Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1003/2023 20.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək həyat yoldaşı İddiaçı 2-ci qrup əlillik təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 ildən çoxdur ki, kəllə-beyin xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən 2-ci qrup əlildir. 2021-ci ildə yenidən yoxlanışda olmuşdur. Həkim komisiyyası bundan sonra dəfələrlə əsasız və qanunsuz olaraq kəllə beyin xəstəsi olan insana ürəkdən müalicə olunma diaqnozu qoymuşdurlar. Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdeh inzibatı orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi Müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X6 əsl İddiaçı ilə əvəz edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 16 nömrəli şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.8 - Digər formalı beyin infarktı; Diaqnozun mətni: Xroniki beyin işemiyası.Dissirkulyator ensefalopatiya 2-3 mərhələ.Nəzərə çarpan koordinator pozuntuları.Ataksiya.Çox düyünlü ur; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ..” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.8 - Digər formalı beyin infarktı; Diaqnozun mətni: Xroniki beyin işemiyası.Dissirkulyator ensefalopatiya 2-3 mərhələ.Nəzərə çarpan koordinator pozuntuları.Ataksiya.Çox düyünlü ur; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 16 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110 - Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi ii mər.iv risk ,tez-tez baş verən tranzitor işemik həmlələrlə,yüksək insult riski.Başgicəllənmə və dayanıqlılığın pozulması, ifadəli koordinator pozuntular; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər son 5(beş) ildə stasionar müalicə müddəti yetərli deyil.ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı 16 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 111 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən ...; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, HİPERTONİYA xəstəliyi ii mər.iv risk ,tez-tez baş verən tranzitor işemik həmlələrlə,yüksək insult riski ağırlaşma g31.0 baş beynin məhdud atrofiyası, baş beyinin atrofiyasi. ağırlaşma r42 başgicəllənmə və dayanıqlılığın pozulması, ifadəli koordinator pozuntular. ağırlaşma r27.0 dəqiqləşdirlməmiş ataksiya, beyincik atrofiyasi. ağırlaşma g45.0 vertebrobazilyar arterial sistem sindromu, vertebro-bazilyar arterial sistem sindrom. ağırlaşma i67.8 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xr.işemiyasi. ağırlaşma r26.0 ataktik yeriş, ağırlaşma r56 başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, xr.dissurkulyator ensefalopatiya qicolma tutmalarla. yanaşı xəstəliklər i67.2 serebral ateroskleroz, serebral ateroskleroz. yanaşı xəstəliklər e04.1 qeyri-toksik tək düyünlü ur, çoxdüyünlü adenomatoz. yanaşı xəstəliklər e06 tireoidit, tireioid ektomiyadan (10.022015) sonraki sag payda şişin residiv və hipoterioz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr dəqiqləşsin” səbəbi ilə imtina verilmişdir. Bakı 16 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 110-115-Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => 110- Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi iii mər.iv risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə,yüksək insult riski. beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beyinin xr.işemiyasi. dəqiqləşdirlməmiş ataksiya, beyincik atrofiyasi. ataktik yeriş; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması - Səbəb:Sənədlərdə göstərilən diaqnozla bağli xəstəyə ET. Kardiologiya İnistitutunda ixtisaslamiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır, Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.8 - Digər formalı beyin infarktı; Diaqnozun mətni: Xroniki beyin işemiyası. Dissirkulyator ensefalopatiya 2-3 mərhələ. Nəzərə çarpan koordinator pozuntuları. Ataksiya. Çox düyünlü ur; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ataroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.8 - Digər formalı beyin infarktı; Diaqnozun mətni: Xroniki beyin işemiyası. Dissirkulyator ensefalopatiya 2-3 mərhələ. Nəzərə çarpan koordinator pozuntuları. Ataksiya. Çox düyünlü ur; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatmamazlığı (ataroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın ...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => İ10 - Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mər. İV risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə, yüksək insult riski. Başgicəllənmə və dayanıqlılığın pozulması, ifadəli koordinator pozuntular; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar son 5 (beş) ildə stasionar müalicə müddəti yetərli deyil. İxtisaslaşdıırılmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => İ11 - Ürəyin hipertenziv xəstəliyi [başlıca olaraq ürəyin zədələnməsi ilə gedən ...; Diaqnozun mətni: Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mər. İV risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə, yüksək insult riski. Ağırlaşma G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin atrofiyası. Ağırlaşma R42 Başgicəllənmə və dayanıqlılığın pouzlması, ifadəli koordinator pozuntular. Ağırlaşma R27.0 Dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofiyası. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, vertebro-bazilyar arterial sistem sindrom. Ağırlaşma İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beynin xr.işemiyası. Ağırlaşma R26.0 Ataktik yeriş. Ağırlaşma R56 Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, xr.dissurkulyator ensefalopatiya qıcolma tutmalarla. Yanaşı xəstəliklər İ67.2 Serebral ateroskleroz, serebral ateroskleroz. Yanaşı xəstəliklər E04.1 Qeyri-toksik tək düyünlü ur, çoxdüyünlü adenomatoz. Yanaşı xəstəliklər E06 Tireoidit, tireioid ektomiyadan (10.022015) sonrakı sağ payda şişin residiv və hiperterioz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-diaqnozu təsdiq edəcək müayinələr dəqiqləşsin” səbəbi ilə imtina verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 16 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0085003AAD7G nömrəli tibbi göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər => İ10 Essensial [birincili] hipertenziya; Diaqnozun mətni: Esensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mər. İV risk, teztez baş verən tranzitor işemik həmlələrlə, yüksək insult riski. Ağırlaşma İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beynin xr.işemiyası. Ağırlaşma R27.0 Dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofiyası. Ağırlaşma R26.0 Ataktik yeriş. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu. Ağırlaşma R42 Başgicəllənmə və dayanıqlılığın pouzlması, ifadəli koordinator pozuntular. Ağırlaşma G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin atrofiyası. Ağırlaşma R56 Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, xr.dissurkulyator ensefalopatiya qıcolma tutmalarla. Yanaşı xəstəliklər E04.1 Qeyri-toksik tək düyünlü ur, çoxdüyünlü adenomatoz. Yanaşı xəstəliklər E06 Tireoidit, tireioid ektomiyadan (10.022015) sonrakı sağ payda şişin residiv və hiperterioz. Yanaşı xəstəliklər İ67.2 serebral ateroskleroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Sənədlərdə göstərilən diaqnozla bağlı xəstəyə Et.Kardiologiya İnstitutunda ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7894/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli, 35047 nömrəli məktubu ilə təqdim edilmiş T 361/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1- 3.Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən İX sinif - qan dövranı sistemi xəstəlikləri =>110- 115-qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər =>110 essensial [birincili] hipertenziya; Diaqnozun mətni: essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mər, İV risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə, yüksək insult riski, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beynin xr.işemiyası, dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofıyası, ataktik yeriş” xəstəlikləri mövcuddur. Həmin xəstəliklər tibb müəssisəsində müayinə nəticəsində müəyyən edilsə də onun dəqiqləşdirilməsi və ağırlaşmların müəyyən edilməsi ixtisaslaşmış tibb müəssisəsində aparılmalıdır. İddiaçı hal-hazırkı sağlamlıq durumu Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. 4. Vətəndaş İddiaçı aparılmış müayinə və müalicədən sonra onun tam reabilitasiyası mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 xx.xx.2023-cü il tarixli, PHŞ-6/2-369/2023 nömrəli məktubunda qeyd etmişdir ki, vətəndaşa təyin olunan diaqnozun dəqiqləşdirilməsi və sağlamlıq vəziyyətində hazırda hansı xəstəlik və qüsurun olmasının düzgün təyin edilməsi tibb müəssisəsində ixtisaslı həkim tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra mümkündür. İddiaçı ixtisaslaşdırılmış tibb müəssisəsində həkim mütəxəssislər tərəfindən diaqnoz qoyulmuşdur. İddiaçı müayinə və müalicədə olduğu X15, Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası, Akademik M.A.Topçubaşov adına X10 ixtisaslaşdırılmış tibb müəssisələri hesab olunur. İddiaçı ixtisaslaşdırılmış tibb müəssisəsində həkim mütəxəssislər tərəfindən diaqnoz qoyulmuşdur. İddiaçı dair xx.xx.2021-ci il tarixli 0085003AAD7G nömrəli TQS № 088 ixtisaslaşdırılmış tibb müəssisələrinin rəyləri əsasında rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçının nümayəndəsi X4 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydas”na uyğun olaraq əlillik vəziyyətiniz 16 nömrəli Şəhər Poliklinikasının göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: istəyə ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən müayinə olunub ixtisaslaşmış müalicə aldıqdan sonra yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə yoldaşınızın əlilllik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi vaxt hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixdə X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ63 - Beyin infarktı => İ63.8 - Digər formalı beyin infarktı; Diaqnozun mətni: Xroniki beyin işemiyası. Dissirkulyator ensefalopatiya 2-3 mərhələ. Nəzərə çarpan koordinator pozuntuları. Ataksiya. Çox düyünlü ur” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. 2016-cı ildə eyni diaqnozla 5 il müddətinə əlillik təyinatı aparılmışdır. İddiaçının əlillik təyinatı müddəti 2021-ci ildə bitdikdən sonra Bakı 16 nömrəli şəhər Poliklinikası tərəfindən barəsində 3 dəfə tibbi göndəriş tərtib edilmiş və tibbi göndərişlərdə iddiaçının diaqnozu “əsas xəstəlik-Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİ mər. İV risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə, yüksək insult riski, ağırlaşma- İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beynin xr.işemiyası. Ağırlaşma R27.0 Dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofiyası. Ağırlaşma R26.0 Ataktik yeriş. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu. Ağırlaşma R42 Başgicəllənmə və dayanıqlılığın pouzlması, ifadəli koordinator pozuntular. Ağırlaşma G31.0 Baş beynin məhdud atrofiyası, baş beynin atrofiyası. Ağırlaşma R56 Başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, xr.dissurkulyator ensefalopatiya qıcolma tutmalarla.” olaraq göstərilmiş və əlillik təyinatı aparılması üçün əlillik alt sistemində yerləşdirilmişdir. Cavabdehin sözügedən əlillik təyinatlarından imtina əsasları- əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması və sonuncu imtina isə “sənədlərdə göstərilən diaqnozla bağlı xəstəyə Et.Kardiologiya İnstitutunda ixtisaslaşmış müayinə və müalicə məsləhət görülür” səbəbi qeyd edilmişdir. Məhkəmə ekspertizası zamanı iddiaçının sonuncu tibbi göndərişində “essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mər, İV risk, tez-tez baş verən tranzitor işemik həmlələrlə, yüksək insult riski, beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, beynin xr.işemiyası, dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofıyası, ataktik yeriş” xəstəliklərinin iddiaçı barəsində olan tibbi sənədlər eləcə də, özünün ekspertizada əyani məhkəmə-tibbi müayinəsi ilə öz təsdiqini tapdığı nəticəsinə gəlinmişdir. Başqa sözlə, iddiaçı barəsində tibbi göndərişdəki əsas diaqnoz və ağırlaşmaların hazırkı halda iddiaçıda mövcud olduğu müəyyən olunmuşdur. Cavabdeh imtinasında əlavə müalicəyə ehtiyacın olduğunu, ixtisaslaşmış müayinə və müalicənin məsləhət görüldüyünü qeyd etsə də diaqnozla bağlı ixtisaslaşmış müəssisə olaraq Et.Kardiologiya İnstitutunda müayinə olunmasını qeyd etmişdir. Cavabdeh qeyd etdiyi imtina səbəbini əsaslandırmamış, hansı səbəbdən əlavə müalicə və müayinəyə ehtiyacı olmasını və ümumiyyətlə müayinə və müalicə olunmasının Et.Kardiologiya İnstitutu ilə bağlılığını qeyd etməmişdir. Halbuki, qeyd edildiyi kimi iddiaçı 2015-ci ildən eyni diaqnozla əlil hesab edilmiş, diaqnoz məhkəmə-tibbi ekspertizası zamanı öz təsdiqini tapdığı, müayinə və müalicədən sonra onun tam reabilitasiyasının mümkün olmadığı müəyyən olunmuşdur. Ekspert rəyində iddiaçının diaqnozunun dəqiqləşdirilməsi və ağırlaşmaların müəyyən edilməsinin ixtisaslaşmış tibb müəssisəsində aparılmalı olduğunu qeyd edilsə də məhkəmə qeyd edilən halın iddiaçının əlillik təyinatı aparılmasından imtinaya əsas vermədiyi qənaətindədir Belə ki, iddiaçı barəsində tərtib edilmiş sonuncu tibbi göndərişdə göstərilmişdir ki, iddiaçı uzun illərdir hipertoniya xəstəliyindən əziyyət çəkir, xx.xx.2015-xx.xx.2015-ci il tarixdə BSM-də dissurkulyator ensefalopatiya İİ-İİİ dərəcə nəzərə çarpan koordinator pozuntular, ataksiya, strumektomiyadan sonrakı hipotireoz diaqnozu ilə müalicə almışdır. İddiaçı “essensial (birincili) hipertenziya” diaqnozu ilə xx.xx.2020, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixdlərdə ambulator müayinələrdə olmuşdur. Həmçinin, iddiaçı xx.xx.2015-xx.xx.2015-i il tarixlərdə “E 04.1 qeyri-toksik tək düyünlü ur” diaqnozu ilə 8 gün Bakı Akad. M.Topçubaşov ad. X7, xx.xx.2015-xx.xx.2015-ci il tarixdə 17 gün “İ67.8 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” diaqnozu ilə Bakı Sağlamlıq Mərkəzində, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə 11 gün “İ67.8 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” diaqnozu ilə Bakı 3 nömrəli şəhər klinik xəstəxanasında, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 10 gün “İ67.8 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” diaqnozu ilə Bakı 5 nömrəli şəhər klinik xəstəxanasında, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 10 gün “İ67.8 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” diaqnozu ilə Bakı 5 nömrəli şəhər klinik xəstəxanasında, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə 10 gün “İ67.8 beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” diaqnozu ilə Bakı klinik tibbi mərkəzdə stasionar müayinə və müalicələrdə olmuşdur. Məhkəmə sorğusu ilə tibbi göndərişlərin doldurulmasına məsul olan tibb müəssisəsinin tabe olduğu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 müraciət edilmiş, sonuncunun verdiyi xx.xx.2023-cü il tarixli cavabında iddiaçının müayinə və müalicədə olduğu X15, Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası, Akademik M.A.Topçubaşov adına X8 ixtisaslaşdırılmış tibb müəssisələri olduğu, iddiaçıya ixtisaslaşdırılmış tibb müəssisəsində həkim mütəxəssislər tərəfindən diaqnoz qoyulduğu, tibbi göndərişin də məhz ixtisaslaşdırılmış tibb müəssisələrinin rəyləri əsasında tərtib edildiyi qeyd edilmişdir. Beləliklə, cavabdehin diaqnozun ixtisaslaşmış müəssisələrdə, o cümlədən ET.Kardiologiya institutunda müayinə olunmasının gərəkli olması ilə bağlı qeyd etdiyi tələb öz təsdiqini tapmamışdır. Məhkəmə ekspert rəyinin iddiaçının hal-hazırkı sağlamlıq durumunun Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən xəstəliklərin əhatə dairəsinə düşməməsi hissəsində razılaşmır. Belə ki, ilk növbədə cavabdehin əlillik təyinatından imtina əsasları iddiaçının xəstəliyinin “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də sadalanan xəstəliklər dairəsinə düşməməsi, diaqnozun əlillik əlaməti təyin etməməsi ilə bağlı olmamışdır. Digər tərəfdən iddiaçının tibbi göndərişindəki əsas diaqnozundakı xəstəliyin beynəlxalq təsnifatı İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ10-İ15 - Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər=>İ10 Essensial [birincili] hipertenziya” olmaqla ağırlaşmaları “ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, R27.0 Dəqiqləşdirilməmiş ataksiya, beyincik atrofiyası, R26.0 Ataktik yeriş” xəstəlikləri müvafiq olaraq “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.9-cu bəndinə- qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9) uyğundur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya əlillik təyinatı ilkin deyil, təkrar təyinatdır. İddiaçı bundan əvvəl 2015, 2016-cı illərdə əlillik təyin edilərkən eyni xəstəliklərdən əziyyət çəkmiş və ona səhhətinə uyğun tibbi göndəriş tərtib edilərək göndərilmiş və cavabdeh ona həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası NazirlərKabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.10-cu bəndinə əsasən “Baş beyin qan dövranının xroniki çatmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozğunluqlar, görmə pozğunluqları və ya piramid çatmamazlıq əlamətləri ilə” əlillik təyin etmişdir. Başqa sözlə, iddiaçının xəstəliyi dəyişməmiş, qoyulmuş diaqnoz ona aid tibbi sənədlər, ekspert rəyi ilə öz təsdiqini tapmış və xəstəliyin ağırlaşması “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nın 2.2.9-cu bəndinə əsasən ikinci dərəcə əlillik dərəcəsi təyinatına əsas verir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə görə inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasdan iddia tələbi təmin edilməli, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1003/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1003/2023
20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver