Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10093/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil,üçüncü şəxslər X4 və X2 iştirakı ilə, iddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi (hal-hazırda Məmmədəli Məmmədəliyev küçəsi), ev 1A ünvanında yerləşən fərdi yaşayış evindən X7, X5, X3, X8, X10 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi (hal-hazırda Məmmədəli Məmmədəliyev küçəsi), ev 1A ünvanında yerləşən fərdi yaşayış evindən X7, X5, X3, X8, X10 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Belə ki, iddiaçı hazırkı vəziyyətdə iddia ərizəsinə məhkəmə tərəfindən baxılmasını istəmir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyri-mümkün olur və iddiaçılar məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi (hal-hazırda Məmmədəli Məmmədəliyev küçəsi), ev 1A ünvanında yerləşən fərdi yaşayış evindən X7, X5, X3, X8, X10 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: iddiaçılar İddiaçı və X1 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi (hal-hazırda Məmmədəli Məmmədəliyev küçəsi), ev 1A ünvanında yerləşən fərdi yaşayış evindən X7, X5, X3, X8, X10 və X6 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2t Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10093/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10093/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver