Məhkəmə qərarları › İş №2-1(112)-10060/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10060/2023

12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10060/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3cü şəxs qismində X14 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X25 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X13 işə cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəx qismində X13 göstərilməklə) oğlu X4 övladları – 2014-cü il təvəllüdlü X17 və 2017-ci il təvəllüdlü X10 şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 35 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində istifadədə olan 0.09286 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 3 mərtəbəli binada, 3-cü mərtəbəsində, 44.05 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə adına daşınmaz əmlakın dövlət reyestrində 514 nömrəli reyestr kitabının 47378 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin mənzildə o, həyat yoldaşı X3 oğlu X7, nəvələri: X17, X18 və X5 qeydiyyatdadırlar (oğlu X13 da, həmin mənzildə qeydiyyatda olmuş, Nərimanov Rayon Məhkəməsinin qərardadına əsasən xx.xx.2022-ci ildə onun mənzilindən qeydiyyatdan çıxmışdır). O, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd etdiyi ünvandakı mənzilə kompensasiya verilməklə oğlu X4 yuxarıda qeyd etdiyi ünvandakı mənzilinə istifadə hüququna xitam verilməsini (qeydiyyatdan çıxarılmasını) xahiş etmiş, məhkəmə iclasında o, məhkəməyə barışıq sazişi təqdim edərək sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmiş, oğlu X13 ilə aralarında bağlanmış barışıq sazişinin 4-cü bəndinə əsasən o, oğlu X8 qeyd etdiyi ünvandakı mənzilinə 18.000 manat kompensasiya ödəniş etməyi və oğlu X13 qeyd olunan mənzildən qeydiyyatdan çıxmağı eyni anda icra olunması barədə öhdəlik götürmüş, qeyd etdiyi barışıq sazişi Nərimanov Rayon Məhkəməsinin 2(005)-1522/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə təsdiq edilmiş və iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Qeyd etdiyi qərardadın icra olunması üçün məhkəmə tərəfindən icra vərəqəsi yazılaraq Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş, Nərimanov rayon İcra Şöbəsi tərəfindən həmin icra vərəqəsi icra edilərək X13 onun şəxsi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 35 saylı evin 22 saylı mənzilindən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan çıxarılmış və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 96-ya qeydiyyata düşmüşdür. Lakin, onun 2 yetkinlik yaşına çatmayan övladları: 2014-cü il təvəllüdlü X17 və 2017-ci il təvəllüdlü X18 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 35 saylı evin 22 saylı mənzilində formal qeydiyyatda qalmışlar. X4 2 yetkinlik yaşına çatmayan övladları: 2014-cü il təvəllüdlü X17 və 2017-ci il təvəllüdlü X10 ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsindəki 35 saylı evin 22 saylı mənzilindən qeydiyyatdan çıxarılması ilə əlaqədar cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, cavabdeh təşkilatın xx.xx.2023-cü il tarixli 50/2- Q-7347/11 saylı cavabında aşağıdakılar qeyd edilmişdir: «Nərimanov rayon Polis İdarəsinə ünvanladığı ərizəsi icraatlarına daxil olmuşdur. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanununi qüvvəyyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri məqsədə müvafiqdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən 14 yaşına çatmayan şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddia ərizəmdə qeyd etdiyi kimi uşaqların atası X13 məhkəmə qərardadı əsasında verilmiş icra sənədinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 96-ya qeydiyyata düşmüşdür və qeyd etdiyi maddi normanın tələbinə əsasən uşaqlar da, həmin ünvana qeydiyyata düşməlidirlər. Bu baxımdan o, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat vermişdir. Bundan əlavə uşaqlar atası X13 və anası X6 ilə birlikdə Abşeron rayonu, Məhəmmədi kəndi M.Zeynalov küçəsindəki 14 saylı evdə yaşayırlar. Uşaqların anası X6 həmin evdə qeydiyyatdadır. Uşaqlar doğulandan sonra onun mənzilində yaşamamışlar. Buna görə də, hesab edir ki, cavabdeh təşkilatın uşaqların qeydiyyatdan çıxarılması ilə əlaqədra verdiyi xx.xx.2023-cü il tarixli 50/2-Q-7347/11 saylı imtina cavabı əsssızdır və qeyri-qanunidir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10060/2023 saylı 15 may 2023-cü il tarixli qərardadı ilə X13 və X17 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunaq bildirilmişdir ki, İddiaçı ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov rayon Polis İdarəsinə daxil olmuşdur. ətrəflərindən məktubla ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerində qeydiyyata düşməsi barədə məlumat, istifadə hüuquna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda, şəxsin qeydiyyadan çıxarılması tərəflərindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsinin məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək işə onların iştirakları olmadan baxılaraq qərar çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respubliksının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzaəd küçəsində istifadədə olan 0.09286 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 3 mərtəbəli binada, 3-cü mərtəbəsində, 44.05 kv.m ümumi, 25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 22 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı aıdna daşınmaz əmlakın dövlət reyestrində 514 nömrəli reyestr kitabının 47378 nörməli vərəqində xx.xx.2007-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.

8. 7 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən xx.xx.2014-cü il təvəllüdlü X17 və xx.xx.2017-ci il təvəllüdlü X18 yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatdadırlar.

9. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 50/2-Q-7347/11 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət edilməsi məqsədə müvafiqdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1522/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçı ilə cavabdeh X13 arasında bağlanmış 08 iyun 2021-ci il tarixli barışıq sazişi təsdiq edilmiş, İddiaçı cavabdeh X8 qarşı kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

11. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” qərarına əsasən icra sənədi üzrə 25 avqust 2007-ci il tarixli MN 00874403 nömrəli dşaınmaz əmlaka dair reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, 35 saylı evin 22 nömrəli mənzilə istifadə hüququna xitam verilməsi, habelə həmin mənzildən qeydiyyatdan çıxması şərti ilə X8 18000 (on səkkiz min) manat kompensasiya ödəmək öhdəliyi götürmüş, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Bunu təsdiq edən tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsi və qalıq pul vəsaitinin tələbkarın hesabına köçürülməsinə dair xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı icra işi materiallarına əlavə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1522/2021-014 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 50/2-24136 nömrəli məktuba əsasən ünvan 5 ünvanına dair X17 xx.xx.2018-ci il tarixdə və X18 xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” Mərkəzində qeydiyyata alınmışdır. Məktubda qeyd olunan məsələ ilə bağlı 1 saylı Bakı “Asan xidmət” Mərkəzinə müraciət edilməsi məqsədəmüvafiqdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 18/2-27975/2023 nömrəli məktuba əsasən X17 xx.xx.2016-cı il tarixdən Abşeron rayonu, Məmmədli kəndində, xx.xx.2018-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır. X18 xx.xx.2017-ci il tarixdən ünvan 6 ünvanında qeydiyyatdadır.

14. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-31866/2023 **********66 nömrəli məktuba əsasən bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 35, 22 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazıda mülkiyyətindədir. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 35, 22 saylı mənzilə dair heç bir şəxsin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq sözügedən əmlaka dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan şəxslər iddiaçının oğlu X4 yetkinlik yaşına çatmayan övladlarıdır. X4 iddiaçıya məxsus ünvana dair istifadə hüquqlarına xitam verilməsi və ona bununla bağlı kompensasiya ödənilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi mövcuddur ki, həmin qətnamə icra olunmuş və icra məmurunun qərarına əsasən icra icraatına xitam verilmişdir. X4 hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatı da, mövcud deyildir. X1 və onun ailə üzvləri iddiaçının xüsusi mülkiyyətində olan mənzildə yaşamırlar və onların həmin mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

22. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə X4 və onun yetkinlik yaşına çatmayan övladlarının mübahisəli mənzilə dair hər-hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşayış yeri üzrə müəyyən olunmalı olduğundan, bununla da, onların mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmalarının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyətlə qeydiyyatsız qalmalarına da, səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası DİN-nin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Penumu qeyd etmişdir ki, bu halda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericiliklə birmənalı qaydada tənzimlənməsə də, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərədə tutulmuş «şəxsin yaşayış yerini dəyişməsi» ifadəsi «şəxsin həmin yaşayış sahəsində yaşamaması» mənasını da ehtiva edir.

24. Göründüyü kimi, cavabdeh inzibati orqan isə iddiaçının müraciəti əsasında apardığı icraat zamanı işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçıların müraciətinə əsassız olaraq imtina cavabı verməklə, mülkiyyətçi kimi iddiaçıların mülkiyyət hüquqlarını məhdudlaşdırmışdır.

25. Bu səbəbdən də, məhkəmə işin yuxarıda qeyd edilən hallarını, aşağıda sadalanan qanunvericiliyin normalarına tətbiq edərək hesab edir ki, iddiaçının həmin şəxslərin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən,müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

28. ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən- 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X2 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

34. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

35. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

36. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

37. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

39. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

43. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X10 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar