Məhkəmə qərarları › İş №2-1(112)-10016/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10016/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10016/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehin üzərinə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsasən ayrılmış, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsindən 10 noyabr 2022-ci il tarixdə notarial təsdiq edilmiş Ərizə əsasında adına keçirilmiş 400 kv.mdən ibarət torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisi olan Xocəsən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsi təqdim olunmuş cizgi əsasında sahibkarkq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş X2 uzunmüddətli icarəsinə verilmişdir. Daha sonra, 10 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan Nağıyeva (əvvəlki soyadı Qasımova) Bəhriyyə Qurban qızı tərəfindən nümayəndə vasitəsilə notarial təsdiq olunmuş Ərizə əsasında səlahiyyətli orqanlara müraciət olunaraq Bakı ş., Binəqədi r., Xocəsən qəsəbə bələdiyyəsinin 5/11 saylı xx.xx.2005-ci il tarixdə verilmiş qərarına əsasən Xocəsən qəsəbəsi ərazisində ayrılmış 1,2 ha torpaq sahəsindən 400 kv.m torpaq sahəsi Kürdəmir r. Yenikənd kən-də qeydiyyatda olan İddiaçı adına keçirilməsi və sənədləşdirilməsi xahiş olunmuş və bu torpaq sahəsi ilə əlaqədar gələcəkdə heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacağını bildirilmişdir. Həmin tarixdən etibarən sözügedən 400 kv.m-dən ibarət torpaq sahəsi istifadəsində olmaqla ona - İddiaçı məxsusdur. xx.xx.2025-ci il tarixdə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq ona məxsus Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən 400 qanunsuzdur. Belə ki, İmtina məktubunda cavabdehin: “torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə olması, torpaq sahəsinin sənəd üzrə Xocəsən qəsəbəsi ərazisində yerləşdiyi qeyd edilsə də baza məlumatına əsasən həmin ərazinin “Sulutəpə” qəsəbəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağı olması, təqdim edilmiş yerləşmə cizgilərində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülərin qeyd edilməməsi, digər cizgidə hüquq sahibi kimi digər şəxsin adının qeyd olunması” kimi əsaslarını onun hüquqlarının qeydiyyatından imtina üçün gətirdiyi subyektiv mülahizələr hesab edir. Belə ki, cavabdeh sözügedən torpaq sahəsini Dövlət Neft Şirkətinin kv.m-dən ibarət torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli imtinası əsassız və istifadəsinə verilmiş ərazi kimi təqdim etsə də, nəzərə alınmır ki, onun inzibati icraat haqqında qanunvericiliyə əsasən inzibati orqanların inzibati praktikasına etimad hüququ qanunla qorunur. Cavabdeh inzibati orqan nəzərə almır ki, bir hissəsi (400 kv.m) qanuni əsaslarla ona verilmiş torpaq sahəsi Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsaslanır. Və həmin qərar nəinki etibarsız hesab edilməmiş, yaxud ləğv edilməmişdir, hətta ümumiyyətlə heç vaxt mübahisələndirilməmişdir. Başqa sözlə, onun bu qərardan irəli gələn etimad hüququm torpaq sahəsini aldığı vaxt 17 illik, hüquqlarının dövlət qeydiyyatından imtina edildiyi hazırkı vaxtda isə 20 illik böyük bir zamanla müdafiə olunur. İnzibati orqanın imtinasının bu əsası ərazinin faktiki vəziyyəti ilə də inkar olunur. Belə ki, ərazi bütünlüklə fərdi yaşayış evlərindən ibarətdir. Hətta onda olan məlumata əsasən, həmin ərazidə bələdiyyə qərarları əsasında verilmiş torpaq sahələri dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Qanunla müdafiə olunan etimad hüququ fikrincə, cavabdehin imtinasının digər əsaslarını da (torpağın Sulutəpə qəsəbəsində olması, dövlət mülkiyyətində olması) “zərərsizləşdirmək” üçün kifayət qədər ciddi hüquqi əsasdır. İmtinanın texniki xarakterli detallarına gəlincə (cizgidə dəqiq istinad, istinad məsafəsi və s.), bununla da razılaşmır və hesab edir ki, ilkin hüquqmüəyyənedici sənədlər və işin faktiki halları belə bir yanaşmanı istisna edir. Bundan əlavə, cavabdehin “digər cizgidə hüquq sahibi kimi digər şəxsin adının qeyd olunması” ilə bağlı mövqeyini də tamamilə əsassız yanaşma hesab edir. Çünki, torpaq sahələrinin fərqli sahələr olduğu cizgilərdən aydın şəkildə görünür. Bundan əlavə, hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005- ci il tarixli, 5/11 saylı qərarının arxiv arayışı və digər sənədlər məhkəmənin sorğusu əsasında əldə edilə bilər. Eyni zamanda, sənədlərdəki soyad fərqliliyi ilə bağlı (Qasımova - Nağıyeva) qeyd etmək istəyir ki, torpaq sahəsi üzrə hüquq sahibi Bəhriyyə Qurban qızının soyadının məlum bələdiyyə qərarı verilən vaxt Qasımova, sonralar isə Nağıyeva olması hüquqların qeydiyyatından imtina üçün əsas ola bilməz. Belə ki, soyadlar fərqli olsa da, bütün sənədlərdə (xx.xx.2022-ci il tarixli, AR-İİ№ 853822 nömrəli Etibarnamədə. xx.xx.2022-ci il tarixli Səlahiyyətli orqanlara ünvanlanmış Ərizədə), eyni bələdiyyənin eyni tarixli, eyni nömrəli qərarına (Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 5/11 saylı qərarına (hətta torpaq sahəsinin ölçüsü də eynidir)) istinad edilir. Qeyd edilən bu hal hüquq sahibinin müxtəlif vaxtlarda fərqli soyad daşımasına baxmayaraq eyni şəxs olduğunu təsdiq edir. Bundan əlavə, səlahiyyətlərin X3 adından İddiaçı ötürülməsinin qeyd edilməməsinə dair cavabdehin mövqeyinin əsassızlığı həmin sənədlərlə yaxından tanış olduqda bütün çılpaqlığı ilə ortaya çıxır. Başqa sözlə, həmin sənədlərlə 400 kv.m torpaq sahəsi ilə bağlı səlahiyyətlərin X3 adından İddiaçı ötürülməsi öz təsdiqini tapır. Beləliklə, həm yuxarıda qeyd edilənlərə əsasən, həm də sözügedən münasibətləri tənzimləyən qanunvericilik normalarının tələbləri baxımından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə hüquqlarımın dövlət qeydiyyatından imtina edilməsi əsassız və qanunsuz hesab edilməli və hazırkı iş üzrə cavabdehin üzərinə ona məxsus qanuni istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 400 kv.m-dən ibarət torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulmalıdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş sənədlər digər fiziki şəxsin adınadır və iddiaçının adına qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda etibarnamə üçüncü şəxslər qarşısında təmsilçilik üçün etibar edən tərəfindən verilmiş vəkalət sənədi olmaqla sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas deyil. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin həmin sahə daxilində ləğv edilmiş və işlək neft quyularının baza məlumatı mövcuddur. Əlavə olaraq, torpaq sahəsi sənəd üzrə Xocasən qəsəbəsi ərazisində yerləşdiyi qeyd edilsə də, baza məlumatına əsasən həmin ərazi “Sulutəpə” qəsəbəsinin hüdudları daxilində yerləşir. Eləcə də, təqdim edilmiş yerləşmə cizgilərində dəqiq istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilməmiş və digər cizgidə hüquq sahibi kimi X1 adı qeyd olunmuşdur. İdarənin mütəxəsissləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsü 366,0 kv.m olduğu müəyyən olmuşdur. Bundan başqa, sənədlər toplusuna əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 5/11 nömrəli qərarının arxiv arayışı və ya torpaq sahəsinin ayrıldığını təsdiq edən bələdiyyənin məktubu və icarə müqaviləsi təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, əlavə olunan sənədlərdə (etibarnamə Nağıyeva, digər sənədlərdə isə Qasımova) hüquq sahibinin soyadı fərqli qeyd edildiyin soyad dəyişikliyi ilə bağlı əlaqəli sənəd təqdim edilməmişdir. Eyni zamanda, təqdim edilmiş etibarnamədə nümayəndəyə ötürülmüş səlahiyyətlərdə sənəd üzrə 1200.0 kv.m olan torpaq sahəsinin 400.0 kv.m hissəsinə dair səlahiyyətlərin verilməsi nəzərdə tutulsa da, 2ci etibarnamədə səlahiyyətlərin X3 adından İddiaçı oğluna ötürülməsi qeyd olunmamışdır. Məhkəmə iclasında iddiaçı tərəflə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçının vəkili və nümayəndəsi iddianın mümkün hesab edilərək mahiyyəti baxılıb iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia tələbindən görünür ki, iddiaçı cavabdehin üzərinə Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 11 mart 2005-ci il tarixli, 5/11 saylı qərarına əsasən ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsindən 10 noyabr 2022-ci il tarixdə notarial təsdiq edilmiş Ərizə əsasında adına keçirilmiş 400 kv.m-dən ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddia mümkünlük şərtlərini ödəmir: Belə ki, iddiaçının hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər, X2 adınadır. İddiaçı hazırkı tələbinin faktiki əsası kimi, B.Qasımova tərəfindən verilmiş notarial ərizəyə istinad edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, №5/11 nörməli qərarı ilə, Xocasən bələdiyyəsinin ərazisi olan Xocasən qəsəbəsində yerləşən 1,2 ha torpaq sahəsi X2 uzunmüddətli icarəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən, X5 Bakı ş. Binəqədi r. Xocasən qəsəbə bələdiyyəsinin 5/11 saylı xx.xx.2005-ci il tarixdə verilmiş qərarına əsasən Xocasən qəsəbəsi ərazisində ayrılmış 1.2 ha torpaq sahəsindən 400 kv.m torpaq sahəsini Kürdəmir r., Yenikənd kəndində qeydiyyatda olan İddiaçı adına keçirilməsini və sənədləşməsini xahiş və bu torpaq sahəsi ilə əlaqədar gələcəkdə heç bir dövlət orqanları qarşısında iddia qaldırmayacağı bildirilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, notarial qaydada təsdiq edilmiş ərizə, hüquqmüəyyənedici sənəd hesab edilmir və torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilə bilməz. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, №5/11 nörməli qərarı ilə uzunmüddətli istifadə məqsədi ilə verilmiş 1.2 ha torpaq sahəsi B.Nağıyevanın mülkiyyətində deyildir. Belə olan halda, sonuncu həmin torpağın iddiaçıya satılması, bağışlanması və s. sərəncam vermə hərəkətlərini həyata keçirə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Sadalanan normalardan göründüyü kimi, daşınmaz əmlak üzərində sərəncam hüququ o zaman yaranır ki, daşınmaz əmlak üzərində dövlət reyestrində ərazilər üzrə qeydiyyata alınsın. Əks halda, həmin əmlakla bağlı bağlanmış müqavilələrin notariat qaydasında təsiqlənməsinə yol verilmir və bağlanmış müqavilələr etibarsız sayılır. Baxılan işdə, sözügeüdən torpaq sahəsinə X5 mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmadığından sonuncu həmin əmlak barəsində sərəncam vermək (bağışlamaq, satmaq və s.) hüququna malik deyildir. Torpaq sahəsinə dair X3 adından çıxış edən X4 iddiaçıya etibarnamə verməsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sadalanan normalara əsasən məhkəmə qeyud edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin öz adınan mülkiyyət hüququnun qeydə alınması ilə hər hansı tələb irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1687/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “... hazırkı mübahisəyə münasibətdə iddiaçının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədiyi sözügedən qeyriyaşayış binasının ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən qeyri-yaşayış sahəsinin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə verilməsini təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçı tərəfindən də bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi qeyriyaşayış sahəsinə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir”. İddiaçı hazırda mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada ona verilməsini təsdiq edən sənəd (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.-cı maddəsində sadalanmış hüquqmüəyyənedici sənədlər) təqdim etməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar