Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10032/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Maraqlı şəxsə qarşı “arxiv sənədində düzəliş edilməsi faktının müəyyən edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Maraqlı şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “həyat yoldaşı X1 adına xx.xx.1989-cu il tarixdə verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 22A 51 saylı mənzlin 102345 saylı orderinə görə arxiv sənədində düzəlişin edilməsi faktının müəyyən edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 1986-cı il tarixdə 578 saylı akt qeydi ilə X2 ilə rəsmi nikaha daxil olmuşdur. 22 iyul 2020-ci il tarixdə həyat yoldaşı, X2 xroniki böyrək xəstəliyindən ölmüşdür. Daha sonra onun adına olan Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 22 A 51 saylı mənzili öz adına rəsmiləşdirmək istəyərkən, xx.xx.1989-cu il tarixdə həyat yoldaşının X1 adına verilmiş mənzilin orderində, onun adının baş hərfi “G” hərfi əvəzinə, səhvən “B” hərfi kimi yazıldığının şahidi olmuşdur. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyətindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzildəyişmə İdarəsinin arxiv sənədlərində müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin onun adının baş hərfi “orderdə olduğu kimi” qeydi ilə geri qaytarılmışdır. Təqdim edilmiş arayışda rus hərfləri ilə “Quseynova B” yazısı qeyd edilmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsə ərizə ilə müraciət edərək, həyat yoldaşı X1 adına xx.xx.1989-cu il tarixdə verilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi ev 22 A 51 saylı mənzilin orderində adının baş hərfinin səhvən “B” hərfi kimi qeyd olunmasına, düzəliş edib, “G” hərfi ilə dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qatdasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Arxiv sənədində düzəlişin edilməsi faktının müəyyən edilməsi tələbi ilə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi bir neçə məhkəmə prosesindən sonra, xx.xx.2023-cü il tarixdə, 2(005)-1461/2023 saylı qərardadı ilə tələbi üzrə mülki işin icraatına xitam verilməsini qərara almışdır. Qərardadın müəyyən etdi hissəsində məhkəmə belə hesab etmişdir ki, ərizəçi müvafiq ərizə ilə Bakı şəhəri Maraqlı şəxsə müraciət edə biləcəyini və onun müraciətinin müsbət həlli olmadığı təqdirdə inzibati orqanın hərəkət və hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə müraciət də biləcəyi göstərilmişdir. xx.xx.2023-cü il tarixdə pretenziya qaydasında ərizə ilə Bakı şəhəri Maraqlı şəxsə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış H-472/2-112/2 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, təqdim edilən sənədlər arxiv məlumatları əsasında tərtib edilir. AZ-İİ seriyalı 101605 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1461/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Bakı şəhər Maraqlı şəxsə qarşı “arxiv sənədində düzəlişin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin mümkünlük iclasında məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən əsasən iddiaçıya hüquqi yardım göstərilərək hüquqi marağına uyğun olaraq arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsinin sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsinə dair ərizə ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etməli olduğu, iddianın lazımi qaydada qaldırılmamasının onun mümkünsüzlüyünə səbəb olduğu izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi haqqında ərizə verməklə nail ola bilər. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Odur ki, iddiaçıya sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsinə dair ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-10032/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10032/2023
18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver