Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10094/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş xx.xx.2017-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.1 və 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanununun 28-ci maddəsi əsasında yenidən hesablanmaqla pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin yaranmış fərqin ödənilməsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-3689/2021 saylı qərarına əsasən xx.xx.2017-ci il tarixdən, 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və müraciət etdiyim tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1-(102)-1106/2022 saylı qərarına əsasən onun xx.xx.2017-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təsdiq edilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1 (112)-3689/2021 saylı qərarı qanuni qüvvəsin almışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən 2-1 (112)-3689/2021 saylı inzibati iş üzrə icra vərəqəsi icra olunması üçün cavabdehə və Bakı şəhəri Binəqədi rayonu icra şöbəsinə göndərilmişdir. Cavabdeh tərəfindən 2022-ci il tarixli sentyabr ayından aylıq 468 manat pensiya təyin edilmiş və əlavə olaraq 395 manat pensiya məbləğ gəlinməklə ödənilmişdir. Lakin oktyabr ayı üzrə pensiyası daxil olmaqla 8000 (468+7532) manat, noyabr və dekabr aylarında da eyni ilə məbləğ pensiya kartına köçürülmüşdür. Lakin aylıq pensiya məbləğində heç bir dəyişiklik edilməmişdir. Onun tərəfindən cavabdeh təşkilata xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edilmişdir. Cavabdeh təşkilat xx.xx.2022-ci il tarixdə ərizənin alınmasına baxmayaraq ona cavab vermədiyi üçün yenidən xx.xx.2022-ci il tarixdə xatırlatma ərizəsi yazaraq müraciət etmişdir. Cavabdeh təşkilat onun ərizəsinə cavab olaraq xx.xx.2022-ci il tarixdə cavab verilməsini qeyd etsə də, lakin cavabdehin məktubunu poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda ona “Əmək pensiyaları haqqında” Qanununun 45-ci maddəsinin ikinci cümləsini əsas gətirməklə, gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini, həmin maddənin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti ayların sayı (144 ay) güzəştli şərtlərlə pensiyaya çıxma yolu ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 il 06 ay) arasındakı ayların sayı qədər artırıldığını bildirmiş və bunu onunla əsaslandırmışdır ki, onun pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 71188,22 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 320,67 manat (71188,22:222 ay (63 il 6 ay-57 il=78 ay+144 ay)) məbləğində müəyyən edildiyini bildirmişdir. Onun hüququnun xx.xx.2017-ci il tarixdən yaranması və cavabdeh tərəfindən həmin tarixdən sonra Qanunda edilmiş dəyişikliyin əsasında ona Qaydaların tətbiq edilməsi, hesab edir ki, burada da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər onun hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşdan tamam olduğu, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq müəyyən edilməklə qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Ona görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən yenidən hesablanma aparılmaqla pensiya təyin edilməlidir. Ona ünvanlanmış məktubun açıqlaması olaraq Azərbaycan Respublikası xx.xx.2022-ci il tarixli, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixindən qüvvədə olan redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir sözlərini əsas gətirərək ərizəyə baxılmasının mümkünsüz olduğundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehrə təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş iddia tələbinə dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddia mümkün hesab edilməməlidir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilmişdir. Sözügedən qərar xx.xx.2022-ci il tarixli **********1 nömrəli inzibati aktla icra edilmiş, iddiaçıya 468.89 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırki iş üzrə İddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmişdir. Hazırda icraatda olan iş üzrə iddia tələbi sözügedən qərarın düzgün icra edilib-edilməməsini mübahisələndirdiyindən işə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. İPM-nin 116-cı maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə İnzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. İddiaçının tələbi Ali Məhkəmənin qərarının icrası ilə bağlı olduğundan yenidən iddia icraatında baxıla bilməz. Bildiririk ki, Ali Məhkəmənin qərarı cavabdeh orqan tərəfindən icra edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin mümkün hesab edilərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahatında məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd olunanları müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusu əsasənda DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-134303/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş 040841 №-li pensiya işinə əlavə olunmuş: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3689/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsini və xx.xx.2020-ci il tarixdən, yəni müraciət etdiyi vaxtdan 3 il müddət əvvələdək olan dövrlərin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2-1(112)-3689/2021 saylı xx.xx.2021-ci il tarixli qərarla iddia tələbinin qismən təmin edilməsi, X1 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1095/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3689/2021 saylı, 01 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(112)-1106/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin rədd edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 mart 2022-ci il tarixli 2-1(103)-1095/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” **********1 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, ümumi iş stajı 25 il 1 ay 13 gün (xx.xx.2006-cı ilədək) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1106/2022 saylı qərarı əsasında xx.xx.2017-ci il tarixdən İddiaçı yaşa görə 468,89 manat məbləğində pensiya təyin olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış: **********9 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyun 2022-cı il tarixli 2-1 (102)-1106/2022 nömrəli qərarına əsasən ona 6 sentyabr 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və 57 yaşının tamam olduğu 1 iyul 2017cı tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, pensiya hüququnun yarandığı 1 iyul 2017-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 71188,22 manat pensiya sığorta kapitalına göıə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada həmin tarixə 320,87 manat (71188,22:222 ay (63 il 6 ay- 57 H--70 ay+144 ay)) məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqan (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixindən etibarən 468,89 manat təşkil edir. Əmək pensiyası üzrə keçmiş müddəti üçün ona ödənilməli olan 23328,39 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 395,40 manat hissəsi cari ilin sentyabr ayında ona ödənilmiş, qalan 22932,99 manat hissəsinin isə Mərkəzi Filiala müraciətini nəzərə alaraq cari ilin oktyabr, noyabr və dekabr aylarında hər ay 7644,33 manat olmaqla əmək pensiyasının (468,89 manat) üzərinə əlavə edilərək (468,89+7644,33=8113,22 manat) müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. **********3 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 1106/2022 saylı qərarına əsasən 6 sentyabr 2022-ci il tarixində - (1 iyul 2017-ci il tarixindən hesablanmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təym edilib. Azərbaycan Respublikasın 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixindən qüvvədə olan redaksiyası həmin tarixədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının müraciətdə göstərdiyi qaydada yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci –ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinə görə məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi məhkəmələrin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, qərarların icrasına nəzarət isə onların çıxarmış məhkəmə (hakim) tərəfindən həyata keçirilir. Bu zaman, məhkəmə qərarının icrası üçün yeni məhkəmə qərarının çıxarlması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10094/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10094/2023
11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver