Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10013/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Araz Firidun oğlunun sədrliyi İsayeva Gülay Rəhim qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün” statusunun və vəsiqəsinin verilməsi barədə iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 (qanuni nümayəndə: Qanuni nümayəndə) Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət edərək, onlara “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, övladı xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi zərurətinin hazırda olmadığını bildirib, övladlarından yalnız İddiaçı1 “məcburi köçkün” statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəyişdirilməsi barədə ərizəni icraata qəbul etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 atası Qanuni nümayəndə və anası X10 992-ci ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşlər, məcburi köçkün statusuna maliklər. İddiaçı1 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubda “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq ədən vəsiqənin verilməsinə dair Qaydalar"ına istinad edilərək, iddiaçının babası X3 Şirvan rayonunda qeydiyyatda olması qeydiyyatda olması səbəbi ilə iddiaçının müraciətinin təmin olunmasnıdan imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazında bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq ədən vəsiqənin verilməsinə dair Qaydalar"ın tələblərinə görə, işğal zamanı 18 yaşına çatmamış şəxslərin “məcburi köçkün” statusu (2.4.6 yarımbənd) onların atasının hüquqi vəziyyətinə görə məüəyyən edildiyindən, İddiaçı1 atası Qanuni nümayəndə işğal dövrü Cəbrayıl rayonundan qeydiyyatda olması və məcburi köçkün düşməsi faktı araşdırılmış və DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin verdiyi arayışa əsasən, X3 (iddiaçının babası) xx.xx.1987-ci il tarixdən Şirvan rayonu, Avtoşkola küçəsində qeydiyyatda olduğu və 1999-cu ildə vəfat etdiyi məlum olmuşdur. Belə olan halda, Qanuni nümayəndə “məcburi köçkün” statusuna malik olması müəyyən olunmamışdır. Qeyd olunanara əsasən, İddiaçı1 atası Qanuni nümayəndə “məcburi köçkün” statusuna malik olması müəyyən olunmadığından, qeyd olunan Qaydaların 4.1.6-cı bəndinə əsasən iddiaçıya “məcburi köçkün” statusu və onun təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının qanuni nümayəndəsinin izahatını dinləyib və iş materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ 786972 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X8r. AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı1 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1i ünvanında qeydiyyatdadır. AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1977-ci il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1i ünvanında qeydiyyatdadır. AA seriyalı 232813 nömrəli “məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, Əzizov X4 rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2011-ci il tarixli qərarına əsasən “məcburi köçkün” statusuna malikdir. AZE seriyalı, 17297220 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1982-ci il tarixdə Cəbrayıl rayonu, Maralyan kəndində doğulmuşdur və yaşayış yeri üzrə ünvan 1i ünvanında qeydiyyatdadır. AA seriyalı 290726 nömrəli “məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, X2 rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2013-cü il tarixli qərarına əsasən “məcburi köçkün” statusuna malikdir. Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 5-40/3-4- 75/2023 nömrəli arayışa əsasən, Qanuni nümayəndə 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş, hazıra Binəqədi rayonu, Biləcəri qəsəbəsində müvəqqəti məskunlaşmış, vahid aylıq müavinət alır. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, “məcburi köçkün” statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 məcburi köçkün statusunun verilməsi barədə müraciət cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən təmin edilməmişdir. Bu zaman cavabdeh inzibati orqan iddiaçının atası Qanuni nümayəndə “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” tələblərinə uyğun olmadan verildiyinə istinad etmişdir. Belə ki, Cəbrayıl rayonu işğal olunan zaman Qanuni nümayəndə 18 yaşına çatmamışdır və onun atası X1 rayonunda deyil, Şirvan rayonunda qeydiyyatda olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə əsasən, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materiallarından müəyyən olunur ki, İddiaçı1 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır, valideynlərinin hər ikisinin məcburi köçkün statusu olmaqla, qeydiyyatları Cəbrayıl şəhəridir. Cavabdeh inzibati orqan iddiaçının atası Qanuni nümayəndə məcburi köçkün statusunun qaydalara zidd verildiyinə istinad etsə də, onun məcburi köçkün statusunun ləğv edildiyinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Eyni zamanda, məhkəmə cavabdeh inzibati orqanın dəlili ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.1-ci bəndinə əsasən, sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İş materialları ilə müəyyən edilir ki, Əzizov X4 rayonunda doğulmuş və Cəbrayıl rayonu işğal olunanadək həmin rayonda yaşamışdır. Həmin Qaydaların 2.4.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqəni almaq niyyətində olan, rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 2.4.6.1. Ərizə forması; 2.4.6.2. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surəti (əsli ilə birlikdə); 2.4.6.3. Atanın şəxsiyyət vəsiqəsi və hərbi biletinin surəti (əsli ilə birlikdə); 2.4.6.4. Atanın hərbi bileti itirildiyi halda atanın işğal zamanı məcburi köçkün düşdüyü rayonda hərbi və ya pasport qeydiyyatında olması barədə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələri və ya DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış; 2.4.6.5. Atanın məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış. 2.4.6.6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil. Göründüyü kimi, qeyd olunan bəndə əsasən, rayonun işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxsin atasının mütləq işğal olunmuş rayonda pasport qeydiyyatında olması tələbi nəzərdə tutulmamışdır. Atanın hərbi biletinin itirildiyi halda həmin rayonda hərbi və ya pasport qeydiyyatında olmasını təsdiq edən arayışın təqdim edilməsi tələb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, onun tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, iddiaçıya “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3rardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Araz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-10013/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10013/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver