Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1010/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimiQarayeva Mehriban Cəfər qızının sədrliyi Eminzadə Emin Etibar oğlunun katibliyi İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «X4 bərpa edilməyi barədə» iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X4 bərpa edilməyi barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin işə Bakı İnzibati Məhkəməsində baxılmağa başlanılmışdır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki,İddiaçı Bakı Dövlət Universitetinin hüquq fakültəsini əla və yaxşı qiymətlərlə bitirdiyi üçün 2004-cü ildə DİN sistemində zabit vəzifəsinə işə qəbul edilmişdir. 2012-ci ilin noyabr ayında Xətai RPK-nin 11-ci polis bölməsində sahə müvəkkili işlədiyinə görə həmin bölmənin yaxınlığında yaşayış sahəsindən istifadə etmişdir. İddiaçı hesab edir ki, xidmət keçdiyi həmin polis bölməsinin rəis müavinin göstərişlərini icra etmədiyinə görə DİN sistemindən xaric edilmişdir. İddiaçı xidməti fəaliyyətində baş verən hallarla bağlı DİN-in yüksək vəzifəli şəxslərinə müraciət edərək, qanunsuz hesab etdiyi hallarla bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Həmin müraciətin edilməsindən 1 aydan bir qədər çox müddət keçdikdən sonra, yəni xx.xx.2013-cü il tarixdə DİO-dan xaric edilmişdir. İddiaçı DİO-ya bərpa edilməsi barədə bir neçə dəfə aidiyyəti orqanlara müraciət etsə də, həmin müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. DİN-dən aldığı cavab məktubunda onun məhkəmə orqanlarına müraciət etmək hüququ göstərilmişdir ki, iddiaçı da bu əsasla məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq ictaatına başlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, tabe olduğu rəis heyəti tərəfindən ona qeyri-qanuni hesab etdiyi göstərişlər verildiyindən həmin əmrləri icra etməmişdir. Bu hal da məhz xidməti tabeçilik qaydalarına riayət edilməməsi kimi qiymətləndirilmişdir. Sözügedən əmrin ləğv edilməsi ilə bağlı onun tərəfindən indiyədək hər hansı tələb ona görə qaldırılmamışdır ki, əmrin məhkəmə qaydasında mübahisələndirilməsinin mümkün olmasından məlumatlı olmamışdır. İddiaçı izahatının sonunda iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı əsassız hesab edərək iddiaya dair etirazın məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının onun barəsində qəbul edilmiş müvafiq əmrdən dolayı işə bərpa edilməsi barədə DİN-ə ilk müraciəti xx.xx.2016-cı il tarixdə daxil olmuş, həmin müraciət xx.xx.2016-cı il tarixli məktubla cavablandırılmışdır. İddiaçının Daxili İşlər Orqanlarından xaric edilməsi barədə əmr 11 iyun 2013-cü il tarixdə verilmiş, lakin iddiaçı həmin əmrin verilməsindən xeyli müddət keçdikdən sonra, yəni, xx.xx.2019-cu il tarixdə barəsində verilmiş əmrin ləğv edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı müvafiq əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. Nümayəndə izahatının sonunda qeyd etdiyi halların nəzərə alınaraq, iddianın iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (əmrin ləğv edilməsi məzmununda) məhkəməyə təqdim edilməsə də, tərəflərin izahatlarından və işə əlavə edilmiş sənədlərdən məlum olur ki, hazırkı iddianın qaldırılmasında əsas məqsəd 11 iyun 2013-cü il tarixli, Ə1354ş/h-001-13 saylı əmrin ləğv edilməklə X2 bərpa edilməkdən ibarətdir. Yuxarıda qeyd edilən səbəbdən məhkəmə hesab edir ki, İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə hazırki iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 7-ci bəndi ilə xidmətə tam yararsız olması barədə attestasiya komitəsinin rəyinə əsasən xidmətdən xaric edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər nazirinin 11 iyun 2013-cü il tarixli, Ə1354ş/h-001-13 saylı əmrinin qanuniliyini mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanuniliyi mübahisələndirilən əmrdən məhkəməyə şikayət verilməsi müddətinin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı sübutu iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında daxili işlər etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddəti tərəflərə üzərində çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarında mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daimi mübahisələndirilməsinə zəmin yaradardı. Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 6 ildən artıq müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, iddiaçı tərəfindən müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İnzibati Prossessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması ilə məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiamümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-1010/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1010/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver