Məhkəmə qərarları › İş №2-1(112)-10065/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10065/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10065/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (qızı) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X15) qarşı “çıxarışın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Seriya RX №1265306 nömrəli, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin 19 nömrəli mənzilinə dair 65.8 kv.metr (Yeni qaydalarla FƏ100. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 106M2m1) X9 adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi Azərbaycan Ruspublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami rayonu, 68 saylı evin, 23/21 nömrəli 4 otaqdan ibarət mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Sözügedən mənzilini seriya ÖM №252261 nömrəli, xx.xx.2005-ci il tarixdə öz adına özəlləşdirərək qeydiyyat vəsiqəsi almışdır. Halhazırda iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 68 saylı ev, 19 nömrəli mənzili iddiaçının mənzilinin girişi ilə ümumidir. Qonşu ilə dəhlizi, kommunal xidmət də, yəni hamam, tualet, mətbəx də, ümumi istifadəsindədir.İddiaçı ailəsi ilə birlikdə uzun illərdir ki, cavabdehlər X15 və X11 ilə birgə yaşamışdır və hazırda yaşayır. X11 mütəmadi olaraq iddiaçılə və iddiaçı qızları ilə də mübahisələr edir, onu və onları nalayiq söyüşlərlə təhqir edir. Bir sözlə X11 mübahisə predmetidir. Hətta iddiaçı qızı Mariya cavabdehin X1 və təhqirlərindən güclü stress alaraq psixoloji travma almışdır. X18 ambulator kitabçasından çıxarış bir daha onu sübut edir. Mən bu problemin həlli üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə maneənin aradan qaldırılması, xüsusi mülkiyyətində olan, Bakı şəhəri Səbail rayonu, Nizami küçəsindəki 68 saylı evin, 23/21 nömrəli mənzilə dair (dəhliz) pozulmuş istifadə hüquqlarının bərpa edilməsi, qanunsuz özbaşına tikilmiş qapının, şkafların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması və həmin dəhlizdə qanunsuz yerləşdirilmiş qazın, soyuducunun, paltar yuyanın və qab yuyanın çıxarılması tələbinə dair iddia tələbi ilə müraciət etmişdir. İlkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar X15 və X6 (5 saylı MKİS və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi və payların naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Səbail rayon məhkəməsində baxılmış, xx.xx.2023-cü il tarixli, İş № 2(009)-80/2023 nömrəli qətnaməsinə əsasən, irəli sürdüyü ilk iddia tələbi qismən təmin edilmiş, yəni ünvan 1 ünvanında quraşdırılmış kamera X15 tərəfindən sökülməsi, İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 30 (otuz) manatı X10 tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında ümumi istifadədə olan dəhlizdən əşyalar İddiaçı tərəfindən götürülsün və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsi qadağan edilməsi, ünvan 2 ünvanında quraşdırılmış kamera İddiaçı tərəfindən sökülməsi, İddiaçı adma verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla, cəmi yaşayış sahəsi 86.0 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; X14 adma verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhliz- mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada bölünməsi qət edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatı İddiaçı tutularaq X12 ödənilməsi qeyd edimlmiş və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 50 (əlli) manatın 40 (qırx) manatı İddiaçı, 10 (on) manatı X10 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi qeyd edilmişdir. Mən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, İş № 2(009)- 80/2023 nömrəli qətnaməsindən narazı qalaraq, Bakı Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermişdim. Bakı Apellyasiya Məhkəməsində işimə baxılmış, xx.xx.2024-cü il tarixli, 2(103)- 782/2024 nömrəli qətnaməsinə əsasən, iddiaçı apellyasiya şikayətim qismən təmin edilmiş, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 80/2023 nömrəli iş üzrə 05 oktyabr 2023-cü il tarixli qətnaməsi qismən - İddiaçı adma verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla, cəmi yaşayış sahəsi 86.0 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; X14 adma verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhlizmətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada bölünməsi hissəsində ləğv edilmiş və həmin hissədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. Məhkəmə xərclərinə aid hissədə qətnamə dəyişdirilməklə, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdeh X10 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İlkin və qarşılıqlı iddia ərizəsinin, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmələrdə bildirilmişdir ki, çıxarışın mübahisələndirilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. İddia tələbinin əsaslandırıcı hallan: Göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi Edvards Natalya Yuryevmn adma ilkin çıxarışı verən zaman nəzərə almamışdır ki, ünvan 1 ünvanında özbaşına zəbt edilmiş əraziyə tikililər əlavə edilmişdir. Belə ki, 5 yanvar 2001-ci il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 26 Bakı Komissarlığının İcarə X7 Sovetinin 11 iyun 1971-ci il tarixli, №92/7793 nömrəli qərarına əsasən, X5 4 ailə üzvü ilə yaşadığı 1 otaqlı 28 kv.metr Nizami rayonu, 68 saylı evin 19 nömrəli mənzilinə ümumi kommunal şəraitli mənzilin müvəqqəti arakəsmə hissəsi faktiki 32,2 kv.metr təşkil edilmişdir. Qərara aldım hissəsində göstərilmişdir ki, X5 4 ailə üzvləri ilə, Nizami küçəsi, ev 68, mənzil 19-na 22,kv.metr əlavə edilmişdir. Buna əlavə olaraq, X3 adma 2 otağa dair 55,5 kv.metrə ayrıca şəxsi vərəqə açılmışdır. Bir neçə illər sonra, 26 Bakı Komissarlığının İcarə X7 Sovetinin 26 dekabr 1980-cı il tarixli, 37/2950 nömrəli qərarına əsasən, şəxsi hesab vərəqəsinin Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 19 salı evin 68 nömrəli mənzilinin iki otaqdan ibarət 50 kv.metr olan yaşayış sahəsinin X8 adma rəsmləşdirilmişdir. Bundan başqa, Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Biliyi 5 saylı Mənzil- Kommunal İstismar sahəsinin 31 oktyabr 2018-ci il tarixli, №186 nömrəli sxemin yazılı məzmunundan görünür ki, Nizami küçəsi, 68 saylı binanın 19 saylı mənzinin sxemi. Mənzil X15ay məxsusdur. Mənzil 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Mənzil 2 otaqlıdır. Yaşayış sahəsi 54,26 m. Ümumi sahəsi 66,26 iri¬dir. Mənzil sıxlandırılmış haldadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Seriya RX №1265306 nömrəli, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin 19 nömrəli mənzilinə dair 65.8 kv.metr (Yeni qaydalarla FƏ100. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 106M2ml) X13 adma verilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən 26 Bakı Komissarlığının İcarə X7 Sovetinin qərarlarında və Səbail rayon Mənzil- Kommunal Təsərrüfat Biliyi 5 saylı Mənzil-Kommunal İstismar sahəsinin 31 oktyabr 2018-ci il tarixli, №186 nömrəli sxemdə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində olan kv.metrlərdə fərqlər var. Mən bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında X19, İnkişafı və X21 Xidmətinin 20 dekabr № XO-1520/01 nömrəli məktubundan görünür ki, qeyd olunan məsənin araşdırılması məqsədilə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilərək ümumi dəhlizdə arakəsmənin əlavə edildiyi müəyyən edilmiş və akt tərtib olunmuşdur. Bildiririk ki, hazırda faktla bağlı tərəfimizdən aradırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq, zəruri tədbirlər görüləcəkdir. Buna baxmayaraq, mən rəsmi ərizə ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısına müraciət etmişdim. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçasmın Aparatının xx.xx.2023-cü il tarixli, №5-19/2- 10-P-10- 091 nömrəli ərizə cavab olaraq bildirmişlər ki, qaldırılan məsələsinin araşdırılması məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Məlumat üçün qeyd edilmişdir ki, müraciətiniz əsasında tələb olunan sənədlər toplusu Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. Bundan başqa, mən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli, №3-21-3-30/2-P00xx-xx/2024, **********06 nömrəli sorğusuna cavab olaraq bilirmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən Seriya RX №1265306 nömrəli, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin 19 nömrəli mənzilinə dair 65.8 kv.metr (Yeni qaydalarla FƏ100. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 106M2m1) X9 adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi Azərbaycan Ruspublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 106, M2, m1) X9 adına qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş texniki pasport iş materiallarına əlavə edilmişdir.

5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X19, İnkişafı və X21 Xidmətinin müraciətə baxılmasının nəticəsi barədə xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (3404 inventar nömrəli) dövlət mühafizəsinə götürülmüşdür və Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansındadır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.2ci yarımbəndinə əsasən, müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin idarə olunmasının təşkil edilməsi, mühəndis qurğularının və kommunikasiyaların saxlanılmasına, istismarına, cari və əsaslı təmirinə nəzarətin həyata keçirilməsi, mənzil-kommunal infrastrukturunun inkişafının təmin edilməsi yerli icra hakimiyyəti orqanlarının vəzifələrindəndir. Bununla əlaqədar olaraq abidəyə edilmiş müdaxilənin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tərəfindən Səbail Rayon İcra Hakimiyyətinə məktub ünvanlanmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 782/2024 nömrəli qərarından: “...35. Apellyasiya icraatında keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, hər iki mənzilə həm ümumi həyətdən, həm də Nizami küçəsindəki blokdan giriş-çıxış qapısı var və hər iki qapı qıfıllıdır, kənar şəxslərin sərbəst giriş-çıxışı mümkün deyildir. Həyətdən giriş qapısı ilə üzbəüz ümumi istifadədə olan tualet, mətbəx, hamam yerləşir. Mətbəxdə hər iki tərəfin qaz sobası və qabyuyanı var, həmçinin hamamda hər birinə aid qaz sobası quraşdırılıb, yəni həmin sahələr real olaraq ümumi istifadə dədir.

36. Həmçinin müəyyən olundu ki, ümumi istifadədə olan dəhlizdə cavabdeh N.Edvards tərəfindən hər hansı maneə yaradılmamışdır. Ümumi istifadədə olan dəhlizdə iddiaçı tərəfindən müəyyən əşyalar (tumbalar, nərdivan, paltaryuyan maşın və s.) qoyulmuşdur. 12 kv.m olan mətbəx-dəhliz cavabdeh N.Edvardsın mülkiyyətində olmaqla, yalnız özü tərəfindən istifadə olunur və məişət avadanlıqları yerləşdirilmişdir. Həmin sahəyə yüngül konstruksiyalı arakəsmə quraşdırılmışdır.

37. Göründüyü kimi ilkin iddiaçının ümumi istifadədə olduğunu hesab edərək mübahisələndirdiyi sahəsi 12 kv.m olan dəhliz əslində ümumi istifadədə deyil, çıxarış və texniki pasporta əsasən cavabdeh N.Edvadrsın mülkiyyətindədir. Belə olan halda həmin dəhlizə münasibətdə irəli sürülmüş tələblərin təmin edilməsi yolverilməzdir. Məhkəmə haqlı olaraq həmin hissələrdə iddia tələbini təmin etməmişdir.

38. Əksinə yerli baxış zamanı müəyyən edilmişdir ki, ümumi istifadədə olan dəhlizə İddiaçı özü tərəfindən müəyyən əşyalar yerləşdirilmişdir. Qarşılıqlı iddiaçı da haqlı olaraq həmin əşyaların çıxarılmasını tələb etmişdir. ...”

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1982/2024 nömrəli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-782/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 19 saylı mənzilə dair verilmiş dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmalk üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

9. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi” barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

10. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X15 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Məhkəmənin mümkünlük iclasında iştirak edən iddiaçının nümayəndəsi (qızı) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

15. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

16. X20 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

17. X20 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

18. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);

20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

22. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 (Yeni qaydalarla: AZ1000, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 106, M2, m1) X9 adına qeydiyyata alınmışdır.

23. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X9 adına verilmiş texniki pasport iş materiallarına əlavə edilmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 782/2024 nömrəli qərarı: “...35. Apellyasiya icraatında keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, hər iki mənzilə həm ümumi həyətdən, həm də Nizami küçəsindəki blokdan giriş-çıxış qapısı var və hər iki qapı qıfıllıdır, kənar şəxslərin sərbəst giriş-çıxışı mümkün deyildir. Həyətdən giriş qapısı ilə üzbəüz ümumi istifadədə olan tualet, mətbəx, hamam yerləşir. Mətbəxdə hər iki tərəfin qaz sobası və qabyuyanı var, həmçinin hamamda hər birinə aid qaz sobası quraşdırılıb, yəni həmin sahələr real olaraq ümumi istifadə dədir.

36. Həmçinin müəyyən olundu ki, ümumi istifadədə olan dəhlizdə cavabdeh N.Edvards tərəfindən hər hansı maneə yaradılmamışdır. Ümumi istifadədə olan dəhlizdə iddiaçı tərəfindən müəyyən əşyalar (tumbalar, nərdivan, paltaryuyan maşın və s.) qoyulmuşdur. 12 kv.m olan mətbəx-dəhliz cavabdeh N.Edvardsın mülkiyyətində olmaqla, yalnız özü tərəfindən istifadə olunur və məişət avadanlıqları yerləşdirilmişdir. Həmin sahəyə yüngül konstruksiyalı arakəsmə quraşdırılmışdır.

37. Göründüyü kimi ilkin iddiaçının ümumi istifadədə olduğunu hesab edərək mübahisələndirdiyi sahəsi 12 kv.m olan dəhliz əslində ümumi istifadədə deyil, çıxarış və texniki pasporta əsasən cavabdeh N.Edvadrsın mülkiyyətindədir. Belə olan halda həmin dəhlizə münasibətdə irəli sürülmüş tələblərin təmin edilməsi yolverilməzdir. Məhkəmə haqlı olaraq həmin hissələrdə iddia tələbini təmin etməmişdir.

39. Əksinə yerli baxış zamanı müəyyən edilmişdir ki, ümumi istifadədə olan dəhlizə İddiaçı özü tərəfindən müəyyən əşyalar yerləşdirilmişdir. Qarşılıqlı iddiaçı da haqlı olaraq həmin əşyaların çıxarılmasını tələb etmişdir. ...”

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1982/2024 nömrəli qərarı: “... 45.Apellyasiya instansiya məhkəməsi yerli baxışın nəticələrinə istinadən göstərmişdir ki, ilk iddiaçının ümumi istifadədə olduğunu hesab edərək mübahisələndirdiyi, sahəsi 12 m2 olan dəhliz əslində ümumi istifadədə deyil, çıxarış və texniki pasporta əsasən N.Edvardsın mülkiyyətindədir. Həmçinin yerli baxış zamanı ümumi istifadədə olan dəhlizə İddiaçı özü tərəfindən müəyyən əşyalar yerləşdirilməsi müəyyən edilmişdir. ”

26. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə müəyyən edir ki, 12 kv.m olan mətbəx-dəhliz üçüncü şəxs X9 mülkiyyətində olmaqla, yalnız üçüncü şəxs tərəfindən istifadə olunduğundan (bu fakt apellyasiya və kassasiya instansiyalarının qərarlarında öz təsdiqini tapmışdır) İddiaçı hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ mövcud deyildir.

27. Odur ki, iddia mümkün sayılmamalıdır.

28. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

30. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar