Məhkəmə qərarları › İş №2-1(112)-10012/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10012/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10012/2021 14.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında, mülkiyyətdə olan 0.11952 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 6843,65 kv. metr olan daşınmaz əmlakın İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində iddiaçının mülkiyyətində olan 0.11952 ha torpaq sahəsində yerləşən 98 nömrəli binada 1107.2 kv.m. ümumi, 834.6 kv.m. əsas, 272.6 kv.m. köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası Seriya № RX 0085677, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin mülkiyyətindədir. 2 səviyyəli zirzəmili, 4 mərtəbəli qeyri-yaşayış binasının inşası "xxxx" MMC tərəfindən başlanılmış, onun hüquqi varisi İddiaçı MMC tərəfindən inşası davam etdirilərək, başa çatmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********71 nömrəli cavab məktubu ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş, imtinanın səbəbi kimi təqdim olunan sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması göstərilmişdir. Lakin cavabdehin qeyd edilən əsaslara görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan qeyri-yaşayış binası sənəd üzrə sahədən artıq dövlət mülkiyyətində olan sahədə inşa edilmiş və həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasının tikintisinə icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilməli və tikinti obyektinin istismarına icazə sənədi müvafiq qurum tərəfindən təsdiq olunmamışdır. Belə ki, şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X4 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Bundan əlavə təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və həmin layihə Bakı Şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak söküldüyü üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması ilə bağlı məhv ərizəsi təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********71 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan: - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********71 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan qeyri-yaşayış binası sənəd üzrə sahədən artıq dövlət mülkiyyətində olan sahədə inşa edilmiş və həmin torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasının tikintisinə icazə sənədi Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilməli və tikinti obyektinin istismarına icazə sənədi müvafiq qurum tərəfindən təsdiq olunmamışdır. Bundan əlavə təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və həmin layihə Bakı Şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak söküldüyü üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması ilə bağlı məhv ərizəsi təqdim edilməlidir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X2 Dövlət Qeydiyyatı haqqında Şəhadətnamədən görünür ki, iddiaçı ********** saylı VÖEN-lə qeydiyyata alınmışdır. - X2 Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəsi ilə təsdiq edilmiş xx.xx.2016-cı il tarixli İddiaçı MMC-nin Nizamnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisidir. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 378 saylı sərəncamından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi Rayon İcra Hakimiyyətinə müraciət edərək, MMC-ə məxsus (xx.xx.2012-ci il tarixli, ******* №li çıxarış) Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sökülüb, təqdim olunmuş layihəyə uyğun yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin sözügedən ünvanda qeyri-yaşayış sahəsinin sökülüb yenidən tikintisi haqqındakı qaldırdığı məsələyə Bakı Şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1495 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşaat işlərinə dair eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin yenidən tikintisinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015ci il tarixli, 20843 nömrəli ekspertiza rəyi Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. Göstərilənlərə istinad edərək "xxxx" MMC-yə Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sökülüb, Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun, yenidən tikintisinə icazə verilmşdir. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş daşınmaz əmlakın Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.11952 ha torpaq sahəsi və üzərində olan 1.107,2 kv.m əmlak "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Çıxarışın verilməsi üçün əsas olan sənədlərdən görünür ki, AN-İ № ******* saylı notarial qaydada baglanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 11/26860 nömrəli arayışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində mülkiyyətində olan 0.11952 ha torpaq sahəsini və üzərində yerləşən 98 nömrəli binada, 1107.2 kv.m. ümumi, 834.6 kv.m. əsas, 272.6 kv.m. köməkçi sahədən ibarət 2 (iki) mərtəbəli qeyriyaşayış binasını (N.Nərimanov adına Kinoteatr) alıcı "xxxx" MMC-nin mülkiyyətinə verir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 000322 qeydiyyat nömrəli şəhadətnaməyə əsasən X5 ünvan 2 ünvanında yerləşən N.Nərimanov adına kinoteatrın yerləşdiyi 1195,2 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. - Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş tikinti obyektinin istismarına 82 saylı xx.xx.2018-ci il tarixli icazədən görünür ki, təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, obyektin ümumi sahəsi 6843,65 kvm, ümumi torpaq sahəsi 1170,8 kvm, mərtəbələrin sayı 4, ümumi tikinti həcmi 33475,6 kvm, o cümlədən yeraltı 2631,25 kvm olmaqla xx.xx.2018-ci il tarixdən Təbriz küçəsi 98 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus qeyri-yaşayış tikinti obyektinin istismarına icazə verilmişdir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası və hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları qanunvericiliklə birbaşa və qəti olaraq müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: 1.0.4. qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.1.9, 139-1.1.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ki, ünvan 2 ünvanında yerləşən 0.11952 ha torpaq sahəsi və üzərində inşa edilmiş 1.107,2 kv.m əmlak üzərində iddiaçı hüquqi varisi oldugu "xxxx" MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2012-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmin əmlak (N.Nərimanov adına Kinoteatr və onun yerləşdiyi torpaq sahəsi) isə daha öncə dövlət əmlakı kimi özəlləşdirmə nəticəsində alınmışdır. "xxxx" MMC-nin rəhbərliyi Rayon İcra Hakimiyyətinə müraciət edərək, MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülüb, təqdim olunmuş layihəyə uyğun yenidən tikintisinə icazə verilməsini xahiş etmiş, "xxxx" MMC-nin qeyri-yaşayış sahəsinin sökülüb yenidən tikintisi haqqındakı qaldırdığı məsələyə həmin dövrdə səlahiyyətli qurum olan Bakı Şəhər İcra Hakimiyyətində baxılmış və Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2013-cü il tarixli, 18/03-8/1495 qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşaat işlərinə dair eskiz layihəsi müvafiq qaydada təsdiq edilmiş, "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin yenidən tikintisinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, 20843 nömrəli ekspertiza rəyi Rayon İcra Hakimiyyətinə təqdim olunmuşdur. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Beləliklə də həmin dövrdə səlahiyyətli qurum olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 378 saylı Sərəncamı ilə "xxxx" MMC-yə Təbriz küçəsində yerləşən qeyri-yaşayış sahəsinin sökülüb məhz Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun yenidən tikintisinə icazə verilmşdir. Həmçinin də qeyd olunmalıdır ki, qeyri-yaşayış binasının hüquqmüəyyənedici sənədləri "xxxx" MMC-nin adına olsa da, İddiaçı MMC rəsmi olaraq vergi orqanında onun hüquqi varisi kimi qeydiyyata alınaraq binanın inşasını davam etdirərək, başa çatdırmışdır. Bu isə Mülki Məcəllənin 56.1.-ci maddəsinə müvafiq olaraq hüquq və vəzifələrin təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçdiyini ehtiva edir. Göstərilən sənədləri ərizəyə əlavə edilməklə iddiaçı tərəfindən ona hüquqi varisliyi qaydasında keçmiş mülkiyyətində sayılan torpaq sahəsi üzərində qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciət edilsə də, sonuncu tərəfindən ərizəsinin icrasının təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, qeyriyaşayış binasına dair hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azerbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə qeyri-yaşayış binasının tikintisinə icazə sənədi Bakı Şəhər icra Hakimiyyəti tərəfindən verilməli və tikinti obyektinin istismarına icazə sənədi müvafiq qurum tərəfindən təsdiq olunmamışdır. Bundan əlavə təqdim edilmiş eskiz layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və həmin layihə Bakı Şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanlarla yanaşı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsində qeydiyyatdan keçmiş daşınmaz əmlak söküldüyü üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv olunması ilə bağlı məhv ərizəsi təqdim edilməlidir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il Qərarında torpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini bildirmişdir: “İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir...Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10 və 8.0.10.1-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə sərəncam, inşaat işlərinə dair eskiz layihəsi) mövcuddur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Halbuki, «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 20.2-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludurlar. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 2 ünvanında, mülkiyyətdə olan 0.11952 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 6843,65 kv. metr olan daşınmaz əmlakın İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında, mülkiyyətdə olan 0.11952 ha torpaq sahəsində inşa edilmiş, sahəsi 6843,65 kv. metr olan daşınmaz əmlakın İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar