Məhkəmə qərarları › İş №2-1(112)-1001/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1001/2023

06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1001/2023 06.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Adi cəlbetmə qaydasında üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzəridə tikilmiş 2 mərtəbəli, sahəsi 500 m olan fərdi yaşayış (bağ) evinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması öhdəliyinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X2 tərəfindən Bakı şəhəri, Səbail rayon 28 saylı notariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, 4Ə-80 nömrəli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının adına özgəninkiləşdirilmişdir. Sözügedən alqı-satqı müqaviləsinə əsasında torpaq sahəsinə dair Dövlət reyestrindən Çıxarışın və texniki pasportun alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin qurum tərəfindən torpaq sahəsinin plan və ölçüsü tərtib edilərək xx.xx.2017-ci il tarixində RX ******* nömrəli Dövlət Reyestrindən Çıxarış iddiaçıya təqdim edilmişdir. Bu Çıxarışda sözügedən torpaq sahəsinin iddiaçının tam payla xüsusi mülkiyyətində və yaşayış təyinatlı olduğu da qeyd edilmişdir. İddiaçı “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi”nin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələbləri gözlənilməklə fərdi yaşayış evinin inşa edilməsi məqsədi ilə “Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinin” həyata keçirilməzinə icazə verən lisenziya əsasında fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət etmiş və MMC tərəfindən xx.xx.2017-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin texniki planına uyğun olaraq eskiz layihə tərtib edilmişdir. Həmin eskiz layihə iddiaçıya məxsus mülkiyyət sənədləri ilə birlikdə Səbail Rayon İcra Hakimiyyətinə təqdim edilmiş və İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin yerləşdiyi yer, fərdi yaşayış evinin eskiz layihəsi və digər sənədlər nəzərə alınmaqla tikintiyə icazə verilmişdir. xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən yenidən Səbail Rayon İcra Hakimiyyətinə ərizə ünvanlanmış və fərdi yaşayış evinin tikintisinin başa çatdırıldığı barədə məlumat verilmişdir. Beləliklə, iddiaçı tikinti ilə bağlı məlumatlandırma icraatı qaydasında bütün proseduranı başa çatdırmışdır. İddiaçı xx.xx.2021-ci il tarixində mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin sənədləri ilə birlikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli Bildirişə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İmtina edilməsinə əsas kimi SOCAR-ın “Neft kəmərləri” və Təhlükəsizlik İdarəsinə göndərmiş olduqları sorğunu göstərmiş və qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Bibi-Heybət-Yasamal Dş-300 mm-lik neft kəmərinin 1.3-cü km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3.0 metr təşkil edir. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları ”nın 4-cü bəndinin l-ci hissəsinə əsasən İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Qeyd edilməlidir ki, AR ƏMDK DƏDRX daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması zamanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununu rəhbər tutulmalı və qanunun 8-ci maddəsində qeyd edilmiş əsaslar üzərindən ərizəçinin müraciətinə baxmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.10.2-ci maddəsində qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.” O da qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixli Bildirişdə AR Torpaq Məcəlləsinin 22.2ci maddəsınə istinad edilmiş və bildirilmişdir ki, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır və həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Halbuki, həmin məcəllənin qeyd edilmiş maddəsində tikinti işlərinin qadağan olunması ilə bağlı heç bir müddəa mövcud deyildir. Əksinə həmin məcəllənin 22.3-cü maddəsində qeyd edilir ki, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Həmçinin torpaq sahəsinə dair iddiaçıya təqdim edilmiş RX ******* nömrəli Dövlət Reyestrindən Çıxarışda torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına daxil olduğu əks olunmuşdur. Bu da onu təsdiq edir ki, 1 saylı Bakı Ərazi İdarəsi məhz yanlış əsaslandırmaya dayanaraq iddiaçının müraciətinə imtina vermişdir. Həmçinin bildirişdə həmin qanunun 15-ci maddəsinin hansı bəndinə əsasən müraciətdən imtina edildiyi göstərilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun 15.2-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir.” Lakin iddiaçı daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatı üçün ərizəni xx.xx.2021-ci il tarixində təqdim etmiş, lakin müraciətdən imtina barədə bildiriş xx.xx.2022-ci tarixində tərtib edilmiş, iddiaçı tərəfindən isə həmin bildiriş birbaşa 1 saylı Bakı Ərazi İdarəsinə yaxınlaşmaqla xx.xx.2022-ci il tarixində əldə edilmişdir. Nəticə etibarilə, 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR qanununun tələbləri kobud şəkildə pozmuşdur.

3. Cavabdeh orqanın imtina məktubunda bildirilmişdir ki, sözügedən torpaq sahəsi SOCARın “Neft kəmərləri” İdarəsinin istismarında olan Bibi-Yeybət-Yasamal Dş-300 mm-lik neft kəmərinin 1.3-cü km-də münafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3.0 metr təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neftqaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 24 may 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 3/10-Y-9-151 saylı, xx.xx.2018-ci il tarixli razılıq məktubu əsasında vətəndaş İddiaçı tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən və mülkiyyətində olan torpaq sahəsində məlumatlandırma icraatı qaydasında fərdi yaşayış evinin tikintisi həyata keçirilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı İdarəyə müraciəti zamanı yaranmış zərurətlə əlaqədar SOCAR-ın “Neft kəmərləri” və Təhlükəsizlik İdarəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Bibi-Heybət-Yasamal Dş- 300 mm-lik neft kəmərinin 1.3-cü km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3.0 metr təşkil edir. Bu səbəbdən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********40 saylı cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10.2. maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 780,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində 2 (iki) mərtəbəli, zirzəmili yaşayış evi mövcuddur. İddiaçının nümayəndəsi tərəfindən göstərilən sahə ilə (müraciətdə qeyd olunan Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, ev 252) qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarına qədər olan məsafə 19-22 metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeydiyyatdan keçmiş fərdi yaşayış evinin yerləşdiyi 700,0 kv.m torpaq sahəsinin 351,0 kv.m hissəsi Neft kəmərinin mühafizə zolağında yerləşir.

7. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Neft kəmərləri” və Təhlükəsizlik İdarəsi tərəfindən bildirilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin xx.xx.2017-ci il tarixli **********38 nömrəli plan və ölçü sənədində (A№188590) göstərilən koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Bibi- Heybət-Yasamal Dş300 mm-lik neft kəmərinin 1.3-cü km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3.0 metr təşkil edir. Məlum olduğu kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən, sənaye təyinatlı torpaqların stifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ- mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. İş üzrə cavabdehin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: -Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. -Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Bununla yanaşı bildirilir ki, “Neft Kəmərləri” İdarəsi Nizamnaməsinə əsasən məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər. Qeyd olunanlara, həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15-ci (Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) və 28-ci (Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması) maddələrinin tələblərinə uyğun olaraq “Neft Kəmərləri” İdarəsinin iş üzrə üçüncü şəxs qismində cəlb olunmasını, kəmərlərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə iddia tləbinin rədd olunmasını xahiş etmişdir.

8. Cavabdeh orqanın vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) cavab olaraq aşağıdakıları təqdim etmişdir: - Uzunluğu 6.416 km olan Bibi-Heybət-Yasamal Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1906-cı ildə başlanılmış, həmin ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. - Kəmərin ilkin layihə təzyiqi 2.5 Mpa, işçi təzyiqi isə 1.9 Mpa-dır. - Hazırda kəmərlə SOCAR-ın “Azneft” X4-Heybət NQÇİ-si tərəfindən hasil edilən neft Böyük-Şor Neft yığım məntəqəsinə, oradan isə Heydər Əliyev adına X9 nəql olunur. - Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və X5 tərəfindən istismar olunur.

10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdi.

11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iddiaçı tərəf iştirak etmir.

12. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uzunluğu 6.416 km olan Bibi- Heybət-Yasamal Dş-300 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1906-cı ildə başlanılmış, həmin ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Fərdi yaşayış evinin altındakı torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 3.0 metr təşkil edir və həmin neft boru kəmərinin mühafizə zonasına düşür.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır.

21. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa əsasən neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

23. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

24. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

25. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

26. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

27. X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

28. Məhkəmə qeyd edir ki, həmin ərazidə inşa edilmiş tikiliyə sərf olunan mal-materiala iddiaçının hüquqları olsa da (bax Öneryıldız Türkiyəyə qarşı iş), təhlükə potensiallı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmasının məqsədləri əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması olduğundan həmin ərazilər yaşayış üçün nəzərdə tutulmamışdır. Odur ki, həmin ərazidə inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3-cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur (borunun istismarına lazımi şərait yaradılması).

29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar