Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10097/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasına məxsus, faktiki olaraq onun yaşadığı köhnə tikili olan ünvan 1 ünvanda olan yaşayış evinin mərhum X10 məxsus olması barədə arayışın ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, 74 nömrəli evdə yaşayan atası X5 adına Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 1999-cu il tarixli 229 nömrəli sərəncamı ilə ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında sərəncam verilmişdir. Həmin sərəncama əsasən, vətəndaş X10 fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin şimal hissəsində 500 kv.m torpaq sahəsi ayrımışdır. Vətəndaş İddiaçı ayrılmış sahədə bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş, kürsülük 2 metr müəyyən edilmişdir. Atasından miras qalma evin sənədləşdirilməsi ilə bağlı müvafiq olaraq Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən 35 saylı Notariat ofisinə müraciət etmişdir. Notariat ofisi də öz növbəsində Əmlak Komitəsinə müraciət edilməsi üçün ərizə təqdim etmiş və evin sənədləşdirilməsi ilə bağlı qanuni tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Atasından miras qalma evin sənədləşdirilməsi ilə bağlı müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət ünvanlamışdır. Lakin oradan da imtina cavabı almışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş texniki pasport əsasında X5 adına, daha sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 5/15 hissəsi İddiaçı mülkiyyətində olmaqla paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 229 nömrəli sərəncamının arxiv nüsxəsi və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Elektron kadastr məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2011-ci il tarixdə ölmüş X5 vərəsəsi oğlu - X12 –ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 105.9.kv.metr olan fərdi yaşayış evindən ibarət miras əmlakdan 5/15 hissədə, oğlu İddiaçı – 5/15 hissədə, gəlini (xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu – X6 arvadı) X13 - 1/15 hissədə, nəvəsi (xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu – X6 qızı) X11 - 1/15 hissədə, nəvəsi (xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu – X6 oğlu) X14 - 1/15 hissədə, nəvəsi (xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu – X6 oğlu) X15 - 1/15 hissədə, nəvəsi (xx.xx.2016-cı il tarixdə vəfat etmiş oğlu – X6 qızı) - X16 - 1/15 hissədə pay almalıdır. İşdə olan xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X3 (5/15 hissədə), İddiaçı (5/15 hissədə), X4 (1/15 hissədə), X1 (1/15 hissədə), X7 (1/15 hissədə), X8 (1/15 hissədə) və X9 (1/15 hissədə) paylı mülkiyyətində, evin yerləşdiyi 0.00797 ha torpaq sahəsi isə həmin şəxslərin istifadəsindədir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda 74 saylı fərdi yaşayış evinin mərhum X10 məxsus olması barədə arayış verilməsini xahiş edir. Lakin işin yuxarıda qeyd olunan hallarından müəyyən olunur ki, fərdi yaşayış evinin vəfat etmiş X10 məxsus olması artıq müəyyən edilmiş, daşınmaz əmlak onun miras aktivinə daxil edilərək, iddiaçı da daxil olmaqla Tahir Balabəyovun vərəsələri arasında bölüşdürülmüş, vərəsələrin, o cümlədən iddiaçının 74 saylı evə dair paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının hazırkı hüquqi marağı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin deyil, onun yerləşdiyi torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlıdır. Lakin iş materiallarından iddiaçının həmin tələblə məhkəməyə qədər inzibati orqana müraciət etməsi müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, bu səbəbdən iddia mümkün sayılmamalıdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10097/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10097/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver