Məhkəmə qərarları › İş №2-1(112)-10018/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10018/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10018/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddianın mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı iddia tələbinin təmin edilməsi, iddiaçı barəsində cavabdeh tərəfindən hesablanmış 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş verginin 2 414 526,19 manat məbləğində azaldılması və bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 mart 2017-ci ildə dövlət qeydiyyatına alınmış və 2018-ci ildən etibarən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirməyə başlamışdır. İddiaçı MMC fəaliyyətə başladığı dövrdə vergi qanunvericiliyinin qüvvədə olan maddələrinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olaraq sadələşdirilmiş vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. AR Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasının 218.1.3-cü maddəsinə əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə hu tikintinin və ya haşa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər)" sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. AR Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasının 218.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti- quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur". İddiaçı MMC tərəfindən Nizami rayonu ərazisində inşası planlaşdırılmış 5 blokdan ibarət yaşayış binasının inşası başa çatmaq üzrədir. İddiaçının inşa etdivi çoxmərtəbəli yaşayış binasının 30 556,15 kv.m-i yaşayış sahəsinin, 4578,72 kv.m-i isə qeyri yaşayış sahəsinin payına düşür. AR Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasının 221.5-ci maddəsinə əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini bu Məcəllənin 220.8-ci maddəsində nəzərdə tutulmuş qaydada tikinti- quraşdırma işlərinin başlandığı rübdə hesablayır və həmin riibdən sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə vergi orqanına bəyannamə təqdim edirlər. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən vergi ödəy i cil ər i vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (bina tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün bu Məcəllənin 220.8-ci maddəsinə uyğun müəyyən edilən sadələşdirilmiş vergini ödəyirlər. AR Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasının 220.8-ci maddəsinə əsasən “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində müəyyən edilmiş vergi tutma obyektinin hər kvadratmetri üçün 10 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır..AR Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixinədək qüvvədə olan redaksiyasının 219.3-cü maddəsinə əsasən “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”nın 1.2-ci maddəsinə əsasən “Bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir". “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.1-ci maddəsinə əsasən “Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Mərtəbənin sahəsinə lift, kommunikasiya (elektrik, su, kanalizasiya, mərkəzi isitmə və soyutma sistemi, havalandırma, dəm qazı iiçiin) və digər şaxtalar iiçiin nəzərdə tutulmuş boşluqlar daxil edilmir, bu sahələr bir mərtəbə hüdudunda bir dəfə nəzərə almır. Binada istismar olunmayan çardağın, texniki döşəməaltı hissənin, texniki mərtəbənin, niənzildənkənar şaquli (kanatlarda, şaxtalarda) və üfüqi (mərtəbəarası məkanda) paylanan nnihəndis kommunikasiyalarının, həmçinin tamburların, portiklərin, giriş pilləkənlərinin, xarici açıq pilləkən və pandnsların sahələri binanın sahəsinə daxil edilmir. “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.2-ci maddəsinə əsasən “Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçiin nəzərdə tutulmuş şaquli boşluqlar m yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. İstinad edilən qanunvericilik normalarının tələblərindən də göründüyü kimi tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir. Vergitutma obyekti olan sahələr müəyyən edilərkən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlətə ayrılan hissə bu sahələrdən çıxarılır və onlar vergiyə cəlb edilmirlər. Vergitutma obyekti olan yaşayış və qeyri-yaşayış sahələri hesablanarkən isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının yuxarıda istinad edilmiş maddələrin tələbləri nəzərə alınmalıdır. Lakin, cavabdeh orqan tərəfindən iddiaçıya sadələşdirilmiş vergi hesablanarkən nə yaşayış və qeyri-yaşayış sahələrinin həcmi düzgün və qanunvericiliyin tələblərinə əsasən hesablanmış, nə də bu zaman iddiaçı tərəfindən əvəzsiz olaraq dövlətə ayrılmış 1695 kv.m. sahə nəzərə alınmamışdır. Beləliklə də cavabdeh orqan vergitutma obyekti kimi yaşayış sahəsini 52 491, 3 kv.m., qeyri-yaşayış sahəsini isə 8278,24 kv.m. olaraq müəyyən etmiş və bu sahələrə görə ümumilikdə 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş vergi hesablamışdır. Halbuki qanunvericiliyin tələbinə əsasən iddiaçı tərəfindən inşa edilmiş binalarda vergitutma obyekti olan yaşayış sahələrin ümumi həcmi 30 556,15 kv.m., qeyri-yaşayış sahələrinin həcmi isə 4578,72 kv.m. olub, bu sahələrdən də 1695 kv.m. olan yaşayış sahəsi əvəzsiz olaraq dövlətə ayrılmış və müqavilə əsasında təqdim edilmişdir. Bütün bunları nəzərə aldıqda isə iddiaçı olaraq ödəməli olduğumuz sadələşdirilmiş verginin ümumi məbləği 2 395 630 manat təşkil edir ki, bu məbləğ də iddiaçı olaraq tərəfimizdən tam şəkildə ödənilmişdir. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, vergi məbləği və vergitutma obyekti olan sahələrin həcmi cavabdeh tərəfindən hesablanmış, iddiaçı olaraq tərəfimizdən sadəcə olaraq boş bəyannamələr təqdim edilmişdir. Yaranmiş problemin həlli ilə bağli tərəfimizdən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh orqan iddiaçı müzakirələrə başlamiş və qisa müddətdə məsələnin həll ediləcəyi bildirilmişdir. bu səbəbdən də məhkəməyə müxtəlif dövrlərdə ərizə ilə müraciət edərək məhkəmə hazirliq icraatinin müəyyən dövrə təxirə salinmasi xahiş edilmiş, məhkəmə də bu xahişimizə müsbət yanaşmişdir. Lakin cavabdeh orqan bu günədək qeyd edilən məsələləri araşdirmamiş və problemin həllinə köməklik göstərməmişdir. İddiaçı məhkəmənin nəzərinə çatdırmışdır ki, sadələşdirilmiş vergi ödəyicisi olaraq qanunvericilikdə nəzərdə tutulmuş 10 rüblük dövr başa çatdiğindan tərəflərindən şəxsi vərəqədə hər hansi dəyişiklik etmək və yuxarida qeyd edilən sahələri və hesablamalari nəzərə alaraq dəqiqləşdirilmiş bəyannamələri elektron şəkildə göndərmək mümkün deyildir. Bu səbəbdən də dəqiqləşdirilmiş bəyannamələri cari bəyannamə adi ilə tərtib edib poçt vasitəsilə cavabdeh orqana göndərmişdir. Bütün bunlara baxmayaraq cavabdeh orqan tərəfindən bu günədək hər hansi bir tədbir görülməmiş və hərəkətsizlik nümayiş etdirilmişdir. İşin faktiki hallarından və istinad edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya 2 414 526,19 manat məbləğində artıq sadələşdirilmiş vergi hesablanmış və şəxsi vərəqəyə vurulmuşdur. Qeyd edilənlərə və qanunvericiliyin tələblərinə əsaslanaraq hesab olunur ki, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş vergi 2 414 526,19 manat məbləğində azaldılmalı və iddiaçının şəxsi hesab vərəqəsində bu barədə düzəliş edilməlidir. Bununla əlaqədar cavabdeh orqana müraciətimiz nəticəsiz qaldığından öhdəliyin icrası ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışıq. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən '"Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən "İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən “Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddiavasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən "Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda miibahisələndirmə haqqında, məcbııretmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə və istinad edilən qanunvericilik normalarının tələblərinə əsasən hesab edirik ki, cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş vergi 2 414 526,19 manat məbləğində azaldılmalı və bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən (SS824660971AZ) görünür ki, göndərilmiş hüquqi yardım haqqında məktub iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, iddia ərizəsini qanunun tələblərinə uyğunlaşdırmaq üçün iddiaçıya vaxt verilməyinə baxmayaraq iddia tələbini dəqiqləşdirməmiş və dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Odur ki, qeyd olunanlara məhkəmə hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyil və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iddiaçı iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir: - iddiaçı barəsində cavabdeh tərəfindən hesablanmış 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş verginin 2 414 526,19 manat məbləğində azaldılması; - bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi. Məhkəmə iddia tələbinin “iddiaçı barəsində cavabdeh tərəfindən hesablanmış 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş verginin 2 414 526,19 manat məbləğində azaldılması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, iddiaçının hüquqi marağı cavabdeh tərəfindən hesablanmış 4 810 156, 19 manat məbləğində sadələşdirilmiş verginin 2 414 526,19 manat məbləğində azaldılması və bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarət olmuşdur. Göründüyü kimi, iddiaçının şəxsi hesab vərəqəsinə işlənmiş borc məbləği vergi orqanı tərəfindən qəbul edilmiş hər hansı qərar (inzibati akt) əsasında qəbul edildiyi iddia tələbində göstərilməmiş və iddiaçı tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, vergi borcunun hesablanması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın (inzibati akt) mübahisələndirilməsi mahiyyəti və prosessual baxımdan daha məqsədəuyğun olardı. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 13-cü bəndinə əsasən inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Həmin qərarın 14.2-ci bəndinə əsasən inzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.” İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Belə ki, iddiaçı tərəfindən borc məbləğinin hesablanmasına əsas olmuş qərar mübahisələndirilmədiyindən və borcun hesablanması “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt hesab edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə iddia tələbinin “bununla əlaqədar iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilməsi vəzifəsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciətinin olmasına dair müvafiq sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmədə həmin növ iddiaya baxılması üçün ilkin olaraq məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən cavabdeh inzibati orqana hazırki tələb ilə müraciətin olmaması, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. İddiaçı tərəfindən məhkəməyə müraciət etdiyi iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana əvvəlcədən müraciət edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48.1-ci maddəsinə uyğun olaraq hazırki iddia tələbinin qeyrimümkün sayılmasına dair xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmış və qanunvericiliyin müvafiq tələbləri izah olunmuşdur. İş materiallarına əlavə edilmiş SS824660971AZ poçt xəbərnaməsindən görünür ki, hüquqi yardım məktubu iddiaçıya xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliyə uyğun olaraq iddia tələbini dəqiqləşdirməmiş və dəqiqləşdirilmiş iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, müvafiq sübutları məhkməyə təqdim etməmiş, və məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi dəqiqləşdirilmədiyindən və müvafiq sübutlar məhkəməyə təqdim edilmədiyindən, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar