Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10081/2024 02.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh 7 saylı Bakı “Asan Xidmət” X3rşı “əvvəlki soyadın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı xx.xx.2024-cü il tarixində onun barəsində tərtib edilmiş soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi barədə ərizə ilə cavabdeh 7 saylı Bakı “Asan Xidmət” X5 müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İddiaçı soyadı 3 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsin tərəfindən tərtib olunmuş xx.xx.2016-cı il tarixli 119 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Hacıyev”dən “Xalıq”a dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəala”ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Göstərilənlərlə əlaqədar olaraq, soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi şöbə tərəfindən mümkün deyildir. Bundan sonra İddiaçı cavabdeh 7 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki soyadının bərpa olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh 7 saylı Bakı Cavabdeh əsl cavabdeh 7 saylı Bakı “Asan Xidmət” X7 ilə əvəz edilməsini və əvvəlki soyadının bərpa edilərək soyadının “Xalıq”dan “Hacıyev”ə dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraat qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1938-ci ildə doğulmuşdur. Hazırda rəsmi sənədlərdə X4 rəsmiləşdirilmişdir. Orta və ali təhsil almış, ixtisaslı kadr kimi fəaliyyət göstərmişdir. Eyni zamanda ölkə rəhbərliyi tərəfindən təltif olunmuşdur. Bütün bu dövrlər ərzində onu Malik Hacıyev kimi tanımışlar və sənədləşmələrdə də eyni ad və soyadla qeyd edilmişdir. Lakin bütün bu dövr ərzində doğulduğu bölgədə hamı onu Xalıq Əliağa oğlu kimi tanımışdır. Təqaüdə çıxdıqdan sonra yenidən doğulduğu rayona qayıtmışdır və orada kənd təsərrüfatı ilə məşğul olmuşdur. Burada rəsmi yazışmalarda adı Malik Hacıyev kimi qeyd edilmiş, bu da adı barədə çaşqınlıqlara səbəb olmuş, kəndə gələn məktublar qonşu kəndələrə göndərilməsi səbəbindən geri qaytarılmışdır. Bundan sonra iddiaçı problemlərlə üzləşmişdir. Soyadını dəyişdiyinə görə 2022-ci ildən ona ödənilən təqaüd dayandırılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətində göstərmişdir ki, M.Ə.Xaliqin soyadı 3 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 119 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən “Hacıyev”dən “Xalıqa”a dəyişdirilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi X11 7 saylı Bakı Cavabdeh Qeydiyyat şöbəsinə müraciət edərək, M.Ə.Xaliqin soyadının növbəti dəfə “Xalıq”dan “Hacıyev”ə dəyişdirilməsi və barəsində tərtib edilmiş soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Şöbə tərəfindən vətəndaşa ərizəsinin təmin edilməsinin mümkün olmadığı izah olunmuş və ona bu barədə imtina məktubu təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları” nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar” ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında xx.xx.2016-cı il tarixli, ********* saylı akt qeydindən görünür ki, X2 “Hacıyev”dən “Xalıq”a dəyişdirmiş, bu barədə iddiaçıya AZ-İ 017825 nömrəli şəhadətnamə verilmişdir. AZ-İ 017825 nömrəli xx.xx.2016-cı il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.1938-ci ildə Salyan raynunda doğulmuş X1 dəyişdirılmiş və bu barədə Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 119 nömrə ilə qeyd aparılmışdır. İddiaçı hazırda əvvəlki soyadının bərpa edilməsini, yəni soyadının “Xalıq”dan “Hacıyev”ə dəyişdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: - Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. - - maddə 192. Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) əsasən: -Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. -bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. - bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. - Bənd 6.6. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluq idarəsinə verilir. - Bənd 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq idarəsi 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. - Bənd 6.20. Bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi üçün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq idarəsi onların olduğu yerin qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə 3 gün müddətində bildiriş göndərir. - Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. - Bənd 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. - Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. - Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. - Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İstinad olunan normalardan görünür ki, qanunvericilik ad və soyadın təkrar dəyişdirilməsi üçün ilk dəfə dəyişdirilmədən fərqli, bir qədər məhdudlaşdırıcı qayda müəyyən etmişdir. Belə ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yalnız Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. İşdən görünür ki, iddiaçı artıq bir dəfə xx.xx.2016-cı ildə soyadını “Hacıyev”dən “Xalıq”a dəyişdirmişdir. İddiaçı hazırda onun soyadının yenidən “Hacıyev”ə qaytarılmasını istəyir, hansı ki, bu, soyadın növbəti dəfə dəyişdirilməsi deməkdir. Lakin iş üzrə bu dəyişmənin Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarla bağlı olması müəyyən edilmir. Buna görə də məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı soyadının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin ona verdiyi bu hüquqdan artıq bir dəfə istifadə etmişdir. Qanunverici adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsini isə yalnız konkret hallarda mümkün hesab etmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyildir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur, buna görə də iddiaçının tələbi təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10081/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10081/2024
02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver