Məhkəmə qərarları › İş №2-1(112)-10049/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10049/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10049/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Füzuli rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 2022-ci il tarixli Sərəncamına əsəsən Vətən Müharibə şəhidi X2 ailə üzvii kimi mənzil növbəsinə götürülməyim nəzərə alınmaqla həmin 15 aprel 2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olmuş şəxslərin 2 nəfər ailə üzvləri üçün (özü İddiaçı, oğlu X5) nəzərdə tutulmuş mənzil növbəsi siyahısına daxil edilərək sərəncam verilməsi öhtəliyinin Bakı şəhər, Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Vətən Müharibə şəhidi mərhum həyat yoldaşı X6 qismən səfərbərliyə cəlb olunaraq N saylı hərbi hissəyə göndərilmiş və xx.xx.2020-ci ildə Füzuli rayon istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur. Hal-hazırda şəhid ailəsi üzvüdür. Suraxanı rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar həlak olmuş şəxslərin ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına əsasən mənzil növbəsində dayanan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olmuş Vətən müharibə şəhidi X2 həyat yoldaşı İddiaçı, yəni iddiaçı güzəştli mənzil növbəsinin Füzuli rayon İcra Hakimiyyətində 15 aprel 2022-ci il tarixdən nəzərə alınmaqla sərəncam verilməsinə və mənzillə təmin olunmağı ilə bağlı müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti müraciətə cavab olaraq bildirmişdir ki, 5 ildən az olmayaraq Bakı şəhərində qeydiyyatda olmalıdır və bu səbəbdən növbəyə götürülməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, Suraxanı rayon İcra Hakimiyyətinin hərəkətsizliyi qanunsuz və tam əsassızdır. Belə ki, Vətən Müharibə şəhidi iddiaçının mərhum həyat yoldaşı X6 qismən səfərbərliyə cəlb olunaraq N saylı hərbi hissəyə göndərilmiş, xx.xx.2020-ci ildə Füzuli rayon istiqamətində döyüş əməliyyatları zamanı aldığı xəsarətlərdən həlak olmuşdur və eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli sərəncamında Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçıya qarşı hərəkətsizliyi haqqında heç bir qanuni tələb öz əksini tapmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2023 nömrəli xx.xx.2023-cü il tarixik Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7546/2022 nömrəli xx.xx.2022-ci il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3616/2018 nömrəli xx.xx.2018-ci il tarixli analoji qərarlarına müvafiq olaraq iddia tələbi haqlıdır və təmin olunması qanuna uyğundur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, “ünvan 1htiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. RİH-ə təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatı olmadığından yuxarıda qeyd olunan qanunvericiliyə əsasən müraciətin həlli RİK-in səlahiyyətləri xaricindədir.

4. Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Suraxanı rayon İcra Hakimiyyətinə ünvanlanan məktubda qeyd edilmişdir ki, Füzuli rayon, Araz Dılağarda kəndində pasport qeydiyyatında olmuş, hazırda isə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, 44 günlük Vətən Müharibəsi zamanı şəhid olmuş X2 arvadı İddiaçı ərizə ilə müraciət edərək, şəhid ailəsi kimi Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməsinə baxmayaraq, faktiki vəziyyətdə Bakı şəhənndə yaşaması ilə əlaqədar mənzillə təmin olunması məqsədilə Füzuli Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məlumat üçün bildirilir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən İddiaçı şəhid ailəsi kımı Füzuli Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 2022-cı il tarixli 38 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qeydiyyata götürülmüşdür. Rayon İcra Hakimiyyəti başçısının həmin sərəncamının bır nüsxəsi və qeydiyyata götürülmüş şəxslərin adlı siyahısı aidiyyəti üzrə Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Şəhid ailəsi kimi İddiaçı ailə vəziyyətini və xahişini nəzərə alaraq onun Füzuli Rayon icra Hakimiyyətində olan mənzil növbəsinin Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyətinə köçürülməsinə köməklik göstərilməsi xahiş edilir.

5. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 38 saylı Sərəncamından Çıxarışa əsasən Füzuli rayonundan olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin müvafiq inzibatı ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təqdim edilmiş adlı siyahıları nəzərə alınmış və həmin şəxslər sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı yaşayış sahəsinə ehtiyacı olan qismində adlı siyahıda göstərilən ardıcıllıqla uçota alınmışdırlar: a) İddiaçı adı siyahıda 42-dir. b) İddiaçı – xx.xx.1990-cı ildə anadan olub, 44 günlük Vətən Müharibəsinin şəhidi X2 arvadıdır. Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır. Ailəsi 2 nəfərdən ibarətdir.

6. Hövsan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 207 tarixli Arayışa əsasən ünvan 5 ünvanda qeydiyyatda olan İddiaçı Hövsan Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı “ünvan 1htiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. Həmçinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilənlərə yəni Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülürlər. İddiaçı Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatda olmadığını nəzərə alaraq yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməməsinə dair qərar qəbul etməyinizi xahiş edirik.

8. Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı və X1 5 il ərzində adlarına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

9. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı verilmiş ipoteka kreditləri barədə Fondun elektron informasiya sistemlərində məlumat mövcud deyildir.

10. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

17. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. İddia ərizəsinin məzmunundan göürünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Məhkəmə müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

23. Cavabdeh orqan imtinanın əsası olaraq ilk növbədə qeyd etmişdir ki, “ünvan 1htiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yeri üzrə uçota bu şərtlə götürülürlər ki, onlar azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamış olsunlar. İddiaçı Bakı şəhərində ardıcıl olaraq 5 il daimi qeydiyyatda olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.

24. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “ünvan 1htiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).

25. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).

26. Buna baxmayaraq məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Füzuli rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Belə ki, Füzuli Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 38 saylı Sərəncamından Çıxarışa əsasən Füzuli rayonundan olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin müvafiq inzibatı ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təqdim edilmiş adlı siyahıları nəzərə alınmış və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdırlar. İddiaçı adı siyahıda 42-dir. İddiaçı – xx.xx.1990-cı ildə anadan olub, 44 günlük Vətən Müharibəsinin şəhidi X2 arvadıdır. Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır. Ailəsi 2 nəfərdən ibarətdir.

27. Belə olan təqdirdə məhkəmə nəzərə alır ki, İddiaçı Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Füzuli rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alındığından Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən təkrarən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmağı mümkün deyil.

28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar