Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1010/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi ev 39, mənzil 119; ixtisası: hüquqşünas; iş yeri: işləmir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Cavabdehnə 3-cü şəxslər -Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxslər: Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təssərrüfatı Birliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvan 1 ünvanında yerləşən avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsi hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; mülkiyyətində olan «Hunday İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilimə dəyən ziyana görə 5520 manat kompensasiyaınn və 1000 mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 19.05.2021-ci il tarixli qərardadı ilə “iddiaçının mülkiyyətində olan “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziayan görə 5740 (beş min yeddi yüz qırx) manat kompensasiyanın və 1000 (min) manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilməsi, Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təssərrüfatı Birliyinin üçüncü şəxslər qismində prosessual iştirakına xitam verilməsi qərara alınmışdır. Məhkəmənin 09.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə qiymətləndirici təyin edilmişdir. 29.09.2021-ci il tarixdə qiymətləndiricinin hesabatı məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 14.10.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçının mülkiyyətində olan «Hyundai İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə çıxarılmış ekspert rəyinə əsasən 6060 (altı min altmış) manat kompensasiyanın, ekspertiza keçirilməsinə görə 300 manat dövlət rüsumu, hüquqlarının qorunmasına görə bağlanmış müqavilə 110 manat, ümumilikdə 6470 manat və 1000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası İPM-in 2.2.7ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 25.02.2020-ci il tarixdə, təqribən saat 12-50 radələrində mülkiyyətində olan «Hunday İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilini ünvan 1 ünvanında yerləşən avtodayanacaqda saxlayaraq, dostunun ofisinə daxil olmaq istəyərkən, avtomobilindən aralı olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağının qəflətən qoparaq avtomobilinin üstünə düşdüyünü gördü. Həmin an avtomobilindən bir qədər aralı olsa da, özünə zərər yetirilməməsi üçün məqam tapıb qaçdı və avtomobilinmə zərər dəyməsinin qarşısını ala bilməsə də özünü təhlükədən qurtardı. Göstərilən hadisədən çox həyacanlansa və qorxsa da, dostlarının köməkliyi nəticəsində bir qədər özünə gəldikdən sonra, Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat verdi. Təqribən 4 saat keçdikdən sonra X1 əməkdaşları hadisə yerinə gələrək, qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağını doğrayaraq apardılar. Həmin qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın- bu vaxtadək niyə saxlanılmasını, avtomobilinə vurulmuş zərərdən başqa həmin yekə budağın başına düşdüyü təqdirdə özünün sağlamlığına zərərin dəyə biləcəyini, ümumiyyətlə insan həyatı üçün təhlükə mənbəyi olduğunun açıq-aşkarlığı barədə hadisə yerinə gələn şəxslərə bildirsə də onlar ona dedilər ki, söylədiklərinizin onlara aidiyyəti yoxdur rəhbərliyə müraciət edin. Qeyd edir ki, göstərilən hadisə zamanı onun mülkiyyətində olan avtomobilinə dəyən zərərin- üst panarama lükunun hər iki şüşələrinin sınıb-dağılması; sağ tərəfindəki panarama lüka bağlanan sağ kantın sınması; arxa sol stop işığının sınması, üst əziyi və arxa şüşəsinin sınması; sol arxa qapısının əzilməsi; sol qanadın (krılo) əziyi; qabaq kapotun əzilməsi; arxa tərəfin çox saylı cızıqları və qabaq kapotun çox saylı cızıqları- nəticəsində təqribən 6500-7000 manat təşkil etdiyi və bu barədə müvafiq dövlət qrumlarına rəsmi müraciətlər etdi. Yuxarıda göstərilən ərizəyə - Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin H-17 saylı, 18.03.2020-ci il məktubu ilə cavab verilməklə, həmin məktubda göstərilmişdir ki, «Bildiririk ki, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sizin avtomobilinizə dəymiş ziyan ilə bağlı qeyd olunan hüquqlarınızdan istifadə edə bilərsiniz.” Bakı şəhəri Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinin V-Ç-19 saylı, 14.05.2020-ci il tarixli məktubu ilə cavab verilməklə, həmin məktubda göstərilmişdir ki, «Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydasıwnın 2.1-ci bəndinə əsasən, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2.4-cü bəndinə əsasən ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq qurumuş, müalicəsi mümkün olmayan ağacların kəsilməsi (götürülməsi) Birliyin səlahiyyətləri xaricindədir.Ona görə də, sizin avtomobilinizə dəymiş maddi ziyanın Birlik tərəfindən ödənilməsi qanunamüvafiq hesab edilmir.» Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 1770H saylı, 19.03.2020-ci il tarixli tarixli məktubu ilə cavab verilməklə, həmin məktubda göstərilmişdir ki, «Sizin DİN-in 102 xidmətinə vermiş olduğunuz məlumat və 21-ci PB- nə yazmış olduğunuz ərizə tərəfimizdən baxılmışdır. Ərizəniz mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir.» Yuxarıda göstərilənlər barədə, yəni dəymiş ziyana görə kompensasiya ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər edilsə də, cavabdeh tərəfindən heç bir əməli tədbirlər görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 13-cü maddəsinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Yaşıllıqlar ilə bağlı həmin Əsasnamənin 3.9.10. və 4.9.19-cü bəndlərinə əsasən yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıq mühafizəsini təşkil etmək, müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Fərmanı ilə Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və vahidlərinin sayı təsdiq olunmuşdur. Həmin nümunəvi strukturda ekoloq ştatı mövcüd deyildir. Bələliklə yuxarıda qeyd olunan “Əsasnaməyə” əsasən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsi (götürülməsi) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmir. Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli, 957-İVQ nömrəli Qanununu ilə tənzimlənir. ““Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli, 841 nömrəli Fərmanının 1.1-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, “Yaşıllıçlarin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.0.2-ci (yaşıllıq ərazilərində cari və planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu və monitorinqi barədə məlumata münasibətdə) maddəsində, 13.4-cü maddəsinin birinci cümləsində halda), 14.4-cü, 14.5-ci (ikinci halda) və 20.4.1-ci maddələrində nəzərdə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini istifadəsində olan sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.02-ci maddəsinə əsasən yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq fiziki və hüquqi şəxslərin hüquqlarıdır. Həmin Qanunun 13.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) qeyd olunmuşur ki, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsdsında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanuftun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülm götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti qaydası əks olunmalıdır. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin ərazisindən və ya müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir. Həmin Qanunun 14.5-ci maddəsinin (ikinci halda) qeyd olunmuşur ki, yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götüı fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına müvafiq hakimiyyəti orqanları və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Həmin Qanunun 20.4.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumat almaq yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən şəxslərin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür (1-ci bənd); Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbay Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin(2-ci bənd); Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır(3-cü bənd). Yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsi (götürülməsi) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən fiziki şəxslərə təklif olunan avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO), yol-nəqliyyat hadisəsi, yanğın, üçüncü şəxslərin qərəzli hərəkətləri, hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər və digər gözlənilməz risklər nəticəsində dəyən ma zərərlərə qarşı sığorta təminatından istifadə edilməmişdir. Həmçinin qeyd edir ki, Bakı şəhərinin küçə, prospekt və məhəllədaxili ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Birlik təsərrüfat hesablı, hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilə bağlamaq, əmlak və şəxsi qeyri- əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yakud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin və 3-cü şəxslərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AC 323318 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 90KA220 qeydiyyat nişanlı HYUNDAİ İX-35 MİNİK markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 841 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci (yaşıllıqların mühafizəsinə dövlət nəzarəti, onların uçotu, kadastrı və monitorinqi istisna olmaqla), 11.0.2-ci (yaşıllıq ərazilərində cari və planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu və monitorinqi barədə məlumata münasibətdə) maddəsində, 13.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 14.4-cü, 14.5-ci (ikinci halda) və 20.4.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Qeyd edilən Fərmanın 1.3-cü bəndinə əsasən həmin Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə), 13.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 15.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər (bundan sonra ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında yaşıllıqların götürülməsinə dair müvafiq qərar qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan "HYUNDAİ İX- 35 Minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ünvan 1 ünvanında yerləşən avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın budağının qırılıb düşməsi nəticəsində ziyanın dəyməsi, həmçinin qeyd edilən ərazinin bələdiyyə və s. mülkiyyətində olmadığı (buna dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir) işin mübahisələndirilməyən halı kimi qiymətləndirilir. İş materiallarında olan 02.09.2021-ci il tarixli 01/21-469 nömrəli Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatından görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, İddiaçı məxsus "HYUNDAİ İX-35 Minik” markalı **-KA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş zərərin həcmi 27.09.2021-ci il tarixə- 6060 (altı min altmış) manat təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh öz inzibati ərazi vahidi ərazisində, yəni Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən avtodayanacağın yaxınlığında olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın götürülməsi ilə bağlı hərəkətsizlik etdiyindən və bunun nəticəsində İddiaçı maddi ziyanın dəyməsi sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1000 manat vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi ziyanın dəyməsi iş materialları ilə sübut olunmadığından, iddia bu hissədə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən iddiaçının mülkiyyətində olan «Hyundai İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə çıxarılmış ekspert rəyinə əsasən 6060 (altı min altmış) manat kompensasiyanın ödənilməsi hissəsində təmin edilməli, iddia tələbi 1000 manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi hissəsində isə təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbində “ekspertiza keçirilməsinə görə 300 manat dövlət rüsumu, hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə 110 manat ödənilməsi” prosessual xərclərə aiddir. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertizanın aparılması üçün təyin edilmiş 300 (üç yüz) manat xidmət haqqı İddiaçı tərəfindən ödənildiyindən, iddia tələbi dəymiş maddi ziyanın ödənilməsi hissəsində təmin edildiyindən, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat İPM-in 110.1-ci maddəsinə əsasən Cavabdehndən tutularaq iddiaçının hesabına keçirilməlidir. Həmçinin, iddiaçı tərəfindən hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 110 (bir yüz on) manat İPM-in 110.1-ci maddəsinə əsasən Cavabdehndən tutularaq iddiaçının hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan «Hyundai İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə çıxarılmış ekspert rəyinə əsasən 6060 (altı min altmış) manat kompensasiya İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat və hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 110 (bir yüz on) Cavabdehndən tutularaq iddiaçının hesabına keçirilsin. Qərardan, onun təqdim olunduğu gündən, 30 (otuz) gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1010/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1010/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver