Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10014/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi, Yasamal RPİ-nin 27-ci polis Bölməsi, X1) qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməklə borclunun axtarılması və tapılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Yasamal Rayon Polis İdarəsinə qarşı “hərəkətsizliyin qanunsuz hesab edilməklə borclunun axtarılması və tapılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, məhkəmə qətnaməsi əsasında borclu Oqtay Ağayevdən pulun tutulub ona ödənilməsi qət edilmişdir. Həmin şəxs tapılmadığından İdarədə axtarış işi açılmışdır. Lakin, borclunun axtarışı həyata keçirilmir, müraciətlər edilsə də, nəticə vermir. Axtarış davam edir deyilsə də, heç bir addım atılmır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 22 yanvar 2019-cu il tarixli məktubda qeyd edilir ki, axtarış tədbirlərin gücləndirilməsi üçün Yasamal Rayon Polis İdarəsinə tapşırıq verilmişdir. Cavabdehin 29 yanvar 2019-cu il tarixli məktubunda qeyd edilir ki, borclunun yerinin müəyyən edilməsi ilə əlaqədar tədbirlər davam etdirilir. 07 yanvar 2018-ci il tarixli qərardan görünür ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən borclunun axtarılması barədə qərar qəbul edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin məktubundan görünür ki, borclu barəsində Yasamal Rayon Polis İdarəsində axtarış işi açılmışdır. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, borclununa axtarılması və tapılması barədə iddia mümkün sayılmamışdır. Qeyd olunur ki, İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İddia tələbindən görünür ki, iddiaçı borclunun axtarılması və tapılması vəzifəsinin Yasamal Rayon Polis İdarəsinə həvalə edilməsi barədə iddia irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-5806/2020 saylı iş üzrə də iddiaçı həmin borclunun axtarılması və tapılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia irəli sürmüş, həmin iddia Bakı İnzibati Məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilmişdir. Hazırkı icraat zamanı tətqiq edilmiş həmin iş materiallarından və məhkəmənin qərardadından görünür ki, məhkəmə hesab etmişdir ki, hazırkı iddiaçının tələbinin mahiyyəti digər şəxs üçün əlverişsiz sayılan hərəkətlərin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını istəyir. Lakin nəzərə alınmalıdır ki, İPM-in normaları icraatda iddiaçı qismində çıxış edən şəxslərə yalnız özlərinə aid əlverişli hərəkətlərin edilməsi və əlvetişsiz hərəkətlərin dayandırılması və ya qadağan olunması ilə bağlı iddiaları nəzərdə tutur. Bundan başqa, məhkəmə vurğulayır ki, müvafiq icra işi üzrə borclunun axtarılması barədə icra məmurunun qəbul olunduğu və aidiyyəti orqana göndərildiyi halda, borclunun axtarılması üzrə tədbirlərin həyata keçirilməsi həmin orqanın mübahisə olunmayan vəzifəsidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbində göstərilən öhdəliyinin hazırkı cavabdehin üzərinə qoyulması heç bir halda mümkün deyil. Odur ki, iddia mümkün sayılmamalıdır. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddianın mümkünlüyü məsələsinə qiymət verilmişdir ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin tələbdən bir-neçə il sonra olsa belə, göstərilən iddia ilə müraciət edilməsi iddianın mümkünsüzlüyü halını aradan qaldırmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan
Məhkəmə qərarları › İş №2-1(112)-10014/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10014/2025
08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver