Məhkəmə qərarları › İş №2-1(112)-10055/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10055/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10055/2023 25.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlu tərəflərin iştirakı olmadan iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56ı) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının filialının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 28 aprel 2023-cü il tarixli **********668000 nömrəli qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundam sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi məhkəməyə əlavə vəsatət təqdim etmiş və hazırkı (2-1(112)-10055/2023 saylı) inzibati işin məhkəmənin icraatında olan digər inzibati işlə (2-1(112)-9506/2023 saylı) əlaqəli olduğunu nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı (2-1(112)-10055/2023 saylı) iş üzrə mübahisə predmeti cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********668000 nömrəli 28 aprel 2023-cü il tarixli qərarıdır. Bakı İnzibati Məhkəməsinin icraatından bundan başqa "xxxx" MMC-nin iddiaçı olduğu digər (2-1(112)-9506/2023 saylı) iş üzrə mübahisə predmeti isə, eyni cavabdehin **********104700 nömrəli 27 mart 2023-cü il tarixli qərarıdır. İddiaların predmeti olan qərarlar iddiaçı "xxxx" MMC-nin "xxxx" MMC ilə bağlanmış 26 may 2021-ci il tarixli 05/21 saylı alqı-satqı müqaviləsi üzrə malların satın alınması ilə əlaqədar təqdim edilmiş elektron qaimə-faktura ilə aparılmış ödənişlərdən doğan vergi məbləğləri barədədir. Yəni, hər iki işdə eyni əməliyyat, sənədlər və qaimə araşdırılacaq. İPM-nin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməs məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. İPM-nin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir necə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. İPM-in 56.3.-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq, işlərin birləşdirilməsi xahiş olunur. İPM-in 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, 2- 1(112)- 10055/2023 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 9506/2023 saylı inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)- 9506/2023 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə qeyd edir ki, hər iki iş üzrə iddia tələbləri ilə də müəyyən edilir ki, tələblər bir-biri ilə əlaqəlidir və hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı hallar oxşardır və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması eyni məsələlər üzrə iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən icraatın birləşdirilməsi ilə bağlı verilmiş vəsatət təmin olunmalı, 2-1(112)- 10055/2023 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 9506/2023 saylı inzibati işlə birləşdirilməlidir. İPM-in 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə əsaslanaraq, məhkəmə, Q Ə R A R A ALDİ: İddiaçının nümayəndəsinin “icraatın birləşdirilməsi ilə bağlı” vəsatəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan hazırkı 2-1(112)-10055/2023 saylı iş 2- 1(112)-9506/2023 saylı inzibati işə birləşdirilsin. Məhkəmə qərardadından müstəqil qaydada şikayət verilə bilməz Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar