Məhkəmə qərarları › İş №2-1(112)-10009/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10009/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10009/2023 11.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “sənədlərin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Optimal Elektronika” MMC-də Yoxlamanın predmetinə aid olan xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədləri, Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti (excel faylda aylar üzrə), Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövr üzrə idxal edilmiş bütün mal-materialın invoyslarının təsdiq edilmiş surətləri (pdf formatda) və aylar üzrə reyestri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), yoxlama zamanı zərurət yaranacaq digər sənədlərin müəssisədən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********165991 nömrəli qərarına əsasən Cavabdeh MMC-də (VÖEN: **********) səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2019xx.xx.2022) təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23-cü və 42-ci maddələrinə əsasən vergi ödəyicisinə bu məcəllə ilə müəyyən edilmiş qaydada “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********165996 nömrəli Tələbnamə təqdim edilmiş və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171042 nömrəli Qərar qəbul edilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə edilən dövr üzrə tələb edilən aşağıdakı sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır: 1. Yoxlamanın predmetinə aid olan 01.01,2019-ci il tarixdən 31,10.2022-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 1.1 Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; 1.2 Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; 1.3 Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; 1.4 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; 1.5 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti (excel faylda aylar üzrə); 1.6 Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli; 1.7 Vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; 1.8 İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat; 1.9 İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; 1.10 Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; 1.11 Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; 1.12 Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; 1.13 Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; 1.14 Dəyəri 10000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; 1.15 Dəyəri 2000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; 1.16 Qeydiyyatda olan bütün NKA üzrə Zhesabatları və dövri hesabatlar. 2. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (01.01,2019ci il tarixdən xx.xx.2022 tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda aylar üzrə); 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); 2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda); 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə); 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda aylar üzrə); 2.6 Siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti (pdf formatda); 2.7 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri- maddi aktivlərin reyestri (excel faylda); 2.8 Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; 2.9 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; 2.10 Yoxlanılan dövr üzrə idxal edilmiş bütün mal-materialın invoyslarının təsdiq edilmiş surətləri (pdf formatda) və aylar üzrə reyestri; 2.11 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı; 2.12 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); 2.13 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyrirezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); 2.14 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda); 2.15 Yoxlama zamanı zərurət yaranacaq digər sənədlər. Yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********171042 nömrəli qərar qəbul edilmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh MMC-də noyabr 2019 – oktyabr 2022 dövr üçün səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir; 42.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər; 43.1-ci maddəsinə əsasən, sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir; 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Vergi qanunvericiliyində “sənədlərin götürülməsi” hüququ geniş mənada ifadə olunmuşdur ki, bu hüquq vergi orqanın səlahiyyətlərinə aid edilmişdir. Belə ki, səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyəcisi tərəfindən təqdim olunan sənədlərin öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərlə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən VM-ə müvafiq olaraq ona təqdim edilmiş sənədləri vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə götürülməsini həyata keçirir. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti zamanı yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən VM ilə müəyyən edilmiş qaydada tələb etmək vergi orqanının hüququdur. İşdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə vergi ödəyicisi olan cavabdehin fəaliyyəti üzrə Vergi Məcəlləsinin 23, 36, 38-ci maddələrinə əsasən səyyar vergi yoxlaması təyin edilmiş, Vergi Məcəlləsinin 42-ci maddəsinin tələbinə müvafiq olaraq cavabdehə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında” tələbnamə təqdim edilmişdir. Bundan sonra iddiaçı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar qəbul etmiş və həmin qərarda cavabdehdən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin götürülməli olması göstərilmişdir. Cavabdeh tələb edilən sənədləri vergi orqanına qismən təqdim etdiyindən iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Sənədlərin qismən təqdim olunması barədə” akt tərtib edilmiş, cavabdehin direktoru həmin aktı imzalanmışdır. Göründüyü kimi vergi ödəyicisi olan cavabdeh vergi orqanının tələbini icra etməyərək qanunla nəzərdə tutulmuş qaydada zəruri olan sənədləri vermədiyindən, həmin sənədlərin götürülməsi ilə bağlı vergi orqanının hərəkətləri, o cümlədən, hazırkı məzmunda iddia ilə məhkəməyə müraciəti Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olmuşdur. Yoxlama dövrünə aid olan və iddiaçı tərəfindən tələb olunan sənədlərin bir hissəsi cavabdeh vergi ödəyicisi tərəfindən təqdim edilmişdir ki, bu hal ümumiyyətlə hazırki iddia üzrə mübahisə predmetini təşkil etməmişdir. Zəruri olan digər sənədlərin vergi orqanına təqdim olunması isə öz təsdiqi tapmamışdır. Əlavə olaraq məhkəmə bildirir ki, “Sənədlərin qismən təqdim olunması barədə” akt cavabdeh vergi ödəyicisinin səlahiyyətli şəxsi tərəfindən imzalanmışdır ki, bu hal kommersiya qurumların dövlət reyestrinə daxil olmuş məlumatlarda öz əksini tapır. Belə ki, kommersiya qurumların dövlət reyestrinə daxil edilmiş məlumatlardan (https://www.etaxes.gov.az) məlum olur ki, Cavabdeh MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi X1r. Göründüyü kimi, sözügedən akt müəssisənin qanuni təmsilçisi tərəfindən imzaladıqda, o, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin əhatə dairəsindən məlumatlı olmuşdur. Zəruri vurğulanmalı hal odur ki, Cavabdeh MMC-yə məhkəmə iclasları barədə lazımı qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyərək iddiaya dair münasibətini, həmçinin aktda olan imzanı mübahisələndirməmişdir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Səyyar vergi yoxlamasının keçirilməsi üçün sənədlərin "Optimal Elektronika” MMCdə Yoxlamanın predmetinə aid olan xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti, vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədləri, Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda nağd dövriyyələrin hərəkəti (excel faylda aylar üzrə), Müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövr üzrə idxal edilmiş bütün mal-materialın invoyslarının təsdiq edilmiş surətləri (pdf formatda) və aylar üzrə reyestri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), yoxlama zamanı zərurət yaranacaq digər sənədlərin müəssisədən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunması Cavabdeh MMC-yə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar