Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10008/2025 26.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 3-cü giriş, 6-cı mərtəbə, 181 saylı, 1 otaqlı mənzil (67,8 kv.m) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-10008/2025 nömrəli hazırkı iş, Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırda 2-1(112)-3996/2025 nömrəli (İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və 2-1(112)-10008/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-3996/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbinin predmetini eyni hüquqmüəyyənedici sənədlər və eyni ünvanda yerləşən bina təşkil edir. Hər iki iş üzrə cavabdehin imtinasını eyni hal təşkil edir. Belə olan hər iki işə birgə baxılması və vahid qərarın qəbul edilməsi üçün həmin işlər üzrə icraat birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.3-ci maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. İPM-in 83-cü maddəsinə əsasən şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-in İPM-in 1.2-ci, 2.2-ci, 4.1-ci, 16.3-cü, 23.1-ci, 37-ci, 83.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10008/2025 nömrəli (İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair) inzibati iş, həmin məhkəmənin icraatında olan 2-1(112)-3996/2025 nömrəli (iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair) inzibati işə birləşdirilsin. 2-1(112)-10008/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına 2-1(112)-3996/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10008/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10008/2025
26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver