Məhkəmə qərarları › İş №2-1(112)-1002/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1002/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1002/2020 18.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı (üçüncü şəxs “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı) “kompensasiya alacaq şəxslərin siyahısına daxil edilmə və kompensasiyanın hesablanması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatınaqarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsi üzrə hesablanmış və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən nəzərdə tutulmuş 4661,4 (dörd min altı yüz altmış bir manat qırx qəpik) məbləğində kompensasiya məbləğinin bank qarşısında kredit borcunun ödənilməsinə yönəldilməsi məqsədi ilə onun adının kompensasiya alanlar siyahısına əlavə edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, cavabdeh “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının cavabdehlər sırasından çıxarılmasını və onun üçüncüşəxsqismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatının cavabdeh qismində iştirakına xitam verilmiş və o, üçüncüşəxsqismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq və restrukturizasiya olunan şəxslər siyahısına daxil edilməsi və iddiaçıya xx.xx.2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsi üzrə 4661,4 manat məbləğində kompensasiya məbləğinin bank qarşısında kredit borcunun ödənilməsinə yönəldilməsi və qalan məbləğlə restrukturizasiya müqaviləsinin bağlanması öhdəliyinin Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və iddiaçıya xx.xx.2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsi üzrə 4661,4 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkiliddia tələbini müdafiə edərək izahatında bildirdi ki,“Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə iddiaçı arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 24 ay müddətinə 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi bağlandıqdan 4 ay sonra ölkədə birinci devalvasiya olmuş və xx.xx.2015-ci il tarixdə 1ABŞ dolları=1.05 manat olmuşdur. Daha sonra xx.xx.2015-ci il tarixdə 1ABŞ dolları=1.55 manat olmuşdur. Devalvasiyalara qədər iddiaçı tərəfindən Banka ödənişlər edilmiş və borcunun bir hissəsi azalmışdır. Bundan sonra “Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı ilə iddiaçının arasında xx.xx.2016-cı il tarixdə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının qalıq borcu 11582,10 manat 34 ay müddətinə ödənilməli idi. İddiaçı 2014-cü ildə “Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatından kredit almışdır. Lakin iddiaçıya məlum olmayan səbəblərdən onun krediti “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməsinə baxmayaraq, Fərmanın 1.2-ci bəndinə uyğun hesablanmalı olan məbləğ iddiaçının bank qarşısında ödəniş müddəti keçmiş əsas kredit borcunun ödənilməsinə yönəldilməmişdir. Bununla bağlı iddiaçı onlayn elektron vasitələrlə Palataya müraciətlər etmişdir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası iddiaçının elektron müraciətinə baxıb xx.xx.2019-cu il tarixdə qərar qəbul etmişdir. Həmin qərara əsasən, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Lakin iddiaçının xx.xx.2015-ci il tarixinə Qeyri-Bank Kredit Təşkilatı qarşısında 7769 ABŞ dolları məbləğində kredit üzrə əsas məbləğ üzrə borc qalığı var idi. Qeyd olunan “Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən təqdim edilən arayışda öz əksini tapır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 oğlu izahatında bildirdi ki, iddiaçının müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında qeyd olunan kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Ona görə də iddianı əsassız hesab edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsindən və kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, “Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən İddiaçı 24 ay müddətinə illik 24% hesablanmaqla 15.000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında bağlanmış 21 oktyabr 2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdən və sazişə əlavədən (ödəniş cədvəli) görünür ki, qalıq borc 11582,10 manat (əsas borc) təşkil edir, kreditin faiz dərəcəsi 28%, müddəti isə 34 ay müəyyən edilmişdir. İş materiallarında olan “Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatının xx.xx.2019-cu il tarixli 2019/401-291 saylı arayışdan görünür ki, “FİNCA - Azerbaijan” X2- Bank Kredit Təşkilatı (bundan sonra “Təşkilat”) ilə İddiaçı (İD: 1128803) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********7637 saylı kredit müqaviləsinə əsasən ona 15000 (On beş min dollar) USD məbləğində kredit verilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixinə borcu 7769 USD olmuşdur. İş materiallarında olan“Finca Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan və Azərbaycan Kredit Bürosundan verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı qeyd olunan kredit müqasiləsi üzrə qalıq borcu 6549,67 ABŞ dolları təşkil edir. İş materiallarında olan Apelyasiya sisteminin xx.xx.2019-cu il tarixli 25353 saylı qərarında qeyd olunmuşdur: «Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılmışdır. Cavab olaraq bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciətiniz üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır. Odur ki, məsələnin baxılması məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur». “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi qeyd olunan Fərmanın təsir dairəsinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçının xx.xx.2015-ci il tarixə kredit borcu (7769 ABŞ dolları) və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin qiymətləndirilməsi qaydaları (1 ABŞ dollarına 0,6 manat) nəzərə alınmaqla, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “Finca Azerbaijan” X2-Bank Kredit Təşkilatı ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********7637 nömrəli kredit müqaviləsi üzrə 4661,4 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar