Məhkəmə qərarları › İş №2-1(112)-10062/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10062/2023

23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10062/2023 23.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçıların vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “cavabdehin 10 aprel 2023-cü il tarixli 3-16-5/2-13ə1772/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və “Müdafiə xətti” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiаçılar İddiaçı1 və İddiaçı2 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia qaldıraraq cavabdehin 10 aprel 2023-cü il tarixli 3-16-5/2-13ə1772/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və “Müdafiə xətti” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişlər.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 08 fevral 2023-cü ildə “Müdafiə Xətti" İctimai Birliyini təsis etmişlər. Onun təsis edilməsi haqqında qərar qəbul edilib. İB-in Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb. İB həmçinin Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, hakimiyyətlər bölgüsünün təmin edilməsi, hökumətin hesabatlılığının və şəffaflığının təmin olunması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, vətəndaş fəallığının yüksəldilməsi yolu ilə bütünlüklə demokratiyanın inkişaf etdirilməsi güdür. İB qarşısına qoyduğu məqsədlərə çatmaq üçün aşağıdakı fəaliyyətləri həyata keçirir: Azərbaycanda insan haqları pozuntularının monitorinqi və sənədləşdirilməsi; Azərbaycanda insan haqları pozuntularıyla bağlı məhkəmə çəkişmələrində hüquqi yardım və sair dəstək; Azərbaycanda ciddi hüquq pozuntularına məruz qalmış şəxslərə psixoloji yardım göstərilməsi və onların ən zəruri ehtiyacları ilə bağlı maddi dəstəklənməsi üçün ianə toplanışı və yardımları təşkil etmək; Azərbaycanda insan haqlarının durumu barədə müntəzəm hesabatlar hazırlanması, həm ölkəiçi hökumət və sivil toplum qurumlarının, vətəndaşların, həm də Azərbaycadna insan haqlarının təmin edilməsində maraqlı olan beynəlxalq qurumların diqqətinə çatdırılması; Həm milli, həm də beynəlxalq institutlar qarşısında insan haqları sahəsində qanunvericilik və siyasət islahatlarını dəstəkləmə və lobbi işi; Azərbaycanda insan haqlarının durumu barədə gündəlik xəbər, açıqlama və rəylər yaymaqla ictimai məlumatlılığın yüksəldilməsi; İnsan hüquqlarının müdafiəsi, hüququn aliliyinin və demokratik idarəetmənin təşviq edilməsi sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq etmək; - İB öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər. 08 fevral 2023-cü ildə İB-nin təsis yığıncağı keçirilib. Təsis yığıncağının protokolundan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib, həmçinin İB-in təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsinin İB-in təsisçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilib. Təsis yığıncağında həmçinin müəyyən edilib ki, birliyin dövlət qeydiyyatına alınması üçün tələb olunan bütün lazımi tədbirlərin görülməsi, o cümlədən ərizələrin imnzalanması və notariat kontorunda təsdiq edilməsi, sənədlərin təqdim edilməsi, lazım olan sənədlərin götürülməsi, bütün dövlət orqanlarında, hüquqi və fiziki şəxslər qarşısında nümayəndə qismində təmsilçilik və bununla əlaqədar bütün hərəkətlərin yerinə yetirilməsi bilavasitə özü tərəfindən və ya üçüncü şəxslərə etibarnamə əsasında həvalə edilməklə icra olunması şərti ilə təsisçi İddiaçı1 tapşırılıb. 08 fevral 2023-ci il tarixli İctimai Birliyin təsis edilməsi haqqında qərardan görünür ki, təsisçi İddiaçı1 iki il müddətinə İB-in sədri seçilib və İB adından qanuni təmsilçilik hüququ İddiaçı1 verilib. İddiaçılar lazım olan sənədləri toplayıb cavabdeh Ədliyyə Nazirliyinə təqdim ediblər. Cavabdeh 10 aprel 2023-cü il tarixli məktubla sənədləri geri qaytarıb. Cavabdeh imtinasında göstərib ki, qurumun adında onun fəaliyyətinin xarakteri göstərilməyib və ərizədə digər təsisçi fiziki şəxslərin adı, soyadı, atasının adı. yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməyib. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.2, 5.3.1, 11.3.1 -ci maddələrinə və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 3.1-ci maddəsinə istinad edərək əsaslandırıb. İddiaçılar bildirir ki, cavabdehin 10 aprel 2023-cü il tarixli məktubu onların müraciətinin təmin edilməsindən imtina kimi qiymətləndirilməlidir. Təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi kimi seçiblər və sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsini isə yenə İddiaçı1 həvalə ediblər. Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi İddiaçı1 tərəfindən imzalanıb. Bu hal isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinə və "Qeyri- kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalarının 2.2-ci bəndinə uyğundur. Çünki təsisçilər qanuni təmsilçi seçməklə alternativ rejimə əsasən qanuni təmsilçi vasitəsilə ərizənin imzalanması istiqamətində iradə formalaşdırıblar və bununla qanunvericiliyin onlara verdiyi dispozitiv səlahiyyətdən istifadə ediblər. Cavabdeh isə həmin Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş ərizənin imzalanmasına dair alternativlik rejiminə zidd hərəkət edərək ərizənin bütün təsisçilər tərəfindən imzalanmasını tələb edir. Bu hal isə həmin Qanunun 5.2-ci maddəsinin tələblərinə ziddir. Bundan əlavə, qeyd edilən ərizə notarial qaydada təsdiq edilib. Əgər iddiaçılar ərizənin imzalanması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş hüquqi rejimi pozsaydılar, bu ərizə notarial qaydada müvafiq səlahiyyətli notarius tərəfindən imzalanmazdı. Ərizənin notarial qaydada təsdiq edilməsini nəzərə alsaq, cavabdehin notarial təsdiqli ərizəni qanunazidd saymasının özü əsassızdır. Onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. İddiaçıların qurumun adı kimi seçdikləri ad onların fəaliyyət xarakterinə uyğundur. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

3. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, «Müdafiə Xətti» ictimai birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn əliliyinin təmin edilməsinə yardım etməkdən ibarətdir. Qurumun təsis sənədləri ilk dəfə xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2022ci il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, adı çəkilən Qanunun 5.2-ci, 5.3.1 -ci maddələrinin və «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinin tələbinə zidd olaraq ərizədə digər təsisçi fiziki şəxsin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Həmçinin qurumun adında onun təşkilati-hüquqi forması göstərilməmişdir. Növbəti dəfə sənədlər xx.xx.2023-cü il tarixdə nazirliyə daxil olmuş lakin yuxarıda qeyd olunan pozuntular aradan qaldırılmadığından sənədlər xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

5. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş,iddiaçılar tərəfindən cavabdehə müraciət edilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar.

6. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəbini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır

7. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

8. Məhkəmə, iddiаçıların çıxışını, cavabdehin etirazını, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddiа tələbi təmin еdilməməlidir.

9. Belə ki, inzibati iş materiallarında olan sənədlərə əsasən iddiaçılar “Müdafiə Xətti” İctimai Birliyini təsis etmişlər və həmin ictimai birliyin dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişlər, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi iddiaçılar tərəfindən “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin tələblərinə əməl edilməməsi göstərilmişdir. İddiaçılar cavabdehin imtina məktubu ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İV. Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; - 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununun - 1.1-ci maddəsinə əsasən bu Qanun ictimai birliklərin və fondların, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətləri tənzimləyir. - 1.2-ci maddəsinə əsasən bu Qanunda "qeyri-hökumət təşkilatı" anlayışına ictimai birliklər və fondlar daxildir. - 1.3-cü maddəsinə əsasən bu Qanun hüquqi şəxslər kimi qeyri-hökumət təşkilatlarının yaradılmasını, fəaliyyətini, yenidən təşkil edilməsi və ləğv edilməsi qaydalarını, qeyri-hökumət təşkilatlarının fəaliyyətini, idarə olunmasını, dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. - 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. - 2.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər. - 3.1-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının onun təşkilati-hüquqi formasını və fəaliyyətinin xarakterini göstərən adı olmalıdır. - 16.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. - 17.1-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. - 17.2-ci maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. - 17.3-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. - 17.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.

12. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun - 5.2-ci maddəsinə əsasən, ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. - 5.3-cü maddəsinə görə, ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; - 11.3-cü maddəsinə əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; İşin faktiki hallarına əsasən iddiaçıların təsis etdikləri qeyri-hökumət təşkilatının adında qeyri-hökumət təşkilatının fəaliyyətinin xarakteri ifadə edilməmişdir, belə ki, ərizədə digər təsisçi fiziki şəxslərin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmiş, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Belə olan halda məhkəmə iddiaçıların müraciətinin təmin edilməməsi ilə cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmasına yol verilməsini müəyyən etməmişdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin - 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

15. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “cavabdehin 10 aprel 2023-cü il tarixli 3-16-5/2-13ə1772/2023 saylı imtinasının qanunsuz hesab edilməsi və “Müdafiə xətti” İctimai Birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

16. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar