həmin aktı inzibati qaydada mübahisələndirməsində məqsədi “Şahqaya” yatağında qanunsuz olaraq apardığı hasilata görə Agentlik tərəfindən həmin şirkətə qarşı qaldırılmış mülki iddia ilə bağlı məsuliyyətdən yayınmaqdır. Beləliklə, hesab edilmişdir ki, İddiaçı MMC Azərbaycan Respublikasına mənsub olan təbii sərvəti mənimsəyərək, məsuliyyətdən azad olunmaq niyyətindədir. Məlum olduğu kimi Azərbaycan Respublikasında yerin təki (o cümlədən faydalı qazıntılar) hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, İddiaçı MMC (VÖEN: **********) Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. Bununla bağlı, İddiaçı MMC-nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 26.07.2021-ci il tarixdə lisenziya da (müddətsiz) verilmişdir. Bu lisenziyanın 2020-ci ilin may ayında Qanunvericliyə görə qüvvədə olmasına baxmayaraq, dəfələrlə cavabdeh qurumdan tələb etsək də, faydalı qazıntıların çıxarılması üçün X10 X5 növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktını verməmiş, eyni zamanda səbəbini də rəsmi cavablarında açıqlamamışdır. Həmin qurumun cavabları öncəki məhkəmə proseslərində Sizə təqdim edilib. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndində qeyd olunur ki, “Dağ-mədən ayırması”nm müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığn müddəti uzadıldıqda “Dağ-mədən ayırması”nda da müddəti ona müvafiq uzadılaraq, sənədlərdə dəyişikliklər aparılır. Hesab edir ki, bu qərar qüvvədə olduğu üçün İddiaçı MMC-nə 2020-ci ilin may ayından sonrakı müddət üçün “Dağmədən ayırması” Aktı verilməli idi. Hətta cavabdeh qurumun İdarə Heyətinin sədrinin müavini Azər Şükürov da Ekolgiya və Təbii Sərvətlər Nazirliyində görüşəndə şifahi olaraq bildirmişdir ki, sözügedən aktın verilməsi üçün məhkəməyə müraciət edilməlidir, onu da demişdir ki, Agentlik bu aktı verə bilmir. Lakin səbəbini izah etməmişdir. Qaradağ rayon İcra Hakimiyyətinin Başçısı Hüseyn İsrafilov tərəfindən 17 dekabr 2008-ci il tarixdə Sərəncam verilmiş, yuxarıda qeyd olunmuş ərazidə yerin təkindən səmərəli istifadə olunması məqsədi ilə torpaq sahəsinin istismarının davam etdirilməsinə razılıq verilmişdir.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, “Şahqaya” əhəngdaşı yatağında faydalı qazıntı çıxarımasına qoyulmuş qadağa Bakı Kommersiya Məhkəməsinin icraatında olan 2-2-(113)-3242/2021 nömrəli iş üzrə iddianın təmin tədbiri qismində Bakı Apellyasiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı ilə qoyulmuşdur. Həmin qadağanın götürülməsi vəzifəsi Agentliyin üzrərinə qoyula bilməz. Digər tələblə bağlı bildirilir ki, 06.05.2020-ci il tarixli 00905 nömrəli “Dağ-mədən ayırması Aktı” ilə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağından 5 il müddətinə İddiaçı MMC-nin istifadəsinə 10 ha yer təki sahəsi ayrılmışdır. 00905 nömrəli “Dağ-mədən ayırması Aktı”nın müddəti 06.05.2020-ci il tarixdə bitmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən, müddəti bitmiş lisenziya və icazə etibarsız hesab olunur. İcazə sənədinin müddəti bitdiyinə görə sahədə hasilat işlərinin aparılması qadağan edilir, icazə sənədi olmadan aparılan hasilat işləri qanunsuz hesab olunur. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 23.5-ci maddəsinə əsasən, icazənin sahibi icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsini onun müddətinin bitməsindən sonra da davam etdirmək istədikdə, icazənin müddətinin bitməsinə ən azı 30 gün qalmış icazənin müddətinin uzadılmaqla yenidən rəsmiləşdirilməsi üçün icazə verən orqana ərizə ilə müraciət etməlidir. Lakin iddiaçı tərəfindən qeyd olunan müddətdə icazəni verən orqana müraciət edilməmişdir. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Müsabiqə və hərracların birbaşa daşınışıqlar ilə əvəz edilməsi qanunla qadağan edilmişdir. “Yerin təki haqqında” Qanunun həmin maddəsinə görə icazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istidəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır. “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinə əsasən, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçının icazə sənədi bitdikdən sonrakı 30 gün ərzində Agentliyə icazə sənədinin müddətinin uzadılması ilə bağlı müraciət etməmişdir. Hazırda İddiaçı MMC-nin yerin təkindən istfadəetmək üçün icazəsənədi yoxdur və qanunvericilik müddəti 2020-ci ilin may ayının 5-də bitmiş “Dağmədən ayırması aktı”nın uzadılmasına yol verilmir. Odur ki, iddiçıya yeni icazə sənədi müsabiqə vəhərracın qalibi olduğu halda verilə bilər. Müsabiqə və hərracın keçirilməsi qaydaları və şərtləri isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq həyata keçirilir. İddiaçı tərəfindən təqdim edilən ərizə və sərəncama münasibətdə isə bildirilmişdir ki, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə 1,4 ha torpaq sahəsi iddiaçı hüquqi şəxsə deyil, Emin Əliyevə ayrıması ilə bağlıdır. Bundan başqa “Dağ-mədən ayırması aktı” 10 ha yer təki sahəsinə verilmişdir. Qanunvericiliyin tələblərinə görə isə icazə sənədi verildikdən sonra torpaq sahəsi üçün də torpaqayırma sənədinin verilməsi ilə bağlı müvafiq orqana müraciət edilməli idi. Göründüyü kimi yer təki sahəsindən başqa, həm də torpaq sahəsi iddiaçının qanuni istifadəsində deyil. Qeyd edilənlərə əsasaən, iddiaçıya “Dağ-mədən ayırması” aktının növbəti müddətə verilməsi üçün qanuni əsaslar yoxdur. Əlavə olaraq bildirilmişdir ki, “Şahqaya” yatağının ehtiyatları müvafiq qaydada öyrənildikdən sonra yer təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsi nəzərdə tutulmuşdur.
II. İddianın növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
13. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Yer təkindən istifadə hüququ verən “Dağ-mədən ayırması aktı” qeyd edilən əlamətlərə malikdir.
15. İddiaçının müraciətindən (inzibati aktın qəbulundan) imtina 26.07.2021-ci il tarixlidir. İddia məhkəmədə 01.09.2021-ci il tarixdə qaldırılmışdır.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
17. İddia tələbi növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində mümkündür.
III.Məhkəmənin mövqeyi
18. Məhkəmə qeyd edir ki, 16.05.2020-ci il tarixədək qüvvədə olan “Dağ-mədən ayırması aktı”na əsasən, yer təki sahəsindən istifadə hüququna dair maddi marağı məhz həmin tarixədək iddiaçının mülkiyyət hüququnu təşkil etmişdir.
19. Məhkəmənin qeyd edilən yanaşması X14 Məhkəməsinin Presedent hüququna əsaslanır.
20. X14 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). -X14 Məhkəməsi dəfələrlə qərarlarında əmlak marağı olduqda “aktiv”i, lisenziyanı (Tre Traktorer AB İsveçə qarşı), icarə hüququnu (İatridis Yunanıstana qarşı iş) mülkiyyət kimi qiymətləndirmişdir. -X14 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi əldə etmək hüququnu (Van der Mussele v. Belgium, Slivenko v. Latvia), eləcə də gələcəkdə əmlak əldə etmək hüququnu (Marcx v. Belgium), konkret məbləğ tələb etmək hüququnu (Muller v. Austria) təmin etmir
21. Məhkəmənin qeyd edilən yanaşması X14 Məhkəməsinin mövqeyinə əsaslanır. “Tre Traktorer AB” İsveçə qarşı məhkəmə işi üzrə Avropa Məhkəməsinin qərarı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlara 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqinin nümunəsidir. Qeyd edilən işdə məhkəmə hesab etdi ki, “restoranın idarə olunması ilə bağlı iqtisadi maraqlar” “mülkiyyət” təşkil edir. Həmin işdə lisenziyaya malik olma ərizəçilərin öz biznes fəaliyyətlərini həyata keçirilməsinin əsas şərtlərindən biri idi və lisenziyanın geri alınması onların işgüzar nüfuzuna və restoranın gəlirliyinə mənfi təsir təsir etdi. Lisenziyanın geri alınması ərizəçilərin öz mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə təşkil edirdi. Analoji yanaşma “X8 Ltd. və digərləri İrlandiyaya qarşı” işdə də ifadə edilmişdir. Həmin qərara əsasən lazımi qaydada qeydiyyata alınmış icazəyə əsaslanan etimad mülkiyyət hesab olunur.
22. X14 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
23. İcazənin uzadılması (uzadılmaması) mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər (3-cü qayda). Qeyd edilən mövqe X14 Məhkəməsinin presedent hüququna uyğundur (bax: Tre Traktorer AB İsveçə qarşı; Sporrong and Lonnroth İsveçə qarşı; X9rşı; Mellacher Avstriyaya qarşı; Hutten-Czapska Polşaya qarşı; Chassangnau Fransaya qarşı).
24. Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət növü üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 26.07.2017-ci ildə İddiaçı MMC-yə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun 1 nömrəli əlavəsinə uyğun olaraq lisenziya verilmişdir. Belə ki, həmin Əlavənin lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısının 11-ci bəndində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması nəzərdə tutulmuşdur.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Antiinhisar fəaliyyəti haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Yerin təki haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 27 may 2021-ci il tarixli 337-VİQD nömrəli Qanunu ilə 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsi ləğv edilmişdir.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğulan tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydalarının 4.1-ci bəndinə əsasən, "Dağ-mədən ayırması"nın müddəti yerin təkindən istifadəyə xüsusi razılığın (lisenziyanın) və ya icazənin müddəti ilə tənzimlənir və xüsusi razılığın ddəti uzadıldıqda "Dağ-mədən ayırması nın da müddəti ona müvafiq uzadılaraq sənədlərdə dəyişikliklər aparılır.
27. Beləliklə, məhkəmə müəyyən edir ki, qeyd edilən normaların təhlilinə əsasən, qeyd edilən “Dağ-mədən ayırması aktı”na əsasən iddiaçının yer təki sahəsindən istifadə hüququna “qanuni gözləntisi” 27 may 2021-ci il tarixli 337-VİQD nömrəli Qanun ilə 1 nömrəli əlavə - “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 11-ci maddəsi ləğv edilənədək mövcud olmuşdur.
28. Odur ki, məhkəmə hesab edir ki, həmin tarixdən sonra iddiaçının yer təki sahəsindən istifadə hüququ “Yerin təkindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uyğun olmalıdır. Qeyd edilən qanun qüvvəyə minənə qədər isə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Yer təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğulan tikmək və istismar etmək məqsədi ilə "Dağ-mədən ayırması" statusunun verilməsi Qaydalarının 4.1-ci bəndinə əsasən, yer təkindən istifadəyə qanuni gözləntisi olduğundan “Dağ-mədən ayırması aktı”nın müddətinin bitdiyi 16.05.2020-ci il tarixdən sonra uzadılması üçün vaxtında müraciət edilməməsinə dair dəlilini məhkəmə əsaslı hesab etmir.
29. Bununla belə, məhkəmə aşağıdakıları qeyd edir. “Yerin təkindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsindən: -Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir. -Yerin təki istifadəyə müsabiqə, hərrac və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. -İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısına əsasən, “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin ikinci hissəsinə əsasən yerin təki istifadəyə aşağıdakı hallarda birbaşa danışıqlar yolu ilə verilir:
1. yerin təkindən istifadəyə müsabiqə və hərrac elan edilən müddətdə müsabiqədə və hərracda iştirak etmək üçün müraciət olunmadıqda və ya bir iddiaçı müraciət etdikdə;
2. iqtisadi, dağ-texniki, mineral-xammalın keyfiyyətinin pisləşməsi səbəbindən yer təkində saxlanılmış (konservasiya edilmiş) qalıq ehtiyatları istismar olunduqda;
3. faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə verilən yerin təki sahələri çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji və hidrogeoloji quruluşla səciyyələnən dağ süxurlarında yerləşdikdə;
4. dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edildikdə;
5. yer təkinin geoloji öyrənilməsi hallarında;
6. çətin keçilən relyefə malik olan və dayanıqsız mühəndis-geoloji, hidrogeoloji və litoloji quruluşlu dağ-mədən geoloji şəraitdə yerləşən, mineral xammal üçün təyin edilmiş kondisiyalara, standartlara və texniki şərtlərə uyğun gəlməyən, aşağı keyfiyyətə və səmərəyə malik faydalı qazıntı yataqları istismara verildikdə;
7. mineraloji, paleontoloji və digər geoloji kolleksiya materialları toplandıqda.
31. Yerin təkinin istismarına razılıq verilməsinə dair Bakı şəhəri Qaradağ rayon icra hakimiyyəti başçısının 17.12.2008-ci il tarixli 624a saylı sərəncamına münasibətdə məhkəmə qeyd edir ki, həmin sərəncam 1,4 ha torpaq sahəsinə aid olmaqla İddiaçı MMC-yə deyil, fiziki şəxs E.Əliyevə münasibətdədir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən, E.Əliyev İddiaçı MMC-nin qanuni təmsilçisidir. Odur ki, İddiaçı MMC-nin torpaq sahibi olduğu iddia edilə bilməz.
32. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçıya yerin təkinin birbaşa danışıqlar yolu ilə istifadəyə verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyil, digər tərəfdən həmin “Şahqaya” (cənub sahə) istifadəsi ilə bağlı müsabiqə və hərracın keçirilməsi cavabdeh qurumun səlahiyyətləri çərçivəsindədir və müsabiqə və hərracın keçirilməməsinin qanuniliyinə qiymət vermək hazırki iddia predmetinə aid deyil.
33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X10 X5 yaradılmış, Fərmanın 2.1.-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X10 X5 (bundan sonra - Agentlik) “Yerin təki haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
35. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh qurumun öz səlahiyətlərini özbaşına həyata keçirməsinə, eləcə də qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlarından suiistifadə hallarını müəyyən edilmədiyindən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
36. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 yanvar tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 4.1-ci bəndinin tələbinə əsasən “AZSTONE" MMC-nə növbəti müddət üçün “Dağ-mədən ayırması” Aktının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində X10 X4 həvalə edilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva