Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10017/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 22 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6966/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə Səbail bələdiyyəsinin 16 dekabr 2019cu il tarixli 20 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Bu qərardan Səbail bələdiyyəsi apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103J-786/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6999/2020 nömrəli xx.xx.2020- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Səbail bələdiyyəsi həmin qərardadn kassasiya şikayəti vermiş, Azerbaycan Respublikasının Ali Məhkəməsinin 2-1 ((102)-1628/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarı ilə Səbail bələdiyyəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)- 786/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Səbail bələdiyyəsi, "Gəncəli” Kommersiya İstehsalat Şirkətinə aid olan “Gəncəli Plaza” otelinə qarşi il boyu oteldə qalan qonaqların sayları haqqında məlumatların verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Bakı İnzibati məhkəməsi iş № 2-1(112) 5430/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddianı mümkün saymamışdır. X3 bələdiyyəsi Bakı Apellyasiya məhkəməsinin inzibati kollegiyasına şikayət etmişdir. Bakı Apellyasiya məhkəməsinin inzibati kollegiyasının 2-1(103)-1626/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Səbail bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)5430/2022 sayli xx.xx.2022-ci il tarixli qərardadı qüvvəsini saxlamışdır. Bütün bunlara baxmayaraq Sabail bələdiyyəsi yenidən Bakı İnzibati Məhkəməsində İddiaçınə qarşı hesabatların təqdim edilməsi barədə iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin iş №2-1(112) 7372/2023 saylı xx.xx.2023-cu il tarixli Qərardadı ilə Sabail bələdiyyəsinin iddiası mümkün sayılmamışdır. Bakı şəhəri Səbail Bələdiyyəsi Azərbaycan Respublikasının adından qəbul edilmiş məhkəmə qərarlarıma məhəl qoymayaraq xx.xx.2022-ci il tarixdə daha bir qərar - 14 nömrəli qərarı qəbul etmiş, Azərbaycan Respublikası Vergilər məcəlləsinin 56.1-ci maddəsinə əsasən 2018, 2019 və 2020-ci illər üzrə 9784.50 manat vergi borcunun İddiaçı KİŞ-dən alınaraq Səbail bələdiyyəsinə ödənilməsini təmin etmək üçün, Qərar Səbail rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhər Səbail rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icraata başlamaq barədə qərar qəbul edilmişdir. Bundan sonar Bakı şəhər Səbail bələdiyyəsinin qərarının icrası məqsədi ilə “Gəncəli KİŞ-nin "xxxx" ASC-nin Səbail filialında olan hesabına inkasso sərəncamları qoyulmuşdur. İddiaçı KİŞ-i barəsində Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 14 saylı qərarın ləğv edilməsi və gələcəkdə Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən hər hansı bir qənuna zidd vergi tələb edilməsinin qadağan edilməsi barəsində qərar qəbul ediməsi barədə iddia ərizəsi ilə Bakı inzibati məhkəməsinə müraciət etmişdir. Bakı şəhər İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli, 15(112)-25/2022 saylı qərarı ilə İddiaçı KİŞ-in iddiasını təmin etmiş, Bakı şəhər Səbail bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 14 saylı qərarının icrası ilə bağlı hər hansı hərəkətlərin həyata keçirilməsini, cababdeh Bakı şəhəri Səbail bələdiyyəsinə və digər şəxslərə - "xxxx" ASC-nə və Səbail rayon icra şöbəsinə qadağan edilməsi barədə qərardad qəbul etmişdir. Səbail rayon bələdiyyəsi bu qərardaddan Appelyasiya şikayət vermişdir. Bakı Apelyasiya məhkəməsi 26.01,2023-cü il 15(103) 1/2023 nömrəli iş üzrə Bakı inzibati məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır. Bütün bunlara baxmayaraq, Səbail bələdiyyəsi yenidən qanunsuz və əsasız olaraq xx.xx.2024cü il tarixli, 10 saylı protokol tərtib edərək 11688.60 məbləğində vəsaitin “Gəncəli Plaza” otelindən məcburi qaydada alınması üçün Səbail rayon icra və probasiya şöbəsinə müraciət etmişdir. Hesab edirəm ki, həmin qərar əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraza əsasən, Səbail Bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarda buraxılmış texniki səhvlərin aradan qaldırılması məqsədi ilə həmin qərar geri götürülmüş və İcra orqanı tərəfindən hər hansı icra hərəkətlərinin başlanmasına dair qərar qəbul edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, “X1” şirkətinə məxsus olan İddiaçı Plaza tərəfindən bələdiyyə ərazisində xidmətlər göstərən şəxslərdən alınan ödənişin hesabatı, bələdiyyəyə təqdim edilmədiyi və oteldəki qonaq sayı barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadığı üçün mehmanxana ödənişi analoji fəaliyyətlə məşğul olan otellərin uçot və hesabat məumatları əsasında hesablanması qərara alınmış və 10883,40 manat borc yaranmışdır. Otelə rəsmi qaydada bildiriş və xəbərdarlıqlar göndərilmişdir. Lakin, ödəniş həyata keçirilməmişdir. Buna dair akt tərtib edilmiş və ərizəçiyə göndərilmişdir. 30 gün müddətində aktdan şikayət və etiraz verilməmişdir. 04 iyun 2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, 2024-cü ilə dair mart, aprel, may ayları üzrə hesabat təqdim edilməmişdir. Təqdim edilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. 16 iyul 2024-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, otelin rəhbərliyi tərəfindən 2021- 2023-cü illər üzrə hesabat təqdim edilməmişdir. Həmin illər üzrə xidmət göstərilən şəxslərin sayına əsasən alınan 10883,40 manat ödəniş “Gəncəli Plaza” oteli üçün də hesablanmışdır. 15 avqust 2024-cü il tarixli aktda qeyd edilmişdir ki, 2021-2023-cü illər üçün xidmət göstərilən şəxslərin sayına əsasən hesablanmış 10883,40 manat ödənişin edilməsi məqsədi ilə xəbərdarlıq məktubu göndərilmiş, lakin ödəniş edilməmişdir. 02 saylı 22 yanvar 2020-ci il tarixli protokoldan çıxarışda qeyd edilmişdir ki, mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərin hər bir şəxs üçün sutkada 1,10 manat olmaqla ödəniş müəyyən edilir. Bakı Şəhər İcra Hakimiyyətinin 22 noyabr 2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, sərəncam əsasına ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğundan icarə haqqının dövlət büdcəsinə ödənildiyindən, inşa edilmiş qeyri-yaşayış obyekti özəlləşdirildiyindən torpağa dair icarə haqqından başqa heç bir ödəniş tələb edilə bilməz. Torpaq sahəsinin icarəyə verilməsi barədə 19 yanvar 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinə dair ərizəçi ilə icarə müqaviləsi bağlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 12 oktyabr 2005-ci il tarixli sərəncamdan görünür ki, 1120 kv.m torpaq sahəsinin İddiaçı KİŞ-nin icarəyə verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki iddia tələbi ilə mübahisələndirilən qərardan görünür ki, qərar əsasında bələdiyyə ərazisində xidmətlər göstərən şəxslərdən alınan ödənişin hesabatının Səbail Bələdiyyəsinə təqdim edilmədiyi və həmin oteldəki qonaqların sayı barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadığı üçün analoji fəaliyyətlə məşğul olan otellərin uçot və hesabat məlumatları əsasında hesablanması qərara alınmış və son 3 il üçün qonaq hesabı ilə 10883,40 manat borc yaranmışdır. İşin faktiki hallarından isə göründüyü kimi hazırkı mərhələdə konkret olaraq əlaqəli məlumatların əldə edilməsinin mümkün olmaması, analoji fəaliyyətlə məşğul olan otellərin hansı olması, uçot və hesabat məlumatlarının nədən ibarət olması göstərilməmiş, lakin həmin istinadlarla qərar qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati icraatla bağlı qanunvericiliyin tələbindən göründüyü kimi yazılı inzibati aktın əsaslandırılması mütləqdir. Əsaslandırma zamanı da işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Mübahisələndirilən inzibati aktın əsaslandırılması zamanı isə əlaqəli məlumatların əldə edilməsinin mümkünsüzlüyünü müəyyən edən hallar, eləcə də analoji fəaliyyətlə məşğul olan otellərin ad və digər göstəriciləri müəyyən edilməmiş, ümumi olaraq həmin məlumatların mövcudluğu nəzərə alınaraq hesablama aparılmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı eyni ərazi üzrə otelə xas xüsusiyyətlərin (ulduz və s) nəzərə alınmadan ərazi meyarı nəzərə alınmaqla ödənişin 1,10 manat hər bir şəxs üçün sutkalıq hesablanması qaydasının tətbiqi əsaslandırılmışdır ki, məhkəmə hesab edir ki, həmin hesablama metodunun tətbiqini zəruri edən halların qanuniliyi cavabdeh tərəfindən sübut edilməmişdir. Qeyd olunmalıdır ki, Bakı İnzibati Məhkəməsinin 13 noyabr 2020-ci il traixili qərarı ilə iddiaçı və cavabdeh arasında oxşar mübahisəyə baxılmış, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 9.1.4-cü maddəsinə uyğun ödəniş üzrə hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla bağlı hesablama qaydasının tətbiqi baxımından maksimum tarifin əsas götürülməsinin əsaslandırılmaması, bu barədə ayrıca qərarın qəbul olunması və bələdiyyə aktı kimi əhaliyə elan edilməklə və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə əks olunmaqla elan edilməsinin təmin edilməməsi qeyd edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır ki, məhkəmə hesab edir ki, hazırkı halda da, məhz maksimum tarifin tətbiqini zəruri edən halları təsdiq edən dəlillər cavabdeh tərəfindən təqdim edilməlidir ki, hazırkı mərhələdə göstərilən halları zəruri edən dəlil və sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Bu səbəbdən də Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 22 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-10017/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10017/2024
09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver