Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10014/2023 15.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “mənzilin əvəzinə kompensasiyanın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının mənzil ilə təmin olunmasına dair Xətai Rayon Məhkəməsinin 12 yanvar 2006-cı il tarixli qətnaməsini icra etmədiyi üçün Cavabdehdən mənzilin bugünkü real bazar qiyməti olan 150 (bir yüz əlli min) manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi ilə ona verilməli olan mənzilin əvəzinə görə 150.000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya məktubu göndərilərək, habelə məhkəmə iclasında hüquqi yardım göstərilərək mübahisəyə dair qüvvədə olan məhkəmə qərarı ilə baglı icra icraatı qaydasında ərizə ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 147 saylı, 12 yanvar 2006-cı il tarixli qətnaməsinə əsasən X10, X12-Cəlilovun, İddiaçı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və qeyrilərinə qarşı şəhadətnamələrin ləğv edilməsi, pozulmuş mənzil hüquqlarının bərpa olunması və mənzillərlə təmin edilməsinə dair iddiası əsassız olduğundan rədd edilmiş və qarşılıqlı iddia təmin edilmi, Bakı şəhəri Cavabdeh Başçısının 1993-cü il 19 oktyabr tarixli 180 №-li, 1994-ci il 5 dekabr tarixli 52 №-li və Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1994-cü il 23 sentyabr tarixli 3059 3 nömrəli sərəncamları əsasında Bakı şəhəri Neapol küçəsi 2346-cı məhəllədəki evin 70-ci mənzilinə dair X5 adına verilmiş 1993-cü il 19 oktyabr tarixli 012186 №-li evin 4cü mənzilinə dair, X12-Cəlilovun adına verilmiş 1994-cü il 5 dekabr tarixli 012815 №-li, 10cu mənzilinə dair X8 adına verilmiş 1994-cü il 23 sentyabr tarixli 007266 №-li orderlər etibarsız hesab edilmiş, X11, X12-Cəlilova və X6 başqa yaşayış sahəsi təmin etmək vəzifəsi Bakı şəhəri Cavabdehin və Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Apellyasiya Məhkəməsinin 1 mk-2441/2006 saylı 18 may 2006-cı il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. Ali Məhkəmənin 07 sentyabr 2006-cı il tarixli qərarına əsasən, verilmiş kassasiya şikayəti təmin edilməmiş və Apellyasiya Məhkəməsinin 18 may 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ötən bu müddət ərzində isə qətnamə icra olunmamışdır. Belə ki, iddiaçı dəfələrlə Cavabdehə müraciət etsə də, Nərimanov rayon icra şöbəsindən məhkəməyə şikayət etsə də, İcra Hakimiyyəti balansında mənzil olmamasını əsas gətirərək mənzil ilə təmin edilməmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-147/2006 №-li iş üzrə qərarı ilə X8, X1, İddiaçı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və qeyrilərinə qarşı “şəhadətnamələrin ləğv edilməsi”, pozulmuş mənzil hüquqlarının bərpa olunması və mənzillərlə təmin edilməsinə dair iddiası əsassız olduğundan rədd edilmiş, həmin iş üzrə qarşılıqlı iddiaçı "xxxx" Mənzil Tikinti kooperativinin qarşılıqlı iddiası təmin edilmişdir. Qeyd olunan iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Nərimanov RİH başçısının 1993-cü il 19 oktyabr tarixli 180 №-li, 1994-cü il 5 dekabr tarixli 52 №-li və Səbail RİH başçısının 1994-cü il 23 sentyabr tarixli 3059 №-li sərəncamları etibarsız hesab edilmişdir. Bununla da qeyd olunan sərəncamlar əsasında Bakı şəhəri, Neapol küçəsi, 2346-cı məhəllədəki evin 70-ci mənzilinə dair İddiaçı adına verilmiş 1993-cü il 19 oktyabr tarixli 012186 №-li, həmin evin 4-cü mənzilinə dair X1 adına verilmiş 1994-cü il 5 dekabr tarixli 012815 №-li və həmin evin 10-cu mənzilinə dair X8 adına verilmiş 1994-cü il 23 sentyabr tarixli 007266 №-li orderlər etibarsız hesab edilmişdir. X13, X4 və İddiaçı başqa yaşayış sahəsi ilə təmin etmək vəzifəsi - Nərimanov RİH və Səbail RİH-in üzərinə qoyulmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-147/2006 №-li iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədi Nərimanov RlH-ə 2018-ci ilin yanvar ayında daxil olmuşdur və icra sənədinin Nərimanov RlH-ə münasibətdə sərəncamların etibarsız hesab edilməsi hissəsində icrası qismən təmin edilmiş, həmin sərəncamlar və onlara əsasən verilmiş orderlər Nərimanov RİH başçısının müvafiq sərəncamı əsasında etibarsız hesab edilmişdir. Hüquqi qüvvəsini almış məhkəmə qərarının icra edilməməsinə gəldikdə isə bildirirlər ki, iş üzrə tərəflər (ilkin iddiaçılar) Bakı Baş Tikinti İdarəsində işləmiş və iş yerində mənzil növbəsinə götürülmüşlər. Bakı şəhər XDS-nin Bakı Baş Tikinti İdarəsi tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin işçiləri üçün Xətai rayonu, Neapol küçəsi, “B” massivi, 2346-cı məhəllədə yaşayış binasının tikintisinə başlanılmış, tikintinin başa çatmadığı ərəfədə Bakı Baş Tikinti Trestinin Yerli və Həmkarlar Komitələrinin müraciətləri əsasında mənzil növbəsində olan həmin şəxslərə yaşayış orderlərinin verilməsi xahiş olunmuş və həmin şəxslərə Bakı Şəhər XDS İK üçün ayrılmış olan mənzillərə Nərimanov RİH tərəfindən yaşayış orderləri verilmişdir. Təbii ki, mübahisəli yaşayış evinin tikintisi başa çatmadığından həmin şəxslər mübahisəli mənzillərə köçə bilməmişlər. Daha sonra sözügedən yarımçıq tikili Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BŞİH-in nəzdində fəaliyyət göstərən "xxxx" MTK-ya satılmışdır. Mübahisəli yaşayış evinin sökülməsi barədə BŞİH tərəfindən Nərimanov RlH-ə hər hansı bir məlumat verilməmiş və adlarına order almış şəxslər isə gözləmə mövqeyi tutaraq bu barədə susmuşlar. Nəticə etibarı ilə ötən əsrin 90-cı illərinə təsadüf edən hüquq münasibətlərinə 2006-cı il tarixində hüquqi qiymət verilmiş, iş üzrə icra sənədi 2017-ci il tarixdə icraata daxil olmuş, mənzil qanunvericiliyində edilən əhəmiyyətli dəyişikliklər nəticəsində iş və yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi mümkün olmamış, Nərimanov RİH-in hərəkətsizliyi müəyyən edilməmişdir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)-199/2020 №-li iş üzrə qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 79/2006 №-li iş üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsinin “Kompensasiya verilməklə icra üsulunun dəyişdirilməsinə dair” borclu Nərimanov RİH tərəfindən verilmiş ərizə təmin edilməmiş, məhkəmə aktı qanuni qüvvəsini almışdır. BŞİH tərəfindən bu təyinat üzrə yaşayış sahəsinin ayrıldığı, eləcə də RİH-in balansında boş mənzil olacağı təqdirdə ilk növbədə iddiaçı yaşayış sahəsi ilə təmin ediləcəkdir. Göründüyü kimi mübahisə predmetinə qanuni qüvvəyə minmiş məhkəmə aktı (aktlar) ilə hüquqi qiymət verilmişdir. Yəni hazırki iş üzrə iddiaçının başqa yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən, İddiaçı iddia ərizəsinə baxılmasının mümkünsüz hesab edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsi səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, X8, X1, X7 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və qeyrilərinə qarşı şəhadətnamələrin ləğv edilməsi, pozulmuş mənzil hüquqlarının bərpa olunması və mənzillərlə təmin edilməsinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri Cavabdeh Başçısının 1993-cü il 19 oktyabr tarixli 180 nömrəli, 1994-cü il 5 dekabr tarixli 52 nömrəli və Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1994-cü il 23 sentyabr tarixli 3059 nömrəli sərəncamları əsasında Bakı şəhəri, Neapol küçəsi, 2346-cı məhəllədəki evin 70-ci mənzilinə dair X5 adına verilmiş 1993-cü il 19 oktyabr tarixli 012186 nömrəli, evin 4-cü mənzilinə dair X2 adına verilmiş 1994-cü il 5 dekabr tarixli, 012815 nömrəli, 10-cu mənzilinə dair X8 adına verilmiş 1994-cü il 23 sentyabr tarixli 007266 nömrəli orderlər etibarsız hesab edilmişdir. X14, X3, X9 başqa yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehin və Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk-2441/2006 nömrəli, 18 may 2006-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 07 sentyabr 2006-cı il tarixli, 6 K 2206/06 nömrəli qərarına əsasən kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1mk-2441/2006 nömrəli, 18 may 2006cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı qərar və hərəkətlərdən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). İş materiallarından göründüyü kimi Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-147/2006 №-li iş üzrə xx.xx.2017-ci il tarixli icra sənədi Nərimanov RlH-ə 2018-ci ilin yanvar ayında daxil olmuş və icra sənədinin Nərimanov RlH-ə münasibətdə sərəncamların etibarsız hesab edilməsi hissəsində icrası qismən təmin edilmiş, həmin sərəncamlar və onlara əsasən verilmiş orderlər Nərimanov RİH başçısının müvafiq sərəncamı əsasında etibarsız hesab edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(005)- 199/2020 №-li iş üzrə qərardadı ilə Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 79/2006 №-li iş üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsinin “Kompensasiya verilməklə icra üsulunun dəyişdirilməsinə dair” borclu Nərimanov RİH tərəfindən verilmiş ərizə təmin edilməmiş, məhkəmə aktı qanuni qüvvəsini almışdır. Cavabdehin etirazında göstərilmişdir ki, BŞİH tərəfindən bu təyinat üzrə yaşayış sahəsinin ayrıldığı, eləcə də RİH-in balansında boş mənzil olacağı təqdirdə ilk növbədə iddiaçı yaşayış sahəsi ilə təmin ediləcəkdir. Hazırki iş üzrə iddiaçı qüvvədə olan məhkəmə qətnaməsindən irəli gələrək məhz icra mərhələsində olan məsələnin həllini – cavabdeh tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi əvəzinə ona pul verilməsini Cavabdehə həvalə edilməsini tələb edir. Göründüyü kimi iddiaçı bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddia inzibati mübahisə hesab edilmədiyi üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədini vermiş məhkəməyə ərizəylə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10014/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10014/2023
15.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver