Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10054/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yəni xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 65 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 1-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığorta olunan yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. xx.xx.2022-ci il tarixində sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzinə təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə aldığı cavaba görə onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş Xaçmaz rayon 685 №-li aptekin xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək və 450 №-li aptekin xx.xx.1998-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ona görə də əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajı 20 il 9 ay hesablanmış və 25 ildən ildən az olduğu üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun müvafiq filialı tərəfindən iddiaçının işlədiyi Xaçmaz rayon 685 №-li aptekin xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 450 №-li aptekin xx.xx.1998-ci il tarixdən xx.xx.2004cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrlərin araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Qeyd olunan dövrlərin sosial sığorta stajına əlavə edilməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasına, diplomun surətinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 20 il 9 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 6 ay sığorta stajına uyqun olaraq 14.229,75 manat. 01.01,2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 3.318,46 manat olmaqla, ümumilikdə 17.548,21 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Fondun 1 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş Xaçmaz rayon 685 №-li aptekin xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 450 №-li aptekin xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilməyib. İddiaçı oqlu barəsində xx.xx.2022-ci il tarixli **********8 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********59 nömrəli məktubla bildirilmişdir ki, “Xaçmaz rayon 685 №-li aptek” və “Xaçmaz rayon 450 №-li aptek” barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Həmçinin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ünvanlanmış xx.xx.2022- ci il tarixli **********6 nömrəli sorğuya cavab olaraq göndərilən xx.xx.2022-ci il tarixli DA-01763- 2022 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi” Əczaçılıq və X7 arxiv fondunda mühafizə edilən 1997-1998, 2004-cü illərə dair qismən qəbul olunmuş Xaçmaz rayonu Dərman və X6 Ticarət Birliyinin şəxsi heyət üzrə əmr kitablarında və Apteklər İdarəsinin şəxsi heyət üzrə əmr kitablarında İddiaçı oqlu haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda 1992-ci ilə dair Xaçmaz rayonu Apteklər İdarəsinin sənədlərinin arxivə dövlət mühafizəsinə verilmədiyi bildirilmişdir. Bundan başqa İddiaçı oqlu barəsində xx.xx.2022-ci il tarixli **********9 nömrəli sorğuya cavab olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X3” X9 tərəfindən bildirilmişdir ki, “Əczaçılıq və X7” və “Bakı Səhər Apteklər İdarəsi”nə dair Mərkəzin arxivində heç bir məlumat yoxdur. Əlavə olaraq Xaçmaz rayon Dövlət Arxivinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********8 nömrəli sorğuya uyğun olaraq xx.xx.2022-ci il tarixli 560 nömrəli cavab məktubunda Xaçmaz rayon 685 №-li aptekin xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və 450 №-li aptekin xx.xx.1998-ci il tarixdən xx.xx.2004cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəllərinin Xaçmaz rayon Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Göründüyü kimi, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının sosial sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi- X5 yazılı etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq, iddiaçının pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1957-ci ildə Quba rayonu, Təngəaltı kəndində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdır. İddiaçıya məxsus İT-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı müxtəlif dövrlərdə, müxtəlif idarələrdə (müəssisələr) işləmiş, o cümlədən, xx.xx.2006-cı il tarixdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə direktor vəzifəsinə təyin olunmuş (əmr № 01, xx.xx.2006-cı il) və xx.xx.2018-ci il tarixdə vəzifəsindən azad olunmuşdur (Əmr № 23, xx.xx.2018-ci il). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi X4 üzrə Bakı Bölgə şöbəsi tərəfindən verilmiş 0106-P215-45768 qeydiyyat №-li şəhadətnamənin surətindən müəyyən olunur ki, "xxxx" MMC xx.xx.2006-cı ildə dövlət qeydiyyatına alınmışdır. X1 Reyestrindən Çıxarışa və xx.xx.2005-cı il tarixdə Ədliyyə Nazirliyi Hüquqi X4 üzrə Bakı Bölgə Şöbəsi tərəfindən təsdiq olunmuş Nizamnaməyə əsasən Hüquqi şəxsin hüquqi ünvanı ünvan 4inin xx.xx.2006-cı il tarixli qərarına əsasən) İddiaçı qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********9 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçasına, diplomunun surətinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil aldığı illər nəzərə alınmaqla) 20 il 9 ay təşkil edir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********770400 №li, xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, vergi orqanında olan uçot-baza məlumatlarına əsasən "xxxx" MMC (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixində qeydiyyatdan keçmişdir. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə ödənilmiş 57381,31 manat vergi məbləği barədə məlumat təqdim edilmişdir. "xxxx" MMC-nin vergi daxilolmaları haqqında məlumatdan müəyyən olunur ki, xx.xx.2009-cu ildə 30,00 manat sair; xx.xx.2007-ci ildə 1500,00 manat sair; xx.xx.2011-ci ildə 2000,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi; xx.xx.2009-cu ildə 5684,22 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 2000,00 manat sair; xx.xx.2006cı ildə 4,00 manat sadələşdirilmiş vergi; xx.xx.2008-ci ildə 2000.00 manat əmlak vergisi; xx.xx.2008-ci ildə 5126,56 manat sair; xx.xx.2011-ci ildə 456,00 manat sadələşdirilmiş vergi; xx.xx.2008-ci ildə 890,00 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 318,26 manat sadələşdirilmiş vergi; xx.xx.2008-ci ildə 220,0 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 1789,57 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 5400,00 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 5050 manat əlavə dəyər vergisi; xx.xx.2007-ci ildə 410,00 manat mənfəət vergisi; xx.xx.2006-cı ildə 978,00 manat sadələşdirilmiş vergi; xx.xx.2009-cu ildə 50,00 manat əlavə dəyər vergisi; xx.xx.2007-ci ildə 5,00 manat daşımalar üzrə sadələşdirilmiş vergi; xx.xx.2008-ci ildə 173,44 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 505,00 manat əlavə dəyər vergisi; xx.xx.2007-ci ildə 400,00 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 15546,88 manat əlavə dəyər vergisi; xx.xx.2008-ci ildə 6844,38 manat əlavə dəyər vergisi, cəmi 57381,31 manat dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********5 №li xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Fonda sığortaedən "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2006-xx.xx.2018-ci il dövrləri üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatların təqdim edilməsi ilə bağlı bildirirlər ki, Nazirliyin elektron proqram təminatında olan məlumatlara əsasən sığortaedən tərəfindən qeyd edilən dövlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) üzrə məlumatlar aşağıdakı kimidir: - 2007-ci il üzrə məcburi dövlət sosial sığorta haqqı - 377.00 manat; 2008-ci il üzrə 780,25 manat; 2009-cu il üzrə 131,50 manat, 2011-ci il üzrə 68,5 manat. 2008-ci il üzrə maliyyə sanksiyası (ö cümlədən penya) 61.00 manat; 2009-cu il üzrə 68.50 manat. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) xx.xx.2022-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Bununla yanaşı qanunvericiliyin tələbinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda (yəni məbləğdən asılı olmayaraq), 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Cavabdeh inzibati orqanın yuxarı orqanı olan DSMF tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş rəsmi məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək işlədiyi "xxxx" MMC tərəfindən məcburi dövlət sosial sığorta haqları olaraq 2007-ci il üzrə 377.00 manat, 2008-ci il üzrə 780.25 manat, 2009-cu il üzrə 131.50 manat, 2011-ci il üzrə 68.5 manat və maliyyə sanksiyası (o cümlədən penya) 2008-ci il üzrə 61.00 manat; 2009-cu il üzrə 68.50 manat ödənişlər həyata keçirilmişdir ki, qeyd olunan hal da İddiaçı qanunda nəzərdə tutulmuş xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalına malik olduğunu sübut edir. Cavabdeh inzibati orqan həm pensiya təyin olunmasından imtinaya dair bildirişində, həm də iddiaya dair etirazında iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığını göstərmişdir. Məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Belə ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin və sığortaolunanların uçotunu aparmaq sığortaçının vəzifəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının **********1 №li 26 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu” Qaydası”nın: - 1.1-ci bəndində göstərilmişdir ki, bu Qayda “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydasını müəyyən edir. - 1.3-cü bəndində göstərilmişdir ki, sığortaedənlərin və sığortaolunanların sığortaçıda uçotu mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 4.1-ci bəndinə əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemlərində olan uçot məlumatlarına uyğun olaraq təşkil olunur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək; 10.2.1-1-ci maddəsinə əsasən sığortaedən tərəfindən təqdim edilmiş siyahıya uyğun olaraq ödənilmiş məcburi dövlət sosial sığorta haqqını sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə almaq Sığortaçının vəzifəsidir. İşin yuxarıda qeyd olunan faktiki hallarını, qanunvericiliyin tələblərinə görə İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək işlədiyi "xxxx" MMC tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunanlar üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqına münasibətdə proporsional bölüşdürərək fərdi şəxsi hesablarda qeydə alınmasının Sığortaçının vəzifəsi olduğunu və 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablandığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10054/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10054/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver